2017-10-09-20-06-0953.jpg - 95.07 KB

“Bu gün iqtidarın da, müxalifətin də diqqəti Azərbaycanın işğal altında olan rayonlara yönəlməlidir.


İşğalçı ermənilər orada məskunlaşmanı daha da artırıblar. Bu isə göstərir ki, onlar bu məsələdə arxayındırlar. Hesab edirlər ki, nə qədər ki, Rusiya var, ABŞ var, Avropa var onlar bunu edəcəklər. Çünki bu dövlətlər daima onları müdafiə ediblər”.
Gununsesi.info xəbər verir ki, bunu tarixçi alim Dilavər Əzimli son dövrlərdə işağl altında olan torpaqlardakı məskunlaşma ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, biz hələ də susqunluq göstəririk: “Başımız işimizə qatışıbdır. Həmişə belə ediblər. Baxın, erməni diaporası oraları məskunlaşdırmaq üçün nə qədər pul tökür. Artıq həmin ərazilərdən istehsal olunan malları xarici bazarlara çıxarırlar. Biz isə hələ də yatmışıq. Bu gün bu xaqldan milyardaları oğurlayanlar isə millətin tarixini yazanlara bir qəpik də olsun pul ayırmırlar. Bu erməni milyarderləri, bu da bizimkilər. Müxalifət düşərgəsində də bu məsələ aktuallıq kəsb etmir. Sosial şəbəklərədə də bir həyəcan yoxdur. Bizim başımıza elə oyunlar açırlar ki, bunlar yada düşmür. Budur, Böyük Azərbaycandan qalan balaca əraizmizə də erməni murdarları iri güclərin vasitəsiylə soxularaq indi də işğal etdiyi əraziləri özünküləşdirir. Hanı Müdafiə və Xarici işlər nazirliklərinin bəyanatları? Bu məsələ niyə Milli Məclisə çıxarılmı? Babəki, Şah Xətaini təhqir edən millət vəkili və dostları niyə susur?”.
D. Əzimli hesab edir ki, Azərbaycan Hərbi Hava Qüvvələri həmin ərazilərdə uçuşlar həyata keçirməlidir.
Mürtəza

Dünyapress TV

Xəbər lenti