Ardını oxu...
“Ermənilər işğaldan azad edilmiş alban kilsələrinə görə narahat olmasınlar, Azərbaycan onları qoruyacaq,” – deyə Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov yazıb.

Ermənilər bu gün Dağlıq Qarabağda müharibə bitdikdən sonra xristian kilsələri və abidələri mövzusunda əsl isteriyaya başlayıb. Sanki indi onlar Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasından sonra məhv ediləcək və ya alçaldılacaq. Onlar bütün gücləri ilə digər ölkələri və beynəlxalq təşkilatları buna inandırmağa çalışır və deməliyəm ki, bacarırlar. Misal üçün, Fransa Senatı erməni lobbisinin təsiri altında, bu yaxınlarda siyasətçilərin bu torpaqlarda yaşayan ermənilərə məxsus kilsələrin və digər mədəniyyət abidələrinin qorunması ilə bağlı narahatlığını ifadə edən Dağlıq Qarabağın tanınmasına dair qərar qəbul edib. Düzdür, sənəd hökumət tərəfindən təsdiqlənməyib, lakin yenə də.

Qeyd edilməlidir ki, bəzi rus mədəniyyət xadimlərinin də bu məsələ ilə maraqlanır. Çətin ki, ermənilərin bəhs etdikləri bütün məbədlərin əslən burada qədim zamanlardan bəri yaşamış albanlara məxsus olduğunu bilsinlər. Bu torpaqlarda onlar ilk öncə IV əsrdə Xristianlığı qəbul edib, daha sonra kilsələr inşa edib və bu kilsələr dəfələrlə bərpa olunub və daima qorunub. İlk ermənilər bu ərazilərdə 1828-ci ildən sonra meydana çıxıb, Rusiya imperiyası tərəfindən buraya yerləşdirilib. Bu ümumi məlumatdır. Və o zamandan bəri Qafqazda tarixi kökləri olmayan ermənilər burada yaşadıqlarına dair izləri süni şəkildə yaratmaq üçün alban abidələrinin özününküləşdirilməsi və milli mənşəyinin dəyişdirilməsi yolunu seçib. Xristianlıq dövrünün abidələri, xristian inancının emblemləri və simvolları daha çox özününküləşdirilməyə məruz qalıb. Bu da, yeri gəlmişkən, tarixin saxtalaşdırılması, əsl cinayətdir.

Alban məbədlərinə gəldikdə, bunların bir qismi bu yaxınlarda ermənilərin özləri tərəfindən dağıdılıb. Bu, bir daha sübut edir ki, onlar üçün müqəddəs heç nə yoxdur. Allahın evinə qarşı necə əl qaldırmaq olar? Onlardan sonra qalanlar dövlət tərəfindən qorunacaqdır. Bunu Prezident İlham Əliyev özü bəyan edib və Qərb siyasətçilərini bu barədə narahat olmamağa çağırıb.

"Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir," - deyə Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı qeyd edib.

O əlavə edib ki, hazırda iki pravoslav kilsəsi dövlət vəsaiti hesabına təmir olunur.

Azərbaycanda müxtəlif konfessiyaların, millətlərin nümayəndələri həmişə sülh və əmin-amanlıq şəraitində yaşayıb və yaşayırlar. Ölkə ən tolerant İslam dövləti kimi tanınır. Bakıda hələ də erməni kilsəsi var. Azərbaycan ərazisində bir çox pravoslav kilsələri də mövcuddur. Multikulturalizm hər mənada Azərbaycanın rəsmi ideologiyasıdır, ölkə bununla yaşayır. Azərbaycan bölgədə əsl mədəniyyət lideridir. Bu, Prezident İlham Əliyevin mövqeyi sayəsində mümkündür. O, bölgədəki erməni əhalisinə qarşı təhdidin olmadığını və onlara Azərbaycan vətəndaşlarının bütün hüquqları veriləcəyini dəfələrlə söyləyib. Bu gün ölkəyə müasir dünyanın ən mədəni və savadlı liderlərindən biri rəhbərlik edir. Bu səbəbdən Qarabağdakı xristianları və pravoslav kilsələrini heç nə təhdid etmir.

Yeri gəlmişkən, işğalın bütün 30 ili ərzində ermənilər Azərbaycanın mədəni irsini ələ saldığı, məscidləri, qəbiristanlıqları, ziyarətgahları dağıdıb təhqir etdikləri halda, dünya ictimaiyyətinin heç bir nümayəndəsi buna qəzəblənməyib. Baxmayaraq ki, Azərbaycan rəhbərliyi dəfələrlə dünya ictimaiyyətinə ermənilərin müsəlman məbədlərinə təcavüzünün dayandırılması çağırışı ilə müraciət edib. Hər kəs bölgədəki 67 məsciddən 64-nün tamamilə dağıdıldığına və bunlardan üçündə donuz da daxil olmaqla mal-qaranın saxlanılmasına göz yumub. Donuzların məsciddə saxlanılması müsəlman dinini alçaltmaq və dindarların hislərini təhqir etmək deməkdir.

Bundan əlavə, hazırda erməni barbarları tərk edərkən yalnız məktəbləri, xəstəxanaları, məbədləri deyil, meşələri də yandırırlar. İctimai xadim Gülməmməd Məmmədovun dediklərinə əsasən, 27 illik “erməni işğalı” Dağlıq Qarabağın şəhəri Ağdamda (yalnız onun üçün olmasa da) Xirosimada olduğu kimi dağıdıcı olub. Twitter hesabında hər iki şəhərin fotoşəkilini yerləşdirib və onlar prakiti olaraq dağıntı sayı baxımından oxşar şəhərlərdir, məgər XXI əsrdə bu davranış normaldır? Azərbaycan beynəlxalq təşkilatlardan bu həqiqətə diqqət yetirmələrini xahiş edir.

Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qudsi Osmanov
Teref.az
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etməsi və həmin günün noyabrın 8-də, Şuşanın işğaldan azad edilməsi günündə qeyd ediləcəyini bildirməsi qardaş ölkədə məmnunluqla qarşılanıb.

KONKRET.az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən “Haber Global” kanalı bununla bağlı süjet hazırlayıb və sözügedən qərar dəyişikliyini “tarixi jest” və “Atatürk həsassiyyəti” olaraq dəyərləndirib.
 
 
Ardını oxu...
Dünən Rusiya prezidenti Vladimir Putin KTMT liderlərinin onlayn zirvə toplantısında bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 10 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra olunur.

O qeyd edib ki, hazırda əsas məsələ hərbi əməliyyatların baş verdiyi bölgədə yaşayan və bundan təsirlənmiş insanlara birgə yardım etmək, qaçqınların geri qaytarılması, dağıdılmış infrastrukturun bərpası, dini və mədəni-tarixi abidələrin qorunması ilə bağlı humanitar məsələlərin həllinə kömək göstərməkdir.

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti və üçtərəfli razılaşmanın icrası Azərbaycan cəmiyyətində diqqətlə və narahatlıqla izlənilir.

Ölkə rəhbərliyi bəyan edib ki, Qarabağ münaqişəsi arxada qalıb, bütün ərazilər Azərbaycana məxsusdur və orada yaşayan sakinlər də Azərbaycan vətəndaşlarıdır. Prezident qısa müddətdə Qarabağda ölkənin suverenliyinin bərpa ediləcəyini də vurğulayıb.

Bu istiqamətdə artıq ciddi işlərin həyata keçirilməsinə başlayıb. Qarabağda əazilərin minadan təmizlənməsi, infastrukturun yenidən quulması istiqamətində süətli addımlar atılır.

Bununla belə Azərbaycan tam suverenliyini elan etdiyi bölgədə Rusiyanın addımları, sülhməramlı mandatına dəxli olmayan fəaliyyətlə məşğul olması cəmiyyətdə narahatlıq yaradır.

Söhbət nədən gedir?

Rusiyanın bəzi rəsmi şəxsləri ilk növbədə Azərbaycana qarşı ağır dövləti cinayət törətmiş erməni separatçıları ilə birbaşa təmaslar qurur və bölgənin idarəçiliyini onlarla birgə həyata keçirir.

Həmin şəxslər başda Araik Arutyunyan olmaqla Azərbaycan Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilib.

Amma həmin cinayətkarlar hətta Moskvaya səfər edir və bəzi rəsmi şəxslərlə danışıqlar aparırlar. Bu, Azərbaycanın suverenliyinə hörmətsizlikdir və Rusiya-Azərbaycan arasındakı müqavilələrdən gələn öhdəliklərə də ziddir.

İkincisi, Rusiya Müdafiə nazirliyi və başqa dövlət qurumları Dağlıq Qarabağdakı humanitar missiyanı, həm də Ermənistan rəhbərliyi ilə koordinasiya edir. Bu ölkənin hüquqi baxımdan Azərbaycanın bölgəsinə nə aidiyyatı var?

Eyni zamanda bu, ölkənin rəsmi şəxslərinin Xankəndinə gəlməsinə əngəl olmur. Bu günlərdə Ermənistanın yeni müdafiə naziri Xankəndində Araik Arutyunyanla, qondarma rejimin bayrağı altında görüş keçirib. Azərbaycan ərazilərində düşmən Ermənistan rəhbərlərinin nə işi var?

Üçüncü vacib məqam Rusiyanın Dağlıq Qarabağda humanitar məsələlərin həlli üçün idarəedici qurumlar təsis etməsidir. Əlbəttə, mövcud reallığı nəzərə alaraq, bölgədə humanitar problemlərin həlli ilə bağlı addımlar atılmasının vacib olduğu başadüşüləndir.

Ancaq bu işi hansısa qurum təsis etmədən sülhməramlıların həyata keçirməsi də mümkündür. Nəzəə alınmalıdır ki, başqa bir ölkənin rəhbərinin Azərbaycanın ərazisində humanitar məsələlərin həlli üçün olsa belə hansısa qurum yaratması Azərbaycan Konstitusiyasına ziddir.

Nəhayət, Dağlıq Qarabağa ermənilərin köçürülməsi, onların yerləşdirilməsi, dağılan infrastrukturun bərpası da Rusiyanın birtərəfli qaydada həyata keçirdiyi fəaliyyətdir.

Azərbaycan ərazisinə köçürülən şəxslərin şəxsiyyətinin yoxlanılması, dəqiqləşdirilməsi vacibdir və bu işi ölkənin hüquq mühafizə orqanları həyata keçirməlidir. Hazırda bu işlə Rusiya sülhməramlıları məşğul olur. Bizim ora kimlərin gətirilməsindən, köçürülməsindən xəbərimiz yoxdur.

Əslində Laçın dəhlizində və Ermənistanla sərhəd olan bütün nöqtələrə, o cümlədən hava limanlarına Azərbaycan sərhəd və gömrük orqanları nəzarət etməlidir. Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etmiş şəxslərin, xarici ölkədən köçürülən ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsinə qətiyyən imkan vermək olmaz. Habelə bölgəyə gətirilən bütün yüklər də Azərbaycan tərəfindən ciddi şəkildə yoxlanılmalıdır.

Ən vacib məsələlərdən biri üçtərəfli razılaşmaya uyğun olaraq Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması, əhalinin tam silahsızlaşdırılmasıdır.

Təəssüf ki, bu günə qədər bu istiqamətdə hansısa bir addım atılması haqda məlumat yoxdur. Hətta Ermənistan rəsmiləri iddia edirlər ki, “DQR müdafiə ordusu” olduqları yerdə qalacaq və möhkəmləndiriləcək. Yeri gəlmişkən, Ermənistanda əsgər anaları bir neçə gündür uşaqlarının ölkəyə gətirilməsi tələbi ilə kütləvi aksiyalar keçirirlər.

Azərbaycan bu məsələlərlə bağlı nə edə bilər?

Bu barədə yazarkən mövcud reallıqlardan çıxış edib praktik mümkün olan təkliflər irəli sürmək faydalıdır.

Bu kontekstdə rəsmi olaraq Bakının atacağı ilk addım sözügedən problemlərin diplomatik və siyasi kanallarla Moskvanın qarşısında ciddi şəkildə qaldırılmasıdır. Bu barədə cəmiyyətdəki narahatlığı aradan qaldırmaq üçün ictimaiyyətin məlumatlandırılması da vacibdir.

Azərbaycanın qarşısında duran təxirəsalınmaz tədbirlərin önündə üçtərəfli razılaşmanın bəndlərinin olduğu kimi həyata keçirilməsini təmin etməkdir. Bu sırada Dağlıq Qarabağın işğalda qalan bölgəsinin erməni hərbçilərdən, minalardan təmizləyib əhalinin köçürülməsi vacibdir.

Bunun üçün işğaldan azad olunan rayonlara əhalinin məskunlaşdırılmasını gözləmək lazım deyil. Daha az dağılmış Şuşa, Laçın, Kəlbəcər və Hadrutda yaşayış evlərini ən qısa müddətdə bərpa edərək Qarabağdan, xüsusən də bu rayonlardan köçkün düşmüş əhalinin kütləvi şəkildə geri qayıtmasını təmin etmək vacibdir.

Ona görə də, bəyanatda yazıldığı kimi, BMT-nin köçkünlərlə bağlı missiyasını regiona dəvət etməklə prosesin beynəlxalq nəzarət altında həyata keçirilməsinə nail olmaq lazımdır. Çünki burada həllini gözləyən xeyli məsələlər var: köçürüləcək əhalinin dəqiqləşdirilməsi, yaşayış yerlərinin, infrastrukturun hazırlanması, idarəçiliyin formalaşdırılması və s. işlər xeyli zaman alacaq.

Elçin Rüstəmli
“AzPolitika.info”
 
 
Ardını oxu...
Bakıda Rusiya bayraqları ilə qələbə qeyd edənlər, Qarabağda suverenliyimiz belə bərpa olunub?
Qarabağ separatçılarının başçısı Araik Harutyunyan kefdədir. Dünən Ermənistanın yeni müdafiə nazirini qəbul etmişdi, bu gün də Ermənistanın bir keçmiş deputatını öz xuntasına nazir, Xocalı cəlladlarından Balasaryan soyadlı birini də "Təhlükəsizlik Şurasının katibi" təyin edib.
Cəmi 1 ay qabaq əsgərlərimizin qorxusundan ailəsini İrəvana qaçırtmış, özü də bunkerdə gizlənmişdi. Putinin sayəsində "dirilib", özünü yenə "prezident" kimi aparır. Bizimkilər də Bakıda bu nəticəni Rusiya bayraqları ilə bayram edir...

Anaxeber.info
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ermənistanda tanınmış “Alterativ” ictimai təşkilatının rəhbəri Narek Mantaşyan Nikol Paşinyan hökumətinin ünvanına xəyanət ittihamlarını davam etdirib.

“AzPolitika.info” erməni mətbuatına istinadən xəbər verir ki, o, “Facebook” səhifəsində hökumət başçısına sərt suallar ünvanlayıb.

“2,5 il ərzində başlarının altına yastıq qoyaraq ölkənin təməldən məhv olmasına, onlarla hökumət əleyhinə QHT-nin Türkiyədən pul alaraq işləməsinə, məhdud vəsaitimizlə istifadəyə yararsız silahlar alınmasına necə icazə verdilər? Əsas müttəfiqimizlə münasibətlər necə zədələndi? Azərbaycanlılar necə Ermənistan pasportlarını əldə edib, daxildən təxribat törətdilər? Bir neçə saat ərzində demək olar ki, bütün rəsmi saytların azərbaycanlı hakerlər tərəfindən hücuma məruz qalması necə baş verdi?” - deyə Manataşyan vurğulayıb.

O vurğulayıb ki, Araik Arutyunyan xüsusi təyinatlıların qorxduğunu və döyüş tapşırığını yerinə yetirməkdən imtina etdiyini söyləyərkən haqlı olub: “2,5 ildir boş şeylər edirsən, insanların gözünə kül üfürürsən, Manvelin dadlı yeməkləri ilə şou təşkil edirsən, şeytanı və saxta adamları ətrafında tutursan. Ayıbdır, ləyaqətin olsun!”.
Ardını oxu...
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. 10 noyabr bəyanatına əsasən Azərbaycanın heç bir itki vermədən mürəkkəb relyefə, yaradılmış müdafiə sistemlərinə malik rayonları işğaldan azad etməsi mühüm əhəmiyyətə malikdir.



Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.



O bildirib ki, Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir: “Bu rayon Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Laçın işğal edildikdən sonra Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yarandı və torpaqlarımızın işğalı asanlaşdı. Artıq Laçının işğaldan azad edilməsi ərazi bütövlüyümüzün bərpa olunması deməkdir. Rayonun strateji əhəmiyyətini nəzərə alsaq, onun işğaldan azad edilməsi həqiqətən də tarixi hadisədir.



Deputat qeyd edib ki, Prezident İlham Əliyev hər zaman prinsipiallıq, iradə nümayiş etdirərək xalqımızın maraqlarını qətiyyətlə müdafiə edib: “10 noyabr razılaşması cənab Prezident İlham Əliyevin böyük diplomatik məharəti, ardıcıl siyasət aparması qazanılmış tarixi qələbənin məntiqi nəticəsidir. Azərbaycanın gücü, potensialı və strateji yanaşması bölgədə yeni reallıq yaradacaq. Güclü və böyük iqtisadi potensiala malik Azərbaycanın işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq. Bu bölgələrin ən qabaqcıl standartlara uyğun yenidən bərpa ediləcək. Orada yaşayan əhali üçün yeni perspektivlər açılacaq”.



S.Fətəliyeva deyib ki, müharibədə məğlub olan Ermənistan beynəlxalq münasibətlər sistemində sebyekt deyil, obyektdir: “Onun bu vəziyyətə düşməsi Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticəsidir. Əgər bu ölkə zamanında Azərbaycanın çağırışlarına əməl edib işğalçılıq siyasətinə son qoysaydı, regionda həyata keçirilən qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin iştirakçısı ola bilərdi. Prezident İlham Əliyev dekabrın 1-də Azərbaycan xalqına müraciəti zamanı bu məsələlərlə bağlı fikirlərini ətraflı şəkildə bildirdi”.



Millət vəkili vurğulayıb ki, noyabrın 10-da imzalanmış bəyanat ardıcıl şəkildə icra edilir: “Razılaşmalara əsasən atəşkəs təmin edilib. Üç rayon Azərbaycana qaytarılıb. Rusiya sülhməramlıları bölgədə yerləşdirilib. Atəşkəsə nəzarət üzrə sülhməramlı Türkiyə-Rusiya mərkəzi yaradılıb. Növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi təmin olunacaq. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi davam edir. Eyni zamanda, BMT-nin nəzarəti altında məcburi köçkünlər, o cümlədən də azərbaycanlılar Dağlıq Qarabağın bütün yerlərinə qayıdacaqlar. Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq”.



Sədr müavinin fikrincə, Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir: “Cənab Prezidentinin təkidi ilə əvvəllər nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm blokadadan çıxarılır, eyni zamanda, yeni nəqliyyat damarı yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Belə bir yeni nəqliyyat dəhlizinin yaradılması regionda mühüm hadisədir və region ölkələrinin əməkdaşlığını daha da gücləndirəcək”.

Ardını oxu...
Ermənistan dövləti 44 günlük müharibə dövründə erməni xalqını maksimum aldatmağa səy göstərsə də, sonda ortaya çıxan faktlar bu yalanları ifşa etdi. Ermənistanın siyasi hakimiyyəti müharibə dövründə itkilərinin həddindən artıq az olması barədə yalan məlumatlar yaymaqla xalqa özlərini döyüş meydanında üstün kimi göstərirdi. Hakimiyyətin əlaltıları erməni ictimaiyyətini aldatmaq, onları Paşinyan və digərlərinin yalanlarına inandırmaq üçün bütün üsullardan istifadə etdilər. Hətta onlar sosial şəbəkələr vasitəsilə saxta kadrlar paylaşaraq Ermənistanın "qalib" gəldiyini bəyan edirdilər. Erməni əhalisinə xüsusi yalanlar danışmaq üçün hazırlanan bir qrup hətta itirdikləri ərazilər barədə yayılan məlumatları təkzib edirdilər. Məsələn, Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti nəticəsində Zəngilan şəhəri işğaldan azad ediləndən sonra bir neçə gün bu şəxslər yalan məlumatlarla Zəngilanın işğaldan azad olunmadığını bəyan edərək özlərini rüsvay etdi. Sosial şəbəkədə aktivliyi ilə seçilən Alen Ghulyan, Baqramyan və digər ermənilər həmin ərəfədə ard-arda saxta videolar paylaşaraq Zəngilan rayonunun ermənilərin nəzarətində olduğunu bəyan edirdilər. Amma bir neçə gündən sonra Azərbaycan Ordusunun ortaya qoyduğu fakt bu paşinyanvari sərsəmlərin yalanlarını üzə çıxardı. Zəngilanın işğaldan azad edildiyini isə həmin "aktivistlər" belə etiraf etdilər: "Bir Zəngilan şəhərinə görə bu qədər döyüş lazım idimi Azərbaycana?" Əlləri hər şeydən üzülən biçarələr sonda məcburiyyətdən etirafı bu cür edirdilər.

Erməniləri yalanlara inandırmaq üçün tapılmış "WarGonzo"

Zəngilandan sonra digər şəhərlərimiz də işğaldan azad ediləndə bu faşistsifət ermənilər utanmadan yenə erməni cəmiyyətinə yalan danışdılar. Amma Azərbaycan Ordusu bu dəfə də onları faktla susdurdu. Ermənistan hakimiyyətinin ən ağır zərbəsi isə Şuşa şəhəri və Hadrud qəsəbəsi işğaldan azad ediləndə oldu. Azərbaycanın tarix yazan qəhrəman əsgərləri Hadrut qəsəbəsindən sonra Şuşa şəhərini əlbəyaxa döyüşlərlə işğaldan azad etdi. Bu, Ermənistana tarixində olmayacaq bir zərbə idi. Qarabağın göz-bəbəyi olan Şuşanın işğaldan azad edilməsi Ermənistan ordusunun və siyasi hakimiyyətinin bel sütununu qırdı. Bu dəfə də Alen Ghulyan, Baqramyan və mənşəyi məlum olmayan, ermənilər tərəfindən muzdlu kimi tutularaq döyüş bölgəsinə göndərilən, xüsusi qayğı ilə saxlanılan və "jurnalist" adlandırılan "WarGonzo" əməkdaşı Şuşanın guya ermənilərdə olması barədə ciddi cəhdlə "səy" göstərsə də, alınmadı. Şuşa şəhərinin işğaldan azad edildiyini həzm edə bilməyən Ermənistan hakimiyyəti həmin "WarGonzo" əməkdaşını təlimatlandıraraq erməni xalqını aldatmaq üçün ona xüsusi tapşırıqlar verdi. O da aldığı tapşırıq və təlimata görə, Yerevanda hansısa ərazinin qala divarları qarşısında sujet hazırlayaraq guya Şuşanın ermənilərin nəzarətində olduğunu iddia etdi. Hadisədən dərhal sonra isə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Bu, artıq Ermənistanın bel sütununun tam əzilməsi demək idi. Elə bununla da Ermənistan Azərbaycan Ordusu qarşısında diz çökdü.

Paşinyan və Arutyunyanın yalanlarının sonu, cəmiyyətin qırğını

Hadisədən bir gün sonra Ermənistanda çaxnaşma başladı, Paşinyana və onun komandasına istefalar tələb olundu. Özünü qondarma rejimin "prezidenti" adlandıran Arayik Arutyunyan və onun əlaltıları müharibə dövründə xalqa yalan danışdıqlarını açıq etiraf etdilər. İlk etiraf isə Paşinyandan gəldi. O xalqa müraciətində boynuna aldı ki, Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədikləri üçün geri çəkilmək məcburiyyətində qaldılar. Paşinyan etiraf etdi ki, Azərbaycan Ordusu ilk gündən güclü olub, Ermənistan silahlı birləşmələrinə qan uddurub, lakin o xalqa ruhdan düşməmək üçün yalanlar danışıb.

İkinci etiraf isə dərhal Arayik Arutyunyandan gəldi. Qondarma adam etiraf etdi ki, müharibənin son günlərinə qədər yalan danışıb, erməni cəmiyyətini aldadıb: "Müharibənin son iki günü status yazmadım. Həmin vaxta qədər hər gün ard-arda bir neçə status yazaraq Ermənistan ordusunun döyüşlərdə üstün olduğu barədə yalan məlumatlar yayırdım. Amma son iki gündə vəziyyətin ciddiliyini, ictimaiyyətin artıq bu yalanlara inanmadığın anladım, ondan sonra status yazmadım".

Fakt göz qabağındadır. Erməni siyasətçiləri özləri 44 günlük müharibədə xalqa yalan məlumatlar verdiklərini, xalqı aldatdıqlarını açıq etiraf edirlər. Etiraf edirlər ki, onlar ermənilərə yalan danışaraq hakimiyyətdə qalmaq uğrunda mübarizə aparıb, nəticədə isə erməni hərbçilərini bilrəkdən qırğına veriblər.

trend
 
Ardını oxu...
Ermənilər itkilərini gizlətmək üçün öldürülən əsgərlərinin cəsədlərini basdırırdılar. Cəbrayıl bölgəsində azərbaycanlı döyüşçülər yeddi erməni polisin dəfn olunduğu kütləvi məzarlıq aşkarlayıb. Onların cəsədləri ümumi bir çuxura atılıb və üstü torpaqla örtülüb. Bu barədə Oxu.Az-a Qubadlı rayonunun Mahmudlu kəndində hərbi bölmədən olan könüllü Beyrək Məmmədov danışıb.

Ardını oxu...

Döyüşçünün sözlərinə görə, həmin rayonun Xanlıq kəndində evlərin quyularında və zirzəmilərində güllə yarası olan daha bir neçə cəsəd tapıblar.

B. Məmmədov onların erməni diversantları və fərari olduqlarını ehtimal edir.

“Bizim tərəfimizdə itki az idi. Bununla belə, kəndləri 6-7 nəfərlik kiçik qruplarla alırdıq. Bir kəndi tutmaq üçün təxminən 40 dəqiqə vaxt sərf edirdik. Füzuli və Cəbrayıl istiqamətlərindəki döyüşlərdən sonra ermənilər çox qorxdular.

Qubadlı bölgəsində mövqelərini, hərbi texnikalarını, silahlarını qoyaraq, kütləvi şəkildə qaçdılar. Bu istiqamətdə bizə qarşı, əsasən, polislər vuruşurdu. Belə görünür ki, polis mövqelərini tərk edən fərariləri güllələyirmiş. Bizim tapdıqlarımız da onların cəsədləri idi”, - deyə o bildirib.

Ardını oxu...

B.Məmmədovun sözlərinə görə, bu ərazilərdə hökumət tərəfindən pul müavinəti və payla təmin edilən erməni diversantlar yaşayıb. Mahmudlu kəndi yerli standartlara görə Qubadlı rayonunun ən böyük yaşayış məntəqəsidir. Orada isə maksimum 70 ev var.

“Burada, hər evdə konservləşdirilmiş yeməklər, eləcə də, hərbi geyim, silah və sursat tapdıq. Ermənilər işğal altında olan ərazilərdə dinc sakinlərin yaşadığı barədə yalanlar danışıb.

Birmərtəbəli yaşayış evləri, əslində, çoxsaylı yeraltı tunellərlə birləşdirilmiş, betondan ibarət ikimərtəbəli zirzəmisi olan möhkəmləndirilmiş bunkerlərdir. Bütün bu istehkamları tikmək üçün ermənilərin kifayət qədər vaxtı olub.

Kəndlərdə Sovet dövründən qalan bir çox atribut tapdıq. Burada, əsasən, xurma və üzüm yetişdirilib. Bütün evlərdə şərabçılıqla məşğul olunub”, - deyə könüllü əlavə edib.

B.Məmmədov, həmçinin, erməni vandallarının bütün müsəlman qəbirlərini dağıtdığını söyləyib. Ancaq təəccüblüdür ki, bəzi tarixi abidələr - türbələr və ziyarətgahlar günümüzə gəlib çatıb.

İşğalçılar, demək olar ki, bütün meşəni qıraraq, özləri ilə aparıblar.
Ardını oxu...
Rusiyanın sülhməramlı kontingenti Dağlıq Qarabağda sosial əhəmiyyətli obyektlərin minalardan təmizlənməsini davam etdirir.

Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, ötən sutka ərzində Xankəndidə 10 saylı orta ümumtəhsil məktəbinin ərazisi də minalardan təmizlənib.

Ətraf bölgədə axtarış, təmizləmə işləri başa çatdırılıb.

 
Ardını oxu...
...Bəli, dünən yazmışdıq ki, Ermənistan mətbuatı artıq neçə gündür daha "DQR" və ya "DQR prezidenti" ifadələrini yazmırlar. Bu isə Paşinyan tipli hakimiyyətin yeni reallıqla barışması deməkdir. Və Ermənistan artıq bu reallığın subyektidir, Azərbaycanla münasibətlərindəki müharibə və işğalçılıq niyyəti ilə irəli getməyi, yaşaya bilməsi mümkünsüzdür.
Bu gün başqa bir reallıq ortadadır. "Təzadlar" xatırladır ki, "Sputnik Armeniya" "Аэропорт в Степанакерте может заработать: тонкости трехстороннего заявления по Карабаху" məqaləsində bu reallığın Azərbaycanın necə yaratdığını aydın təsvir edir. Məqalədə söhbət Xankəndi aeroportunun fəaliyyəti ilə bağlıdır. Başqa vaxtlarda işğalçı dili ilə danışan Paşinyan hakimiyyəti (elə bütün Ermənistanın keçmiş və indiki siyasi hakimiyyəti) indi Azərbaycanla, belə demək mümkünsə, quzu dilində danışır. Aşağıda originalında olduğu kimi təqdim edirik, özünüz qiymət verin. Ən maraqlısı budur ki, Ermənistan KİV-i, hətta bir cümləsində belə Azərbaycanın düşmən ölkə olduğunu yazmır... Bu azmış kimi, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevdən sitat da gətirib tezliklə mehriban şəraitdə yaşamaq arzularını ifadə edirlər:

...Миротворческая операция в Карабахе отличается сложнейшей логистикой. Реконструкция и модернизация аэродрома в Степанакерте позволит принимать военно-транспортные самолеты ВКС РФ, создаст новые операционные возможности, решит проблемы снабжения войсковой группировки.
Карабах связывает с Арменией только Лачинский коридор шириной 5 километров. Дорога – под присмотром российских миротворцев, и все же остается крайне уязвимой в случае возможного обострения обстановки в регионе. В перспективе – непростое строительство новой дороги (коридора), после передачи Азербайджану Лачинского района. Однако оперативная доставка людей и грузов необходима уже сегодня.
Путь по автомобильным дорогам от Степанакерта до Еревана (авиабаза Эребуни, аэропорт Звартноц) – 320 км. В первые дни операции миротворцы выдвигались в Степанакерт этим маршрутом. Затем (28 ноября) освоили комбинированный маршрут: вагоны с грузами и техникой из России прибывают на азербайджанскую железнодорожную станцию Барда и после перегрузки на автомашины – около 100 км пути по маршруту Барда – Агдам – Степанакерт. Куда ни кинь маршрут, дорога дальняя.
Оперативная переброска подразделений, техники и грузов на сотни километров в условиях Нагорного Карабаха превращается в сложную войсковую операцию. Два раза в год – ротация личного состава группировки миротворцев. Осложнение обстановки в регионе может потребовать дополнительных сил и средств. При этом в девяти километрах от Степанакерта имеется аэропорт, который гипотетически способен принимать тяжелую военно-транспортную авиацию.
Полеты здесь прекратились в начале 1990-х из-за боевых действий. Инфраструктура аэропорта пострадала от ракетных обстрелов со стороны Азербайджана в сентябре и октябре 2020 года, но длина взлетно-посадочной полосы (ВПП) составляет 2200 метров. Рельеф местности позволяет при необходимости удлинить полосу на 1000 метров и построить рядом вторую. Цена возрождения и модернизации аэропорта близ Степанакерта при ближайшем рассмотрении может оказаться не дороже многолетних дальних рейсов, громадных затрат времени и сил. Аэропорт также может стать логистическим центром для переброски гражданских грузов и важным слагаемым экономического роста Нагорного Карабаха в перспективе.

Дорога дальняя и опасная


Российские миротворцы на 23 наблюдательных постах круглосуточно контролируют соблюдение режима прекращения огня в Нагорном Карабахе, обеспечивают безопасность движения автотранспорта и перемещения местного населения по Лачинскому коридору. С 14 ноября благополучно вернулись в свои дома более 26 тысяч беженцев. В регионе активно работают российские саперы, военные медики, сотрудники МЧС.
Решение миротворческих задач требует постоянной мобильности. Специальный протокол, подписанный Москвой и Баку на основе трехстороннего соглашения Россия – Азербайджан – Армения о прекращении карабахской войны, предусматривает разблокирование транспортных коммуникаций между Азербайджаном и Арменией.
Очевидно, этот документ снимает запреты не только на земле, но и в небе. Имея в виду полеты в аэропорт Степанакерта. Прямой маршрут из России снял бы многие проблемы логистики и снабжения, создал бы новые операционные возможности войсковой группировки 15-й миротворческой бригады.
Ранее Грузия по просьбе Азербайджана и Армении открыла свое воздушное пространство для российской военно-транспортной авиации, самолеты которой совершали полеты в Ереван. Далее – в Степанакерт – неизбежный и длительный марш на технике. Теперь самое время полностью разблокировать небо региона. Это может пойти на пользу проекту строительства дороги из Азербайджана в Нахичеванскую автономию.
Аэродром Степанакерта уже ремонтировался и был готов принять самолеты в 2012 году. Но этого не произошло из-за противодействия Баку. Однако после заключения трехстороннего соглашения и начала российской миротворческой операции обстановка в регионе в корне изменилась. Пора пересмотреть подходы к безопасности полетов и отменить запреты. Тем более что имеются прецеденты азербайджанско-армянского "взаимозачета": рейсы из Баку в Нахичевань летают через международные коридоры над Арменией, и армянские авиакомпании используют международно-защищенные воздушные коридоры над территорией Азербайджана.
Президент Азербайджана Ильхам Алиев ранее заявил: "Наступит день, когда проживающие сегодня в Нагорном Карабахе армяне и азербайджанцы, которые обязательно туда вернутся, вновь будут жить в условиях добрососедства. Здесь есть логистические вопросы, транспортные вопросы, энергетическая безопасность. Мы рассмотрим все эти вопросы".
Это обнадеживает. И если высокогорный аэропорт вскоре расправит крылья, это пойдет на пользу региональному миру и стабильности.
Təqdim etdi: A.Məmmədli

Dünyapress TV

Xəbər lenti