Ardını oxu...

Cənab Prezident! Yazıb diqqətinizə çatdırıram ki, mən 13 ildir mediadayam. Hazırda “Reportyor.info” saytına rəhbərlik edirəm. 13.02.2023  tarixdə Şıxəliyev Ramin ARB TV-nin efirində jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni Axtarıram” verilişində fırıldaqla üzləşdiyini iddia edərək, şikayətinin işıqlandırılmasını xahiş etdi.

R.Şıxəliyevi dəvət edərək, onun şikayətini videoformatda hazırladım. Şikayətçi bildirirdi ki, həmin verilişdə xəstə övladının adına vəsait toplanıb, lakin həmin vəsait aidiyyatı üzrə xərclənməyib, övladı da lazımi müalicəni almayıb. X.Hidayətqızının köməkçisinə (0502204946) zəng edərək, qarşı tərəfin mövqeyini istədim.

Onlar məni görüşə dəvət etsələr də, getməkdən imtina edərək cavabın onlayn göndərilməsini istədim. Lakin onlar cavab vermədilər. Mən həmin materialı ictimailəşdirdikdən sonra üzərimə hücumlar başladı. X.Hidayətqızı müəllifi və aparıcısı olduğu verilişdə, canlı yayımda şəxsi həyatımı müzakirəyə çıxarır, ünvanıma nalayiq ifadələr səsləndirir. Halbuki mən özüm o verilişdə iştirak etmirəm, cavab haqqım tanınmır.
Bu isə peşəkarlıqdan uzaq olmaqla bərabər, həm də cinayət məsuliyyəti yaradır. Cənab Prezident, hörmətli Ali Baş Komandan! Artıq üzərindən bir neçə gün keçməsinə baxmayaraq, verilirş mənim də yaxınlarımın adları hələ də çəkilməkdə davam edir. Müxtəlif tanıdığım və tanımadığım sosial şəbəkə istidadəçiləri, jurnalistlər (xüsusilə X.Hidayətqızının verilişində ekspert qismində iştirak edən  Manşet.az Xəbər Portalı  saytının rəhbəri Əli Vəliyev-A.Əliyeva) haqqımda əxlaqdan kənar şayiələr buraxmaqda, məni təhqir etməkdə davam edirlər.
Artıq hədlərini o qədər aşıblar ki, mənim övladımın atasını, övladımı, yaxınlarımı məsələyə qatmaqdan belə çəkinmirlər. Qarşı tərəf nəinki mənəvi-əxlaqi dəyərlərə, hətta qanunlara beləməhəl qoymadan təhqirlərini davam etdirir. Şikayətçini belə ələ alaraq mənim guya onu çəkilişə, danışmağa məcbur etdiyimi canlı efirdən dedirdib. Bütün bunlarla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edəcəm.
Lakin sosial şəbəkələrdə haqqımda yazılanlar artıq əndazəni aşıb. Sizdən xahiş edirəm, məsələ ilə bağlı tədbir görülməsini təmin edəsiniz. Əks halda mənim intihar etməkdən başqa əlacım qalmır. Bu təhqirlərin, şər-böhtanın qarşısında heç kim tab gətirə bilməz. Cənab Prezident! Azərbaycan hüquqi dövlətdir və qanunlarla idarə olunur.
Əgər mənim bir müstəqil jurnalist olaraq hazırladığım materialda hansısa neqativ vardısa, qarşı tərəf məni məhkəməyə verib, araşdırılmasını tələb edə bilərdi. O zaman mən də əlimdə olan sübutu ortaya qoyardım, ədalətli qərar çıxarılardı. Lakin bu hay-küy, bu hücumlar, qarşı tərəfin haqsız olduğunu sübut etməklə yanaşı, ölkəmizin hüquqi dövlət kimi imicinə böyük zərbədir.
Belə çıxır ki, kimin əlində imkan varsa, haqlı və haqsız olduğu məqamlarda öz imkanlarından istifadə edərək, qarşı tərəfə öz təbirincə “cəza kəsir”. O zaman bizim məhkəmə sistemimiz, hüquq-mühafizə orqanlarımız nəyə yarayır?
Azərbaycandakı söz və mətbuat azadlığı haqqında danışılanlar harda qalır? Əgər artıq 4-cü TV-dir dəyişən Xoşqədəm Hidayətqızı öz əlaltıları vasitəsilə bir ananı, gənc qadını ölümə sürükləyirsə, buna bir dur deyən qüvvə yoxdurmu?
Cənab Prezident! Bütün ümidim sizədir! Əgər bu təzyiqlər dayanmasa, mən ARB TV-nin qarşısında intihar edəcəm. Bu müraciətimlə bəyan edirəm ki, məni buna Xoşqədəm Hidayətqızı, Əli Vəliyev və onların əlaltısı olan bir qrup “reket jurnalist” məcbur edir.  
Əliyeva Arifə Vahid qızı

 

Ardını oxu...
Bakı Apelyasiya Məhkəməsinin hakimi Səadət Bəktaşi Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunur.
Bu haqda məlumatı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi verib.
Məlumata görə, bununla bağlı qərarın sabah komitənin videokonfrans şəklində keçiriləcək iclasında qəbul olunacağı gözlənilir.
gundelik naxçıvan
Teref.az
 
 
 
Ardını oxu...
Türkiyədə baş verən zəlzələdən sonra Adıyamanda dağılan “Bozdoğan” otelinin ortaqlarından biri Nazan Bağcı İstanbul hava limanında saxlanılıb.
Onun “Ehtiyatsızlıqdan ölüm və yaralanmaya səbəb olma” maddəsi ilə axtarışda olduğu müəyyən edilib.

Bağcı polis tərəfindən nəzarətə götürülüb.
 
Ardını oxu...
Xırdalanda oğulun anasını istədiyi qızı ona almadığı üçün öldürdüyü iddia olunur.

Hadisə zamanı hadisəni törədən Orxan Hüseynzadənin atası işdə, bacısı isə Bakıda olub.

Qeyd edək ki, oğlu tərəfindən qətlə yetirilən 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadə Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən məktəblərin birində müəllim işləyirmiş.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
“Ermənistana köçürüləcək azərbaycanlıların təhlükəsizliyini Türkiyə təmin edəcək”
“Azərbaycanlıların Ermənistan ərazisinə köçürülməsi ilə bağlı rəsmi planda qeyd olunur ki, Ermənistan ərazisində azərbaycanlıların təhlükəsizliyi təmin edilməlidir. Bunlar da onlar üçün müvafiq mandat alan etibarlı və dost ölkələrin qüvvələri olmalıdır”. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bunu erməni azərbaycanşünas Anjela Elibekova deyib.

Erməni ekspert bildirir ki, Azərbaycandan olan politoloqlar həmin dövlətin yalnız Türkiyə ola biləcəyini bəyan edirlər. “Onların artıq Türkiyə rəsmiləri ilə rəsmi görüşləri də olub. Türkiyə səfiri Qərbi Azərbaycanlıların ofisində olub. Türkiyənin dəstəyi ilə bağlı rəsmi açıqlamalar verilib”.

Elobekova qeyd edir ki, Azərbaycan tərəfinin tələbi konkretdir. “Onlar deyir ki, təkcə Ermənistan ərazisində doğulanların deyil, onların övladlarının da geri qayıtmaq hüququ var. Bunun üçün dövlət proqramı çərçivəsində artıq qeydiyyata da başlanılıb. Hazırda söhbət bir neçə yüz mindən gedir”.

O vuğulayıb ki, vaxtıyla Azərbaycandan çıxmış ermənilərlə bağlı belə bir proqram yoxdur. “Düzdür, oradan çıxanların geri qayıtmaq kimi istəkləri də mövcud deyil. Azərbaycanın isə müharibə etmədən Ermənistan ərazisini necə işğal edəcəyinə dair proqrama malikdir. Onlar artıq bu istiqamətdə diplomatik, hüquqi, təbliğat, siyasi, elmi və digər sahələrdə fəaliyyətə başlayıb”.
 
 
 
Ardını oxu...
İtaliyalı gənc oğlan özündən 57 yaş böyük milyarder qadınla nişanlanıb.

19 yaşlı Cüzeppe Danna 76 yaşlı Malian Qattaya evlilik təklifi edib.

Cüzeppe sevgilisi ilə öpüşərək çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb və "Onu ilk dəfə görəndə qarnımda kəpənəklərin uçduğunu hiss etdim", - deyə yazıb.

Fotolar sosial mediada müzakirələrə səbəb olub. Hətta fotolarda Cüzeppe əlini sevgilisinin qarnına qoyduğuna görə onun hamilə olduğu düşünülüb.

Fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdə “Survivor” iştirakçısı Aşkım Burçe Tunayın sevgilisi Yiğit Can Datlı həyatını itirib.

“Survivor-2020” mövsümü ilə tanınan gimnast Aşkım Burçe acı xəbəri sosial şəbəkədə paylaşıb. O, sevgilisi ilə çəkdirdiyi videosunu yayımlayıb.

“Allah deyir ki, kimi məndən çox sevsən, onu səndən alaram. Və əlavə edir ki, “Onsuz yaşaya bilmərəm”, - demə, səni onsuz yaşadaram. Biz yarıda qalmadıq, söz verirəm, məhşərə qaldıq”, - deyə Aşkım Burçe videoya şərh yazıb.

“Üzünü görməyə cəsarət edə bilmədim ilk əvvəl. Əslində bu, mənim özümü aldatmaq üsulum idi, çünki üzünü görsəydim, həyatda olmadığına inanmaq məcburiyyətində qalacaqdım artıq... Amma son dəfə baxmalı idim sənə, son dəfə səni sevdiyimi deməli idim. Bilirəm, haradansa məni izləyirsən. Qəlbim sənin evindir, söz verirəm, o evə çox yaxşı baxacağıma söz verirəm”, - deyə o əlavə edib.
Ardını oxu...Ardını oxu...
Ardını oxu...Ardını oxu...
 
Ardını oxu...
Tanınmış prodüser Təranə Səmədova həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, o, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Məlumatı saytımıza açıqlamasında DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev də təsdiqləyib. Onun sözlərinə görə, prodüser barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

Qeyd edək ki, T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

Onu da xatırladaq ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.

Onu da qeyd edək ki, bu barədə məlumatı ilk shownews.az saytı yayıb.
Ardını oxu...
 
Ardını oxu...
Kahramanmaraşda zəlzələdə dağılan binanın dağıntıları arasında qalan Xədicə Akan (39) qrupların işi nəticəsində 180 saat sonra xilas edilib.
Pazarcık və Elbistanda 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra qruplar axtarış-xilasetmə işlərini davam etdirir. Araşdırmalar zamanı Onikişubat mahalında, Hayrullah Mahallesi Altınköşk Mənzilində yaşayan Hatice Akanın dağıntılar altında qaldığı müəyyən edilib. Bunun üzərinə qruplar Akanı xilas etmək üçün iş başlatdı. Çoxlu qrupların iştirakı ilə aparılan işlərdə Akan 180-ci saatda dağıntılar altından xilas edilib. Sağlamlıq qrupları tərəfindən təcili yardıma mindirilən Hatice Akan Kahramanmaraş Dövlət Xəstəxanasına aparılıb.
CNN Türk
Ardını oxu...
Adıyamanda baş verən zəlzələnin 178-ci saatında daha bir möcüzə baş verib və 6 yaşlı Hivay sağ-salamat xilas edilib. Səhiyyə naziri Fahrettin Koca Hivayın təcili yardım maşınındakı görüntülərini paylaşarkən kiçik qız məmurlardan çiyələkli süd və poğaca istədi.
Ardını oxu...
Gülümsədən DİALOQ
Təcili yardım maşınında tibb işçiləri ilə danışan Hivay "çiyələk südü və poğaça istəyirəm" deyib. Balaca qızcığazın böyüdükdən sonra həkim olmaq istədiyi, məmurların isə Xivaya onun arzularını dərhal yerinə yetirəcəyini söylədikləri öyrənilib.
haberler.com

Dünyapress TV

Xəbər lenti