Ardını oxu...
“Sadə bir Azərbaycan qadını qədər hörmətiniz yoxdur”.

DİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə erməni ekspert Hasmik Babacanyan yazıb.

“Qarabağ müharibəsindən əvvəl, kommunist dövründə biz tez-tez Gorusdan Laçına gedirdik. Bu, kələ-kötür yolla gəzinti idi.

Martın 8-də Anna Akopyanın erməni qadınlarını aşağılamaq cəhdindən sonra azərbaycanlılarla bağlı şahidi olduğum bir əhvalatı təqdim edəcəyəm.

Azərbaycanın rayonlarından birində böyük dava oldu. Kişilər bir-biri ilə dalaşdı, bıçaqlanma da oldu. Dava edənlər tamamilə qan içində idi.

Bir neçə polis yaxınlaşıb donub qaldı. O böyük davada onları cilovlamaq mümkün deyildi. Və qəflətən hadisə yerinə yetkin bir azərbaycanlı qadın gəldi və qorxmadan dalaşanlara yaxınlaşdı. Qadın baş örtüyünü açıb dava edənlərə tərəf atdı. Heç vaxt belə bir şey görməmişdik. Sehrli filmdəki kimi birdən dava dayandı. Kişilər üz və bədənlərindəki qanı təmizləyirdilər, təcili yardım maşını gəlib yaralıları xəstəxanaya apardı. Polislər də öz işini gördü.

Sonra bizə dedilər ki, Azərbaycanda qadına, anaya münasibətdə belə bir dövlət siyasəti var. Ana başındakı yaylığı kişilərin üstünə atırsa, hansı çəkişmədə olsalar da, davanı, qanı dayandırırlar. Azərbaycanda ananın belə hörməti, şərəfi var.

Və bu gün Ermənistanda peyda olan ər-arvad dövlət siyasətini dəyişmək istəyirlər. Qəhrəmanları məhv edəndən sonra indi qəhrəmanların analarını aşağılamağa başlayıblar. “Ermənistanda imkanlar və maneələr, qadınların yeri və rolu” adlı forumda baş nazirin xanımı deyib: “Bizə əsrlər boyu öyrədilib ki, erməni qadınının rolu yaxşı övlad böyütmək, böyük ailəyə yaxşı gəlin olmaq, vətən uğrunda qəhrəmanlar dünyaya gətirməkdir”.

Soruşmaq istəyirəm, nəsə pis bir şey öyrədiblər, xanım? Erməni qadınının xoşbəxtliyi onda idi ki, bunu sən başa düşə bilməzsən.

Başa düşə bilmirsiniz, çünki siz erməni qadınının xoşbəxtliyini fikirləşmirsiniz, dövlət səviyyəsində kampaniya aparırsız, erməni qadınının rolunu aşağılayır, alçaldırsınız.

Çoxəsrlik milli müqəddəsliyimizi uydurma şəkildə təsvir edirsən: “Bizə üstüörtülü şəkildə öyrədilib ki, xoşbəxtlik əxlaqsızların işidir”.

Belə şeylər haqqında danışmaq belə utancvericidir. Belə biabırçı vəziyyətə düşmək istəmirəm.

Sadəcə qarşısında bir-birini bıçaqlayan tərəflərin baş əydiyi azərbaycanlı ananın hekayəsi yadıma düşdü. Dövlət siyasəti budur: Ananın rolunu qiymətləndirmək. Ananın öz tarixi missiyası ilə dövlət quracağını, dəyərli olduğunu hiss edir. Öz ölkənizdə adi bir azərbaycanlı qadının hörməti qədər hörmətiniz yoxdur. İnsanları “lider qadın” olduğunuza inandırın, axı sizi dinləyənlər var”, – deyə Bbacanyan bildirib.
Ardını oxu...
İndoneziyada Yava və Sumatra adaları arasındakı Sundra boğazında hərəkət edən gəmidə dəhşətli anlar yaşanıb.

Gəmidə olan şəxs arvadını qucağına alaraq dənizə atıb.

Həmin anlar təhlükəsizlik kamerasına əks olunub.

Videogörüntülərdə qadın göyərtədə oturacaqda oturmaq üçün çantasını çıxardığı zaman arxasında olan əri ona yaxınlaşır. Sonra qəfildən onu qucağına alaraq məhəccərlərin üstündən dənizə atır. Hadisəni görən digər sərnişinlər dərhal qadının köməyinə qaçırlar. Məhəccərlərdən yapışmağı bacaran qadın suya düşməkdən qurtulur, digər sərnişinlər isə onu çəkib göyərtəyə çıxarırlar.

Hadisədən sonra açıqlama verən polis həmin şəxsin psixiatrik müalicə aldığını bildirib.

Mənbə: Haber Global
 
Ardını oxu...
Behnuş Bəhraminiya 6 noyabr 2021-ci il tarixdə Tehrana gedib, lakin Xomeyni adına hava limanı polisi onu noyabrın 9-da gördüyünü deyir.

Sitat.info xəbər verir ki, 34 yaşlı iranlı-kanadalı qadının valideynləri onun İranda həbs olunduğunu düşünürlər.
Kanadanın "Global news" xəbər ajansı Behnuşun atası Əmir Bahraminiyaya istinadən xəbər verir ki, qız bir il yarım öncə həyat yoldaşı ilə birlikdə İrana səfər edib və o vaxtdan bəri onun haqqında heç bir məlumat yoxdur.

Behnuşun ailəsi kimliklərini açıqlamayan iki mənbəyə istinadən bildirir ki, qızları “milli təhlükəsizliyə qarşı təhdid” ittihamı ilə İranda həbsxanadadır.
 
Ardını oxu...
“Beynəlxalq Bank İşi” çərçivəsində 12 il 9 ay azadlıqdan məhrum edilən Milli Məclisin sabiq deputatı Dünyamın Xəlilovun həyat yoldaşı onun azadlığa buraxılması üçün ölkə başçısına əfv ərizəsi yazıb.

DİA.AZ bildirir ki, bu barədə Gununsesi.info-ya sabiq deputatın yaxınları bildirib.

Xatırladaq ki, hazırda həbsdə olan Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin yaxını olan Dünyamin Xəlilov mənimsə cinayətlərində ittiham olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb.

Dünyamin Xəlilov ittihamları rədd edib, məhkəmədən özünə bəraət tələb edib.

Qeyd edək ki, gələn ay “Heydər Əliyev ili” münasibəti ilə ölkədə böyük əfv sərəncamı veriləcək.
Ardını oxu...
"2014-cü ildə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində iştirak elədim. Yüksək nəticə qazandım, o vaxtlar indiki kimi deyildi, Bakıda vakansiya yox idi. İşləmək istədiyim yerlərin adlarını qeyd etdim. Birinci Qubanın Yenikənd kəndini, daha sonra uzaq rayonları yazdım. Evdəkilərdən xəbərsiz bu seçimi elədim. Çünki, bu mənim heç bir hazırlığa getmədən topladığım nəticə idi. Nəticələr bəlli oldu, müsahibədən də keçib işə qəbul olundum”.

TEREF.AZ bildirir ki, bu dəfə Bizim.Media üçün öz uğur hekayəsini Qubanın Yenikənd kənd tam orta məktəbinin coğrafiya müəllimi Günay Quluzadə danışır.

2014-cü ildə Bakı Dövlət Universitetini bitirən həmsöhbətimizin maraqlı hekayəsi var. 31 yaşı Günay Quluzadə 9 ildir Yenikənd kəndində müəllim işləyir.

Deyir ki, Yenikəndə ilk gəldiyim gün gördüklərim ailəmi narahat etsə də qərarımdan dönmədim. O, ömründə görmədiyi dağ kəndinə Qubanın rayon mərkəzindən qardaşı ilə piyada gəldikləri günü belə xatırlayır.

"Dedilər kəndə 18 km-dır. Nə qədər getsək də mənzil başına çatmaq olmurdu. Qardaşım onda Qafqaz Universitetinin tələbəsi idi. Bir birimizə baxa-baxa dağlara qalxırdıq. Yollar çətin olsa da ətrafdakı mənzərə adamı valeh eləyirdi. Nəhayət, çatdıq. Odun sobası ilə isinən evlər... hara düşdüyümün, necə olacağının fərqinə varmadan, düşünmədən razılıq verdim. Ev tapdıq. Qardaşım və digər insanlar təkidlə "burda necə qalacaqsan? Sənə çətin olacaq"- desələr də mənim cavabım -"burdakılar necə qalır, mən də elə"- oldu. Həmin gün Bakıya qayıtmaq istəsək də bizə dedilər ki, artıq bundan sonra avtomobil tapmaq mümkün deyil. Avtobus gündə bir dəfə səhər saat 8-də Qubaya gedir, saat 14.00-da Qubadan geri qayıdır. Həmin gün kənddə qaldıq".

Günay Quluzadə Yenikənddəki müəllim həyatının bu 9 ildə müxtəlif çətinliklərlə müşayiət olunduğunu söyləyir. İlk dərs gününü, insanlar arasında konstitusiyamıza and içməyini, onu bir-bir bütün siniflərdə təqdim etmələrini xoş və həyəcanlı xatirə kimi danışır:

"İlk gün həyəcanlı və çox xoş idi. Mehriban bir ortam oldu. Məktəb çox şəraitsiz olsa da uşaqların üzündəki o məsum baxışlar adamın içini isidirdi. Mənim 10 saat dərsim vardı, o vaxtı heç 120 manat eləmirdi. Mən həmin vaxt sırf maddiyyatı düşünsəydim, dərhal kəndi tərk edərdim".

İlk gündən məktəbdə həvəslə şagirdlərinə qucaq açan Günay Quluzadə Qubanın kənd həyatında ömründə görmədiyi çətinlikləri görüb:

"Problemlər çox, öyrəşmək çətin idi. Odun sobasının istisinə isinmək, suyu hardansa gətirmək, üstəlik də bərbad elektrik xəttləri... Külək əsəndə işıqlar sönürdü. Ayaqqabılarım tab gətirmədiyindən sonradan rezin “qaloş”a keçdim. Daha rahat və ucuz. Suyu gətirmək indi asanlaşıb, əvvəl mən qonşu Tüləkəran kəndindən su gətirmişəm. Qaz da yox idi onda".

Günay xanım gənc müəllimə kimi dövlətin ona verdiyi imtiyazlardan razı qalmayıb. Deyir ki, məktəbimiz kəndin girişindəki məsafədən çox uzaqda yerləşir:

“Meşənin girişində yerləşən məktəbdir. Amma mən 5 il 60 manat aldım. 2 km fərq olduğu hesablansa da mənə əlavə məbləğ verilmədi. İndi o da verilmir, müəllimliyimin 5 ili tamam olanda həvəsləndirici 60 manat da kəsildi. Bu, adama pis təsir edir. Kənddə qalıb işini davam etdirmək istəyənlərə hökumət maddi dəstəyini davam etdirsə, yaxşı olar".

Əslən Qəbələnin Həmzəli kəndindən olan Günay Quluzadə Bakıda doğulub. Fizika-riyaziyyat təmayüllü liseyi bitirib.

Nə vaxtsa kənddə işləyəcəyini və işləyəcəyi kənddə sevdiyi oğlanla ailə həyatı quracağını ağlının ucundan belə keçirməyib. Həyat yoldaşı Nicatla necə ailə qurmasından da söz açır:

"Bir ilimi başa vurana yaxın şəxsi həyatımda da yenilik oldu. Mən kənddən qayıdanda Bakıya, Yenikənddən olan Nicat adlı oğlanla qayıtdım. Nicat onda Bakı Dövlət Universitetində turizm ixtisası üzrə təhsil alırdı. Sonra münasibət yarandı və tam ciddiləşdi. 2016-cı ilin fevralın 19-dan həyatımın dönüş nöqtəsi olacaq qərarlar verdim, çox şükür ki, hələ də peşman deyiləm”.

Müsahibim işlədiyi Yenikənd məktəbinin 2005-ci ildə tikildiyini deyir. Amma bildirir ki, çox keyfiyyətsiz tikilib və hazırda qəzalı vəziyyətdədir. Onun sözlərinə görə, odun sobası ilə isinən məktəb indi daş kömürlə qızdırılır.

Daş kömürün verdiyi istilik sinif otaqlarını qızdırmadığından müəllimlər məcbur olub odunu özləri pulla alırlar. Kəndə gələn yolun bərbad olması da gənc müəllimi çox narahat edir:

“Rayon İH başçısı Ziyəddin Əliyev Tüləkəran kəndində səyyar qəbul keçirəndə mən yolumuzun təmir edilməsi məsələsini qaldırdım. Rayon İcra Hakimiyyətinin başçı bizə söz verib. İnanıram ki, yolumuz əsaslı təmir olunacaq”.

Günay Quluzadə deyir ki, qarşıdakı ildə MİQ-də yenidən imtahan vermək fikrindədir. Arzusu Bakıda vaxtilə oxuduğu məktəbə qayıdıb fizika-riyaziyyat təmayüllü liseydə müəllim işləməkdir. Həyat yoldaşı Nicat Bakıda işlədiyindən hər cümə kənddən Bakıya gedib qayıtmaq onun üçün də çox çətindir. Deyir ki, Yenikəndi, yenikəndliləri çox sevir. Amma burada əsas yarada bilib, xeyli davamçısı var.

“Burda qalmaq xoş olsa da artıq Bakıya dönməyin vaxtıdır” - deyir Günay Quluzadə.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ardını oxu...
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. AYNA-nın məlumatına görə, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda isə bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.

1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.

1995-ci ildən ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

8 Mart-Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günüdür.
 
Ardını oxu...
İranın ali dini lideri Ayətullah Əli Xamenei İranda bir çox tələbə qızın zəhərlənməsi məsələsinə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, Əli Xamenei Ağacəkmə Günü münasibətilə qatıldığı tədbirdə çıxışı zamanı zəhərlənmədə günahı olanların cəzalandırılacağını deyib:

"Bu hadisə cəmiyyətin ən günahsız hissəsinə, yəni uşaqlara qarşı bağışlanmaz cinayətdir. Son üç ayda çoxlu qız tələbənin zəhərləndiyi hadisələrlə bağlı səlahiyyətlilər məsələyə ciddi yanaşmalıdır. Bu hadisədə əli olan şəxs və ya qruplar tez tapılmalı və ən ağır şəkildə cəzalandırılmalıdır. Hər kəs bilməlidir ki, bu cinayəti törədən və ya edənlər müəyyən edilərsə və mühakimə olunarsa, onlar heç vaxt bağışlanmayacaqlar və başqalarına ibrət dərsi olmaq üçün onları ən ağır şəkildə cəzalandırılacaq".
 
Ardını oxu...
Son 3 ayda İranın müxtəlif şəhərlərinin 30 məktəbində qızların zəhərlənmələri müəamma olaraq qalır. Zəhərlənənlərin sayı mini keçib. İran rəsmiləri bunun izahını verə bilmirlər, araşdırma aparmaq əvəzinə yenə “xarici düşmənlər” axtarırlar. İran prezidenti İbrahim Rəisi qızların kütləvi zəhərlənməsi ilə bağlı son açıqlamasında zəhərlənmələrə görə ölkəsinin düşmənlərinin məsuliyyət daşıdığını bildirib. Belədirsə, İranın düşmənlərinin bu ölkədə qızları zəhərlənməsində məqsədi nədir? İbrahim Rəisinin bu suala cavabı belədir ki, düşmənlər İranın tərəqqisindən (yəqin tərəqqi dedikdə ağır iqtisadi və sosial durumun xaricində uranın zənginləşdirməsini və pilotsuz uçuş aparatlarının artan istehsalını nəzərdə tutur) narahatdırlar və məktəbli qızları zəhərləməklə məktəblərdə inamsızlıq, ailələrdə narahatlıq yaratmaq cəhdidir. “Düşmənlər İran cəmiyyətinin psixologiyasını hədəfə alıblar” deyən İbrahim Rəisi xarici mərkəzlərin İranda üsyan və xaos yaratmaq istədiklərini bildirib.
İran prezidentinin bu əzbərçi açıqlaması məsələyə aydınlıq gətirmir. İbrahim Rəisi İranın düşmənləri dedikdə böyük ehtimalla əsas iki dövləti – ABŞ və İsraili nəzərdə tutub. Əlbəttə, bu iki dövlət İranda rejim dəyişikliyini arzulayır. Bunun üçün rejimə alternativ qüvvələri açıq və gizli yollarla dəstəkləyə bilərlər. Əgər minlərlə məktəbli qızın zəhərlənməsinin arxasında ABŞ və İsrail dayanırsa, demək bununla İbrahim Rəisi düşmənlərinin İranda at oynatdığını etiraf etmiş olur. Çünki İran qapalı ölkə olmasına rəğmən, düşmənlərin kəşfiyyat strukturları 30 şəhərdə “zəhərləmə əməliyyatı” həyata keçirib və Tehran bunun qarşısını ala bilməyib.
Fikrimcə, zəhərlənmənin arxasında “xarici düşmən” amili şişirdilib. Həqiqətən İsrail kəşfiyyatı İranın nüvə obyektlərində çalışan alimləri zərərsizləşdirir, ABŞ və Səudiyyə Ərəbistanı isə rejimə alternativ qüvvələrlə təmasdadır. Ancaq ölkədə kütləvi zəhərlənmə həyata keçirmənin İsrail, ABŞ və Səudiyyə Ərəbistanı üçün bir anlamı yoxdur. Kütləvi zəhərlənmələr İranda rejim içərisində daxili rəqabətin işarətinə oxşayır. İbrahim Rəisi deyib ki, “xarici düşmənlər ölkədə xaos yaratmaq istəyirlər”. Ötən ilin sentyabrında iranlı xanım Məhsa Əmini Tehranda əxlaq polisi tərəfindən döyüldükdən sonra xəstəxanda vəfat etdi və həmin gündən başlayaraq İranda etirazlar səngiməyib. İranda xaosa bu hadisə səbəb olub. Məgər Məhsa Əmininin ölümünə səbəb olan xaosu “xarici düşmənlər” yaradıb?
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Sabirabad rayonunda 1967-ci il təvəllüdlü Muğamat İbadov 46 yaşlı arvadı Sevincə işgəncə verib.

Əri tərəfindən işgəncə görən Sevinc özünü yandıraraq intihar edib.

Hadisə 2020-ci il noyabrın 15-də baş verib. Yanıq xəsarətləri ilə Sevinc əvvəl Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb, oradan isə Bakıya göndərilib.

Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsində 1 aydan çox müalicə alan Sevinc dekabrın 24-də orada vəfat edib. Xəstəxanada polis əməkdaşlarına izahat verən qadın deyib ki, əri onu özünü öldürməyə vadar edib. İzahatında qeyd edib ki, əri ona elədiyi zülmlərə görə dəfələrlə qaynıgildə, qonşuda, təndirxanada yatmaq məcburiyyətində qalıb.

İstintaq uzun sürən araşdırmadan sonra Sevincin intihara cəhd etməsində əri Muğamatı təqsirli bilib.

Onun barəsində Cinayət Məcəlləsinin 133.1-ci (bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muğamat özünü təqsirli bilməyib. O bildirib ki, noyabrın 15-də səhər saat 10 radələrində həyətdə olarkən Sevinc evə gəlib:

“Sevincə yaxınlaşarkən telefonla danışdığını gördüm. Sevincin bacım Mehparə ilə danışdığını hiss etdim. Lakin onların nə danışdıqlarına fikir vermədim. Sadəcə Sevinc telefonla danışarkən ona yaxınlaşdım və nəyə görə hirsli olduğunu soruşdum. Sevinc də əli ilə məni kənara itələdi. Həyətdə nar ağaclarının dibinə peyinləri yaymağa getdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 5-10 dəqiqə sonra Sevinc tərəfə baxdıqda onun yandığını görüb:

“Dərhal Sevincin yanına qaçdım. Həyəcanlı halda alovu söndürməyə çalışdım. Evin eyvanından asılmış xalçanı götürdüm və Sevinci xalça ilə bürüdüm. Lakin alov sönmədi, xalça da yanmağa başladı. Sevincin isə səsi gəlmədi.

Xalça ilə özüm qarışıq alovun üzərinə yıxıldım. Qıçlarımın arasından alov çıxmağa başladı. Əlimlə odu söndürməyə çalışanda əllərim yandı. Üstümdəki alovu əllərimlə söndürə bildim.

Sevincin üzərinə su tökərək onun da alovunu söndürdüm. Su tökdükdən sonra Sevinc öskürərək özünə gəldi. Ondan nə etdiyi və niyə özünü yandırdığını soruşdum. Sevinc onu götürməyimi istədi. Özümün də yandığımı və onu götürə bilməyəcəyimi söylədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Sevinc ona qardaşı Qədirin nömrəsini deyib və zəng etməsini istəyib:

“Qədirin nömrəsini yığdım, təcili bizə gəlməyini bildirdim. Əlim yanmış olsa da, Sevinci yerdən qaldırdım, yataq otağına apardım. Ona kömək etdim.

Sevinc əynini dəyişdi, yanmış paltarlarını əynindən çıxardı. Evdə həmişə geyindiyi paltarlar geyindi. Təqribən 5 dəqiqə sonra Qədir gəldi. Mənə heç bir söz demədən Sevinci apardı. Sonra bacımın yoldaşı Sakitə zəng edərək çağırdım. Öz maşını ilə məni evlərinə apardı. Bacım Mehparənin tibdən başı çıxdığı üçün Sabirabad rayonundan ağrıkəsici dərmanlar, iynə, maz aldırdım. Mənim əllərimə və qıçlarıma sarğı qoydurdum. Həmin gün Sevincin əvvəlcə Saatlı Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərində yerləşən 5 saylı Yanıq Mərkəzinə aparıldığını eşitdim”.

Təqsirləndirilən şəxs bildirib ki, növbəti gün Sevincin qardaşı Samit ona zəng edib və xəstəxana xərcləri üçün 2000 manat lazım olduğunu deyib:

“Həmin pulu onun özünə göndərməyimi xahiş etdi. 1900 manat pulu Sevincin qardaşı Niyaməddinə Samitə verməsi üçün təqdim etdim.

Təqribən 5 gün sonra Samit mənə yenidən zəng etdi və Sevincin xəstəxana xərcləri üçün pul lazım olduğunu dedi. Məndən yenə 2000 manat istədi. Pulum olmadığını söylədim. Amma həyətimdəki iki baş yanıbalalı inəyi satacağımı, pulunu Sevincin müalicəsinə verəcəyimi bildirdim. Samit də mənimlə razılaşdı”.

Muğamatın ifadəsinə görə, növbəti gün 2000 manatı hazır edib və Samitə zəng vurub:

“Samit həmin pulu götürərək apardı. Təqribən 1 saat sonra baldızım Rəqsanəyə zəng etdim və Sevincə baş çəkmək üçün xəstəxanaya gələcəyimi dedim. Rəqsanə qardaşları Bahadurun məni görmək istəmədiyini söylədi, bu səbəbdən oraya getməməyimi tövsiyə etdi. Lakin mən getmək qərarına gəldim.

Həmin ərəfədə bir qədər sağaldığımdan Sevincə yemək bişirdirdim, qardaşı Niyaməddinlə 5 nömrəli yanıq xəstəxanasına getdim. Xəstəxananın həyətində Sevincin qardaşı Hikmətin oğlu Mərhəməti gördüm. Ondan Sevincin vəziyyətini soruşdum. Mərhəmət Sevincin vəziyyətinin yaxşı olduğunu bildirdi. Mərhəmətə yemək gətirdiyimi dedim. O, ilk əvvəl heç bir söz demədi, sonra Bahadurun buna icazə vermədiyini söylədi. Xəstəxanaya daxil olmaq istəsəm də, məni oraya buraxmadıqlarından evə qayıtdım”.

Muğamatın sözlərinə görə, 2020-ci ilin dekabrın 17-də Samit ona zəng edib və Sevincə dərman almaq üçün yenidən 2000 manat istəyib:

“Həmin vaxt üstümdə pul olmadığından borc tapmalarını, nə qədər pul qoysalar, hamısının ödəyəcəyimi dedim. Samit mənə heç nə demədi. Dekabrın 24-də Sevinc aldığı yanıq xəsarətlərindən öldü”.

Zərərçəkmişin hüquqi varisi qismində tanınan Axırbəyim Əhmədova deyib ki, qızı Sevinc uzun illər əri tərəfindən şiddətə məruz qalıb. Muğamat Sevinci ən müxtəlif bəhanələrlə döyüb, təhqir edib, çox vaxt onun üzərində xəsarət izləri olub:

“Bu üzdən bir neçə il əvvəl Sabirabad Rayon Polis Şöbəsinə Muğamatdan şikayət də olunmuşdu. O, bu cür hərəkətlərinə son qoyacağına söz verəndən sonra ərizə geri götürüldü, qızımla aralarında barışıq oldu.

Sevinc 1993-cü ildə ailə qurub. Onların birgə nikahdan bir oğlu və bir qızı olmaqla, iki övladları var. Qızları hələ 2015-ci ildə ailə həyatı qurub, onun özünün də övladı var. Oğul isə ali təhsilini başa vurandan sonra işləmək üçün xarici ölkəyə gedib. Bu səbəbdən son illərdə Sevinc və həyat yoldaşı tək yaşayırdılar. Bu müddətdə də o, dəfələrlə üzərində xəsarət izləri ilə qardaşlarının, qonşuların evlərinə qaçmalı olub”.

Axırbəyim Əhmədova bildirib ki, qızı Muğamatın zülmləri üzündən bir neçə il əvvəl zəhər içməli olub:

“Sevincgilə gedəndə qızımın yataqda olduğunu, uşaqların isə ağladığını gördüm. Tez-tez qaytarırdı, ağzından sarı selik gəlirdi. Dedi ki, guya qonşu öz həyətinə siçanlara görə dərman səpib, bunun da toyuqları onu yeyib. Toyuğu kəsib yeyəndə özü də zəhərlənib. Məhlulla Sevincin mədəsini yuduq, müəyyən addımlardan sonra özünə gəldi. Qızımın zəhər içdiyini sonradan bildim”.

Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Muğamat Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində verilən Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ittihamdan xaric edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib. O, Sabirabad Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, Muğamatın barəsində Cinayət Məcəlləsinin 125 və 133.1-ci maddələri ilə ən ağır həddə cəza verilməsini istəyib.

Hüquqi varisin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, hökm Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən dəyişdirilib və ona təyin olunmuş cəza artırılıb.

Təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən xitam verilib.

Cəzanın müddəti əvvəlki kimi qalıb.
 
Ardını oxu...
Türkiyənin İYİ Partiyasının lideri Meral Akşener Gununsesi.info-ya özəl açıqlama verib.
“Türkiyədə iqtidarın dəyişəcəyi təqdirdə Azərbaycana dəstək davam edəcəkmi” sualına Akşener “Hər zaman” deyə bildirib: “Türkiyə tarixdə də Azərbaycanın yanında olub. Gələcəkdə də olacaq”.

Pərviz Həşimli
Ankara
 

Dünyapress TV

Xəbər lenti