Bekhemin oğlu “Vogue” jurnalı üçün nişanlısının şəkillərini çəkdi:
Tanınmış futbolçu Devid Bekhemin böyük oğlu Bruklin “Vogue” jurnalının Almaniya versiyası üçün fotosessiya hazırlayıb.

Bu barədə o, “Instagram” səhifəsində paylaşım edib.

Fotosessiya üçün model qismində isə Bruklinin nişanlısı Nikola Pelts çıxış edib.

O, gələcək qayınanası, müğənni-modelyer Viktoriya Bekhemin yaz-yay kolleksiyasına aid olan geyimlərindən istifadə edib.

Qeyd edək ki, 22 yaşlı Bruklin ilə 26 yaşlı Nikolanın nikahı pandemiya səbəbindən təxirə salınıb.
1617852812_2.jpg
1617852823_3.jpg
1617852811_4.jpg
 
 

Dünyapress TV

Xəbər lenti