Səudiyyə Ərəbistanında qadınlar da orduda xidmət edəcəklər
Səudiyyə Ərəbistanında qadınların orduya qatılmasına və yuxarı rütbələrə yüksəlməsinə icazə verilib.

“Qafqazinfo” bildirir ki, bu barədə qərar vəliəhd şahzadə Məhəmməd bin Salmanın qadınlarla bağlı islahatları çərçivəsində qəbul edilib.

Bildirilib ki, bunun üçün qadınlar 21-40 yaşında olmalı, boyları isə 155 santimetrdən qısa olmamalıdır.

Qərara görə, qadınlar quru, dəniz, hava, raket qüvvələrinə və səhiyyə sahəsinə müraciət edə bilərlər.

“Qadınların qabiliyyətlərini və vətəndaşlıq haqlarını dəstəkləyən təzə qanunlar sayəsində qadınlar yeni bir çalışma mərhələsinə girəcək ki, bu da qadın-kişi bərabərliyinə milli inancın bir təzahürüdür”, - məlumatda bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında kişilərin silahlı qüvvələrə qatılması üçün əsas meyar 17-40 yaş arasında olmaqdır. Digər meyar isə boyları 160 santimetrdən qısa olmamalıdır.

Dünyapress TV

Xəbər lenti