ÜZ QARASI: Kişi
Rusiyanın tanınmış repçisi Alişer Morqenştern yenə də qalmaqala səbəb olub.

Publika.az xəbər verir ki, "Moda Topical" dərgisi mükafatlandırma gecəsində ifaçıya "İlin qadını" nominasiyasını verib.

Bu barədə reper özü "Instaqram" səhifəsində məlumat yayıb.

O bildirib ki, 2020-ci ilin ən müzakirəedilən sənətçisidir və ona görə də mükafatı almaq üçün çətinlik çəkməyib: "Bundan sonra ancaq irəli. Yeni mərhələyə doğru".

Mükafatını almaq üçün reper səhnəyə ipək xalat, xəz və şlyapada çıxıb.

Onun bu mükafatı alması isə etirazlara səbəb olub. Bir çox məşhur "İlin qadını" nominasiyasının kişi reperin almasına etiraz edib. Onlardan biri də məşhur "Dom2"nın aparıcısı Kseniya Borodina olub. O, etirazını "Morgenşteynin ilin qadını olduğu dünyada yer almaq istəmirəm. Rusiyada qadınlar ölüb?” sözləri ilə bildirib.

Qeyd edək ki, Morqenştern yaradıcılığına "Youtube" səhifəsində başlayıb. Hazırda onun 5 milyona yaxın abunəçisi var. 2017-ci ildə isə studiyada ilk mahnısını yazmağa başlayıb.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2020-09_1600457397_2.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2020-09_1600457381_3.jpg

Dünyapress TV

Xəbər lenti