Ardını oxu...
Tanınmış supermodel Naomi Kempbell Keniyanın “i-D” jurnalına müsahibə verib. 50 yaşlı ulduz jurnalın üz qabığı üçün yarıçılpaq fotosessiya etdirib.

“Habertürk”ün məlumatına görə, məşhur model səmimi açıqlamaları ilə diqqət çəkib.

O bildirib ki, Keniyada olduğu zaman həmişə işlərinin çoxluğundan boş vaxt tapmaqda çətinlik çəkir.

“Bugünlərdə koronavirusa görə daha diqqətli olmağa çalışıram. Amma yenə də Keniyadakı uşaq evləri sakinlərini ziyarət etməkdən çəkinmirəm. Məni gözləyən uşaqların üzülməsini istəmirəm. Bacardığım qədər daha çox insana baş çəkmək, onlara dəstək olmağa çalışıram”, - deyə dəb ulduzu bildirib.

Naominin sözlərinə görə, artıq Afrika insanları xoşbəxtliyi kənarda axtarmamağı və ətraflarındakı gizli xəzinələri görməyi öyrəniblər.

“Mən hər dəfə bura gələndə özüm üçün yeni nə isə kəşf edirəm. 2021-ci ilin gözəl olacağına inanmasam da, bunun məhz belə olacağını hiss edirəm”, - deyə supermodel qeyd edib.
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Füzuli rayonu Arayatli kənd sakini, 73 yaşlı təqaüdçü Dilarə Xəlilova mediaya müraciət edib.

Teref.az-ın məlumatına görə, təqaüdçü bildirib ki, oğlu ötən ilin aprel ayında avtomobil qəzasında dünyasını dəyişib və ondan bir neçə ay sonra gəlini Aygün Xəlilovanın kobud davranışları və zorakı hərəkətlərinə məruz qalıb:

"Gəlinim evə rayonumuzun Bala Bəhmənli kəndindən olan Ruhin adlı kişini gətirir. Mən də deyirəm ki, evdə üç övladın var, biri qız uşağıdır. Axı yad kişi niyə mənim evimə gəlməlidir? Oğlumun ili çıxmayıb, amma gəlinim oğlumun goruna söyür, məni təhqir edir, üstümə hücum çəkir. Hətta bir neçə gün öncə yataqda uzandığım halda məni boğurdu".

Aygün Xəlilova barəsində səsləndirilən ittihamlara cavab olaraq bildirib ki, qaynanasının 73 yaşı olsa da, kifayət qədər sağlamdır.

Qeyd edək ki, məsələ ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmayıb. Ərazi üzrə sahə müvəkkili Cümşüd Məmmədov isə edilən zənglərə cavab verməyib.

"Ölkə.Az"
Ardını oxu...
Azərbaycanın tanınmış ürək-damar cərrahı, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevə ağır itki üz verib.
Həkimin Türkiyədə ali təhsil alan 20 yaşlı qızı Dilay Musayeva qəfildən vəfat edib.
Yüzlərlə insanın ürəyini müalicə edən həkimin qızı ürək tutmasından həyatını itirib.
Hazırda onun nəşinin ölkəmizə gətirilməsi üçün lazımi prosedurlar həyata keçirilir.
Teref.az olaraq həkimə baş sağlığı verir və səbr diləyirik!
Ruhu şad olsun!
Ardını oxu...
Ardını oxu...
Kanal D ekranlarının sevilən serialı "Sadakatsız"də Asya obrazını canlandıran Cansu Dere, serialdakı rəqibi, Derin xarakterinin ifaçısı Melis Sezenlə foto çəkdirərək, sosial media hesabından paylaşıb.

Open.az xəbər verir ki, baş verən hadisələr də bu fotodan sonra olub. Belə ki, "Söylemezsem Olmaz" proqramının aparıcısı Seren Serengil "Sadakatsız" serialının fanatlarından biridir. Cansu Derenin paylaşdığı fotonu görən Seren Serengil sosial media hesabından : "Məncə gözümdən düşmə, istərsən. Ərinin aşnası ilə xatirə fotosu çəkdirmək nə deməkdir?" yazıb.

Seren Serengili iki aktrisanın serialda düşmən olması, amma həyatda yaxınlığı çox narahat edib. Sosial media izləyiciləri Seren Serengilə: "Siz niyə başa düşmürsünüz ki, onlar serialda düşməndir. Həyatda ikisi də aktrisadır. Münasibətləri də yaxşıdır" yazıblar.

Seren Serengil isə özünü seriala elə kökləyib ki, həyatda da Asya və Derini, yəni Cansu Dere və Melis Sezeni yanaşı görmək istəmir.

Qeyd edək ki, Seren Serengilin belə ağılalmaz davranışı bir müddət əvvəl də olub. Sosial media hesabından "Derin" obrazını ifa edən gənc aktrisanı söyən Seren Serengilə, o zaman da aktrisanı təhqir etməmək haqqında xəbərdarlıq edilmişdi.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
94 yaşlı kraliça və 99 yaşlı əri Edinburq yanvar ayında vaksin olunublar.

İndi hər ikisinin səhhəti normaldır və yan təsirlər hiss etməyiblər.

Ötən gün keçirilən video - konfransda jurnalistlər II Elizabetdən peyvənd təcrübəsi barədə soruşublar.

O bildirib ki, “Çox sürətli baş verdi. Heç bir ağrı hiss etmədim. İndiyə kimi heç cür yan təsirlə qarşılaşmamışam”.

Kraliça, “Peyvəndlənmə ilə bağlı bəzi insanları tərəddüdünü bildiyimdən demək istəyirəm ki, tək özünüzü yox, başqalarını da düşünün", deyə fikrini tamamlayıb.Bizim.Media
Ardını oxu...
Masallı Regional Mədəniyyət idarəsinin rəisi işdən çıxarılıb.

Valyuta.Az-ın məlumatına görə, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Lətifə Mövsümova Əjdər qızı öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Ardını oxu...
62 yaşlı Maisə Quliyeva tənha xanımdır. Mingəçevirdə yataqxanada yaşayan və kimsəsi olmayan Maisə Quliyeva acınacaqlı şəraitdə məskunlaşsa da, əsas dərdinin bu olmadığını deyir. DİA.AZ xəbər verir ki, onun giley-güzarı təkcə sığındığı yataqxanadakı şəraitsizlikdən deyil, həm də işsizlikdəndir:

“Nə ünvanlı sosial yardım, nə pensiya ala bilirəm, nə başqa bir yerdən gəlirim var, iş üçün də hansı qapını döyürəmsə, deyirlər, 62 yaşın var, əl-ayağını uzat, öl… Bu yaşda insanlara heş yerdə iş yoxdur.

Gedirəm Məşğulluq Mərkəzinə, deyir: “Heç cavan yaşda adamlara iş yoxdur, sənə hardan iş tapaq?” Gedirəm hansısa kafenin, restoranın qapısını döyürəm, xahiş edirəm ki, məni qabyuyan kimi işə götürsünlər, deyirlər: “Bizə cavan işçi lazımdır, bura qocalar evi deyil…””

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...

Arəş Əzizi
“Independent Farsi”, 24.02.2021

Ərəb dünyasının televiziyaları uzun illərdir ki, bölgənin siyasi mübahisələrinə və gərginliyinə səhnə olub. Bu televiziyaların siyasi verilişləri çox populyardır, lakin bölgə ölkələri arasında siyasi və diplomatik mübahisələrə səbəb olan bir müsahibəyə bir neçə gün ərzində nə az, nə çox, düz 100 milyon dəfə baxılması nadir haldır.
Bu, keçən həftə “əl-Ərəbiyyə” kanalında 6 ayrı-ayrı hissə ilə yayımlanan müsahibədir. “Əl-Ərəbiyyə” aparıcısı Səhib Şərair Raqad Səddam Hüseynlə İordaniyanın paytaxtı Amman şəhərindəki studiyada söhbətləşib.

Devrilmiş İraq prezidentinin böyük qızı indi 52 yaşındadır və İordaniyadan, yaşadığı yerdən Ərəb dünyasının siyasi meydanında özünə yer axtarır.
Bu uzun söhbətdə Raqad həm günümüzün İraqından, həm də uşaqlıq xatirələrindən söz açıb. Üstəlik, prezidentin qızı kimi böyüməsindən, atasının və böyük qardaşının əmri ilə ərinin edam edilməsindən.

Ancaq cümlələrindən biri çoxlu mübahisə doğurub: İraqda siyasətinə qayıtmağın mümkünlüyünü düşünüb-düşünməməsi soruşulduqda, o: “Hər şey mümkündür”, – deyib.
Səddamın İraq siyasətinə qayıtma ehtimalı İraq parlamentinin bir çox üzvünün kəskin etirazına səbəb olub. Bəzi parlament üzvlərinin təzyiqi altında Raqadın müsahibəsi ilə bağlı İraq səlahiyyətliləri Səudiyyə Ərəbistanı və İordaniya səfirlərini xəbərdarlıq üçün Xarici İşlər Nazirliyinə çağırıb.

Atanın müdafiəsi
Raqa 1968-ci ildə doğulub və doğumundan 1 il əvvəl İraq, digər ərəb ölkələri ilə birlikdə, tarixi 6 günlük müharibədə İsrailə məğlub olub; “ən-Nəksə” adı verilən faciə ilə ərəb millətçi hərəkatının böyük xəyalları alt-üst edilib. Ancaq daha məşhur misirli vəzifədaşı Camal Əbdül Nasir ilə tarixi məğlubiyyəti bölüşən İraqın o zamankı prezidenti Əbdürrəhman Arif BƏƏS-çilərin 17 İyul inqilabı ilə devrildiyi zaman Raqad hələ anasının bətnindəydi.
Prezidentlik Həsən əl-Bəkrə keçib, lakin sabiq vitse-prezident də İraqın ən iddialı BƏƏS-çilərindən birinin əli ilə devrilib: 2 il əvvəl BƏƏS partiyasında böyük bir parçalanma təşkil edən və iraqlı BƏƏS-çiləri Suriyadakı hakim partiyadan qovan 31 yaşlı Səddam Hüseyn.
Şamdakı BƏƏS partiyası indi marksistlərin əlində idi və Bağdaddakı BƏƏS partiyası daha çox Səddamın əsas rol oynadığı təhlükəsizlik təşkilatına çevrilirdi.
Çevriliş zamanı Səddamın gənc arvadı, dayısı qızı Sacidə Təflah hamilə idi. Bundan əvvəl o, 4 və 2 yaşında olan Uday və Qusay adlı iki oğlan dünyaya gətirmişdi. Növbəti uşaq Səddamın ilk qızı oldu.

BƏƏS özünü “sosialist” partiyası adlandırırdı və ən müasir dəyərləri təmsil etməli idi. Ancaq Səddamın ailəsi çox mühafizəkar idi. Səddamın dayısı qızı ilə evliliyi ailənin böyükləri tərəfindən təşkil edilib və Raqad böyük Tikrit qəbiləsinin mühüm rol oynadığı bir mühitdə böyüyüb.
Raqad son müsahibəsində, özündən 14 yaş böyük olan, atasına yaxın ordu xadimi Hüseyn Kamil əl-Məcidlə 15 yaşında necə evləndiyini nəql edib. Orta məktəbi bitirdikdən sonra ərinin etirazına məhəl qoymayaraq universitetə girməyi bacarıb.
Səddamın ailəsində Raqad 2 kiçik bacısı Rəna və Hala ilə birlikdə nüfuzlu şəxsə çevrilib.

Müsahibənin ən şokedici hissələrindən biri də Raqadın atası ilə əri arasındakı mübahisədən danışdığı yerdir. Məhz bu mübahisənin nəticəsi olaraq cənab əl-Məcid 1995-ci ildə Raqadla (eyni zamanda, Rəna ilə evləndiyi üçün bacanağı sayılan qardaşı ilə birlikdə) İordaniyaya qaçıb. Əl-Məcid qardaşları ölkəyə qayıtmağa və İran-İraq müharibəsi zamanı Səddamı dəstəkləyən İordaniya Haşimilər Krallığından Səddam Hüseyni devirməyə çalışıblar.

Nəhayət, təxminən 1 il sonra onlar İraqa dönüb və etibarsızlıq doğurduqlarından ailədaxili münaqişədə öldürülüblər.
Yeri gəlmişkən, Raqadın ərini İraqa dönməyə inandırdığına və atasının onu cəzalandırmayacağına söz verdiyinə dair illərdir şayiələr dolaşır.
Raqad Səddamın böyük oğlu Udayın ərinin ölümündə əsas rol oynadığını və atasının bütün hərəkətinin “xain” adlandırılan 2 kişiyə qarşı olduğunu bildirib.

Bir çox tamaşaçını təəccübləndirən şey Raqadın danışarkən, göz yaşı tökməməsi və ya çox duyğulanmaması idi. Əlbəttə, ərinin öldürülməsinə təəssüfünü dilə gətirib, ancaq atasına olan sevgisinin başqa duyğularla müqayisə oluna bilməyəcəyini vurğulayıb. O, atasının hakimiyyətini və xidmətlərini təifləyib.
Bu, şübhəsiz ki, Səddam dövründə geniş yayılmış insan haqları pozuntularını xatırlayan minlərlə iraqlının xoşuna gəlməyəcəkdir.

İşğaldan illər sonra
Çağdaş ərəb dilində “işğal” mənasını verən “ihtilal” sözü, xüsusən də, İsrailin ərəb torpaqlarını işğal etməsinə işarə etdiyi üçün xüsusi emosional məna daşıyır. Müsahibəsində Raqad dəfələrlə eyni sözü ABŞ-ın 2003-cü ildə İraqa hücumuna işarə edərək istifadə edib, ailəsi ilə birlikdə ölkədən qaçaraq əvvəl Suriyaya, daha sonra Haşimilər sülaləsinin İordaniyasına pənah gətirdiyi çətin günlərin təsvirini verib.
Krallığa Səddam ailənin digər üzvləriə və minlərlə keçmiş BƏƏS-çi sığınıb. Raqad hələ də təhlükəsizlikdə yaşayır, ən azı 120 min qürbətçi iraqlı və minlərlə fələstinlinin məskunlaşdığı şəhərdə. Ammanda, bəlkə də dünyanın hər yerindən daha çox, bazar-dükanlarda və maşınların arxa şüşələrində Səddam Hüseynin şəklinə rast gəlmək olar.

Bir çoxları Səddamı Fələstin davasının müdafiəçisi adlandırır, xüsusən, 1991-ci ilin Körfəz müharibəsi əsnasında Səddamın müdafiəçisi olduğu şübhəsi ilə Küveytdən qovulan 200.000 fələstinli yeni sığınacaq tapıb.

Ailənin 2 böyük oğlu olan Uday və Qusay ABŞ-ın İraqı işğal etməsi zamanı öldürülüb və Raqad o vaxtdan bəri ailənin böyüyüdür. Məhkəmədə atasının müdafiəsini təşkil etməkdə o, əsas rol oynayıb. Son müsahibəsində Raqad atasının 2006-cı ilin dekabrında edamını həyatının ən acı və ən çətin anı olduğunu söyləyib.

2003-cü ildə iraqlılar ölkələrini səfil vəziyyətə salan Səddam Hüseynə nifrət edirdilər. Ancaq ABŞ işğalından sonra bu ölkədəki vəziyyət çox qaranlıq günlər görüb: şiə-sünni məzhəb müharibələri minlərlə insanın ölümünə səbəb olub; İslam Respublikası bu ölkəni öz arxa bağçasına çevirib; İŞİD-in yüksəlişi və soyqırımına lal şahidlik edib.

Bu illər ərzində Raqad nə edib?
Özünü Səddama sadiq hesab edən bir çox keçmiş BƏƏS-çi zabit İŞİD-in qurulmasında əsas rol oynayıb. ABŞ işğalından sonra “BƏƏS-dən nicat” qərarı minlərlə BƏƏS-çini işsiz qoyub və İŞİD kimi bir qrup ortaya çıxıb.
Raqadın əleyhdarları onu yeni İraq rejiminə qarşı hərəkətə keçən istənilən qrupu dəstəklədiyini iddia edirlər. Hətta İŞİD-i.

2014-cü ilin avqust ayında, İŞİD-in zirvəyə çatdığı dövrdə, Almaniyanın həftəlik “Şpigel” nəşri “Terrorizmin xaç anası” adlı bir hesabat yayaraq xanım Səddamın İŞİD-ə intiqam olaraq milyonlarla dollar sərvət verdiyini iddia edib. Hesabatın müəllifi Raniya Salom Raqadın lüks həyatı – “cangüdənlərindən tutmuş şəhərin burun, sinə və göz qapağı əməliyyatı üzrə ən məşhur estetik cərrahının qəbuluna tez-tez getməsi”nə qədər, eləcə də “iqtidara qayıtmaq niyyətində olduğu” haqqında yazıb.

Son müsahibəsində Raqad özünün fərqli obrazını yaratmağa çalışıb. O, “Twitter”-də görünərək siyasi səhnəyə dönmə yönündə fəallıq edir. Eyni zamanda, İslam Respublikası qüvvələrinin İraqdakı boşluqdan möhkəmlənmək üçün necə istifadə etdiyinə şifahi hücum edərək bir çox iraqlının sarı siminə toxunub. Xüsusilə də “iranlılar gerçək güc olmadığından İraqı işğal etdilər” deməklə.

Raqadın “hər şey gəlmədir” ifadəsinə Bağdadda sürətli bir təpki verilib. Sədr hərəkatının lideri Müqtəda əs-Sədr Səddam ailəsinin İraqa qayıtmasının qeyri-mümkünlüyünü vurğulayıb. “Səddamın qətliamlarını və kütləvi məzarları, qulaq, əl kəsmələri xatırlayırıq”.

Müqtəda İraq parlamentini və hökumətini “BƏƏS-çı komissiya”nı aktivləşdirməyə və Raqad kimilərinin geri dönməsinin qarşısını almağa çağırıb.
Sədr bu açıqlamaları builki seçkilər ərəfəsində verib. İraq indi tarixi bir nöqtədədir: Mustafa əl-Kazimi (müvəqqəti olaraq vəzifədə olan) Əyyad Əllavidən sonra Səddamdan sonrakı İraqın ilk qeyri-islamçı baş nazirdir. Həm də İslam Respublikasının təsirinə müqavimət göstərməyə və İraqla bölgədəki bütün ölkələr arasında normal əlaqələr qurmağa çalışan ilk baş nazir.

Kazimi, Müqtəda əs-Sədr və digər rəqiblər İraqın macəra dolu keçmişinin kölgəsi tündləşməyə davam etdiyi üçün bu ilin oktyabrında keçiriləcək seçkiyə hazırlaşırlar.

Tərcümə: Strateq.az
Ardını oxu...
Özünü liberal sayan istənilən feminist, özü də bilmədən ən böyük qadın düşmənidir



Azərbaycanda “heyvan haqları” adını almış terminoloji yanlışlıq, əslində, şüuraltı olaraq “qadın haqları” mövzusu aktuallaşanda qadını da heyvan statusuna endirməyə xidmət edir. Çünki məsələyə terminoloji yanaşsaq, əslində? heyvan haqları deyə bir şey yoxdur.



Bunun fəlsəfi izahı təxminən belədir ki, haqq o mənada haqq sayıla bilər ki, haqqı istəyən tərəf həm də haqqı təmin etməkdə mükəlləf olunmuş olsun. Məsələn, heyvan haqları ona görə yanlışdır ki, heyvanın özü haqqı qorumaq kimi bir funksiyadan məhrum olunduğu və şüurlu varlıq olmadığı üçün onun haqqı da olmur. Yalnız ona haqq verilə bilər və o, qoruna bilər. Həmçinin, ona rəhm oluna bilər, qayğıya möhtac qala bilər, ancaq onun haqqı ola bilməz. Çünki “By default” - bu, mümkün deyil.



Bu mənada. bu gün istənilən sinifli cəmiyyyətdə “qadın haqları” və “heyvan haqları” məsələsi aktuallaşanda qeyri-iradi bu söz birləşmələrinin, əslində, tələ olduğunu hiss edirəm. Necə yəni qadın haqları? Ümumiyyətlə, qadın haqları nədir? Heyvana şamil olunan tərzdə deyilən qadın haqlarından söhbət gedirsə, bu, artıq haqq deyil, ətadır, mərhəmətdir.



Məhz pozitiv diskirminasiya da buradan irəli gəlir. Əgər qadına heyvansayağı haqq tanıma onun hüququnu təmin etməkdirsə, bu, onun əslində, dolayı yolla şəxs olaraq apriori (əvvəlcədən) hüquqlarından məhrum olunduğunu qəbul etmək deməkdir. Yəni, qadın da, kişi də hüquq qarşısında bərabərdir, haqlıdır, çünki onların haqqı qorumaq kimi bir funksiyaları var.



Yaxşı, bəs günümüzdə qadınların hüquqları ilə bağlı, onlara ikinci sinif kimi davranışların səbəbləri ilə bağlı nələri bilirik? Bu problem haradan qaynaqlanır, bunların kökündə nə yatır? Fikrimcə, günümüzdəki feminist hərəkatların əsas problemi də məhz buradan başlayır.



İstənilən feminist hərəkat problemi həll etmək üçün təşkilatlanmaqla, gündəlik sosial həyatda baş verən hadisələri qabartmaqla özlüyündə proqressiv bir dəyərə xidmət edir. Ancaq bu dəyər ona görə yarımçıq dəyər olaraq qalır ki, onların heç biri problemin kökünü qazıb çıxarmaq üçün, o problemə konseptual yanaşa bilmirlər. Yanaşa bilməmək bir yana, hətta, bəzən o dərəcədə oksümorona (təzadlı davranış) düçar olurlar ki, nəticədə ortaya bayağı şüuarlar, bir-birinə zidd düşüncələr çıxır.



Məsələn, qadının işləmək azadlığını maksimallaşdırıb, bu azadlığı, hətta cəmiyyət üçün tabu sayılacaq məkanlara belə, proeksiya etmək mümkündür. Nümunə olaraq, kafe, bar və sair - kişilər üçün nəzərdə tutulmuş məkanları göstərə bilərik. İlk baxışdan bu, tipik qadın azadlığına örnəkdir.



Yəni, bir qadın hansısa bir “pub”-da çalışırsa, bu, o deməkdir ki, o, öz azadlığını gerçəkləşdirir. Ancaq əgər, o qadın düşünmürsə ki, onu oraya işçi kimi götürən rəhbərliyin timsalında, o siyasi-iqtisadi quruluşun qadın işçiyə olan təlabatı haradan qaynaqlanır, onda o azadlıq bir yana, əksinə öz köləliyinə loyal yanaşmış sayılır.



Məhz, bu nümunədən yola çıxaraq, qadın probleminin kökünə tarixi dialektik yanaşmaq mümkündür. Qadın öz bədənini əmtəələşdirməyi azadlıq olaraq gördüyü kimi, həm də özünü onu kölələşdirən mülkiyyətin parçasına çevirmiş olur. Bu mənada istənilən sinifli cəmiyyət və onun qarantı sayılan özəl mülkiyyət anlayışı antifemendir (qadın əleyhinədir). Bu mənada bu gün özünü liberal sayan istənilən feminist, əslində, özü də bilmədən, elə ən böyük qadın düşmənidir.

Müəllif: Mərahim Nəsib
Ardını oxu...
Səudiyyə Ərəbistanında qadınların orduya qatılmasına və yuxarı rütbələrə yüksəlməsinə icazə verilib.

“Qafqazinfo” bildirir ki, bu barədə qərar vəliəhd şahzadə Məhəmməd bin Salmanın qadınlarla bağlı islahatları çərçivəsində qəbul edilib.

Bildirilib ki, bunun üçün qadınlar 21-40 yaşında olmalı, boyları isə 155 santimetrdən qısa olmamalıdır.

Qərara görə, qadınlar quru, dəniz, hava, raket qüvvələrinə və səhiyyə sahəsinə müraciət edə bilərlər.

“Qadınların qabiliyyətlərini və vətəndaşlıq haqlarını dəstəkləyən təzə qanunlar sayəsində qadınlar yeni bir çalışma mərhələsinə girəcək ki, bu da qadın-kişi bərabərliyinə milli inancın bir təzahürüdür”, - məlumatda bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında kişilərin silahlı qüvvələrə qatılması üçün əsas meyar 17-40 yaş arasında olmaqdır. Digər meyar isə boyları 160 santimetrdən qısa olmamalıdır.

Dünyapress TV

Xəbər lenti