Xırdalanın 27-ci məhəlləsində qalmaqal böyüyür
Xırdalanda 27-ci məhəllədə qalmaqal böyüyür. 
"Yeni Sabah" xatırladır ki, sözügedən məhəllədəki 2B saylı binanın arxası zəbt edilib. Binanın sakini Asif Lərifov bildirib ki, Mirsahib adlı şəxs həmin ərazidə özünə qanunsuz ev tikib və təsərrüfat açıb. "Düz mənim pəncərəmin altında ördək, it saxlayır. Heyvanların səsindən və antisanitariyadan təngə gəlmişik", - deyə Asif Lətifov bildirib.

O, bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edib. Əraziyə icra hakimiyyətin məsul şəxsləri baxış keçirib.

Redaksiyamızla əlaqə saxlayan Asif Lətifov bildirib ki, hələ də problem həllini tapmayıb. "Nəinki problem həllini tapıb, əksinə həmin şəxs özünə yol çəkir. Yanğından təhlükəsizlik üçün nəzərdə tutulan yolu da bağlayıb. Məsələ ilə bağlı "JEK"ə də müraciət etmişəm. Deyirlər ki, o öz bildiyini eləyir. Heç bir tədbir görmürlər", - deyən Asif Lətifov əlavə edib.

Şikayətçi icra hakimiyyətindən cavab gözləyir. Onun sözlərinə görə, problem həll olunmayacağı təqdirdə məhkəməyə müraciət edəcək: "Yaşamaq mümkün deyil. Amma nədənsə bu qanunsuzluğa son qoyulmur. Məcburam yuxarı orqanlara eyni zamanda məhkəməyə müraciət edim. Başqa çıxış yolum yoxdur".

Dünyapress TV

Xəbər lenti