Ardını oxu...
"Müstəqil Azərbaycanın mövcudluğu İran dövlətinin maraqlarına ziddir"
Bu sözləri Kanal13-ün efirində çıxışı zaman jurnalist Rauf Mirqədirov söyləyib.
"İranda 2 dövlət qurucu olan Fars və Türk etnik qrup var. Türklərin də sayı orda kifayət qədər çoxdur. Ona görə də, Şimalda Azərbaycan kimi bir dövlətin olmasını təhdit kimi qəbul edirlər"-deyə, o əlavə edib/
Teref: Xocanın Blogu

 
 
 
Ardını oxu...
Qarabağın erməniəsilli sakinləri hələ Azərbaycan vətəndaşlığı üçün müraciət etmədikləri üçün Azərbaycan vətəndaşları sayıla bilməzlər. Onların əksəriyyətinin artıq Ermənistan pasportları var. Azərbaycan vətəndaşlığı üçün müraciət edən mindən az adam qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov İtaliyanın “In Terris”ə müsahibəsində nəşrin Qarabağ müharibəsi, ermənilərin köçü, onların qayıtması və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün planlar barədə suallarını cavablandırarkən deyib.

Nəşrin jurnalistinin, öz təbirincə, “açıq və rəhmsiz” “Azərbaycanın yaxın gələcəkdə Ermənistanı işğal etmək niyyəti varmı?” sualına səfirin cavabı aydın və birmənalı olub:

“Qətiyyən. Bu, son günlərdə yayılan və mənşəyini axıra qədər anlaya bilmədiyimiz saxta xəbərlərdir. Bu cür yalan xəbərlərə səbəb və ya bəhanə olaraq “Zəngəzur dəhlizi” adlandırılan, Azərbaycan ilə onun eksklavı olan Naxçıvan arasında yaranacaq nəqliyyat bağlantısı göstərilir: əslində isə bu, yalnız Azərbaycanı və Ermənistanı və ya region dövlətləri birləşdirən bir bağlantı deyil, eyni zamanda daha geniş anlamda Asiyanı Avropa ilə birləşdirə biləcək orta nəqliyyat dəhlizinin alternativ marşrutu ola bilər və əslində dünya ticarətinə güclü təkan verə biləcək strateji layihədir”.

Onun sözlərinə görə, İrəvan “dəhliz sözünü bəyənmirsə, keçid, yol, bağlantı və s. kimi terminlərdən istifadə oluna bilər”.

Elçin Əmirbəyov xatırladıb ki, sözügedən termin “sırf iqtisadi və nəqliyyat anlayışıdır”:

“Əgər Ermənistan bu məsələ ilə bağlı artıq öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirməsə, bizim mahiyyət etibarilə alternativ variantımız mövcuddur və beləliklə Azərbaycanın əsas hissəsini onun Naxçıvan müxtar respublikası ilə İranın ərazisindən dəmiryolu və avtomobil yolu ilə birləşməsi layihəsi qısa bir zamanda həyata keçiriləcəkdir. Ermənistan isə indiyə qədər necə regionda dalan ünvanı olmuşdursa, elə də qalacaq, və bu ermənilərin özlərinin seçimi olacaqdır. Sualınıza cavab olaraq isə bir daha deyim ki, istənilən halda Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur və bu, böyük ehtimalla Ermənistan tərəfindən qəsdən yayılan bir əsassız iddiadır”.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin jurnalistin Qarabağdakı erməni sakinlərinin sayı və onların mümkün qayıdışı ilə bağlı sualını cavablandırıb. O, ilk növbədə, xatırladıb ki, “onlar hələ Azərbaycan vətəndaşlığı üçün müraciət etmədikləri üçün” vətəndaş deyillər:

“Onların əksəriyyətinin artıq Ermənistan pasportları var və ən azı üçdə biri əslən Qarabağdan olanlar deyil, son onilliklərdə bir növ “müstəmləkəçilik” ruhunun təsiri ilə Ermənistandan gəlib Qarabağda qanunsuz şəkildə məskunlaşanlardır. Azərbaycan vətəndaşlığı üçün müraciət edən və separatçı hərəkətlərdən əl çəkmək öhdəliyi götürən mindən az adam qalıb”.

Səfir Əmirbəyov nəzərə çatdırıb ki, “bir çox konstitusiyada, o cümlədən İtaliya konstitusiyasında dövlətə ciddi təhlükə olan aqressiv separatizm qadağan olunub”. Onun firkincə, “onları geri qaytarmaq mürəkkəb məsələdir”.

“Biz başa düşürük ki, 30 illik münaqişədən sonra qaçmaq öngörülə bilən bir seçimdir, lakin bu onların özlərinin fərdi bir seçimi olmuşdur, baxmayaraq kı, Azərbaycan höküməti onları ölkəni tərk etməməyə çağırışlar etmişdir. Biz Azərbaycana tezliklə qayıtmağa imkan verən portal yaratmışıq və biz bu insanların təhlükəsizliyinə, hüquqlarına və iqtisadi rifahına zəmanət vermək öhdəliyi götürürük. Hesab edirik ki, qalan az sayda insan, onların qaçanlarla təmasda olduğunu nəzərə alsaq, cəlbedici rol oynaya bilər”, – Elçin Əmirbəyov vurğulayıb.

Nəşr prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsindən Azərbaycanın İsrail – Fələstin münaqişəsindəki mövqeyini də soruşub.

Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycan “bəlkə də dünyada İsraillə ən yaxşı münasibətə malik olan müsəlman əksəriyyətli ölkədir”:

“Bu, sadə dostluqdan daha artıqdır. Yəhudi icmasının ölkəmizdəki dinc şəraitinə baxmaq bunu anlamağa kifayət edir. Biz hesab edirik ki, münaqişənin dini yox, ərazi mənşəyi var. Hər iki tərəfdən insan itkisinə görə kədərlənirik və bu səbəbdən biz də Birləşmiş Millətlər Təşkilatı ölkələrinin əksəriyyəti kimi Qəzzada gedən döyüşlərdə atəşkəs xeyrinə səs verdik. Biz hesab edirik ki, tezliklə sülh şəraiti bərpa edilməlidir, günahsız insanlar həyatlarını itirməməlidir, və biz iki xalq, iki dövlət formulunu nəzərdə tutan məlum həll yolunu dəstəkləyirik”.

Səfir eyni zamanda Azərbaycanda katoklikliyin, ümumilikdə xristianlığın vəziyyəti ilə bağlı suala da aydınlıq gətirib.

“Ölkəmizdə katoliklərin sayı təbii ki azdır, lakin onların bütün hüquqları ölkənin digər vətəndaşların hüquqları kimi dövlət tərəfindən qorunur. Nəzərə almaq lazımdır ki, Azərbaycan dünyəvi ölkə olmaqla bərabər, həm də multikultural və çoxkonfessiyalı ölkədir. Və bu müxtəliflik qürurumuzun mənbəyidir. Müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər və digərləri burada dinc şəkildə birgə yaşayırlar. Onlar öz ibadət yerlərinə sahib ola və qanunlara uyğun olaraq dinlə bağlı olan ehtiyaclarını qarşılaya bilirlər”.

O qeyd edib ki, Müqəddəs II İohann Pavel Bakıda 2002-ci ildə olarkən o zamankı Prezidentimiz Heydər Əliyev Bakıdakı katoliklərinə kilsənin tikilməsi üçün dövlətimiz tərəfindən təmənnasız yerin ayrılması barədə qərar qəbul etmişdir.

“Kilsənin açılışını isə 2008-ci ildə o zamankı Müqəddəs Taxt-Tacın Dövlət Katibi Kardinal Tarçisio Bertone həyata keçirmişdir. Roma Papası Fransisk isə 2016-cı ildə Azərbaycana səfər etmişdir və ölkəmizdə hökm sürən dini tolerantlıqdan və din azadlığının dərəcəsindən olduqca məmnun qalmışdır. Qayıdan başı onu Romaya aparan təyyarədə jurnalistlərlə ənənəvi görüşü zamanı o, dinlərin birgə yaşayışı və dünyəvilik nöqteyi-nəzərdən din-dövlət münasibətlərinin platforması olan, azadlığı və qarşılıqlı hörməti təşviq edən Azərbaycan modelindən danışmışdır və onu bir çox ölkə üçün örnək ola biləcəyini bildirmişdir”.

Elçin Əmirbəyov vurğulayıb ki, kilsələrə, monastırlara, xristianlara aid dini əsərlərə və obyektlərə gəlincə, onlar Azərbaycanın zəngin bədii-mədəni irsinin tərkib bir hissəsidir və bu səbəbdən də dövlət tərəfindən qorunurlar.

“Biz hal-hazırda Qarabağda, bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə bütün dini abidələrin, o cümlədən xristian abidələrin siyahıyaalınmasını həyata keçiririk. Ölkəmizin ərazisində mədəni və dini irsin təhqir olunması baş veribsə, bu İslam mənşəli olanlara münasibətdə, Ermənistan işğalçı qüvvələr tərəfindən həyata keçirilib: yalnız bir dəhşətli rəqəmə diqqətinizi cəlb etmək istərdim: erməni işğalı altına düşmüş Azərbaycan torpaqlarında 67 məsciddən 65-i işğalçılar tərəfindən təmamilə yerlə yeksan edilmişdir, qalan iki məscidə çox ciddi ziyan vurulmuşdur. Təəssüflər olsun ki, dünyada bu barədə heç kim narahatçılığını bildirmir”, – Azərbaycan rəsmisi diqqətə çatdırıb.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Bakının Vatikanla münasibətlərinə toxunub.

“Mən həm Vatikanda, həm də İtaliya Respublikasında bir sıra yüksək səviyyəli görüşləri keçirmək üçün Romadayam. İtaliya mənim ölkəmin Avropa İttifaqında ən mühüm tərəfdaşıdır, əlavə söz deməyə ehtiyac yoxdur. Müqəddəs Taxt-Taca gəlincə, biz keçən il diplomatik münasibətlərimizin 30 illiyini qeyd etmişik, əlqələrimiz yüksələn xəttlə inkişaf edir. Ümid edirik ki, Romaya Müqəddəs Taxt-Tac nəzdində ayrıca səfirimizi göndərdiyimiz kimi, Vatikan tərəfi də tezliklə Bakıda öz nunsiaturanı açacaq. Həmsöhbətlərimlə danışıqlarda əsas məqsədlərdən biri də Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sülh prosesinin indiki durumu, perspektivləri və çağırışları barədə qarşı tərəfi məlumatlandırmaq, bu mövzuda yararlı fikir mübadiləsini aparmaqdan ibarətdir”, – səfir bildirib.
 
 
 
Ardını oxu...

Lent.az-ın müsahibi meyxanaçı Vüqar Əbdülovdur


- Vüqar, nədənsə bir az gərgin görünürsünüz...

- Neçə vaxtdır jurnalistlərdən qaçırdım.

- Niyə?

- Çünki dediyin söz qalır kənarda, reytinq xətrinə elə şeylər çıxarıb yazırlar, mat qalırsan. Təki gündəm olsun deyə çox çılpaqlaşdırırlar.

- Bunu bəzən sənətçilərin özləri də istəyirlər. Gündəmə gəlmək üçün çılpaqlaşanlar da az deyil.

- Elə adam var üzü ilə astarı birdir, söz götürür, mən götürə bilmirəm. Adam var az qala tualetə girəndə də çəkib paylaşsın. Nə yeyir, nə içir onu göstərir. Bəlkə yemək tapmayanlar var, dərdi-səri olanlar var. Son dəfə 4-5 il əvvəl vermişəm müsahibə. O gün yazıblar ki, Vüqar həbs oluna bilər. Qonşumun qızı göstərib anama, yazıq qadın qorxusundan dəli olub. Yığıb məni ki, nə eləmisən? Sən demə radara düşmüşəm, adımda cərimə yığılıb. Ona görə özüm də ehtiyat edirəm. Qarşımdakının da mənimlə ehtiyatla davranlmasını istəyirəm.

- Bu qədər konservativ düşüncələrlə tanınmış sima olmaq, üstəlik də şou biznesin içində olmaq çətin deyil?

- Çox çətindi. 30 ildir bu yolu gəlirəm, sənət adamları arasından çoxlu dostlarım var. Fikir verirəm ki, çoxu efirə çıxıb başqa adam olur, həyatda başqa. Mən evdə anamı, yoldaşımı başa sala bilmirəm ki, bu dost dediyim adam ekranda gördüyünüz adam deyil. Məsələn Elza Seyidcahan. Evimizə gəlib-gedib, ailəmin içinə buraxmışam. Bu günlərdə yumub gözünü, açıb ağzını, nə gəldi deyib mənim haqqımda. Mən ona heç reaksiya vermədim.

- Amma bir dəfə efirdə demişdiniz...

- Hə. “Xəzər” TV-də verilişdə idik. Bilmirəm hansı proqram idi. Reklam fasiləsində çəkdim kənara, dedim ki, sən bu şeirləri efirdə demə. Çılpaq sözlərlə şeirlər yazırsan, onu götürüb parodiya edirlər, gülünc vəziyyətə salırlar, sən gül kimi bəstəkarsan, gözəl mahnıların var. “Toy adamla”, “Ağ çiçəyim”, “Sənsiz bu gecə” kimi gözəl mahnıları var. O vaxt bir sevgilisi var idi. Hacı. Qaydalar qoymuşdu. Ona yaxın getmək olmazdı əl-ələ tutmaq olmaz, toxunmaq olmaz. Özünü hacıxanım kimi aparırdı. Təklif elədim ki, ortaq klip çəkdirək, dedi Hacı qoymur. Adamdan ayrıldı, Hacıxanım başladı belə şeirlər yazmağa. O proqramda da dostluğumuz vardı deyə mən ona ərk edib belə dedim. Mənə bir dost kimi ona belə lağlağı ilə yanaşılması ləzzət eləmirdi. Bığ şeiri, nə bilim “tikim sizin ağzınızı” və s.

- İndi necə, davam edir dostluğunuz?

- İndi zəhləm gedir ondan. Dedim yaz qoy qırağa, acığına gəldi. Tahir, Rafael və Coşqun, “Komedixana”, hamı hər şeyi deyir. Efirdə onunla bir proqramda olan Rafael o şeir deyəndən sonra dedi ki, biz də buna səy-səy qulaq asırıq. Onlara heç nə demir, götürüb məni polisə verib, “102”yə zəng vurub məndən şikayət edib. Aləm dəyib bir-birinə. Mən ömrümdə polis idarəsinə ayaq basmamış adamam. Mən səni təhqir etməmişəm ki, bəyənməyib irad bildirmişəm. O zəng vurub mənə desəydi ki, bu nədir danışmısan, ayıb olsun sənə, bu mənə bəs idi. Mənə keyxanaçı deyir, günümü gecə klublarında eyş-işrətdə keçirdiyimi deyir. Bu həyatda ən nifrət etdiyim yer gecə klubudur. Başa düşürəm əsəbindən edib. Amma mən anama səni bizimki kimi təqdim etmişdim. Bu hadisə olub 3 ay əvvəl. Barışdıq. Təzədən qıcıqlanıb yenə yapışıb məndən. Bilirsinizmi, Aygün Kazımova, Röya bunları eləsə anlayardım, onların yaradıcılıq stilində başdan bəri bu var. Amma Elzanın xanımlığına onu yaraşdırmıram.

- Meyxanaçıların da vulqar deyiləcək qədər açıq-saçıq ifadələri var. Buna necə baxırsınız?

- Pis. Dilin sümüyü yoxdur, istənilən kəs söyüş söyür, amma hərə öz həddində. İki dost bir qıraqda öz aralarında deyib-gülüb açıq söhbətlər edirsə, eybi yoxdur, amma bunu kamera qarşısında edib hamıya göstərmək ayıbdır.

- Deyişmələrə girirsiniz?

- Öz səviyyəmdə olan 3-4 nəfərlik meydanlarda deyirəm. Mənimlə heç kim o səviyyədə söz deməz. Hətta söz qurtarıb balaca “xuliqanski” bir kəlmə işlədəndə mikrofonu kənara çəkib, onu məclisdəki kişilər üçün deyirik, o da öz həddində. Meyxanada belə ştrix var. Bu əslində bir-birimizin şəxsinə deyilən sözlər deyil, hər meyxanaçı bir obraz yaradır, sən sözü o obraza deyirsən. Necə ki, aktyorlar rolda dava edirlər, meyxanaçılar da obrazı ilə “dalaşır”. Məsələn “Qocalmışam” adlı bir meyxanada deyirəm ki, oğlum qızım evlənib nəvəm var. Halbuki mənim uşaqlarım ailəli deyillər. Məsələn birdən deyirəm ki, qayınanam əziyyət verir, qayınata hesabına yayıram. Bu o demək deyil ki, Vüqarın həyatında belədir. Əgər ünvanlanmış, xətrə deyəcək söz varsa, o ayrı məsələ. Ağasəlimin, Nizaminin də dilində vardı, şir, çaqqal kimi obrazlardan istifadə edirdilər.

- Şir demişkən, sizcə meyxana aləminin şiri, nömrə biri kimdir?

- Hər dövrün öz sənətkarı, şiri, aslanı olub. Sənət özü də çox dəyişib. Sürət artıb, yeni yanaşmalar var. Əvvələr 3-4 bəhrdə deyirdilər, indi bəhrlər çoxalıb. Çoxdur yaxşı uşaqlar. Məşədi Babadan sonra Aydın gəlmişdi, Vüqar Biləcəri, Rəşadla bərabər dedilər. Çoxdu yaxşılar. Bir-bir ad deyə bilmərəm. Kimisə unudaram inciyərlər məndən.

- Məsələn Mehman Əhmədli bizə verdiyi müsahibədə dedi ki, nömrə bir mənəm, Orxan Cahankeş , Ruslan bədahətən deyən ən yaxşı meyxanaçılardılar...

- Mən heç vaxt özümə nömrə bir deyə bilmərəm. Amma adını çəkdiyiniz adamlar mənə ustad deyirlər.

- Siz kimə ustad deyirsiniz?

- Nizami Rəmzi, Ağasəlim Çildağ, Məşədi Baba, Kərim, Ağamirzə. Yanlarında olmuşam, hərəsindən bir şey götürmüşəm, hamısına ustad deyirəm. Biz indikilər kimi kasetdən öyrənməmişik, yol yoldaşı olmuşuq.

- Meyxananın klassik ənənələrinin daşıyıcısı sizsiniz deyə bilərik?

- Demək olar. Klassik meyxananı yeni nəslə ötürənlərdən biri mən olmuşam.

- Meyxana ilə musiqini birləşdirməyin, mahnı oxumağın tərəfdarısınız? İndi çox meyxanaçılar müğənni statusu alıblar.

- Yaxşı edirlərsə niyə olmasın? Kimdə yaxşı alınırsa uğurlar.

- Balaəli də muğam oxumaqla hamını təəccübləndirdi bu günlərdə...

- Muğam oxumadı. Avazı var idi, avazla dedi. Meyxanaçılar Hacıbəyovun romansını, muğam dəstgahı oxumurlar. Balaəlinin səsi muğam səsi deyildi. Bu sözlərin avazla oxunması idi. Eyni şeyi molla da oxuyur. Quranı avazla deyir, az qalırsan tar kamanla müşaiyət edəsən.

- Dediniz ustaddan öyrənməklə kasetdən öyrənməyin fərqi var. Nə fərqi var? Nə çatışmır orda?

- Elə bil ki, broyler yumurtadı da. Kənd toyuğunun yumurtası ilə eyni olmur axı. Gərək fikri özün doğasan, yaradasan, o ruh sənin içində ola. Özgədən köçürməyəsən. Bu gün “Hicran” tamaşanı qoymaq olar. Amma Nəsibə Zeynalovanın, Siyavuş Aslanın, Hacıbaba Bağırovun ifasında onu görənlər yeni Hicrandan nə dad alacaqlar? Doyuzdura bilməzsən. Əsl meyxananı görən adamları da yeni ifaçılar razı sala bilmirlər. Düşüncə dəyişib. Sürət var, məna yoxdur. Dediklərimizi təkrar edirlər. Öz tapıntıları olmalıdı.

- Daha çox şouya çevrilib?

- Meyxana onsuz da şou olub həmişə. Amma iş ondadır ki, bir var ümumi, hazır qafiyələrlə söz deyəsən, bir də var anı yerində təsvir edəsən. İndi maşap çıxıb. Maşap nədi, popuridir də. Özü də bunu birinci mən başlamışam. Azərbaycan rəqsləri ilə meyxana demişdim. İndi deyirlər bunu yaratmışıq.

- Qadınların meyxana deməsinə necə baxırsınız?

- Qadının qadın işi olar da. Qadın həkim olar, müəllim olar, müğənni olar, juralist olar, hüquqşünas olar, təyyarə sürər, amma meyxana meydanında hədəfə çevrilər. Baş aça bilməz. Necə təsəvvür edirsiniz, oturub kişilərlə ciyər axşamında masaya çırtma vura-vura “ay can alım candı bizim məhləmiz” deyəcək? Ən zəif meyxanaçı da ona qalib gələ bilər. Söz pəhləvanı olmaz. Mən qadını yükdaşıyan kimi, budkada siqaret satan kimi görmək istəmirəm. Heç qadınları yol polisi kimi də təsəvvür eləmirəm. Əlinə alacaq “dubinkanı” fırladacaq. Nə bilim, təsəvvür edə bilmirəm.

- Aşıq Əli də qadınlar haqqında fikir səsləndirib, hücuma məruz qaldı, qorxmursunuz?

- Nə dedim ki qorxam? Əlini tanıyıram, yaxşı oğlandır, yəqin dediyini düz başa sala bilməyib.

- Başqa qazanc yeriniz var?

- Yoxdur.

- Bəs şeirlərinizi toplayıb kitab eləmisiniz? Ömrə vəfa yoxdur...

- Ürəyinizə nəsə damıb yoxsa? (gülür)

- Yox, Allah uzun ömür versin. Amma kimin nə qədər yaşayacağına dair zəmanəti var?

- Vaxtım olmur. Evdə uşaqlara deyirəm ki, ( iki qızı bir oğlu var) yığın, toplayın əsərlərimi, yıxılıb ölsəm, qırxımdan sonra jurnalistlər gələsi olsa, ortaya çıxarmağa əlinizdə nəsə olsun.

- Şöhrət asan yükdür?

- Həmişə yox. Gərəkli bir şey deyil. Azad ola bilmirsən. Çox az hallarda ailəmlə haradasa çıxıb rahat otura bilirəm. Nazik bir ipin üstündə gəzirsən sanki. Hər an yıxıla bilərsən.

- Balaəli çox tez şöhrətləndi. Yaraşıq desəm yoxdur, səs adi, amma sevilir. Hətta iddia edənlər var ki, Rəşad Dağlı getdi, meydan ona qaldı...

- Yaraşığı yoxdur? (gülür) Mən meyxananın gündəmində deyiləm. Şansı gətirib üzə çıxıb. Şöhrətlənmək də lotereya biletində udmaq kimidir. Yeri gəlsə hələ az qazanır. Amma ondan istedadlı meyxanaçılar da çoxdu. Dostu–tanışı çoxdu. Baləli qazancının çoxu ilə dostlarının qulluğunda dayanır.

- Meyxanaçılıq nankor sənətdir sizcə?

- Bizdə kimsə ölürsə, xəstələnirsə, qədrini bilməyə başlayırlar. Bax Vahidşünaslıq var. Niyə bu gün Vüqarşünaslıq yoxdu, Kərimşünaslı, İlqar Fəhmişünaslıq, Ramiz Rövşənşünaslıq, Musa Yaqubşünaslıq yoxdu. Yalnız ölənin şünası olur bizdə. Biz 30 il bu yolu saldıq, asfalt çəkdik. Kimlərsə rahatca keçir hələ bir qayıdıb deyir ki, suyum səndən gəlmir, çörəyim səndən gəlmir.

- Kimi nəzərdə tutursunuz?

- Elə hamını. Mən ustadıma qarşı hörmətli olmuşam. Bir Ağamirzə qalıb, hər görəndə sanki uşağam, ayağa dururam, qabağına gedirəm, halbuki bəlkə ondan yaxşı deyirəm, ondan yaxşı qazanıram. Mənə o çörək verib, onun paltarıyla, ayaqqabısıyla bu yolu getmişəm, Ağamirzədir e o... Məni də eşidirlər sağ olsunlar. Amma bir-iki nəfər var ki, saymazlıq edib, mən də onu saymıram. Bu meydandır, burda sağlam adamlarla oturub durmalısan. Sən əlinə mikrofon alıb hamıya söz deyirsənsə, bir pillə yuxarıdasan. Səhv danışacaqsan tutub döyəcəklər.

- Toylara neçəyə gedirsiniz? Ən bahalı meyxanaçı kimdir?

- Mən və bir çox meyxanaçı Bakıda toyalara 700-1000 manata gedirik. Rayonlara gedəndə bir az fərqli olur. Çoxu dost- tanışdı, yarı qiymətinə, hədiyyə oxumalı olursan. Bu gün toyuna gedib havayı oxuduğun sabah zəng vurursan, səni tanımır. Bu işin nankor yanı budur. Ya gərək bunu heç etməyəsən, məsələn Ədalət Şükürov, Eyyub Yaqubov heç vaxt dedikləri qiymətdən düşmürlər, prinsipialdırlar. Mən edə bilmirəm. Ən bahalı meyxanaçı Namiq Qaraçuxurludur. O, 4-5 minə gedir mən bilən.

- Kəramət Böyükçöl deyir ki, meyxanaçılar gəncliyi pozur.

- Kəramət əslində deyir ki, boş sözə insanların niyə bu qədər marağı var. Sözü əslində meyxanaçılara deyil, cəmiyyətədir.

- Əvvəllər yaxşı klipləriniz, işləriniz olurdu, son vaxtlar ortaya belə işlərlə çıxmırsınız. Niyə?

- O işlərin mayası olmalıdır. “Azərbaycan diyarı” klipinin çəkilməsinə 13 min xərclədim, pandemiya dövründə 8 min xərcləyib klip çıxardım. Heç kim sənətinə mənim qədər pul qoymur. Amma əmək qoyduğun işi sata bilmirsən. Bizdə o bazar yoxdur. Mənə pis təsir etdi ki, “Nəsimi” ilində meydana Sami Yusifi çıxardıq. Biz ondan yaxşı ifa edərdik, gərək Mədəniyyət Nazirliyi arxamızda dursun, imkan yaratsın. İstedad var, imkan yoxdur. Prodüser əvvəldən bizdə olub disk daşıyan. Yaradıcılığa zamanımız yoxdur. Konsertdə deyək ki, nağaraçalana 200 manat verir. 10 dəfə konsert üçün məşqə gəlməlidir. Günü 20 manata düşür e bunun. Niyə gəlsin? Gedir toyuna qazanır. Komandası olan musiqiçilərin işi yaxşıdır, amma komanda yoxdursa konsert yığılanda harmoniya olmur. Biz gərək sənətimizə xəyanət eləməyək. Bir nəfər qabağa çıxıb pulunu ayırsa, konserti təşkil etsə və sənin ağlın, fikrin maddiyyatda deyil, yaradıcılıqda olsa ortaya çıxardığın əsərlə dünyanı fəth etmək olar. Heyf ki, bu yoxdur.
Ardını oxu...
Qida mütəxəssisi İlkin Şirinovun Ölkə.Az-a müsahibəsini təqdim edirik:

- Xoş gəlmisiniz, İlkin bəy. Birinci ət mövzusundan başlayaq. Bu gün Azərbaycan istehlakçısı məhsul alanda belə yanaşır: gözümün qabağında kəsilməsə, ətin yaxşı olduğuna inanmıram. Bu nədən irəli gəlir?

- Yaxşı əti hər adam tanıya bilmir. Biz əti sortlaşdırmalı olsaq, erkək və dişi mal əti, dişi qoca mal əti, erkək öküz əti, dana ətinə ayırmaq olar. Bunlar təbii ki, müxtəlif dad, rəng və qoxuya malik olurlar. Amma bu gün insanların "gözümün qarşısıda kəsilən heyvan ətini alıram" deməsi, özü bir qanunauyğunsuzluqdur. Əvvəla, yeni kəsilən heyvanın əti insan sağlamlığı üçün fəsadlar törədə bilər. Ət kəsildikdən sonra 8-12 saat dincə qoyulmalıdır. Bu zaman əti dondurucuda yox, soyuducuda saxlamaq lazımdır. Bəlkə də heyvan kəsildikdən sonra əzələlərinin hərəkət etməsinin şahid olmusunuz. Hamı da bunu təzə ətin nişanəsi kimi qəbul edib alır. Amma o oynayan əzələ, isti, qanı axa-axa alınan ət ziyanlı qida hesab olunur. Ətin dincə qoyulmadan istifadəsi qəti şəkildə qadağandır.

Digər tərəfdən kəsiləcək heyvanın ekoloji baxımdan hansı vəziyyətdə olmasına da fikir vermək lazımdır. Yəni təmizdirmi? Kəsimdə istifadə olunacaq alətlər hansı səviyyədədir və yaxud da heyvanı kəsən qəssab onu hansı formada kəsir. Bunun hələ psixoloji tərəfləri də var. Uşaqların o heyvanı küçədə görməsi, heyvanı axşam bağlayırlar sabaha qədər orada qalması, o heyvanın səsi, insanların gözü qarşısında kəsilməyi və insanlarda yaratdığı psixoloji travmalar, fəsadlar da bir tərəfə, onu hansı şəraitdə və necə kəsirlər, qanı düzgün axıdılırmı, kəsərkən heyvana hansı əziyyətlər verilməsi məsələsi də var. Bəs buna kim nəzarət edir?

- Əti kəsilən kimi bişirib yeməyin ziyanı nədir?

- Qəbizlik, həm həzm problemi yaradır, bağırsaqlarda şlaqlar yığılır və s.

- Bu gün əti qırmızı şəkildə süfrəyə təqdim edən restoranlar da var. Bu insan sağlamlığı üçün zərərli deyilmi?

- Ümumiyyətlə, təkdırnaqlı, cütdırnaqlı heyvanlarda olan xəstəliklər, limfa düyünlərində olan iltihab prosesləri cütdırnaqlı heyvanlarda - dana, inək, öküz, qoyun, quzuda olan qarayara, bruselyoz, onların ciyərlərində olan kəpənək qurdları kimi xəstəliklər birbaşa insan orqanizminə düşərsə, artıq onun fəsadı qaçılmazdır. Hansı ki, bunlar da qan vasitəsilə insan bədəninə düşə bilər. Tam bişməmiş, çiy formada qəbul olunan ət birbaşa xəstəliyin mənbəyidir. O ki qaldı heyvanların həkim nəzarətindən keçmədən, AQTA əməkdaşları ona nəzarət etmədən satışa verilməyindən yaranan problemlərə buna heç kim cavabdehlik daşıya bilməz.

Bəzi işbazlarda bunu da müşahidə etdilər ki, heyvanı əvvəlcə kəsim məntəqəsinin qarşısına bağlayırdılar, sonra da "digər məntəqəyə aparıb kəsib gətirəcəyik" adı altında qoca heyvanı başqa kəsim məntəqələrində kəsdirib satışa verənlər də olurdu. Onların "digər kəsim məntəqəsi" dediyi də kiminsə həyətində kustar üsulla hazırlanmış natəmiz yerlər olurdu.

- Yaxşı ət hansıdır, necə bilmək olar?

- Heyvanların qidasından asılı olaraq ətin rəngi dəyişə bilir. Kənd təsərrüfatı ilə məşğul olanlar və kənddə yaşayanlar bunu yaxşı bilir. Ot yeyən heyvanla yem yeyən heyvanın ətinin rəngi fərqli olur.

Bu gün Bərdə, Ağcəbədi, İmişli zonasının heyvanlarının ətinə daha çox üstünlük verilir. Bu zonalarda heyvanlar xüsusi saxlanc yerində kökəldilir və daha sonra istifadə olunur. Bu heyvanların yağının rəngi ağ olur.

Kökəltmə məntəqələri olmayan zonalarımızda heyvanlar otla qidalanır. Baxırsan ki, erkək heyvandır, amma sadəcə ot yediyinə görə, ətin rəngi tünd qırmızıdır. Hətta ot yeyən heyvanların əti yem yeyən heyvanlardan daha dadlı olur.

Qoca camışın əti dana əti ilə müqayisədə bişmə məsələsində fərqini görmək olur. Ətin üzəri ağ rəngli köpüklü olur. Dana ətinin budu ilə camış ətinin budu tam fərqlidir. Dana ətində budun aşağısından yuxarısına gedən hissədə ovallıq var, camış ətinin budu isə düz formadadır. Camış göllərdə, bataqlıqlarda yatdığına görə, bu ətdə spesifik tünd qoxu olur.

Ətin yağının rəngi və sümüyünün iliyinin rəngi tünd sarı olarsa, bu ya dişi mal ətidir, ya da qızdırma xəstəliyi keçirmiş heyvanın ətidir. Sadaladığım xüsusiyyətlər alıcılara əti seçmək məsələsində kömək edə bilər.

- İnsanlar aldıqları ətin at əti olmasından narahatdırlar. Bunu necə fərqləndirə bilərik?

- Hər bir heyvan kəsildikdən sonra öz adı ilə satılmalıdır. At ətini dana əti adı ilə satma istehlakçını birbaşa aldatmaqdır və cinayət məsuliyyəti yaradır.
Asiya ölkələrində - Monqolustan, Qazaxıstan, Qırğızıstanda at əti yeyilir. Sadəcə, bunun da müəyyən üsulları var. Bizdə isə işbazlar bunu bilmir.

At ətinin spesifik qoxusu olur. Rəngi mal əti ilə müqayisədə daha tünd - sanki malın qaraciyərinin rəngində olur. Yağının rəngi açıq sarı olur. Əlimizi at ətinə toxundurduqdan bir neçə saniyə sonra hava ilə təmas etdikdə ondan sanki balıq məhsulunun qoxusu gəlir. At ətini vizual ayırd edə bilmiriksə, ən yaxşı vasitəsi budur. Asiya ölkələrində atı kəsməzdən əvvəl qaçırdırlar və onun bədənində olan toksik maddələr və qoxu tər vasitəsilə ifraz edilir. İşbazlarımız isə bunun qaydasını bilmədiyinə görə, birbaşa kəsib satışa verirlər və həmin iy də qalır.

- Bu gün piştaxtalarda ucuz kolbasalar görürük. Ətin bir kiloqramının qiyməti ilə müqayisə edəndə uyğunsuzluq yaranır.

- Ən ucuz ətin kiloqramı 9-10 manata olduğu halda bu gün kiloqramı 4-5 manata təklif olunan kolbasalar var. Bəziləri deyir ki, ola bilsin, bu kolbasaların tərkibindəki 3-cü, 4-cü növ heyvan ətidir. Bu gün heç kim təsərrüfatındakı heyvanından bezməyib ki, onun kiloqramını 4-5 manata satsın.

Ət sümükdən ayrılırsa, artıq maya dəyəri qalxır. Burada məhsulun hazırlanmasına sərf olunan enerjini, onun tərkibinə vurulan qatqıları da hesablasaq, kolbasanın maya dəyəri 15 manata ola bilər. Amma bu gün təəssüf ki, ekoloji baxımdan natəmiz olan ərazilərdə, bazarların qarşısında yeşiklərin üzərində kolbasaların kiloqramı 4-5 manata təklif edilir.

- Bəs onda bu kolbasalardakı nə ətidir?

- Onun tərkibini aidiyyəti orqanlar araşdırıb deməlidir.

- Belə bir fikir səsləndirilir ki, donuz piyi bahalı şeydir, ucuz kolbasanın tərkibində ola bilməz...

- Hər bir kolbasa və sosiskanın üzərində istehlakçıların məlumat alması üçün xüsusi stikerlər olmalıdır. İstehlakçı bunu oxuyanda məhsulun tərkibindəki inqridiyentləri, saxlanma temperaturunu, saxlanma şəraitini bilməlidir.

Bu gün həmin məhsullarla bağlı ən böyük problemlərdən biri də kolbasa, toyuq, ət məhsullarının saxlanılma və daşınma şəraitidir. Baxmaq lazımdır ki, bu məhsullar daşınarkən soyuq qida zəncirinə əməl olunurmu, daşınarkən sərin temperatura riayət edilirmi və s.

- Siz kolbasa yeyirsinizmi?

- Yox, yemirəm.

- Bu günlərdə 24 şagird dönərdən zəhərləndi. Adətən, zəhələnmələr yay aylarında müşahidə olunurdu. Bu da onunla əlaqələndirilirdi ki, isti havada ərzaqlar tez xarab olur. Bəs indi bu zəhərlənmə nə ilə əlaqədar ola bilər?

- Misal olaraq bir dönərxananın yanından keçək və oradakı antisanitar vəziyyətə özümüz baxaq. İstehlakçı olaraq biz nəsə tələb etməliyik. Yaxşı, deyək ki, dönər əti ilə, onun tərkibinə vurulan ədviyyatla maraqlanmırıq. Axı biz ondan istifadə edirik. Tələb etməliyik ki, heç olmasa, bir yan-yörəni, istifadə etdiyin ədviyyatların qabını təmiz saxla. Bu gün zəhərlənmə hallarına səbəb olan mayonezə hava, günəş işığı, toz, ərazidən keçən avtomobillərdən çıxan müxtəlif qazlar qarışanda bunun yaratdığı fəsadlardan heç kim sığortalanmır. Heç olmasa, mayonezin ağzını bağla, saxladığın qaba nəzarət elə. Bunlar sadə şeylərdir, tələb edə bilərik. Təəssüf ki, bu gün yol kənarında, ekoloji baxımdan bərbad olan, maşınların sıx olduğu yerlərdə dönərxanalar var. Şəhərimizin küləkli olmasını da nəzərə alsaq, küləyin qaldırdığı toz-torpaq həmin mayonezin içərisinə, şüşəsi açıq olan dönər ətinin üzərinə vurur. Biz də bəh-bəhlə onu alıb yeyirik. Kimsə deyə bilərmi ki, mən bundan zəhərlənməyəcəyəm.

Heç olmasa, dönər ətinin özü ilə maraqlansınlar. Soruşsunlar görək, hansısa baytarlıq sənədi varmı? Ətin necə şəraitdə saxlanılması ilə maraqlansınlar.

- Dövrümüzdə xəstəliklərin çoxaldığını və cavanlaşdığını deyirik. Belə çıxır ki, antisanitar vəziyyətdə normaldır?

- Təbii ki. Əgər biz öz gigiyenamıza əməl etmiriksə, qida satılan yerlərdən bu gigiyenanı tələb etmiriksə, artıq xəstəliyi özümüz çağırırıq. Ekologiya ilə qida bir zəncirdir. Birinə əməl etməyəndə bu zəncir qırıldısa, bəs edir.

At ətinin satılmasına görə işbazlar saxlanılır, məsuliyyətə cəlb olunur, cərimələr edilir, amma istehlakçı olaraq bizim də üzərimizə çox iş düşür. Biz də heyvan kəsib satan məntəqələrdən baytarlıq sənədi, nəzarət qəbzini istəyə bilərik. Mən bilməliyəm ki, hansı əti alıram.

- Alıcı məhsulun həm ucuz, həm də dadlı olmasını istəyir. Belə çıxır ki, biz məsələyə doğru yerdən yanaşmırıq?

- Təbii ki, keyfiyyət baxımından aşağı olan ətin tərkibinə müəyyən ədviyyatlar vuranda onu dada gətirəcək. Ədviyyatların onun dada gətirməsi, hələ ətin keyfiyyətli olması demək deyil.

- Toyuq ətinin satışı və hazırlanması ilə bağlı da çoxsaylı problemlər var. Reydlər zamanı quş ətinin köhnə hamam vannalarında çirkab içərisində saxlanıldığı üzə çıxmışdı. Deyək ki, mal ətini rənginə, qoxusuna görə fərqləndirə bildik. Bəs quş ətinin yaxşısı ilə pisini necə ayırd edək?

- Toyuq əti də bu gün bəlalı yerdir. Broylerlər insanlara toyuq əti yox, zəhər satır. Bizim istifadə etdiyimiz toyuq əti deyil, o, bir şişdir. Biz şişmiş məhsul alırıq. Statistikaya baxsaq, şiş xəstəliklərinin geniş yayıldığını görürük. 30 günə 2.5 kiloqram olan toyuğun xəstəlik mənbəyi olması hamıya məlumdur. Cücənin 7-8 aya 1 - 1.2 kq olması normalır. Bu da cücəyə müəyyən yemləri verdikdə baş verir. Amma günəş işığı olmadan, xüsusi kalsium və vitaminli yemlər olmadan toyuqlar şişirdilir. Həmin şişirtmənin nəticəsi də bu gün yayılan xəstəliklərdir.
Broyler toyuqlar hərəkət eləmir, ancaq yeyir və yatırlar, hərəkət etmələri mümkünsüzdür. Onlarda hərəkət sistemi yoxdur. Broyleri 1 ay açıq havada saxlasaq, 2.5 kiloqramlıq şişdən bir şey qalmayacaq. O toyuqların üzərində günəş işığı düşmədiyinə görə, broyler həmin vəziyyətə gəlib çıxır. Amma günəş işığı dəyəndə avtomatik bədəndə olan su çəkilməyə başlayır və çəkisi 800 qrama düşür.

- Yəqin ki, o toyuğu ziyanlı edən təkcə tərkibinə vurulan su deyil.

- Toyuğun şişməsi üçün hormonal komponentlərdən istifadə olunur. Balıq unlarından, soya və şişirdici yemlərdən istifadə olunur. Həmin şişmiş zəhər asanlıqla gəlib bizim mətbəximizə girə bilir.

- Soya yemlərinin zərəri nədir?

- Bağırsaq problemləri, şiş xəstəlikləri və həmin o qidaların toyuq vasitəsilə bədənimizə ötürülməyidir.

Bu gün geni modifikasiya olunmuş (GMO) məhsullar toyuğa yedirildikdən sonra biz də onu qəbul edirik.

- Bu yaxınlarda belə bir məlumata rast gəldim ki, GMO-lu qidalar insan fiziologiyasını dəyişir. Yəni biz GMO-lu qidaları çox yedikcə, tədricən neandertal insana qayıdırıq. Məsələn, insanların burnu uzanır, çirkinləşir və s. Bu nə dərəcədə doğrudur?

- GMO-lu qidalar insan orqanizmində daxildə və xaricdə yaratdığı fəsadlar qaçılmazdır. Zaman-zaman alimlər də, mütəxəssislər də deyirlər ki, GMO-lu qidalar birbaşa insan sağlamlığı üçün ziyandır. Bunu təcrübə də eləmişəm. İşə gedib-gələndə bir piştaxtanın yanından bir ay keçdim. Orada qoyulan üzümün bir dənəsi ərik boyda idi. Bir ay o üzüm orada durdu. Axırda səbrim çatmadı, gedib soruşdum ki, bu üzüm xarab olmadı? Siz təsəvvür edin ki, üzüm bir ay əvvəl necə idisə, o vəziyyətdə də qalmışdı. Həmin üzümün insan orqanizmində yaradacağı fəsaddan kim qaça bilər? Peyvənd ayrı şeydir, GMO ayrı şey. Bu gün meyvə piştaxtada xarab olmursa, bununla bağlı mütəxəssislər həyəcan siqnalı çalmalıdır.

- Soğanla GMO-lu qidaları bir yerdə saxlayanda bu tərəvəzin xüsusi zəhərli maddə buraxdığı və insan sağlamlığına ziyanlı ola biləcəyi deyilir.

- Ümumiyyətlə, soğanı digər meyvə-tərəvəzlərlə, qidalarla birlikdə satışı və piştaxtalarda nümayişi qadağandır. Çünki soğan özündən müəyyən maddələr ifraz edən məhsuldur. Buna görə də soğanın nəinki GMO-lu qidalarla, həmçinin digər məhsullarla birgə satışını təşkil etmək olmaz.

Soğanla toyuğu bir yerdə satmaq olmaz. Avtomatik olaraq soğanın tərkibində olan və biz onu doğrayanda gözyaşardan maddələr toyuqdakı maddələrlə reaksiyaya girərsə, təhlükəli hal alar.



- Çoxlarımız evdə soğan-kartofu yanaşı saxlayırıq. Bu da ziyanlıdırmı?

- Kartofun üzərində xüsusi qabığı olduğundan ona o qədər də ziyan etmir. Amma digər məhsullarla meyvələrlə yanaşı qoymaq olmaz. Meyvələrin qabığı ilə kartof qabığının arasında fərq çoxdur.
Bundan əlavə, üzüm, alma, göyərti və ət məhsullarının yanında soğan satmaq olmaz. Piştaxtalarda qida qonşuluğu deyilən bir anlayış var və buna riayət etmək lazımdır.

- Aldığımız kənd çolpaları necə?

- Bir ara müəyyən bir qrup işbazlar çəkisi az olan toyuqları axşamdan kəsirdilər, sarı kök və ya hansısa maddələr vurulmuş suda saxlayır və sonra da "kənd çolpası" adı ilə satırdılar. Amma kənd çolpasından istifadə edən adamlar rənginə baxanda bunu başa düşürlər. Broyler toyuğu ağ rəngdə olur, kənd toyuğu isə qırmızı. Necə ki, mal ətinin yanınızda kəsilməsini tələb edirsiniz, toyuq məhsuluna da o cür yanaşın. Gördüyünüz toyuğu alın kəsin.

Digər tərəfdən kənd çolpası gec bişir. Bu gün xanımlarımız mətbəxdə işinin asan olması üçün broyler toyuqlarına üstünlük verirlər ki, tez hazırlanır. Kənd toyuqlarının spesifik qoxusu və yapışqanlığı olur. Hətta sümüyünün və sümüyünün içinin rəngi fərqlidir.
Sümük bıçaqla kəsilərmi? Amma broylerlərdə çox rahat kəsmək olur.

- Toyuq çox bakteriyalı qida hesab edilir. Qeyd olunur ki, toyuq dəyən mətbəx dəzgahını, qab-qaşığı təmiz yumaq lazımdır.

- Balıq və toyuq məhsullarından istifadə edərkən orada istifadə olunan bütün alətlər təmiz yuyulduqdan sonra digər məhsullara vurula bilər. Toyuğun toksikoloji maddələri yığılan yeri dərisi ilə ətin arasıdır. Broyler toyuqlarında dəri ilə ətin arasında xüsusi qat var. Bunu toyuğu bişirdikdə qaynadılmış suda gömək olar. Həmin o qaynadılmış suda ağ rəngli xüsusi örtük əmələ gəlir. Su soyuduqdan sonra həmin ağ örtük bərk bir maddəyə çevrilir. Bu bərk maddə birbaşa zəhərdir. Təəssüf ki, toyuğun qaynatmadan qızardılması zəhərin birbaşa bizim bədənimizə ötürülməsi deməkdir.



- Palma yağı tez-tez müzakirələrə səbəb olur. Zərərlidirsə, nə üçün qidaların tərkibində istifadəsinə icazə verilir?

- Palma yağının hansısa faydası olması barədə eşitməmişəm. Bu gün artıq çəkidən, tromblaşmadan, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların çox olduğunu görürük.
Sağlam qidalanmamaq qeyri-sağlam həyat tərzi deməkdir. Baxırsan ki, bəzən 30 yaşlı insan 50 yaşında görünür. Bu da qidalanmanın nəticəsidir. O ki qaldı palma yağı məsələsinə, bu, çox geniş bir mövzudur.
Bu yaxınlarda palma yağı ilə bağlı araşdırma elədim. Sən demə, nəinki şirniyyata, kəsmiyə, pendirə, süzməyə və digər qatıq məhsullarına belə bu yağdan vurulur.

- Palma yağının özəlliyi nədən ibarətdir?

- Yağlılıq və formada saxlamaq üçündür. Daha ucuz olduğuna görə, istehsalatda geniş istifadə olunur.
Bu gün palma yağı daha çox şirniyyat istehsalında istifadə olunur. Çünki kərə yağı istifadə etmək sərfəli deyil. Qiymət baxımından maya dəyəri baha olan şirniyyatı heç kim almır. Eynilə ucuz ətin, məhsulun bazarda çox müştərisi olduğu kimi.

- Bir dəfə professor Rəşid Mahmudov saytımıza açıqlamasında demişdi ki, palma yağı həm qadınların, həm də kişilərin hormonlarına mənfi təsir göstərir. Doğrudan da palma yağı hormonlara təsir edirmi?

- Palma yağının bədən üçün fəsadlarını A-dan Z-yə hamı bilir. Bunun üçün qida mütəxəssisi, ekoloq, həkim olmaq şərt deyil. Palma yağının insan sinir sistemində yaratdığı fəsadlar göz qabağındadır. Amma hormonoloji məsələyə gəldikdə palma yağından çox insanların diqqətini toyuq məhsullarına yönəldərdim. Bu gün qadın və kişilərimizdə hormonoloji problemləri birbaşa yaradan səbəblərdən biri də gündəlik istifadə etdiyimiz zəhərlə qidalanan toyuqlardır. Hətta palma yağından toyuqların qidalanmasında da istifadə edildiyini eşitmişəm.

- Mövsümü olmadığı halda piştaxtalarda gördüyümüz meyvələr barədə nə deyə bilərsiniz?

- Hər meyvə öz mövsümündə gözəldir. Yerə qar düşəndə nar, isti havada qarpız yemək lazımdır. Mövsümü olmayan meyvə qış vaxtı hansı ağacda, hansı günəş işığının altında yetişə bilər?



- Öz ölkəmizdə yetişməyən məhsulların genetik kodlarımıza təsir etməsi ilə bağlı fikirlər səsləndirilir. Bu nə dərəcədə doğrudur? Kulturoloqlarımızdan biri demişdi ki, bananı afrikalı yeyər. Biz onu yeyiriksə, genetik kodumuz dəyişir.

- Təbii ki geni modifikasiya olunmamış heç bir məhsul bizim genetik kodumuza təsir edə bilməz. Amma bananın çox yemək məsələsinə gəldikdə, bu, ziyanlıdır. Çünki banan gec həzm olunan meyvədir. Suyu qədərində içmək lazım olduğu kimi, hər şeyi qədərində istifadə etmək lazımdır.
Bir adam gündə 4-5 ədəd banan yeyəndə bunun fəsadı qaçılmazıdr. Burada hansı təzyiq sistemindən danışmaq olar? Biri gələcək ki, təzyiqim qalxdı. Niyə? Deyir 5 banan yemişəm. Ay qardaş, yemə də, nə məcburdur?!

O ki qaldı insanların qida rasionunda müxtəlif, xarici, mənşəyi bilinməyən meyvələrə, onu deyə bilərəm ki, Azərbaycanımızda bu qədər meyvə olduğu halda nə məcburdur ki, biz xarici meyvə ilə qidalanaq.

Bir dəfə mən özüm eksperiment aparmışdım. Bağımızda bir neçə yeşik arı saxlayırdım. Bilirsiniz ki, arılar son dərəcə həssas canlılardır. Bir dəfə qarpız almışdıq. İçərisinə çoxlu damarlar var idi. Evdəkilərə “yeməyək” dedim. Sonra qarpızın içərisinə bir balaca şəkər tozu tökdüm və arı yeşiklərinin qarşısına qoydum. Hər yeşikdən bir arı çıxıb qarpıza qondu, bir dəqiqə sonra getdilər yuvalarına girdilər. Axşama qədər yeşikdən heç bir arı o qarpızın üzərinə qonmadı. Öz-özümə fikirləşdim ki, o qarpızın tərkibində nə var idi ki, belə oldu.

- “Zavod çörəyini 3 gündən sonra yemək olmaz” deyə fikir işlədirlər. Bəzən çörəyin içərisi bir az ağarsa da, tamında ciddi fərq hiss etmirik deyə yeyirik. Bunun bir fəsadı varmı?

- Çörək istehsalında yaş və quru mayadan istifadə olunur. Maya çörəyin yumşaq olması üçün vurulur. Bəzən isə həddindən çox mayadan istifadə olunur. Bu da çörəkdə kif bakteriyalarının həddindən tez yaranması deməkdir.

Çörəyə həddindən artıq maya vurulanda sulanma prosesi gedir ki, bu da istifadəsi zamanı ziyan verir.

- Hazır qəhvələrin ziyanlı oluğu deyilir. Bu barədə nə deyə bilərsiniz?

- Məndə “Y” (ye) komponentli maddələrin siyahısı var. Kofeyə “Y” tərkibli kimyəvi inqrediyentlər vurulur. Bu inqrediyentlərin bəzilərin tərkibində donuz hormonrından və ona məxsus maddələrdən istifadə olunduğu bildirilir. Bu məsələni araşdıracağam, görək, nə dərəcədə doğrudur. Əgər belədirsə, onda tərkibində donuza aid maddə olan kofenin hallallıq-haramlıq məsələsi sual altına düşür.

Ümumiyyətlə, kofeni alıb evdə üyütmək, hazırlamaq daha məsləhətlidir. “Üçü birində”lərdən ikisini bilirəm, amma biri mənim üçün sual altıntadır. Bu barədə sonra danışarıq.

- Vaxt ayırdığınız üçün çox sağ olun.

- Mən təşəkkür edirəm.

Billurə Yunus
 
Ardını oxu...
“Veteranlara müavinətdən öncə iş, məşğulluq təminatı və yüksək əməkhaqqı barəsində düşünməliyik”.

TEREF.AZ yazır ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az saytına geniş müsahibə verib. Deputatla söhbəti təqdim edirik:

- Musa müəllim, 30 il ərzində Azərbaycanın qarşısına qoyduğu əsas məqsəd Qarabağ probleminin həll olunması idi. İndi artıq Qarabağ problemi həll olunub. Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri vətəndaşların sosial rifahının gücləndirilməsi ola bilərmi? Bununla bağlı olaraq hər hansı bir dövlət proqramları və ya yeni layihələr düşünülürmü?

- Hər bir dövlətin müəyyən dövrlərdə özünün istər sosial, istər iqtisadi, istərsə də digər istiqamətlərdə prioritet layihələri olur. 30 il ərzində bizim əsas prioritetimiz ondan ibarət idi ki, torpaqlarımızı işğaldan azad edək. 2020-ci ildə 44 günlük müharibə ilə biz torpaqlarımızı işğaldan azad etdik. 2023-cü ildə isə suverenliyimizi tam təmin etdik. Bununla da böyük bir tarixi dövr demək olar ki, qapandı. Azərbaycan artıq yeni bir perspektivlər qarşısındadır.

Şübhəsiz ki, yaxın 15 ildə bizim sosial, iqtisadi həyatımızın əsas prioritet işğaldan azad olunmuş ərazilərimizin bərpası olacaqdır. Qarabağda məskunlaşma, insanların sosial, iqtisadi həyatının bərpası və Şərqi Zəngəzurun dirçəlişi əsas məsələdir. Amma buna baxmayaraq, ölkəmizin hər yerində sosial müdafiəyə, daimi qayğıya ehtiyacı olanlar var. Buna görə də sosial layihələr də davam edir. Cənab İlham Əliyev sonuncu dəfə Prezident seçiləndən sonra dərin sosial islahatlara başlayıb və indiyə qədər dörd böyük sosial islahatlar zərfi qəbul olunub. Nəticədə hər il dövlət büdcəsindən yeddi milyard manat təkcə bu proqramların maliyyələşməsi üçün ayrılır.

Bir neçə rəqəmi sizin diqqətinizə çatdırmaq istəyirəm: 2018-2023-cü illərdə ölkə üzrə minimum əmək haqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq əmək haqqı 70% artırılıb. Əgər 2018-ci ildə orta aylıq əməkhaqqı 545 manat idisə, bu il artıq 930 manat təşkil edəcək. Gələn il üçün isə təxminən bu rəqəm 1000 manata yaxınlaşacaq. Ölkə üzrə orta aylıq pensiya iki dəfədən çox artıb. 2023-cü ildə minimum əməkhaqqı 345 manat təşkil edib, yaşayış minimumu ilə ehtiyac meyarı bərabərləşib. 2023-cü ildə bu rəqəm 246 manat təşkil edir. 2024-cü ildə isə 270 manata qədər artırılması proqnozlaşdırılır.

Niyə mən minimum əməkhaqqı, ehtiyac meyarı və yaşayış minimumu üzərində dayanıram? Çünki aztəminatlı insanların həyatında minimumun təmin olunması üçün bu rəqəm çox vacibdir. Heç bir özəl və dövlət sektorunda işçiyə bu rəqəmdən aşağı əməkhaqqı verilmir.

Cənab Prezident həmişə deyir ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun sosial rifah halı vacibdir. Cənab İlham Əliyevin sosial siyasəti iki fundamental prinsip üzərində dayanır: sosial ədalət və sosial rifah.

Sosial ədalət nədir? Sosial ədalət odur ki, ölkənin, dövlətin maddi və mənəvi resurslarından hər kəsə pay çatsın. Kim özü qazana bilir, özü qazanır, onun üçün dövlət təbii ki, şərait yaradır. Kim də özü qazana bilmir, dövlət ona dəstək verir. Bu dəstək ünvanlı sosial yardım, müavinət, pensiya, qazilərin, şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması şəklində verilir. Bu mənada mən bu ötən beş ili Azərbaycanda sosial, iqtisadi sahədə dərin islahatlar dövrü kimi xarakterizə edərdim. Amma bu islahatlar bundan sonra da davam edəcəkdir.

- “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsi bu həftədən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq. Büdcə layihəsində əsas prioritet təşkil edən sahələr hansılardır?

- Son illər bizim büdcəmizdə dinamik artımlar müşahidə olunur. Demək olar ki, hər il yaşayış minimumu, minimum əməkhaqqı, pensiya məbləği artırılır. Ona görə də biz öyrəşmişik ki, həmişə artımlar olsun. Amma hər il bunlar artmaya da bilər. Siz təcrübəyə baxsanız görərsiniz ki, bəzi ölkələrdə bunlar hətta azalır və ya həcmi məhdudlaşır. Amma biz keçən il büdcəmizi xeyli artıra bildik, hətta profisit də yarandı. Büdcə proqnozlaşdırılması bir çox parametrlərə əsaslanır. Bizim büdcəmizin əsas gəlir hissələrindən biri neft sektorudur və burada həmişə ehtiyatlı bir rəqəm götürürük. Gələn il neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində nəzərdə tutulur. Nə qədər çox olacaq, bizim ehtiyat fondumuza yığılacaq. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı ilə bağlı çox işlər görülür. Xüsusən də işğaldan azad olunmuş ərazilərimizin turistik, kənd təsərrüfatı, emal və dağ-mədən sənayesi istiqamətində böyük potensialı var və bu potensiallardan istifadə olunacaqdır.

Büdcəmizin çox doğru olaraq böyük bir hissəsi müdafiə xərclərinə gedir. Çünki hələ Ermənistanla sülh müqaviləsi bağlanmayıb. Bizim bölgədə marağı olan imperialist qüvvələr öz iddialarından hələ geri çəkilməyiblər və getdikcə də bu təzyiqlər artır. Biz müdafiə qüdrətimizi gücləndirməliyik və bu mənada hərbi büdcəmizi azaltmağa heç cür haqqımız yoxdur.

Digər bir istiqamət olaraq Qarabağın və Şərqi Zəngəzurun bərpasına ciddi vəsait ayrılıb. Son üç ildə bu məqsədlə 12 milyard manat vəsait ayrılıb. Bu, çox böyük vəsaitdir və bəzi ölkələrin büdcəsi heç bu qədər deyil. Bu il isə Şərqi Zəngəzur və Qarabağın bərpasına dörd milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bilirsiniz ki, biz ötən ilin sonunda “Böyük Qayıdış” Dövlət Proqramı qəbul etmişik. 2026-cı ilə qədər 140 000 nəfər soydaşımızın Qarabağa köçürülməsini təmin etməliyik. Amma təkcə ev tikməklə, insanları köçürməklə iş bitmir. Birinci təhlükəsizlik tədbirləri görülməlidir. Orada milyondan çox mina basdırılıb, bu minalar tapılmalı, zərərsizləşdirilməlidir. İnfrastruktur layihələri olmalıdır, yollar çəkilməlidir. Su, qaz, işıq, enerji təminatı olmalıdır. Ona görə də bizim büdcəmizin böyük bir hissəsinin həm hərbi xərclərə, həm də Qarabağın və Şərqi Zəngəzurun bərpası xərclərinə ayrılması məntiqlidir. Amma buna baxmayaraq, sosial xərclər də heç azalmayıb. Hətta sosial xərclər xeyli artıb. Gələn ilki büdcəmizin 43 faizini sosial xərclər təmin edəcəkdir.

- Musa müəllim, minimum əməkhaqqı ilə bağlı hər hansı bir dəyişikliklər gözlənilir?

- Gələn il üçün minimum əməkhaqqının dəyişdirilməsi ilə bağlı proqnoz büdcə layihəsində görünmür. Minimum əmək haqqının təyin olunması cənab Prezidentin Sərəncamı ilə müəyyən edilir. İlin yekunlarına görə, gələn il yanvar ayında ola bilsin ki, cənab Prezidentin Fərmanı ilə bu məsələ öz həllini tapacaqdır.

- Reinteqrasiya prosesi fonunda Azərbaycan Qarabağa qayıdacaq erməni sakinlərə müavinət verməyi planlaşdırır?

- Azərbaycan həmişə bu məsələyə humanist nöqteyi-nəzərdən yanaşıb. Bilirsiniz ki, Laçın dəhlizi müvəqqəti olaraq birtərəfli bağlandıqda Azərbaycan dövləti onların bütün humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu bildirirdi. Hətta sonuncu Yevlax görüşündən sonra Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım da göstərib.

Əlbəttə, dövlətimiz geri qayıdaraq Azərbaycan vətəndaşlarını qəbul edən hər kəs üçün digər vətəndaşlarımıza yaratdığı bütün təminatları onlara da dəfələrlə vəd edib. Amma bu prosesi indi zamanın axarına buraxmalıyıq. İndi oradan kim gələcək, hansının nə qədər haqqı olacaq, bunu bilmirik. Hər şeyi zaman göstərəcək. Mənim özümün şəxsi fikrim budur ki, əgər reinteqrasiyadan danışırıqsa, bu proses qarşılıqlı olmalıdır. Əgər ermənilər Qarabağda, yəni Azərbaycan ərazisində gəlib yaşamaq hüququ və imkanları əldə edəcəklərsə, azərbaycanlıların da Ermənistandakı ata-baba yurdlarına qayıdıb yaşamaq hüquqlarına təminat yaradılmalıdır. Məncə, proses bu şəkildə getsə, həm ədalətli olar, həm də hər iki millətin təhlükəsizliyinin təminatı üçün daha ciddi əsaslar yaratmış olarıq. Əgər Ermənistan buna getməyəcəksə, Azərbaycan niyə birtərəfli olaraq bu qərarı qəbul etməlidir?

- Hazırda müharibə veteranlarına 80 manat müavinət verilir. Milli Məclisin əvvəlki iclaslarında bəzi deputatlar bu rəqəmin artırılmasını təklif ediblər. Siz bu barədə nə düşünürsünüz?

- Bizdə bu məbləğin artırılmasının tərəfdarıyıq. Amma bu da büdcə imkanlarına baxan bir məsələdir. Müharibə veteranları gənc, sağlam insanlardır. Biz birinci növbədə müavinətdən qabaq onların iş, məşğulluq təminatı və yüksək əməkhaqqı barəsində düşünməliyik. Yəni müavinət passiv sosial müdafiə tədbiridir. Buna axırıncı yardım imkanı kimi baxmalıyıq. Biz daha çox onların məşğulluğunun, öz biznesini qurmasının, yaxşı əməkhaqqı verən peşələr üzrə hazırlıqlarının qayğısına qalmalıyıq. Xüsusilə, İkinci Qarabağ müharibəsində iştirak edən veteranların hamısı gənc insanlardır. Yaşları 30-40 arasındadır, bəziləri daha gəncdir. Bununla bərabər, təbii ki, o müavinətin artırılması da gündəmdə ola bilər. Bu, büdcəyə bağlı bir məsələdir. Amma daha çox onların fərdi qaydada əməkhaqqı yüksək olan işlərlə təmin olunması üzərində düşünməliyik.

- Hazırda bildiyiniz kimi, Bakının yükünü azaltmaq üçün bəzi layihələr üzərində işlər aparılır? Sizcə, bu kontekstdə bəzi dövlət qurumlarının, universitetlərin Qarabağa köçürülə bilərmi?

- Qarabağ üçün çox işlər görməliyik. Qarabağ rayonlarının demək olar ki, hamısının baş planı işlənib hazırlanıb. Artıq bir çoxunda yenidənqurma işləri başlanıb. Füzulidə, Laçında və digər mərkəzlərdə işlər davam etdirilir. Artıq ilk köçənlərimiz var. Gələn il ərzində digər ərazilərdə məskunlaşma prosesi başlayacaq və orada da təhsil müəssisələri açmalıyıq. Amma Bakının sıxlığını, yükünü azaltmaqdan ötrü başqa rayonlarımız da var. Oraya da ağırlıq verə bilərik. Bunlar elə sözdə asandı, amma həyata keçirmək olduqca çətindir. Yenə deyirəm, hər bir dövlətin siyasətinin müəyyən istiqaməti var. Biz prioritet olaraq Qarabağ və Şərqi Zəngəzuru bərpa etməyi düşünürük. Amma eyni zamanda, Bakı, doğrudan da, nəqliyyat sıxlığından nəfəs ala bilmir. Baxmayaraq ki, müxtəlif layihələr irəli sürülüb, amma bir nəticə verməyib.

Məsələn, metro nə qədər şaxələnsə də, yenə problemlər var. Sonra Bakıətrafı Sumqayıt elektrik sürət qatarı işə düşüb, amma yenə də tələbatı ödəmir. Yəni çətinliklər, problemlər çoxdur. Əlbəttə, bunlara da baxılmalıdır. Amma tək Bakı deyil, ümumiyyətlə, Abşeron yarımadası çox yüklənir. Bu saat Azərbaycan əhalisinin 30%-i Bakı, Sumqayıt, Abşeronda yaşayır.

- Müəllimlərin və həkimlərin maaşına yenidən baxıla bilərmi?

- Müəllimlərin maaşı ilə bağlı məsələ bizi narahat edən problemlərdən biridir. Müəllimlərin, həkimlərin maaşı iki, üç il bundan qabağa qədər orta aylıq əməkhaqqıdan aşağı idi. Amma indi orta aylıq əməkhaqqına yaxınlaşıb, bəzilərində isə bərabərləşib. Bu il üçün orta aylıq əməkhaqqı 930 manat nəzərdə tutulub. Həkimlərin maaşı bundan bir qədər aşağıdır, amma onların bonusları var. Xüsusən İcbari Tibbi Sığorta fəaliyyətə başlayandan sonra bonuslar xeyli artıb. Orta tibb işçilərinin maaşı isə aşağı həddə qalmaqdadır.

Müəllimlər də sertifikasiya imtahanı verir, yüksək kateqoriyalar alırlar. Daha yaxşı hazırlıqlı olan müəllimin əməkhaqqında diferensiallaşma prosesi gedir. Yəqin ki, yaxın dörd, beş ildə artıq həm müəllimlər, həm həkimlərin məvacibləri orta aylıq əməkhaqqı səviyyəsinə çatar.

- Qadın və kişilərin əməkhaqlarının bərabərləşdirilməsi ilə bağlı Azərbaycanda vəziyyət hansı yerdədir?
- Qadınlara qarşı hər hansı bir ayrı-seçkiliyin nəinki tərəfdarı deyil, hətta əleyhinəyik. Qadınların əmək və məşğulluq məsələsi həmişə dövlətin sosial siyasətinin mərkəzində dayanır. Biz gender bərabərliyi ilə bağlı həm BMT Konvensiyasına qoşulmuşuq, həm də özümüz “Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul etmişik. Qadına qarşı zorakılığın bir növü də iqtisadi zorakılıqdır. Amma ümumiyyətlə, qadın və kişilərin əməkhaqqı arasında bütün dünyada fərqlər var. Dünya üzrə bu rəqəm təxminən 80 faiz, inkişaf etmiş ölkələrdə 87 faizdir. Yəni ki, qadınlar kişilərin əməkhaqqının 87 faizini alır. Bu da tarixən formalaşmış əmək bazarının münasibətlərindən biridir. Azərbaycanda bu rəqəm azdır, 60 faizə ancaq çatır. Bizim məqsədimiz odur ki, bunu orta dünya statistikasına, yəni 80 faizə çatdıraq və ötən il Əmək Məcəlləsində etdiyimiz dəyişikliklər belə addımlardan biridir. Amma burada da uzun müddətlik yol keçməliyik. Götürək, yüksək maaşlı işlərin statistikasını. Dağ-mədən, neft sənayesi, bank sektoru yüksək gəlirlidir. Bank sektorunda artıq qadınların inteqrasiyası kifayət qədər uğurla həyata keçirilir. Yəqin ki, yaxın dörd-beş ildə digər sahələrdə də inteqrasiyanı görəcəyik. Bizim bəzi bölgələr var ki, işləyən qadınların sayı azdır. Mən bölgə adı çəkmək istəmirəm. Qızlar səkkizinci sinfə qədər təhsil alır, ondan sonra isə demək olar ki, oxumurlar. Ailə qurandan sonra çoxunun işləməyə ya imkanı olmur, ya həvəs göstərmirlər, ya da ehtiyac duymurlar. O da ümumi əməkhaqqını aşağı salır.

- Bir şeyə də münasibət bildirməyinizi istərdik. Bir müddət əvvəl deputat Rauf Əliyev bildirdi ki, bəzi ölkələrdə qadınlar şənbə-bazar işləmirlər. Bununla bağlı sizin mövqeyiniz necədir?

- Mən qadınların şənbə-bazar işləməməsi ilə bağlı zərurət görmürəm. Bu, yenə də bizim gender bərabərliyi siyasətinə uyğun olmayan bir şeydir. Yəni gender bərabərliyi o demək deyil ki, qadınlara daha çox imtiyaz verilsin. Əgər belə şərait yaradılsa, bir çox işəgötürən qadınlara iş verməyə həvəsli olmayacaq. Tutaq ki, qadın tibb bacısı, yaxud da həkimdir, təcili yardımda işləyir. Buna necə deyə bilərik ki, şənbə və bazar günləri işləmə. Bu mənada mən onun tərəfdarı deyiləm. Seçimi işçinin özünə verməliyik.

- Bəzi ölkələrdə iş günlərinin azaldılması prosesi gedir, dörd günlük iş rejiminə keçirlər. Bunun Azərbaycanda da tətbiqi mümkündürmü?

- Çox arzulayardıq ki, Azərbaycanda bu tətbiq olunsun. Azərbaycanda demoqrafik proseslər müsbət istiqamətdə gedir. Hər il əmək bazarına təxminən 150 min gənc atılır. Eyni zamanda, əvvəlki işindən çıxan, yeni iş axtaranlar olur. Hər il əmək bazarında əlavə 180-200 min iş yerinə ehtiyac yaranır. Əgər biz dörd günlük iş həftəsinə keçsək, iş yerlərini xeyli artıra bilərik. Amma bu, əmək məhsuldarlığına bağlı bir şeydir. Biz əmək məhsuldarlığını yuxarı qaldıra bilməmişik.

Dörd günlük iş həftəsinə keçmək nə deməkdir - işçinin həm əmək məhsuldarlığı azalacaq, həm də əməkhaqqı azalacaq. Əməkhaqqı haradan formalaşır? Əməkhaqqı istehsal etdiyi məhsuldan və ya gördüyü xidmətdən formalaşır. Digər bir məsələ də bizim bu saat əmək bazarındakı tələbata uyğun işçilərimizin, yaxud da peşələrə uyğun kadrlarımızın çatışmazlığı problemidir.

- Dərmanların bahalanması ilə bağlı əhalidə bəzi narazılıqlar var. Dərman vasitələrinin qiymət strategiyası sizcə necə tənzimlənməlidir?

- Məncə, ölkə özü dərman istehsal etmirsə, onun dərman qiymətinin tənzimlənməsinin tərəfdarı deyiləm. Düzdür, bir neçə il öncə qiymətlərin tənzimlənməsi ilə bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik olundu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən gələn təklif idi. Məncə dərmanı bazar tənzimləməlidir. Bir də ki, dərman gətirən böyük şirkətlər var. Burada bir monopoliya meylləri hiss olunur. Baxsan, Azərbaycana gətirilən dərmanların təxminən 80-85%-i üç və ya dörd şirkətin inhisarındadır.

Bir də ki, biz dərman istehsalına ciddi fikir verməliyik, düzdür iki-üç müəssisə tikilib. Amma hələlik yenə də ölkənin dərman ehtiyaclarını qarşılaya bilmirik.

Mənim başqa bir təklifim də var: Azərbaycanın dərman sənayesi sistemini Türkiyənin dərman sənayesi sisteminə inteqrasiya edə bilərik. Bizdə hərbi sahədə inteqrasiya gedir və böyük uğurlar əldə olunur. Türkiyənin dərman sənayesi dünyada ən etibarlı dərman sənayelərindən biridir. Həm keyfiyyətinə, həm də qiymətinin əlçatanlığına görə. O da sirr deyil ki, bizim vətəndaşlarımızın çoxu Türkiyəyə gedəndə əvvəl paltar sifariş verirdisə, indi dərman sifariş edirlər. Digər tərəfdən, İcbari Tibbi Sığorta yavaş-yavaş artıq ambulator xidmətdə də reseptlər əsasında dərmanı özü verməlidir. Yəni vətəndaş cibindən gedib onsuz da icbari sığortaya pul ödəyir.

Nəyə görə? Ona görə ki, bizim tibbi xidmətlərimiz, ehtiyaclarımız, qarşılansın. Ehtiyacların tərkibində eyni zamanda dərman təminatı da olmalıdır. Niyə stasionarda olanda dərman verilir, amma ambulator olanda verilmir. O baxımdan hesab edirəm ki, ən azı bu qayda da tətbiq olunmalıdır. Düzdür, bu, icbari sığortanın imkanlarına ola bilsin ki, çox ciddi təsir göstərə bilər. Amma hər halda müəyyən kateqoriya üçün bunu başlamaq lazımdır. Şəhid ailələri, qazilər, pensiyaçılar, uşaqlar müəyyən xroniki xəstələrin ambulator reseptlərini qarşılaya bilərik. Yavaş-yavaş da digər kateqoriyalara keçilə bilər.

- İcbari Tibbi Sığortadan danışmışkən, artıq bir neçə ildir ki, tətbiq olunur. Fəaliyyətini necə qiymətləndirirsiniz?

- Artıq üç ilə yaxındır ki, ölkədə İcbari Tibbi Sığortanın fəaliyyəti təmin olunub. Ümumi götürəndə bu fəaliyyəti qənaətbəxş saymaq olar. Yəni üç-dörd il ərzində bundan artıq iş görmək də mümkün deyil. Onu da nəzərə alaq ki, İcbari Tibbi Sığortanın işə başlaması COVİD 19 pandemiyası ilə yanaşı baş verdi və pandemiya ilə mübarizəyə böyük bir enerji sərf olundu.

Amma gələcək üçün yəqin ki, vahid səhiyyə siyasəti aparılması və daha çox vətəndaşa yaxın olması lazımdır. Bunun üçün də Səhiyyə Nazirliyi və TƏBİB arasında münasibətlər daha intensiv olmalıdır. Eyni zamanda, özəl sektorla dövlət sektoru arasında səhiyyədə ayrı-seçkilik qoyulmalı deyil. Çünki özəl sektor da əslində dövlətin sosial yükünü öz üzərinə götürür. Təsəvvür edin, bu gün özəl sektor yoxdur, o xəstələri kim müalicə etməlidir? Ona görə də dövlət sektoru bu mənada özəl sektora da bir yaşıl işıq yandırmalıdır. Bu gün biz özəl sektora müəyyən qədər biganəlik də görürük. Bəzi hallarda görürsən ki, TƏBİB və yaxud da İcbari Sığorta Agentliyi daha çox diqqəti dövlət sektoruna yönəldir. Bütün bunlarla yanaşı, mən bütövlükdə götürəndə həm TƏBİB-in, həm İcbari Sığorta Agentliyinin, həm də Səhiyyə Nazirliyinin fəaliyyətini kifayət qədər qənaətbəxş hesab edirəm.

- Pensiya yaşının azaldılması məsələsi gündəmdədirmi?

- Dünyada hələ elə bir ölkə yoxdur ki, pensiya yaşını azaltsın. Pensiya yaşının azaldılması gündəmdə deyil və yəqin ki, gələcəkdə də aktual olmayacaq. Pensiya yaşının artırılması bütün dünyada müşahidə olunur. Ümumiyyətlə, insan ömrü uzanır. Azərbaycanda orta ömür uzunluğu 2021-ci illərdə bir qədər azaldı. Bu da həm COVID, həm də Vətən müharibəsində gənc insanların dünyasını dəyişməsi ilə bağlı idi.

Amma bu gün götürəndə Azərbaycanda orta ömür kifayət qədər dinamik şəkildə artır. Hazırda bizdə orta ömür uzunluğu 76 yaş təşkil edir. 2040-cı ildə bizim orta ömür 80 yaşa gəlib çatacaq. Buna görə də bu pensiya yaşı məsələsi bir günlük, ya bir illik, ya da beş illik layihə deyil. Ən azı 30 illik dövrü əhatə edir. 30 ilə uyğun biz əmək bazarını, demoqrafik prosesləri, sığorta sistemini, Pensiya Sığorta Fondunun imkanlarını, insanların yaşını nəzərə almalıyıq və buna uyğun da bir kriteriya götürməliyik.

- Sizcə, bundan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti dayandırıla bilərmi?

- Məcburi köçkünlərin hamısının yerinə qayıtması üçün bir neçə il vaxt lazım olacaq. O dövrə qədər komitə işləyəcək. Ondan sonrakı dövrə isə baxılmalıdır. Bundan başqa, Ermənistandan vaxtilə qovulmuş qaçqınların işi ilə bağlı ayrıca şəkildə bir qurum yaradıla bilər və ya da bu qurum fəaliyyətini davam etdirə bilər. Amma hələlik bu proseslərdə komitə olduqca mühüm rol oynayır, vacib işlər görür. Statistikanın aparılması, köçürülmə dinamikasına nəzarət olunması, insanların yerləşdirilməsi, müəyyən sosial ehtiyacların ödənilməsi sahəsində ciddi işlər görülür.

- Gələn il parlament seçkiləri keçirilə bilərmi və Siz növbəti dəfə namizəd olmağı düşünürsünüzmü?

- Bununla bağlı rəsmi bir məlumat yoxdur. Əslində seçki 2025-ci ilin fevralında olmalıdır. Amma bir az geriyə çəkmə, bir az irəliyə getmə ola bilər. Yenə də deyirəm, bununla bağlı rəsmi məlumat yoxdur.

Seçkidə yenidən iştirak etməyə gəldikdə isə biz Yeni Azərbaycan Partiyası xətti ilə parlamentə gəlmişik. Partiya necə məsləhət biləcəksə, elə də olacaqdır. Biz partiyaya mənsub adamlar olduğumuza görə, özümüz öz qərarımızı vermirik. Partiya harada məsləhət görəcəksə, orada da işləyəcəyik.

- Ötən sessiyada büdcə təşkilatlarında çalışmanın son yaş həddinin 70-ə qaldırılmasını təklif etmişdiniz. Təklifiniz necə qiymətləndirildi?

- Fikrimdə qalıram və amma təklifim dəstəklənmədi. Hətta bəzi icra orqanları tərəfindən qeyri-məqbul hesab olundu. Eyni bir məsələyə baxışlar müxtəlif ola bilər, bu təbiidir. Bildirim ki, heç birimizin dediyi Quran ayəsi deyil. Xüsusilə dövlət, büdcə təşkilatlarında çalışan müəllimlər və həkimlər üçün bu fikri səsləndirmişdik. 65 yaşı tamam olan kimi avtomatik işdən kənarlaşdırırlar. Adamın əmək qabiliyyəti var, amma özəl sektorda da gedib iş tapa bilmir. Buna görə də biz həmin şəxslərə imkan yaratmalıyıq. Bizim kənd yerlərində yeddi mindən çox həkimə və müəllimə ehtiyacımız var. Yəni bu istiqamətdə müəyyən işlər görmək olardı. 65 yaşı tamam olan işçilər də bizim vətəndaşlarımızdır. 65 yaşı tamam olan şəxs birdən-birə işdən ayrılır. 65 yaş o qədər böyük yaş deyil. Bu yaşda insanın nə enerjisi tükənir, nə də vərdişləri azalır. Bəli, bəzi sahələrdə - polis, hərbi sistemdə fiziki sağlamlıq müəyyən rol oynayır. Amma müəllim, həkim, mədəniyyət sahəsində işləyən mütəxəssis üçün o bir şey deyil.

Yəni insan birdən-birə uzun illərlə çalışdığı işdən aralı düşür və sonrakı həyatına adaptasiya oluna bilmir. Ona görə də mən təklif irəli sürmüşdüm ki, bir az məhdudiyyətlər yumşaldılsın, yaxud yaş senzi bir az dəyişdirilsin, bu da qəbul olunmadı. Yenə də mən subyektiv fikrimdə qalıram ki, yaş məhdudiyyəti insanın əmək fəaliyyətinə mane olmamalıdır. Amma alternativ fikrə də hörmətlə yanaşıram.
 

Ardını oxu...
İsa Həbibbəyli: “Qərbi Azərbaycanda 600-dən çox Azərbaycan toponimlərinin dəyişdirilməsi haqqında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi və Ali Soveti vaxtilə rəsmi qərar qəbul edib”

Deputat, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli “Yeni Müsavat”a müsahibə verib.

HEBİB.jpeg (160 KB)

Əslində bu günlərdə Abşeron ərazisində yaradılan yeni yaşayış məntəqəsinin adı ilə bağlı müzakirələr müsahibə üçün körpü rolunu oynadı. Milli Məclis yanında Toponimiya Komissiyasının iclasında Komissiyasının sədri İsa Həbibbəyli bir neçə gün əvvəl bildirmişdi ki, Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi ilə bağlı vətəndaşlardan müraciət daxil olub.Müraciətdə həmin yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi təklif olunub və həmin yaşayış məntəqəsinin “Şəfəq” adlandırılması məqsədəmüvafiq hesab edilib.

- İsa müəllim, bir çoxları hesab edir ki, yeni yaşayış məntəqələri yaradılırsa, ora şəhidlərimizlə, zəfərimizlə bağlı adlar qoyulsa, daha yaxşı olar. Abşeronda yaradılan yeni yaşayış məntəqəsinə Şəfəq adı verildi. Bu, bir az da sovet dövründən qalma adları xatırlatdı. Nədən bu adın üzərində dayanıldı?

- Şəfəq sözünün tarixin bütün dövrlərinə və bundan sonrakı dövrlərə də aid olacaq çox nikbin mənaları var. Onu yalnız bir ictimai formasiya ilə əlaqələndirmək doğru deyil. Niyə, bizim günümüzün öz şəfəqləri yoxdur? Niyə də olmasın? Var və daha böyük şəfəqlərin içərisində Azərbaycan bu gün cənab Prezidentin apardığı siyasətin nəticəsində yaşayır. Toponimiya komissiyasında adların dəyişdirilməsi, müəyyənləşməsi məsələsinə baxılarkən ilk növbədə orada yaşayan əhalinin, icmanın təklifləri nəzərə alınır. Bu ilin fevral ayında məcburi köçkünlər və qaçqınlar üçün nəzərdə tutulmuş 88 binada yaşayan icmanın nümayəndələri 3 dəfə müraciət edərək burada yaranacaq yeni yaşayış məntəqəsinin adının Şəfəq olmasını arzu ediblər və protokolu imzalayaraq, rayon İcra Hakimiyyətinə ünvanlayıblar. İcra Hakimiyyətində də məsələyə baxılıb və icma nümayəndələrinin təklifləri nəzərə alınıb. Biz bu məsələyə baxarkən araşdırma da apardıq. Araşdırma apararkən toponimlərin dəyişdirilməsi, yenidən müəyyən olunması ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq həmin yerə aid olan yerli toponimin nə olması məsələsini də daim diqqət mərkəzindən keçiririk. Aydın oldu ki, həmin 50 hektar ərazidəki 88 mənzilin tikintisi aparıldığı yer “Quldar otlaq yeri” adlandırılıb. Sumqayıtla Abşeronun qovşağında olan ərazidir. Orada əhali heyvandarlıqla məşğul olub. Quldar sözü bu gün heç bir cəhətdən bizim reallıqlarımıza uyğun gəlmədiyi üçün icmanın təklifi əsasında “Şəfəq” adını qəbul etdik. Həmin adamların da bir çoxu çadır düşərgələrində, vaqonlarda, yataqxanalarda yaşayıb, ora köçmüş şəxslərdir. Həmçinin şəhid ailələrinin üzvləridir, qazi ailələri, qaçqınlardır. Bu mənada həqiqətən onların həyatında yeni bir şəfəq doğub. Bu Şəfəq adı müstəqil Azərbaycanın doğurduğu yeni şəfəqi ifadə edir, fikrimcə, tamamilə məntiqlidir və qanunauyğundur. Nə üçün biz şəfəq sözünü ancaq sosializmə aid edirik. Bizim bu günümüzün böyük reallıqlarının hər addımı böyük şəfəqlərdən xəbər verir. Məncə, bu məqamda tamam doğru addır. İcma nəyi təklif edirsə, biz onun əsasında fikir mübadiləsi aparırıq. İcmanın budəfəki fikri müstəqil Azərbaycanın hazırkı təntənəsinə tamamilə uyğundur.

- Bəs, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, yeni yaşayış məntəqələrinə şəhidlərimizin adının verilməsi ilə bağlı təkliflərə münasibətiniz necədir?

Isa Hebibbeyli.jpg (184 KB)

- Şəhidlərimizin adlarının əbədiləşdirilməsi ilə bağlı ölkəmizdə böyük işlər görülür, dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Şəhidlərə hörmət və ehtiram hər birimizin borcudur. İcma tərəfindən belə bir təklif olsaydı, biz onu məmnuniyyətlə yerinə yetirərdik.

- İsa müəllim, ayrı-ayrı bölgələrdə toponimlərin əsassız olaraq dəyişdirilməsi ilə bağlı narahatlıqlar var. Hesab olunur ki, doğru-düzgün araşdırmalar aparılmadan, heç bir əsas olmadan qədim yer adları dəyişdirilib, bir sıra hallarda əcaib hala salınıb. Bu adlara yenidən baxıla bilərmi?

- Toponimiya Komissiyasına indiyə qədər bir neçə adların dəyişdirilməsi ilə bağlı məsələlərə baxmışıq. Nə qədərə təəccüblü olsa da, deyim ki, müstəqilliyimizin bərpasından 32 il keçməsinə baxmayaraq, bir neçə il bundan qabağa qədər rayonlarımızın bir çoxunda “Kommuna”, “Sovet kəndi”nə bənzəyən, həqiqətən sosializmdən qalmış adlar var idi. 27 belə adı müxtəlif iclaslarımızda Toponimiya Komissiyası dəyişdi. Adları dəyişdirərkən də məhz həmin yaşayış məntəqələrinin yerləşdiyi ərazidəki toponimləri, tarixi mənbələrdə o məntəqənin qədim adını, ağsaqqalların verdiyi tövsiyə və təklifləri təhlil edib, yekun qərara gəldik. Elə bilirəm ki, həm kənd, həm rayon ictimaiyyəti razı qaldı. Biz bu mənada elmi prinsiplər, beynəlxalq normalar əsasında Azərbaycanın müstəqil dövlətçiliyinin prinsiplərini də nəzərə alaraq, Azərbaycan kəndlərinin tarixi adlarını, yaxud toponimlərdə yaşayan adlarını bərpa etdik. Bu, milli-mənəvi dəyərlərimizə, soykökümüzə, özümüzə qayıdışlar bağlı problemləri də özündə ehtiva edir.

“Bəlkə də, bu, yeniləşmə prosesinin bütün cəmiyyətlərdə olduğu kimi, birdən-birə həzm olunmaması ilə əlaqədardır”
- Tarixi adlarımızın kütləvi şəkildə dəyişdirildiyi Qərbi Azərbaycanla bağlı hansı işlər aparılır? Toponimiya Komissiyasının bu məsələ ilə bağlı hansı təşəbbüsləri var?

- Ermənistanda, Qərbi Azərbaycanda 600-dən çox Azərbaycan toponimlərinin dəyişdirilməsi haqqında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi və Ali Soveti vaxtilə rəsmi qərar qəbul edib. Hələ yerli icra hakimiyyətlərinin qərarlarını bir kənara qoyuram, belə qərarlar kifayət qədər çoxdur. Bu günlərdə Azərbaycan Respublikası Milli Məclisinin Regional inkişaf komitəsi ilə Toponimiya Komissiyası Qərbi Azərbaycan torpaqlarında tarixi toponimlərimizin zorakılıqla, süni yollarla dəyişdirilməsi məsələsini müzakirəyə çıxaracaq, məruzələr dinləniləcək. Hesab edirəm ki, ictimaiyyət üçün əhəmiyyətli fikirlər səslənəcək. Artıq qərara alınıb, məruzəçilər müəyyənləşdirilib.

- Bəs, prezidenti olduğunuz AMEA bu kimi məsələlərlə bağlı nələri planlaşdırır, yaxud reallaşdırır?

- AMEA-da Qərbi Azərbaycan Ensiklopediyası hazırlanır. Həmin ensiklopediyada bütün yer, tarixi adlarımız, tarixi abidələrimiz, eyni zamanda şəhər, tayfa adlarımız, bu istiqamətdə nələr varsa, hamısı öz əksini tapacaq Qərbi Azərbaycanın görkəmli simaları, yaradıcı şəxsiyyətləri, tarixi şəxsiyyətləri barədə . Akademiyanın müxtəlif institutlarının verdiyi çoxlu sayda təkliflər nəzərə alınıb. Ensklopediya artıq birinci mərhələdə işçi qrupu tərəfindən tərtib olunub, qurtarıb. Bu günlərdə Humanitar və ictimai elmlər bölməsində baxılacaq, ondan sonra Akademiyada yaradılmış Qərbi Azərbaycan üzrə Tədqiqatların Əlaqələndirmə Mərkəzində geniş ictimaiyyətin iştirakı ilə müzakirə ediləcək və qəbul olunacaq. Proses davam edir. Bu, bizim borcumuzdur. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının borcu və töhfəsidir. Ümumiyyətlə, toponimlərimizlə bağlı ciddi iş gedir.

- Ümumiyyətlə, tarixi Azərbaycan torpaqlarında toponimlərimizin xeyli hissəsi dəyişdirilib hazırda mövcud olan ölkələrin rəsmi qurumları tərəfindən. Həmin adların yaşadılması, imkan olarsa, qarşılıqlı əməkdaşlıq şəraitində bərpası olduqca vacib məsələdir...

- Akademiyada 3 şöbə yaradılıb. Tarix İnstitutunda Qərbi Azərbaycan şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan şöbəsi, Dilçilik İnstitutunda xüsusi şöbə yaradılıb. Həmçinin Coğrafiya İnstitutunda Coğrafi adlarla bağlı şöbə var. Bu şöbələrin qarşısında cənab Prezidentin qarşıya qoyduğu məsələlər, Qərbi Azərbaycanla bağlı reallıqlar, onların tədqiqi, öyrənilməsi, ümumiləşdirilməsi, təkliflərin, tövsiyələrin nəzərə alınması kimi məsələlər qoyulub. Bu işlər sistemli şəkildə və ardıcıllıqla davam edir. AMEA bu proseslərdən kənarda deyil, əksinə, onun içərisindədir.

- AMEA-nın töhfə vermək istədiyi başqa hansı sahələr var? Bir aralar Akademiyanın adı bir qayda olaraq qalmaqallarda çəkilirdi...

- Akademiyada yeniləşmə prosesi gedir. Həm struktur islahatları aparılır, lüzumsuz şöbələr ləğv olundu. Bir-birinə yaxın, amma eyni funksiyanı yerinə yetirən paralel şöbələr birləşdirildi. Yeni dövrün çağırışlarına uyğun olaraq yeni şöbələr yaradıldı. Hətta əlavə ştat vahidi, maliyyə istəmədən iki yeni institutun yaradılması haqqında təkliflə çıxış etmişik, proses gedir.

- İsa müəllim, lütfən, səmimi deyərdiniz, sizin fəaliyyətinizə mane olan şəxslər, çevrələr, qüvvələr yoxdur ki? Məsələn, keçmiş prezident Ramiz Mehdiyevin və tərəfdarlarının...

- Yox. Şikayət eləməyimizə əsas yoxdur. Biz cənab Prezidentin rəhbərliyi altında, Azərbaycan dövlətinin reallıqlarına uyğun şəkildə öz fəaliyyətimizi aparırıq. Elə bilirəm ki, bizim fəaliyyətimiz üçün dövlətimiz hər bir şəraiti yaradıb. Amma mediada reallığı demək əvəzinə, hər hansı təsadüfi faktı şişirdib, böyüdüb, ictimai rəyə çevirmək istəyənlər olub, mən buna çox təəssüf edirəm. Əlbəttə, bəlkə də bu, yeniləşmə prosesinin bütün cəmiyyətlərdə olduğu kimi, birdən-birə həzm olunmaması ilə əlaqədardır. Yeniləşmə prosesi bir az marifçilik, bir az səbr, bir az ardıcıllıq tələb edir. Biz səbrliyik, ardıcıl şəkildə öz fəaliyyətimizi davam etdirmək istəyirik. Fikrimiz Akademiyamızı yeniləşdirməkdən ibarətdir.

- Ənənəvi sual: bəs bizim “Nobel”çimiz nə vax olacaq?

- (Gülür.) Bu barədə proqnoz vermək çətindir. Nobel arzu ilə verilmir. Mən də çox arzu edirəm ki, Bakı neftinin, kapitalının, sərmayəsinin böyük yer tutduğu Nobel mükafatı alanlar arasında Azərbaycan vətəndaşı da olsun. Biz bu yaxınlarda “Nobel mükafatına gedən yolun dərsləri: mif, reallıqlar, çətinliklər və çağırışlar” adlı konfrans keçirmək istəyirik. Nobel mükafatı laureatı Əziz Sancara da müraciət etmişik ki, onlayn qaydada qoşulsun. Ölkəmizdə Nobel üzrə tədqiqatlar aparan, bu sahə ilə yaxından maraqlanan adamları cəlb etmişik, məruzəçilər müəyyənləşib. Məqsədimiz kiminsə Nobel mükafatına namizədliyini irəli sürmək deyil, məqsədimiz Nobelə gedən yolun dünya dünya təcrübəsini öyrənmək, çətinliklərini meydana qoymaq, prioritetlərini gündəmə gətirmək, elmi mühitimizi, Akademiyamızı ona doğru kökləməkdir. Əlbəttə, zaman-zaman iddiaçılar da çıxacaq. Məni çox narahat edən məsələ var: Nobel mükafatı haqqında elə mif yaranıb ki, Azərbaycanda heç təşəbbüs edən də yoxdur. Biz o eyforiyanı, mifi qırmaq istəyirik. İstəyirik ki, Azərbaycanda Nobelə gedən yolun təcrübəsini öyrənən, bu yolu keçən iddiaçılarımız olsun. Özünəinamı qaytarmaq istəyrik. Bəziləri elə bilir ki, biz yığışıb, namizəd irəli sürəcəyik. Minlərlə namizədlər vermək olar, amma gərək reallıqlar olsun. Hazırda bizim işimiz o reallığı gələcəkdə hazırlamaqdan ibarətdir. Bu, təkcə Nobellə bağlı deyil. Nobelə təqdim olunan əsərlər dünya elminin prioritetləri deməkdir. Biz AMEA-nın işini həmin Nobel mükafatı alan görkəmli alimlərin apardığı elmi araşdırmaları doğru yola yönləndirmək istəyirik ki, onun içindən sabahın həm görkəmli alimləri çıxa bilər, həm də Nobel də olmasa, digər mükafatları alanlar çıxa bilər. Hətta heç mükafat almasın, əsl real, qalıcı, ölkəmizin inkişafına xidmət edən, insanları dəyişən, inkişaf etdirən elm yarana bilər.

- Zəngəzur dəhlizi ilə Naxçıvana nə zaman getməyi planlaşdırırsınız?

- (Gülərək.) Bu bizim ən böyük arzularımızdan biridir. Hesab edirəm ki, Zəngəzur dəhlizi Azərbaycan Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü, həm də dünyanın maraqlarına xidmət edən əhəmiyyətli bir layihədir. Hətta Ermənistana hamıdan çox xeyirdir. Mən əminəm ki, biz sizinlə bir yerdə Zəngəzur dəhlizini qət edəcəyik, Naxçıvana, oradan da Türkiyəyə gedəcəyik.

- AMEA alimləri Zəngəzur həqiqətlərinin dünya alimləri arasında yayılması istiqamətində hansı işləri görürlər?

- Zəngəzur dəhlizi məsələsi Zəngəzur probleminin öyrənilməsinii tələb edir, bu da ayrı bir mövzudur. Akademiyada işğaldan azad olunmuş ərazilərlə bağlı Dövlət Proqramının tərkib hissəsi kimi elmi tədqiqatlar aparılır, kitablar çap olunur, o cümlədən Qərbi və Şərqi Zəngəzurla bağlı. Yeni nəslin əsərlərinin ingilis və digər dünya dillərdə dünyada çap olunmasına əvvəlki kimi maneələr yoxdur. Düzdür, təşəbbüslər azdır, təəssüf ki...Biz başa düşürük ki, elmimizin nailiyyətlərini dünyaya çatdırmasaq, öz həqiqətlərimizi, dünyaya çatdıra bilməyəcəyik. Zəngəzur həqiqətləri ilə bağlı Tarix İnstitutunda iki yaxşı kitab yazılıb, biz onları ingilis dilinə tərcümə etmək istəyirik. Sizinçün də maraqlı olar, mən indi bu mövzuda yazmağa hazırlaşıram: Nizami Gəncəvi Zəngəzura səfər edib, Atabəy hökmdarı ilə görüşüb. Xeyli materiallar toplamışam, yaxın günlərdə bu barədə yazacağam. Zəngəzur qədim Azərbaycan torpağıdır. Mən inanıram ki, aparılan siyasət, ortaya qoyulan mövqe Zəngəzur dəhlizinin açılmasının həyata keçirilməsini təmin edəcək, siz də, biz də, dünya xalqları da Çindən Avropayadək Zəngəzur dəhlizindən keçib gedə biləcəklər...


Ardını oxu...
Natiq Qasımov... Bir qəhrəman taleyinə verilən ad. Bir mərdlik, qorxmazlıq salnaməsinin ismi.

Haqqında çəkilən “Oğul” (2022-ci il) sənədli filmində bu ekran işi üçün qığılcım rolunu oynayan fotoların müəllifi deyir: “Mən gecənin yarısı getməli oldum. Çünki daha bacarmırdım”.

Məhz o gedişdən sonrakı hadisələr haqqında, onun başına gətirilənlər haqqında heç bir məlumat yoxdur. Bircə bildiyimiz Natiq Qasımovun bir insan ömrünə sığmayacaq mərdlik və cəsurluq nümayiş etdirməsidir.

Bir neçə gün öncə təntənəli təqdimat mərasimi baş tutmuş “Oğul” sənədli filminin rejissoru müəyyən səbəblərdən təqdimata qatıla bilməmişdi. Əvəzində filmin prodüseri çəkiliş prosesindən, qarşılaşdıqları çətinliklərdən və nəhayət, filmin yaradıcı heyəti üçün mənəvi mahiyyətindən söz açmışdı. Elə o zaman filmi izləyərkən, üstəlik, prodüserin bəhs elədiyi çətinlikləri özlüyümdə analiz edərkən beynimdə kifayət qədər sual yaranmışdı.

Həmin suallara cavab tapmaq günü məhz bu gün imiş.

Natiq Qasımovun qəhrəmanlığından bəhs edən “Oğul” sənədli filminin prodüseri Ekard Seycer və rejissor-ssenaristi Karan Sinqhin APA-ya müsahibəsi

Qərarlaşdırdıq ki, hər ikisi ilə eyni vaxtda edək müsahibəni. Müsahiblərimlə söhbətə Azərbaycana səfərlərindən və paytaxt Bakı təəssüratları üzərindən başlayırıq.

Karan Sinqh “Oğul” filminin çəkilişlərindən əvvəl də Azərbaycana səfər etdiyini deyir.
Ardını oxu...
– Biz Azərbaycana daha əvvəl də səfər etmişik. Azərbaycanı və Bakını çox sevdiyimizi deyə bilərəm. Bura film çəkilişləri üçün, həqiqətən, möhtəşəm məkandır, möhtəşəm ölkədir. Biz burada çatdırılması, deyilməsi vacib olan çox maraqlı hekayələr tapdıq və “Oğul” sənədli filmi də məhz bu cür hekayələrdən biridir.

Filmin prodüseri Ekard Seycer də, eyni zamanda, Azərbaycanda bir neçə dəfə olduğunu və bu səfərlər zamanı bir xeyli maraqlı hekayələrlə qarşılaşdıqlarını qeyd edir.

– Xüsusilə bu səfərlərimiz film çəkilişi ilə bağlı olub. Biz ölkənizdə həmçinin Mingəçevir şəhərində də olduq, orada Natiq Qasımovun ailəsi ilə görüşdük, daha sonra Gəncə şəhərində də olduq. Deyə bilərəm ki, Azərbaycan valehedici ölkədir. Azərbaycanın mövzu baxımından, ideya baxımından təklif etdiyi çox şey var, hesab edirəm ki, çox insan bunu bilmir. Bu ölkə olduqca tolerant müsəlman ölkəsidir və hesab edirəm ki, regionun ən tolerant ölkəsidir. Nəzərə alsaq ki, biz bu gün elə bir dünyada yaşayırıq ki... Azərbaycan tolerantlıq baxımından nümunə olacaq ölkədir. Xüsusilə dini tolerantlıq baxımından Azərbaycan nümunəvidir.

– Bəs Natiq Qasımov haqqında belə bir film çəkmək ideyası necə yarandı?

Rejissor Karan Sinqh ümumilikdə Birinci Qarabağ müharibəsi haqqında məlumatlı olduqlarını deyir.

– 1990-cı illərdə nə baş verdiyini, hesab edirəm ki, hamı bilir, eynilə biz də bilirdik, görmüşdük. Enriko Sarzininin (Enriko Sarzini: 1938-ci ildə İtaliyanın Roma şəhərində anadan olan dünyaca məşhur fotoqraf. O, İtaliya mətbuatında dərc olunan məqalələrin birində son 60 illik dünya tarixinin ən dəhşətli hekayələrinə şahidlik edən və onları lentə alan fotoqraf kimi vurğulanır. Müəllifin çəkdiyi müharibə fotolarının, demək olar ki, hər biri özlüyündə bir insan taleyini, ağrısını və çox zaman isə sonsuzluğu özündə ehtiva edir. Elə Natiq Qasımovun fotosu kimi, – N.P.) dərc olunmamış fotoları bizim diqqətimizi cəlb elədi. Biz də bu mövzunu işləməyə və onun haqqında film çəkməyə qərar verdik. Haqqında bəhs elədiyimiz fotolar təkcə fotoqraf işi deyildi, bu həm də bir sənədli sübut idi. Bu fotolar Natiq Qasımovun sonuncu döyüşü ilə bağlı, birmənalı olaraq, sənədli sübutlar idi. Beləliklə, bu fotoları gördükdən sonra biz film axtarışlarımıza başladıq. Bu, olduqca gözəl bir iş idi, rejissor üçün, yaradıcı adam üçün ağrıları hiss etməklə bərabər, həm də gözəl səyahət idi. Araşdırmalarımızın yekunu onunla nəticələndi ki, biz Natiq Qasımovun başına gətirilənləri öyrənə bildik. Hesab edirəm ki, Ekard Seycerin də dediyi kimi, fotojurnalist Sarzininin fotolarında görünən odur ki, Natiq Qasımovun üzündə təslim olmaq, qorxu və digər bu kimi hisslər olmayıb, nəhayət, fotolardan göründüyü kimi onun dindirilməsi kilsədə baş verib – bütün bunlar Birinci Qarabağ müharibəsi dövründə Xocalı faciəsinin ardınca olan proseslərdir. İşin bizim üçün ən maraqlı nüansı ondan ibarət idi ki, bu fotolardan sonra Natiq Qasımov haqqında heç bir məlumat yox idi. Yəni 25 il idi ki, onun taleyi, başına gətirilənlər, sağ qalması, yaxud öldürülməsi haqqında əsaslı məlumata sahib deyildik. Bütün bunlar bizim üçün, əlbəttə ki, stimul oldu.
Filmi izləyərkən məndə yaranan suallardan biri də Natiq Qasımovun sonrakı taleyi haqqında rejissorun öz qənaəti məsələsi idi. Çünki nəzərə alsaq ki, filmdə məntiqi sonluq kimi nəticə görə bilmirik. Bu da əldə olan sübutların, şahidlərin görüb-danışdıqlarından çıxarılan nəticəyə veriləcək ən yaxşı sonluq idi.

– Yaxşı, bəs bir yaradıcı adam, rejissor kimi və həm də Natiq Qasımovun taleyini, başına gətirilənləri araşdıran biri kimi onun sonrakı taleyi haqqında nə düşünürsünüz?

– Hər şeydən öncə onu qeyd edək ki, Natiq sıravi bir şəxs idi, yəni könüllü və qeyri-adi bir situasiyanın içərisinə düşmüşdü. Və o öz yaşıdları kimi Birinci Qarabağ müharibəsinin təsirinə məruz qalmışdı. Lakin Natiq Qasımovun müharibə şücaəti, bir növ, müharibəyə təsiri, kilsəni müdafiəsi və digər bu kimi amillər əldə olan fakt və sübutlarla filmdə tamamilə əhatə olunub. Filmdən də, göründüyü kimi, Natiqin taleyi haqqında yekun qənaət budur: o yoxa çıxıb, itkindir. Yəni əsirlikdə olarkən yoxa çıxıb. Və bu prosesin ümumi gedişatı üçün beynəlxalq hüquq var, bu hüquq əsasında məsuliyyət daşıyan şəxslər var. Əsirlərin taleyi ilə bağlı, onlarla davranışlarla bağlı beynəlxalq hüququn prinsipləri mövcuddur. Əgər Natiq Qasımov Beynəlxalq Qırmızı Xaç Komitəsinə əsir kimi təqdim edilməyibsə, mütləq formada buna görə məsuliyyət daşıyan şəxslər var. Araşdırmalar zamanı bizə aydın oldu ki, Natiq Qasımov əsirlikdə olarkən onunla davranışla bağlı beynəlxalq hüquqa zidd hərəkətlər olub. Hansı ki bunun səbəbləri ilə bağlı suallara cavab verməli olan şəxslər var.

Mənim üçün filmin ən maraqlı və gözlənilməz hissələrindən biri Vitali Balasanyanla bağlı müsahibə hissəsi idi. Azərbaycanlı qəhrəmanın müharibə şücaəti haqqında çəkilən filmdə müharibə cinayətkarının özünün şəxsən danışması, müəyyən suallara cavab verməsi.
– Maraqlıdır, yaradıcı heyət Vitali Balasanyanla müsahibəyə gedərkən əldə olan dindirilmə fotolarında aparıcı şəxsin Vitali Balasanyan olmasından tamamilə xəbərsiz idimi? Əgər cüzi də olsa şübhə vardısa, niyə fürsət düşmüşkən Balasanyanın üzərinə gedilmədi?

– Əgər siz filmin çəkilmə prosesinə nəzər salsanız, görərsiniz ki, biz ilk olaraq, işğal olunmuş Qarabağ ərazisinə getmişik. Hansı ki həmin ərazilər hələ o zaman Ermənistanın nəzarəti altında idi. Biz Xankəndiyə getdik və Vitali Balasanyanla müsahibəni razılaşdırdıq. O zaman Balasanyan komandir idi. Bizi Balasanyanla müsahibəyə aparan məhz bu amil idi: Balasanyanın regionu yaxşı bilməsi, bütün müharibə prosesinə yaxından bələd olması. Yəni demək istədiyim odur ki, biz Xankəndiyə gedərkən Balasanyanı ittiham etmək üçün getməmişdik, çünki onu ittiham edəcək heç bir dəlilimiz və şübhəmiz yox idi. Amma, yenə də filmdən də gördüyünüz kimi, ondan sonrakı müsahibələr, müharibə iştirakçılarının dedikləri ona əsas verdi ki, Balasanyan prosesdə şəxsən iştirak edib, yəni müsahiblər onu tanıdı, fotodakı şəxsin Balasanyan olduğunu etiraf etdilər. Sizin dediyiniz “üstünə getmək” məsələsini biz bundan sonra edə bilərdik. Yəni yeri yaranan suallara cavab tapmaqla bağlı biz yenidən Balasanyanla müsahibə etmək üçün müraciət etdik. Lakin o, müsahibədən imtina etdi.

Yəni ki, biz bu faktları, Balasanyanın dindirilmədə şəxsən iştirakını, onun sonrakı taleyi haqqında veriləcək suallara cavab verməli olan şəxs olduğunu onunla müsahibə tamamlandıqdan sonra əldə etmişik. Burada vacib fakt ondan ibarətdir ki, fotodakı şəxsin kimliyi birbaşa erməni müharibə veteranları tərəfindən aşkarlanıb, yəni ona qədər şəxsin Balasanyan olduğunu azərbaycanlılar tanımayıb. Balasanyanı sırf öz əsgərləri tanıyıb və etiraf edib.

Filmin prodüseri Ekard Seycer isə filmin çəkilişləri zamanı yaradıcı heyətin əsas tutduğu və 5 illik çəkiliş prosesində sadiq qaldığı məqamın obyektivlik olduğunu deyir.

– Xüsusilə qeyd olunmalıdır ki, müstəqil Qərb filmmeykerləri, eləcə də biz Azərbaycan və Ermənistan arasında mövcud olan tarixi düşmənçiliyin fərqində idik. Yəni biz bu hekayəni lentə almazdan öncə situasiyanı bilirdik, bələd idik. Bu baxımdan, bizim üçün çəkiliş prosesində birinci dərəcəli nüans mövcud problemə obyektiv və balanslı yanaşma idi.

“Oğul” sənədli filmi həm də Azərbaycan adını, onun qəhrəman oğulları haqqında bir az ümumiləşdirilmiş yekundur. Bu baxımdan, filmin festival yolunun olması, nüfuzlu festivallarda nümayişi olduqca vacib nüanslardan biridir.

– Cənab Sinqh, necə düşünürsünüz, festivallarda filmin nümayişi zamanı insanların reaksiyası necə idi? Yəni yaradıcı heyət üçün bu reaksiyalar nə deyirdi?

– Hər şeydən öncə, bu, insan hekayəsidir. Və hər kəs bu hekayənin mahiyyətini, necə bir qəhrəmanlıq olduğunu özü üçün müəyyənləşdirə və bunun fərqində ola bilər. Bu hekayə oğlu illər öncə könüllü şəkildə müharibəyə gedən və qayıtmayan bir ana haqqında idi. Üstəlik, onun sonrakı taleyi haqqında heç bir məlumat da yoxdur. Yəni bu hekayədəki ana azərbaycanlı idi, yaxud afrikalı idi və yaxud, amerikalı, qətiyyən fərqi yoxdur. Təkrar edirəm: burada mövzu ana və onun itkin düşən, müharibəyə könüllü gedən və qayıtmayan oğlu idi. Bu fərqi, məncə, hamı rahatlıqla özü üçün aydınlaşdıra bilər. Bu film Hindistanda da nümayiş olunub, Qərb ölkələrində də. Mən sizə dəqiqliklə deyə bilərəm ki, filmi izləyən auditoriya ailənin hansı ağrılardan keçdiyini dərhal anlaya bilib. Filmdəki faktlar hər kəsi müsbət mənada təəccübləndirib. Film boyunca nümayiş olunan faktlar Natiq Qasımovun kimliyi, onun taleyi və müharibəyə qəhrəmanlığı, müharibəyə təsiri ilə bağlı auditoriya kifayət qədər mesajlar ötürmək qabiliyyətindədir. Bu, olduqca uğurlu məqamdır.

Ekard Seycer də düşünür ki, dünyamızın dünənində olduğu kimi, bu günündə də və bu gedişlə, görünür, təəssüf ki, sabahında da analar oğullarını itirib, itirir və itirəcək. Dünya müharibənin cəngindədir.

– Təəssüf ki, analar öz oğullarını, demək olar ki, hər gün itirir. Bu gün biz bunu Ukraynada, yaxud Yaxın Şərqdə davam etməkdə olan döyüşlərdə və döyüşlərin ümumi mənzərəsi olan faciələrdə görürük. Hesab edirəm ki, bu itkilərin çoxu heç də diqqəti cəlb eləmir, təəssüf ki. Ancaq bu film və bizim araşdırmalarımız nəticəsində Natiq Qasımovun taleyi elə olmadı, o, diqqət cəlb elədi. Natiq Qasımov indi sadəcə bir statistika deyil. Bu həm bizim üçün, həm ailəsi üçün və həm də yaxınları üçün olduqca vacib bir məqamdır.

Dünyadakı erməni lobbisinin təsiri və bir az gücünə baxdıqda, o zaman filmin çəkiliş prosesinə hər hansı maneənin törədilməsi gözlənilən idi. Odur ki növbəti sualımız məhz bu yöndə olur.

– Filmin çəkilişləri zamanı hansı çətinliklər yaşandı?

– Erməni lobbisi barədə əvvəlcə onu deyim ki, biz bayaq bunu xüsusilə vurğuladıq, filmdə obyektivlik və balanslılıq qorunub. Bu baxımdan sırf bu müstəvidə hər hansısa bir maneə ilə rastlaşdığımızı deyə bilmərəm.

Amma ümumilikdə bu çox həssas və emosional bir mövzudur. Filmin çəkilməsi üçün beş il zamanımız gedib və çəkilişlər üçün biz ayrı-ayrılıqda dörd-beş ölkədə olmuşuq: Ermənistan, Rusiya, İtaliya, Britaniya, Azərbaycan, o cümlədən həmin zaman işğal altında olan Qarabağ. Bütün bu mərhələlərdə müsahib ailələrin və döyüşlərin keçmiş iştirakçılarının emosiyalarına qarşı həssaslıq nümayiş etdirməli idi. Proses irəlilədikcə yeni faktlar ortaya çıxırdı, o faktlar üzərində işləməli olurduq. İnsan hekayəsindən film yaratmaq heç də asan deyil. Baxmayaraq ki, bütün bunlar təxminən 30 il bundan əvvəl baş vermişdi, amma insanlar baş verənlərin izlərini, ağrılarını hələ də daşıyırlar. Bu həm Natiq Qasımovun ailəsində, həm bizim görüşüb-danışdığımız müharibə veteranlarında, həm də digərlərində eynilə idi. Onu da deyim ki, elə adamlar var idi, onlar bizə faktların açılmasında köməklik edirdilər, lakin kamera qarşısına keçmək istəmirdilər.

Prodüser Ekard Seycer isə çəkiliş prosesinin texniki tərəfindən və məhz bu situasiyada yaşanan çətinliklər barədə danışır.

– İlk olaraq, təsəvvür edin ki, bu istintaq faylı, yaxud cinayət işi kimi bir şey idi. Eləcə də prosesi bir qətlin araşdırması kimi də təsəvvür edə bilərsiniz. Yəni hadisə 25 il öncə baş verib və bir növ, polis bu cinayət işini araşdırır. Qurbanın kim olduğu bəllidir, amma onun başına nə oyun gəldiyi bəlli deyil. Bu məsələdə günahkar kimdir?

Ailənin müsahibə verməsi filmin ən asan və eləcə də ən həssas hissəsi idi. Lakin Qarabağa getmək, həmin o kilsəni tapmaq, bax bu çətin idi. Hətta kilsəni tapmaq üçün biz peyk görüntülərindən də istifadə etməli olduq. Bir az da bizim şansımız gətirdi ki, kilsəni tapa bildik.

Kilsədən söz düşmüşkən, bu da filmdəki ən maraqlı hissələrdən biri idi. Natiq Qasımov obrazını canlandıran şəxsin kilsəni müdafiəsi və kilsə döyüşü.

Kilsənin tapılması və ora qədərki yoldan isə rejissor özü danışır.

– Qarabağa gedərkən bir neçə Qarabağ müharibəsi veteranından müsahibə götürmək istəyirdik. Ümid edirdik ki, onların danışdıqlarından yeni faktlar çıxara bilərik. Lakin şəxsən mənim beynimin bir küncündə bir sual var idi: kilsəni tapa bilərdikmi? Hansı ki biz orada, dediyiniz kimi, Natiq Qasımovun döyüş səhnəsini təsvir etmişik. Heç kəs bilmirdi ki, o kilsə harada yerləşir. Lakin müəyyən ipucları bizə yardım etmiş oldu. Onun alban, yaxud yunan-ortodoks kilsəsi olması ilə bağlı da müxtəlif fikirlər var idi. Həmçinin kilsənin Ağdam yaxınlığında olması ilə bağlı fikirlər də var idi. Mən peyk şəkillərinə baxdım, səyahətçi blogerlərin yazılarını, vloglarını izlədim. Onların bəziləri qeyd eləmişdi ki, bəli, orada kilsə var, amma çox uzaqdadır, təxminən ən yaxın kənddən iki-üç saatlıq uzaqlıqla yerləşir. Ən çətin məsələ ondan ibarət idi ki, oraya – yəni kəndə çatdıqdan sonra kilsəyə gedən yolu dəqiq bilmək olmurdu. Axırda nəhayət, gedib tapa bildik, bu həmin kilsə idi ki, döyüş məhz orada baş vermişdi. Divarlarda döyüşü özündə əks etdirən güllə izləri qalırdı, bu, filmdə də əks olunub. Natiq Qasımovun olduğu son döyüş yerini tapmaq, orada çəkiliş etmək, məhz o situasiyanı filmləşdirmək inanılmaz bir şey idi. Bu hissi ifadə etmək çətindir.

– Yaxşı, bəs rejissor kimi baş qəhrəmanla bağlı yekunda sualın cavabsız qalması müəllifə narahatlıq vermirmi?

– Filmdə də göründüyü kimi, Natiq Qasımovun əsirlikdə olarkən qətlə yetirildiyi iddia olunur. Hesab edirəm ki, bunu biz filmdə aydın şəkildə göstərə bilmişik. Çünki bizim Ermənistandan olan müharibə iştirakçıları ilə də danışığımız olub, onlar da Natiq Qasımovu görmüşdü. Amma o necə öldürülüb? Bununla bağlı bizim bəzi anonim söhbətlərimiz oldu, onlar kamera qarşısına çıxmağa hazır deyildilər. Ona görə də biz bu sual hissəsini cavabsız saxlamağa məcbur olduq. Yəni qəhrəmanın taleyini auditoriyanın öhdəsinə buraxdıq. Çünki biz filmdə əlimizdə olan müəyyən sübutları təqdim etmişdik. Bundan sonrasına auditoriya özü qərar verəcəkdi. Nəhayət, filmdən də aydın oldu ki, Vitali Balasanyanın cavab verməli olduğu suallar var. Amma ümumi mənzərə onu deyir ki, Natiq Qasımov erməni əsirliyində öldürülüb.

Ekard Seycer isə sözügedən situasiyanı müharibə cinayəti adlandırır və Vitali Balasanyanın mütləq şəkildə cinayət məsuliyyətinə cəlb olunmasını vacib hesab edir.

– Bu, müharibə cinayətidir. Natiq Qasımov, fikrimcə, öldürülüb, lakin necə öldürülüb, hansı şəraitdə öldürülüb, bax bu aydın deyil və müəyyənləşdirilməlidir. Hesab edirəm ki, bizim hamımızın bununla bağlı mülahizələrimiz var. Mülahizələrdən kənar, tamamilə aydın məqam odur ki, bu, müharibə cinayətidir və Vitali Balasanyan məsuliyyətə cəlb edilməlidir.

Müsahiblərim xüsusilə Ermənistandakı söhbətlər və çəkilişlər zamanı anonim qalmaq istəyən şəxslərin olduğunu deyir. Bütün bu anonimlik halları ortaya belə bir sual çıxarır: görəsən, sırf film müstəvisinə daşınması məqbul sayılmayan, qismən şübhə duyulan məqamlar da olmuş ola bilər. Rejissora növbəti sualım da məhz bununla bağlı oldu.

– Cənab Sinqh, bu beş illik proses və araşdırma zamanı dəqiqliyinə şübhə ilə yanaşdığınız, bu baxımdan, onu filmə salmadığınız, yaxud da elə təsdiqini tapmış, lakin filmdə yer almasını lüzum bilmədiyiniz detallar oldumu?

– Yox. Mən hesab edirəm ki, biz təqdim olunması lazım olan faktların hamısını təqdim eləmişik. Biz sənədli film çəkirdik, bizim bu çəkiliş prosesində əsas hədəfimiz sənədli-sübutlu material təqdim etmək idi. O baxımdan, filmdə, gördüyünüz kimi, italiyalı rejissorun çəkdiyi fotoları, həmçinin keçmiş müharibə iştirakçılarını – müsahibləri təqdim etmişdik. Anonim qalan şəxslərin verdiyi istiqamətlər bizə müəyyən detalların açılmasında yardımçı oldu. Bu, elə filmi ərsəyə gətirən məqamlardandır. Bu şəxslər hərbi statusları haqqında, gördükləri, şahid olduqları haqqında kifayət qədər məlumatlar veriblər. Vitali Balasanyana həmin dövrə dair fotoları göstərdikdə o, öz hərbçilərini tanıdı, etiraf etdi, amma özünü dandı. Siz auditoriyasınız, bütün bu sadalananları götür-qoy edin və özünüz nəticə çıxarın.

Əslində, filmi izləyərkən müəllifin, yəni filmin ssenaristi və rejissorunun Natiq Qasımov haqqında fikirləri qismən aydındır. Sadəcə bir də var, onu üzbəüz bizə deməsi, etiraf etməsi.

– Biz rejissor kimi sizin Natiq Qasımova baxışınız aydındır, yaxşı, bəs hadisələri araşdıran şəxs olaraq Natiq Qasımov barədə nə düşünürsünüz?

– Artıq qeyd elədiyim kimi, o vaxt Natiq Qasımov sıravi bir adam idi, o hərbçi olmayıb. Nəticədə, Natiq Qasımov olduqca qeyri-adi situasiya ilə üzbəüz qalmışdı. O vaxt Xocalı faciəsi törədilmişdi. Xocalı faciəsi həm Azərbaycanda, həm də dünyada hamını şoka salmış bir dəhşət idi. Və Natiq Qasımov da bu hadisədən, daha doğrusu, faciədən təsirlənmişdi, müharibəyə könüllü surətdə qatılmışdı. Prosesin davamında o, o qeyri-adi vəziyyətə düşdü və müdafiə olunmağa başladı. Natiq Qasımov özündən hərbi güc baxımından, say baxımından, texnika baxımından üstün olan tərəfə qarşı kilsəni və özünü müdafiə edib. Bu bir qəhrəmanlıq nümunəsidir. Hesab edirəm, hər kəs maraqla düşünə bilər ki, biz onun yerində olsaydıq, nə edərdik? Bax bu sual, doğrudan da, düşündürücüdür.

Natiq Qasımova edilən təklifin nəticəsində (Erməni əsirliyində olan azərbaycanlıların sağ-salamat buraxılmasının əvəzində Natiq Qasımov silahı yerə qoyub və təslim olub – N.P.) o, silahı yer qoydu və təslim oldu. Mən onun qəhrəmanlığı haqqında adicə danışmaq istəmirəm, çünki bunu faktlar göstərəndə daha yaxşı olur. Necə ki bütün faktlar onun qəhrəmanlığına işarə edir.

Filmin prodüseri Ekard Seycer isə, Natiq Qasımovun qəhrəmanlığını nəinki bizlərin, biz azərbaycanlıların, eyni zamanda, qarşı tərəfin də etiraf etdiyini qeyd edir.

– Bu, az qala, danılmaz bir faktdır. Görünən odur ki, onun cəsarəti, cəsurluğu düşmənləri tərəfindən də etiraf edilir. Birinci məqam odur ki, o, kilsəyə təkbaşına getmişdi, kilsəni təkbaşına müdafiə etmişdi. İkinci vacib məqam isə odur ki, o, əsirləri xilas etmək üçün təslim olmuşdu. Onun mühasirəyə alınmasında iştirak edən erməni hərbçilərdən biri də onun cəsurluğunu şəxsən özü etiraf edib. Düşünürəm ki, bu, xüsusi vurğulanmalıdır.

Söhbətin bu yerində rejissor yenidən müdaxilə edir.

– Natiq Qasımov hekayəsinin güclü əsasları, güclü faktları var idi. Bu sənəd əsaslı hekayə idi. Əlimizdə fotofaktlar var idi – onun sonuncu döyüşü ilə bağlı, dindirilməsi ilə bağlı və sair. Bu çox vacib nüanslardan biridir, hansı ki bu bir çox keyslərdə olmur. Əgər sənin sübutun varsa, sən emosional film yarada bilərsən. Birinci və İkinci Qarabağ müharibələri arasında, yəni proses olaraq çox böyük fərqlər var. Nəticə etibarilə, Azərbaycan artıq torpaqlarını işğaldan azad edib. Bu iki müharibədə çoxlu insan hekayələri var: ailələr var ki, öz evlərini tərk etmək məcburiyyətində qalıblar və artıq həmin ailələr öz evlərinə geri dönürlər. Bütün bunlar insan hekayələridir əminəm ki, gələcəkdə bununla bağlı filmlər çəkiləcək. Bunlar sənəd əsaslı sübutlardır ki, gələcək nəsillər üçün, onların situasiyanı anlaması üçün olduqca vacibdir.

Cənab Sinqh bir qədər duruxur və ayağa qalxır.

– Məncə, siz yetərincə sual verdiniz. İndi mənim sizə sualım var.

– Buyurun, təbii.

– Siz təqdimatda olmusunuz, yəqin. Sizdə bu qədər sualın yaranması filmi yaxşı analiz eləməyiniz deməkdir. Film haqqında siz nə düşünürsünüz. Bəyəndinizmi?

– Əlbəttə. Hətta mən düşünürəm ki, bir azərbaycanlı kimi sizə, sizin çəkiliş komandanıza təşəkkür borcum var: Bu film üçün çox sağ olun!

– Bəs sizin üçün filmdə ən maraqlı səhnə hansı idi?

– Şübhəsiz ki, Vitali Balasanyanla olan müsahibə. Mən qəti şəkildə bunu gözləmirdim: yəni Azərbaycan qəhrəmanı haqqında onun danışdırıla bilməsini.

Karan Sinqh prodüser Seycerə baxıb gülümsünür.

– Əlbəttə, bu çox maraqlı nüansdır. Sizə deyim ki, bizə Vitali Balasanyanın müsahibə verməsi üçün razılıq gələn kimi çəkiliş heyəti ilə birgə dərhal yola çıxdıq. Çünki düşünürdük ki, o birdən fikrini dəyişə bilər və biz bu şansı qaçıra bilərik. Yolboyu da dayanmaq yox idi, ancaq irəli, tam sürətlə.
Ardını oxu...
Bəs siz Natiq Qasımovun anasının fotolarla tanış olması səhnəsi barədə nə düşünürsünüz?

– Bu həddindən artıq təsirli səhnə idi və məncə, filmin ən emosional hissəsi idi.

– Bəli, tamamilə doğrudur. Ana ilə müsahibə hissəsi emosionallıq baxımından ən çətin məqam idi. Amma biz başa düşürdük ki, bunu mütləq etməliyik, çünki bu çox vacib detal idi. Müsahibənin yekununda Natiq Qasımovun anası bizə təşəkkür etdi. O deyirdi ki, biz çox vacib bir işi araşdırırıq.

Prodüsser Seycer əlavə edir:

– Ana ilə biz söhbət edərkən o ən xırda detallara qədər soruşurdu. Məsələn, onun üçün Natiq Qasımovun əynində olan paltar belə maraqlı idi, onu narahat edən məsələ idi.

– Natiq Qasımovu canlandıran obrazı tapmaq necə baş verdi?

Hər ikisi eyni məğrur və təəccüblü baxışla reaksiya verirlər:

– Bu, sadəcə bir şans məsələsi idi. Biz prodüser Seycerlə bərabər həmin obraz üçün bizə təqdim edilən adamların şəkillərinə baxdıqda birdən onu gördük və dərhal dedik: bu bizim axtardığımız adamdır.

Cənab Sinqhə təqdimatdan sonra Bakıya səfərinin məqsədinizi soruşduqda isə cavabı bu oldu:

– Mən sizə – APA-ya müsahibə üçün buradayam (gülür).

Sinxron və mətni tərcümə: Zümrüd Paşkin

Foto Orxan Kərimov ©️ APA group
 

Ardını oxu...
Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- İllərdir gözlənilən İsrail-HƏMAS savaşının niyə indi başladığı, bu prosesin arxasında hansı məqamların durduğu günlərdir müzakirə mövzusudur. Sizin bu barədə fikirləriniz necədir?

- İsrailə fələstinlilər arasındakı qarşıdurma qüvvələr nisbətini İsrailin xeyrinə dəyişir. Nəyə görə? Son 40 ildə İsrailə qarşı duran ərəb dövlətləri bir-bir çıxdaş edilir. Məsələn, əvvəl Misir, sonra İordaniya, İraq, Suriya, Liviya, Sudan, Yəmən... Faktiki olaraq, fələstinlilər İsrailin hücumları qarşısında yalqızdır. Təkcə Qətər onları pulla və siyasi cəhətdən müdafiə edir, İran siyasi cəhətdən müdafiə edir və silah dəstəyi verir, Türkiyə də siyasi baxımdan dəstəkləyir. Vəssalam.

İsrailə gəlincə, varlı dövlətdir, nəhəng diasporu və lobbiləri, güclü müttəfiqləri var. Bircə Amerikanın adını çəkmək kifayətdir ki, dünyanın ən qüdrətli dövlətinin İsrailin tərəfindən döyüşdüyünü başa düşəsən. Fələstinin tərəfində heç kəs yoxdur. Adlarını çəkdiyim dövlətləri ABŞ-la müqayisə etmək olmaz.

Onların (HƏMAS-ın – red.) bu dəfəki hücumu çarəsizlikdən idi. Başa düşürdülər ki, bu dəfə hansısa yeni, qanlı qarşıdurma olmasa, Səudiyyə Ərəbistanı İsraili tanıyacaq. Çünki bundan əvvəl Birləmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş tanımışdı, Sudan tanımağa hazırlaşırdı. Səudiyyə Ərəbistanı da tanısaydı, fələstinlilər tam yalqız qalacaqdılar. Buna görə də bu qanlı hadisəni törətdilər.

Əlbəttə, bu zaman böyük səfehliklər etdilər, özlərinə də nəhəng ziyan vurdular. Vəhşi ənənələr, Xocalını xatırladan barbarlıq – bunlardan özlərinə (fələstinlilərə) də ziyan dəydi. Bu vəhşiliklərlə və qətliamla (HƏMAS-ın İsrailə hücumu ilə - red.) Fələstin xalqının haqq işinə çox sarsıdıcı, ağır zərbə vurdular. Hər halda istəklərinə çatdılar, Səudiyyə-İsrail anlaşması pozuldu.

Çar-naçar qalan İsrail indi amansızcasına oranı (Qəzzanı) bombalayır, artıq 4500-dən çox itki var, bunun 1500-ü döyüşçü, qalanı dinc insanlardır. Belə bir durumda sadə camaat da İsrailə qarşı səfərbər olub. Qərbin özündə də İsrailin bombardmanlarına qarşı etirazlar var. Amma onların başqa çarəsi yoxdur.

ABŞ da, Rusiya da, Türkiyə də bildirdi ki, bölgədə iki dövlət olmalıdır, bundan sonra arada hasar çəksinlər, bir-birləri ilə əməkdaşlıq etməsinlər, amma belə olmalıdır. İsrail razı olmur.

- Müharibə hansı halda genişlənə bilər? ABŞ-ın son gəlişmələr fonunda bölgəyə nəhəng hərbi qüvvə göndərməsi də diqqət çəkir. Bu qüvvə kim üçündür?

- Bu ona görədir ki, İran və “Hizbullah” qarışmasın. Onlar da qarışmasa, Fələstini əzəcəklər.

- İran və “Hizbullah”ın müdaxiləsi ehtimalı nə qədərdir?

- Bunu deyə bilmərəm. Bunu Xameneyi bilər. Bunu heç Qərb siyasətçiləri, strateqləri də bilmirlər. Qarışa da bilər, qarışmaya da.

- Belə bir müdaxilə olsa, proses hansı istiqamətdə cərəyan edəcək?

- “Hizbullah”ın 5000-dən çox raketi var. İndi “Hizbullah” qarışsa, İsrailin yarısını viran qoyacaq. “Hizbullah”ın yaxşı döyüş təcrübəsi olan quru qüvvələri var, İsrailin ərazisinə girib orada döyüşə bilərlər. Pakistan da bildirir ki, Qəzzada quru əməliyyatı başlasa, İsraili raketlə vuracam. Ərəb dövlətləri məcburən qarışa bilərlər.

Amerika görsə ki, böyük müharibə başlayır, Livanı vuracaq, bölgədə nəhəng donanması var. İran İsraili ballistik raketlərlə vura bilər. Əlbəttə, bu zaman İrana qarşı da müharibə başlayacaq. İranı hava zərbələri ilə məğlub etmək mümkün deyil, amma ölkəni viran gününə qoya bilərlər.

Bütün bunlar göstərir ki, böyük bir regional müharibə başlaya bilər. Müharibə onsuz da gedir, amma gedişata uyğun olaraq, bunun miqyasının genişlənməsi mümkündür. İndi minlərlə insan həyatını itirib, onda yüzminlərlə, sonra milyonlarla həlak olacaq.

- Çin də bölgəyə döyüş gəmisi göndərib. Bəs onun hansı hesabı var?

- Çin qarışmayacaq. Çin göstərmək istəyir ki, mən də varam.

- HƏMAS-ın arxasında duran qüvvələrdən birinin Rusiya olduğuna dair iddialar səsləndirilir. Bu iddia nə qədər doğru ola bilər?

- Rusiya SSRİ-nin yürütdüyü siyasəti davam etdirir, İsraili də tanıyır, ərəblərə də dəstək verir. Amma indi Rusiyanın hansısa iş görmək, kömək etmək, qərar vermək və prosesə təsir göstərmək imkanı yoxdur. Bunlar köhnə fikirdən irəli gələn iddialardır. İndi Rusiyanın nə gücü var?! Yoxdur. Burada – böyründə vassalı Ermənistanı çırpırlar, heç Rusiyanın ona kömək etməyə halı yoxdur. Ukrayna ilə bacarmır.

Əlbəttə, Rusiya sevinir, fürsətdən istifadə edir. Sevinir ki, diqqət Ukraynadan yayınıb İsrail ətrafında cəmlənib. Hər halda Rusiyanın bu qədər təsir gücünün olduğunu düşünmürəm.

- Qəzzaya girmək istəyın İsrailin məqsədi nə ola bilər?

- HƏMAS-ı məhv etmək istəyir. Fələstin Azadlıq Təşkilatı (FAT) və Mahmud Abbas artıq ram edilib, Fələstinə tam tabe olub. İndi Fələstin xalqının döyüşən hissəsi HƏMAS-dır.

HƏMAS-ın mənası “İslam Müqavimət Hərəkatı”dır. Millətçi, solçu təşkilatların hamısı iflasa uğrayıb, nəticədə bir islamçı təşkilatlar qalıb.

- Bəs İsrail ordusunun Qəzzada quru əməliyyatı niyə gecikir?

- Birincisi, quru əməliyyatı başlayan kimi İsrail ordusunun itkiləri artacaq. HƏMAS bu addımı atarkən hesablamışdı ki, İsrail buna cavab olaraq Qəzzaya girəcək. Kifayət qədər silah-sursat toplayıblar ki, belə bir şey olsa, onların tanklarını, toplarını, canlı qüvvəsini məhv etsinlər.

İsrail ordusu hava zərbələrində üstün ola bilər, amma küçə döyüşlərində çətinliklə üzləşəcək. Birinci Çeçenistan müharibəsində çeçenlər Qroznıda rus ordusunu darmadağın etmişdilər. Ərəblər də bu təcrübəni öyrəniblər. Küçə döyüşləri risklidir, HƏMAS bunu bilir.

Digər yandan, İsrail anlayır ki, quru əməliyyatı başlasa, dinc əhali arasında çox itki olacaq. Belə olsa, dünyada İsraili qınayanların sayı artacaq.

- Yaxın Şərq və digər bölgələrdəki hərbi fəallıq Üçüncü Dünya Müharibəsi ehtimalını gündəmə gətirib. Sizcə, dünya müharibəsinə nə qədər yaxınıq?

- Yaxınlaşırıq, amma qənaətimə görə, hələlik bəşəriyyət o qədər ağılsız deyil ki, dünya miqyasında nüvə müharibəsinə başlasın. Nüvə müharibəsi bəşəriyyətin sonu deməkdir. Üçüncü Dünya Müharibəsində bütün insanlar, bitkilər və heyvanlar məhv olacaq. Elm adamları Üçüncü Dünya Müharibəsinin kompüter modellərini qurublar. Belə bir müharibədə qalib və məğlub olmayacaq, bütün bəşəriyyət uduzacaq.

Güclü atom bombaları partladıldıqdan sonra Yer kürəsindən fəzaya milyonlarla ton qum, toz və sair qalxacaq, üç-dörd il ərzində bütün dünyanın üzəri qalın toz təbəqəsi ilə örtüləcək. Nəticədə Günəş şüaları Yerə çatmayacaq. Günəş şüaları olmayanda ilk növbədə, bitkilər məhv olacaq. Çünki bitkilər fotosintez sayəsində yaşayırlar. Bitkilər məhv olduqdan sonra heyvanlar da öləcəklər, eləcə də insanlar. Yer kürəsində kimsə qalmayacaq, adalarda da həyat yoxa çıxacaq. Həmin toz təbəqəsi çəkilib Günəş şüaları Yer kürəsinə çatdıqdan sonra yerin altında qalan həşaratlar, böcəklər çıxa bilərlər. Qlobal müharibədən sonra Yer kürəsinin aqibəti belə olacaq.
 
Ardını oxu...
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakupost.az -a geniş videomüsahibə verib.
İstehlakçı hüquqlarının pozulması haqqında danışan Birlik sədri bir sıra dövlət qurumlarının, eləcə də özəl şirkətlərin ünvanına sərt ittihamlar səsləndirib. Onun sözlərinə görə, xüsusən də mobil telefonlar və məişət texnikasının satışı ilə məşğul olan şirkətlər - Kontakt Home, Baku Electronics və s. istehlakçıların hüquqlarını kobud şəkildə pozularlar:
"Bir müddət istehlakçılara satılan telefon və məişət texnikalarının keyfiyyəti ilə bağlı problemlər olurdu. Azad İstehlakçılar Birliyi uzun müddət bu istiqamətdə mübarizə apardı və problem aradan qalxdı. İndi isə Kontakt Home istehlakçı hüquqlarının pozulması sahəsində yeni "trend" yaradıb. Onun alıcıları aldatmaq, onlara kələk gəlmək praktikasının artıq telefon və məişət texnikasının satışı ilə məşğul olan digər şirkətlər də tətbiq etməyə başlayıblar. Kontakt Home hətta “Şeş qoşa” oyunu vasitəsilə də müştərilərini aldadır, bununla bağlı bizə konkret müraciət daxil olub".
Qida təhlükəsizliyi sahəsində problemlərə toxunun E.Hüseynov bu sahədə də vəziyyətin acınacaqlı olduğunu qeyd edib və Qida Təhlükəsziliyi Agentliyi, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, təəssüf ki, bu dövlət qurumları fəaliyyətlərində istehlakçıların deyil, monopolistlərin maraqlarını üstün tuturlar.
E.Hüseynov bildirib ki, bu sahədə rəhbər vəzifədə çalışanların öz bizneslərinin olması da istehlakçı hüquqlarının kobud şəkildə pozulmasında ciddi rol oynayır.
Müsahibədə həmçinin bank sektorundakı xaos, iri marketlərin sahibkarlara ciddi təzyiqlər göstərməsi, iş adamlarını sıxışdırması, həmçinin müştəriləri aldatmaq üçün müxtəlif yollara əl atmasından bəhs olunur. Bir sözlə, elektrotexnika şirkətləri, dərman biznesi ilə məşğul olanlar, banklar müştərilərini necə aldadır, dövlət qurumları bu prosesdə necə iştirak edir və s. məsələlərlə bağlı maraqlı açıqlamaların olduğu müsahibəni bu videodan izləyə bilərsiniz:

 
Ardını oxu...
Ötən gün Azərbaycana gələn Türkiyənin TV8 kanalının rəhbəri, aparıcı-prodüser Acun Ilıcalı Bakıda Beynəlxalq Təhsil Mərkəzinin direktoru Ramal Şəmşədli ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, aparıcı Ramal Şəmşədlinin təhsillə bağlı müxtəlif suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

 
 
 

Dünyapress TV

Xəbər lenti