Ardını oxu...
“Qarabağ” Azərbaycan Premyer Liqasının 17-ci turunda öz meydanında “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Bəzi oyunlardan sonra futbolçularda bir az arxayınlıq olur. Bir az da yorğunluq var idi. Bu anlarda xarakter gəstərməkləri vacibdir. Bu gün dinamika aşağı olsa da, qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi. Boş zonalar az idi. Komandamız qələbə üçün çox əziyyət çəkdi. “Neftçi”yə uğurlar arzulayıram. Sona kimi oyun intizamını pozmadılar. “Neftçi” kollektivi baş məşqçinin tapşırığını yerinə yetirdi. Nadir hallarda boşluqlar verirdilər. Futbolçularım bundan lazımi vaxtda istifadə edə bildi. Onlardan razı qaldım.

- Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə qarşılaşacaqsız. Rəqib haqda nə deyə bilərsiniz?

- Çox maraqlanmadım. Bu gün fikrim “Neftçi” ilə oyunda idi. Çox az məlumat topladım. Potensial rəqiblərin hər biri ciddi idi. Hər biri qarşısına ciddi vəzifə qoyub. Portuqaliya klubları avrokuboklara çox ciddi yanaşırlar. Onlardan biri bizimlə düşdü. Hər bir halda, bizim üçün böyük təcrübə olacaq. Rəqibi tam yaxından tanıyandan sonra daha ətraflı məlumat verə biləcəyik. Dinamik, texnikalı oyunçuları var. Yaxşı oyun, yaxşı futbol göstərən komandadır. Hələ qarşıda 1-2 ay vaxtımız var. Çalışacağıq ki, rəqibi təhlil edək.

- Həftəiçi tarixi qələbədən sonra “Neftçi” istisna olmaqla bütün klublar “Qarabağ”ı sosial şəbəkə hesabında təbrik etdi. Bu, sizin üçün xüsusi motivasiya oldu?

- Tam bilmirəm. Yəqin ki, rəhbərlik səviyyəsində təbrik olub. Elə də böyük qəbahət görmürəm. Hamısı öz komandalarımızdır. Bu gün hamı təbrik etdi, həm məşqçiləri, həm rəhbərlikləri. Böyüdüləsi bir şey görmürəm.

- Növbəti oyunun nəticəsindən asılı olmayaraq fasiləyə qış çempionu kimi gedirsiz. Cəmiyyətdə belə fikir formalaşıb ki, “Qarabağ” və digərləri... Bu haqda fikriniz necədir?

- Özümüzü digərlərindən ayırmaq istəmərik. Çünki Azərbyacan futbolundakı birlik üçün bu turnir keçirilir. Sadəcə, bu gün biz uğurluyuq. Sabah başqası ola bilər. Belə fikirlərin olmasını istəmərəm. Bu düşüncə ancaq bizə mane ola bilər. Çempionatın əvvəlində, ikinci dövrənin başlanğıcında böyük xal itkiləri oldu. Daha da məsuliyyətli olmalıyıq.

- “Braqa” ilə ilk görüşü səfərdə oynayacaqsız. Bu, üstünlükdür?
Ətraflı

- Tam ətraflı danışa bilmərəm. Çünki rəqibi yaxından tanımırıq. Sadəcə bilirik ki, həmişə avrokuboklarda qəliz rəqiblərdən olub. Portuqaliyadakı komandalar həmişə böyük rezonans doğurur. Keyfiyyətli iş prinsipləri var. Portuqaliya bazarından Avropaya xeyli sayda futbolçu gedir. Nəticəni indidən düşünmək mənim üçün düzgün olmaz. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Futbol indi elə səviyyəyə çatıb ki, bəzən evdə ilk oyunu keçirmək daha sərfəlidir. Hər bir halda, bu, böyük rəqiblərə o qədər də təsir etmir. Konkret fikir bildirə bilməyəcəm. Çalışacağıq ki, ən düzünü edək.

- Kevin Medina “Braqa” ilə oyuna hazır olacaq? Hazır olmayacaqsa, həmin mövqeyə transfer edəcəksiz?

- Fevrala qədər hazır olmayacaq. Əməliyyatdan sonra bəlkə dörd ay çəkdi. Transferə gəlincə, desəm ki, konkret qarşımıza məqsəd qoymuşuq ki, mütləq mərkəz müdafiəçisi alacağıq, yox. Amma mentaliteti, oyunu bizə uyğun futbolçu olsa, “yox” demərik. Çünki biz ilboyu oyunçuları gözdən keçiririk. Bəzən elə futbolçu çıxır ki, onu əldən buraxmaq istəmirik. Variant çıxarsa, dəyərləndirəcəyik. Olmasa, belə davam edəcəyik.

- Növbəti oyununuz Xankəndidə MOİK-ə qarşıdır...Təəssüratlarınız necədir?

- Çox xoş. Səbrsizliklə bu oyunu gözləyirik. Allah qoysa, hər şey qaydasında olar. Məncə, təəssüratlarımı oyundan sonra daha çox bildirə biləcəm. Hər bir halda, bu oyuna çox ciddi hazırlaşacağıq. İstəyərik ki, yaxşı oynayıb, yaxşı nəticə əldə edək.

- Qəribə və xoş təsadüfdür ki, “Qarabağ” Xankəndidə ordu təmsilçisi ilə oynayacaq....

- Oyundan sonra fikir bildirsəm, daha yaxşı olar. Çox da danışmaq istəmirəm. Məncə, belə də olmalıdır. Ordumuza nə qədər təşəkkür etsəm, azdır. Şəhidlərimizə nə qədər rəhmət desək, yenə azdır. Qazilərimizə nə qədər dua etsək, azdır. Onlar bizdən çox yuxarıdadırlar. Heç kimin düşünmədiyi, ağlına gəlməyən bir qalibiyyət əldə olunub. Başda ölkə başçısı olmaqla, inamla, güvənlə, mərdcəsinə qələbə qazanmışıq. Bəzi oyunlar olub ki, qələbəni dişinlə, dırnağınla çıxarırsan. Bunun ləzzəti başqadır. Xalqımızın birlikdə olması tarixdir. Əvəzolunmazdır. Biz evimizdə otururduq, o cür oğlanlar, kişilər, nələrdən keçirdilər. Əsgərlərimiz, ordumuz həmişə bizdən yuxarıdadır. Allah ordumuzu, xalqımızı qorusun.

- Yutub platformasında “Qarabağ” – “Neftçi” matçını 15 min adam izləyirdi.. Onları necə stadiona cəlb edək?

- Hər oyunda belədir. Gələcəklər. Ediləsi bir şey yoxdur. Yutubdan baxanlar da bizim azarkeşlərdir. Yaxın adamlarım var, deyirlər ki, efirdən baxanda daha yaxşı olur. Çünki epizodlara təkrar-təkrar baxmaq istəyirlər. İnsanları məcbur edə bilmərik. Bizim azarkeşlərimiz çoxdur. Onların hər birinə təşəkkür edirəm. Şəhərdə, rayonda, kənddə olanda nə qədər insan gəlir. Futbolçularıma, kluba təşəkkür edirlər ki, uğurlar qazanırıq.

- Aleksey İsayevin “Qarabağ”a keçə biləcəyi xəbərləri yayılıb...

- Maraq ola bilər. Yerlilərdən çox futbolçuya maraq var. Bəzən elə anlar var ki, biz nə oyunçuya təklif edə bilərik, nə də rəhbərliyə. Çünki hamı yerli, yaxşı oyunçuya ehtiyac duyur. Amma Aleksey bizə təklif edilsə, “yox” demərəm. Lakin bizim ona nə ciddi təklifimiz var, nə də marağımız var.
Ardını oxu...
Xalq artisti Pərvanə Qurbanova Moderator.az-ın suallarını cavablandırıb.

-Pərvanə xanım, hansısa ekran əsərində “mən olmasaydım alınmazdı” deyə düşünmüsünüz?

-Heç vaxt bu fikrimdən keçməyib. Pərvanə xanım belə oynayır, özgəsi oynasa tamam başqa cür oynayacaq. Başqası bəlkə məndən yaxşı yaxud da pis oynaya bilər. Bir neçə illər öncə “O gecə” adlı serial çəkilirdi. Mən də boş idim, çəkilişlərim yox idi. Senarini mənə verdilər, evdə 6 seriyanı oxudum. Nəsə rol xoşuma gəlmədi. Senarini geri qaytaranda dedilər ki, “Pərvanə xanım, axı siz dünən bizimlə razılaşmışdınız”. Dedim ki, razılaşmağına razılaşmışdım, amma senarini oxumamışdım. Siz sadəcə sujet xəttini demişdiniz, mən də senarini oxuyanda gördüm ki, o deyil. Dedilər ki, “kimi məsləhət görə bilərsiniz?”. Bakıda 1-2 aktrisanın adını çəkdim. Elə oldu ki, onlardan biri çəkildi. Amma o aktrisanın adını sizə deməyəcəm. Mən sadəcə məsləhət görmüşdüm, deyə bilmərəm ki, sırf onun adını çəkmişdim ki, mütləq o çəkilsin. Bizim aktyorlarımız, aktrisalarımız yetərincə istedadlıdır.

-Rejissorun kobudluğuna görə hansısa roldan imtina etmisiniz?

-Xeyr, nə teatrda, nə də serialda heç vaxt belə bir hal baş verməyib. Mən həmişə rejissorlarıma hörmətlə yanaşmışam, onların fikirlərini önəmsəmişəm. Çalışmışam ki, dediklərini edib, onları razı salım.

-İllərini bu sənətə həsr etmiş sənətkarlar gənclərdəki eqodan şikayətlənirlər. Siz necə düşünürsünüz?

-Onların sözündə həqiqət çoxdur. Amma o demək deyil ki, gənclərin hamısı tamamilə belədir. İstisnalar var. Yaxşı aktyorlar, yalnız sənəti ilə məşğul olan, öyrənmək istəyən, öz üzərində çalışanlar var. Biz ümid edək ki, onların sayı çoxalar. Amma əksəriyyətində “mənəm-mənəmlik” xəstəliyi var. Hətta özündən yaşca böyük olan, sənətdə öz sözünü demiş insanların belə arxasınca danışan, özünü onunla bir tərəziyə qoyan gənclər də var. Biz bu sənəti onlara verib gedəcəyik, onlar da estafeti kiməsə verəcəklər. Mən arzu edirəm ki, hər şey yaxşı olsun. Hər şey sənət naminə görülsün.

-Heç vaxt oynamaram dediyiniz obrazlar olubmu?

-Aktrisalar var ki, onlar üçün heç bir fərqi yoxdur. Bəzən belə deyirlər ki, aktrisasansa sənə təklif olunan hər səhnəyə çəkilməlisən. Mən o insanları da qınamıram. Onlar elə görür, amma Pərvanə xanım elə görmür. Biz Azərbaycanlıyıq, mentalitetimiz tam başqadır. Biz böyüklərimizdən belə görmüşük. Azərbaycan qadınları öz həyası, isməti ilə seçiliblər. Bu gün Pərvanə xanım o rolları qəbul etmirsə o demək deyil ki, belə olmalıdır. Hər kəsin öz fikri var. Mən şəxsən nə səhnədə, nə də kamera qarşısında elə rollar oynamaram.

-Aktrisaların yaşayışı ilə müğənnilərin yaşayışı arasında böyük təzad var. Aktrisa xınayaxdı mərasimlərinə getməsə, film və seriallarda çəkilməsə əlavə qazancı olmur. Müğənnilər yarım saatı 10 minə fanaqramla oxuyub asanlıqla pul qazanırlar. Sizcə bu doğrudur?

-Bu mənim yaralı yerimdir. Pərvanə xanım danışacaq, deyəcəklər ki, “o prezident mükafatı alır, seriala çəkilir, xalq artisti fəxri adı var”. Mən həqiqətən də bunlara görə dövlətimizə, dövlət başçımıza təşəkkür edirəm. Gəlin müğənnilərlə aktyorları müqayisə etməyək. Ona görə ki, onlar heç cür müqayisəyə gələcək insanlar deyil. Müğənnilər arasında sənətləri ilə, qeyri sənətləri ilə qazananlar da var. Sənəti olmasa da qazanır. Yarım saat oxuyub 9-10 min alır. Bir qisim aktyor, aktrisalar var ki, çox yaxşı yaşayırlar. Amma onlar teatrdan, serialdan aldıqları məvaciblə dolanmırlar. Mümkün deyil. Onların bir kostyumu mənim bir ildə serialdan aldığım pul dəyərindədir. Ümid edək ki, aktyorların da müğənnilər kimi yaxşı yaşayan vaxtları olacaq. Boyunlarını büküb yolda taksi gözləməyəcəklər. Metrodan, avtobusdan istifadə etməyəcəklər. Onların da şəxsi avtomobilləri, yaxud sürücüləri olacaq.

Ardını oxu...
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Prezident Vladimir Putin deyir ki, Qarabağı Rusiya yox, Ermənistan tərk edib və bununla bağlı Moskvaya məlumat verməyib, onunla məsləhətləşməyib. Rusiya liderinin dəfələrlə təkrarladığı bu ikibaşlı açıqlamasının izahı necədir?

- Elə ikibaşlı da şərh etmək olar. Son zamanlarda Rusiyanın Azərbaycana münasibətində müsbət məqamlar nəzərə çarpır. Rusiyalı politoloqlarının şərhi üzərində analız apardım, mənə məlum oldu ki, birmənalı şəkildə Azərbaycanı bu və ya digər formada dəstəkləyirlər.

Bunu imperiya ambisiyaları ilə etmirlər, Azərbaycanı öz iradəsi ilə hərəkət edən dövlət kimi təqdim edirlər. İndiyədək Rusiyada Azərbaycana qarşı belə münasibət yox idi. Bu, birmənalı şəkildə Putinin göstərişidir, bu göstəriş kənardan gələ bilməz. Çünki həmin politoloqlar bu və digər şəkildə Rusiyanın hüquq-mühafizə orqanları və kəşfiyyatına bağlı insanlardır. İçlərində tanıdıqlarım da, tanımadıqlarım da var.

Bir sözlə, Putinin Azərbaycanla bağlı mövqeyində kifayət qədər müsbət dəyişikliklər var, bunu danmaq olmaz. Məsələ budur ki, Rusiya Cənubi Qafqazdakı mövqelərini qorumaq üçün Azərbaycanla münasibətlərini normal saxlamalıdır. Bu da bizim milli maraqlarımıza xidmət edir.

Rusiya son üç ildə Azərbaycan əleyhinə nə güclü təbliğat aparıb, nə də bizə maneə yarada bilib. Ruslar erməniləri də yaxşı tanıyırlar, bilirlər ki, ermənilərin gələcəkdə bölgədə qalmaları region üçün problem deməkdir. Çünki ermənilər Fransa və Amerikanın əllərindədir.

Rusiya çalışacaq ki, erməniləri yox, Azərbaycanı dəstəkləsin. Bu, bizə sərf edirsə, niyə də olmasın?!

- Belə bir fikir də var ki, Rusiyanın Azərbaycana indiki loyal münasibəti Ermənistanın mövcud hakimiyyətinin qərbpərəst olması ilə əlaqəlidir. Belədirsə, Ermənistandakı mümkün iqtidar dəyişikliyinin Rusiya-Azərbaycan əlaqələrinə təsiri necə ola bilər?

- Bunu proqnozlaşdırmaq çətindir. Amma mən inanmıram ki, Rusiya bundan sonra Ermənistanda özünə uyğun adamı hakimiyyətə gətirsin və ya gətirə bilsin. Çünki bilir ki, hakimiyyətdə kim olur-olsun, erməni xisləti maraqları yenə sata bilər. Ermənistan da indi belə bir dəyişikliyə hazır deyil.

Müharibədə məğlub olmasına baxmayaraq, Paşinyan yenidən seçildisə, indi Rusiyanın bu cəhdlərinin heç bir nəticəsi olmayacaq. Rusiya bunu dərk edir. Amma istəyirlər ki, Köçəryanın oğlunu (Levon) hakimiyyətə gətirsinlər. Ermənistanda isə bunu istəmirlər. Köçəryanın oğlu hakimiyyətə gətirilənədək Ermənistan hakimiyyəti lazımi məsələləri həll edəcək.

Ermənistan indi çalışır ki, Azərbaycanla sülh sazişini imzalasın. Biz də bütün platformalardan yararlanmağa çalışırıq: Avropa, Rusiya və ya ABŞ – bizim üçün heç bir fərqi yoxdur. Hansı platforma milli maraqlarını təmin edirsə, Azərbaycan ora gedir. Çünki birincisi, qalib bizik, ikincisi, danışıqlar masasında söz sahibi Azərbaycandır.

Azərbaycan da sülh sazişinin şərtlərini qoyub, indi tərəflər arasında bununla bağlı mübadilə var. Belə bir durumda Rusiyanın Ermənistanda dövlət çevrilişi edib özünə uyğun komanda və ya adamı hakimiyyətə gətirmək ehtimalı çox aşağıdır.

- Sülh danışıqlarından gözləntiniz necədir? Baş nazir Nikol Paşinyan müqavilənin imzalanmasının çox real olduğunu söyləyir.

- Ermənistan sülh müqaviləsini imzalamaq məcburiyyətindədir. Çünki hadisələrin gedişi göstərir ki, Ermənistan bölgədə yavaş-yavaş təklənir. Ən yaxşı sirdaşı və dostu İranın da Ermənistandan narazılığı var, eləcə də Rusiyanın. Bu narazılıqlar istənilən vaxt Ermənistan üçün başqa nəticələr verə bilər. Bu baxımdan, sülh müqaviləsini imzalamaq Ermənistana daha çox lazımdır.

Sülh müqaviləsinin imzalanmasından sonra sərhədlərin delimitasiya və demarkasiyası gəlir. Gedişat göstərir ki, məsələlər müsbət həllini tapacaq. Gələn ay Bayramov və Mirzoyan Vaşinqtonda görüşəcək, yəqin ki, bundan sonra Brüssel yenə özünü gündəmə gətirəcək, ardınca da Moskva... Amma artıq Azərbaycan və Ermənistan öz aralarında danışır.

Hesab edirəm ki, Rusiya və ya Putin iki ölkənin anlaşmasında maraqlıdır. Çünki Zəngəzur dəhlizinin açılmasını istəyirlər. Yəni sabah bu müstəvidə müsbət nəsə baş versə, Moskva bunu dəstəkləyəcək.

- Zəngəzur dəhlizi məsələsi necə həllini tapacaq? Ermənistan təkid edir ki, nəzarət onda olmalıdır, amma keçid rejimini sadələşdirə bilərlər.

- Ermənistan bu məsələnin yer aldığı 10 noyabr bəyanatına hələ 2020-ci ildə imza atıb. Həmin bəyanatın 9-cu bəndinə görə, nəzarət Rusiyada olmalıdır. İndi Ermənistan hiyləgər gediş etmək istəyir. Paşinyan ikiüzlü siyasət aparır. “Sülh qovşağı” adlı bir layihə gündəmə gətiriblər. Ermənistan bu çərçivədə Orta Dəhlizdə, yaxud Azərbaycanla Türkiyə arasındakı nəqliyyat dəhlizləri üzərində söz sahibi olmaq istəyir.

Bu, Amerikanın planıdır. Amma bu planın alınma ehtimalı çox aşağıdır. Hətta çalışırlar ki, bu dəhliz Azərbaycan və Türkiyənin pulu hesabına həyata keçsin. Bu da çətin məsələdir.

Bütün çətinliklərə baxmayaraq, Zəngəzur dəhlizinin açılma ehtimalı çox yüksəkdir. Ermənistan buna mane ola bilməyəcək.

- Türkiyə xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri həm ölkəmizdə, həm də Ermənistanda müzakirə mövzusuna çevrilib. Hətta buna ABŞ Dövlət Departamenti də reaksiya verdi. Sizcə, qardaş ölkənin baş diplomatı Bakıya niyə gəlmişdi?

- Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsində qərar alıb ki, hərbi və xarici siyasət sahələrində birgə fəaliyyət göstərsin.

Bundan başqa, qardaş Türkiyə 2015-ci ildə milli təhlükəsizliklə bağlı bir strategiya qəbul edib. Həmin strategiyada türk dövlətlərinin təhlükəsizliyi məsələsi öz əksini tapıb. İlk dəfədir ki, bu məsələ Türkiyənin təhlükəsizlik strategiyasında yer alır. Türkiyə bir lider dövlət kimi hərəkət edir. Artıq Ərdoğan da dünyanın beş liderindən biridir, o, belə bir status qazanıb. Təkcə türk dünyası yox, İslam dünyasından da məsul lider kimi Ərdoğan və ya Türkiyəni qəbul edirlər. Hakan Fidan da Türkiyədə söz sahibi olan isimlərdən biridir, hətta deyim ki, ölkənin gələcək prezidenti olacaq adamdır.

Birmənalı şəkildə Ərdoğandan sonra prezident Hakan Fidan olacaq. Bunu görürəm. Bunu anlamaq üçün onun fəaliyyətlərinə və hərəkətlərinə diqqət etmək kifayətdir, bunu görməmək mümkün deyil. Əlbəttə, öz maraqlarına xidmət etməklə yanaşı, bu maraqlarını Azərbaycanla uyğunlaşdırırlar. Hakan Fidanın Bakı səfərində məqsədlərdən biri də budur.

Üstəgəl, gələcək xarici siyasəti birgə formalaşdıracaqlar. Xarici iqtisadi siyasəti bir araya gətirməlidirlər, digər yandan, milli təhlükəsizlik konsepsiyalarını uyğunlaşdırmaq lazımdır. Çünki Azərbaycanın milli təhlükəsizlik konsepsiyası 2014-cü ildə qəbul edilib və orada yer alan məsələlərin çoxu yerinə yetirilib.

Azərbaycan milli təhlükəsizlik konsepsiyasını və hərbi doktrinasını bu və digər formada dəyişməlidir. Çünki biz NATO standartlarında olan Türkiyə modelini qəbul etmişik. Bir də Azərbaycanla Türkiyə arasında mədəni sahədə vahid dil məsələsi var. Artıq iki ölkə arasında vahid dil və əlifba formalaşır.

Mədəniyyətlə bağlı 2008-ci ildən bəri TÜRKSOY-un xətti ilə çox işlər görülüb. Hakan Fidan bütün sahələr üzrə vahid strategiyaları müəyyənləşdirmək üçün gəlmişdi.
 

Ardını oxu...
Türkiyədə fəaliyyət göstərən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Son zamanlarda ABŞ Suriyada YPG/PKK terror təşkilatı ilə birgə təlimlərinin sayını artırıb. Sizcə, Türkiyədən də etirazla qarşılanan bu fəallıq nədən irəli gəlir?

- ABŞ-ın terror təşkilatlarına dəstək verdiyi kimsəyə sirr deyil. Son zamanlardakı fəallıq isə yeni deyil, Suriya müharibəsindən əvvəlki prosesin davamıdır. İsrail-Fələstin münaqişəsinin qızışmasından sonra Yaxın Şərqdə artan gərginlik bu prosesə də rəvac verir. ABŞ da həmişə istənilən bölgəyə nəzarətini təmin etmək üçün ya orada yeni münaqişə ocaqları yaradır, ya da mövcud konfliktlərdən yararlanır. Bunu da iqtisadi maraqları və öz silahlarını satmaq üçün edir. Bu baxımdan, terror təşkilatları ABŞ-ın əsas gəlir mənbələrindən biridir. Ümumiyyətlə, Qərbin bir çox dövlətləri belə edir. Azərbaycan ətrafında gedən gəlişmələr də ABŞ-ın bu oyununu gördük. Amerika Yaxın Şərqdəki oyununu Cənubi Qafqazda qurmaq istəyir. Azərbaycan isə bu və bundan əvvəlki gəlişmələrdən müsbət nəticələrlə çıxdı. Azərbaycan Amerikanın oyunu qarşısından geri çəkilmədi, çəkilsəydi, üstünə daha çox gələcəkdilər.

Cənubi Qafqazla müqayisədə Yaxın Şərqdə vəziyyət fəqlidir, ora həmişə gərginlik içindədir. Yaxın Şərqdə həmişə müharibələr və ya həmişə partlayışa hazır vəziyyətdə olur. Amerika və Avropa dövlətləri də bundan yararlanırlar. Bir çox hallarda isə Qərb Yaxın Şərqdə baş verən savaşların arxasında dayanan güc rolunda çıxış edir. İndi ABŞ bölgədəki terror təşkilatlarından bu məqsədlə regional dövlətlərə qarşı istifadə edir. Məsələn, ABŞ-ın silahlandırdığı və təlim verdiyi PKK/YPG Türkiyəyə qarşı bir təzyiq-təsir alətidir. Halbuki Türkiyə ABŞ-ın NATO üzrə müttəfiqidir. Amerika Türkiyənin Yaxın Şərq və Cənubi Qafqazda güclənməsinin önünə keçmək üçün bu terror təşkilatlarını dəstəkləyir.

Türkiyə illərdir həm sərhədləri daxilində, həm də bundan kənarda terror təşkilatları ilə savaşır. ABŞ isə Türkiyənin onun bu təzyiq rıçaqlarını məhv etməsinə imkan vermək istəmir. Amerika bu terror təşkilatlarından təkcə Türkiyə yox, Suriyada mövqeləri güclü olan Rusiyaya qarşı da istifadə edir.

Bu gün Yaxın Şərqdə baş verənlərin günhkarı kimi ABŞ-ı görürəm. Hazırda İsrail və HƏMAS arasında gedən savaşı körükləyən və bunun başlamasına rəvac verən də Amerikadır. Yaxın Şərqi çıxılmaz dalana aparan “Ərəb baharı” prosesini də ABŞ başlatmışdı. Bölgənin odun içinə atılmasının səbəbi buranın neft-qaz və digər səvətlərlə zəngin olmasıdır. Qəddafini də, Səddam Hüseyni də, Hüsnü Mübarəki də, digər ərəb liderlərini də bu məqsədlə devirdilər – bu sərvətlərə yiylənmək üçün. ABŞ əvvəlcə çaxnaşma yaradır, başları qarışdırır, sonra bu sərvətləri daşıyır. Yəni Yaxın Şərq ABŞ üçün həm silahlarını satdığı gəlirli bazar, həm də sərvətlərlə zəngin xəzinədir. ABŞ-ın bu siyasətindən zərər çəkən dövlətlərdən biri də Türkiyədir.

- Ermənistan cidd-cəhdlə Türkiyə ilə əlaqələrini bərpa etməyə çalışır. Hətta bəzi məqamlarda İrəvan bu məsələni Azərbaycanla sülh müqaviləsindən önə çəkməyə çalışır. Türkiyə ilə münasibətlər necə olacaq?

- Ermənistan illərdir bu əlaqələri bərpa etməyə çalışır. Amma Türkiyə Azərbaycan ərazilərinin işğalı faktına görə buna getmədi. 44 günlük müharibədən sonra isə normallaşma üçün zəmin yarandı. Hətta Türkiyə əlaqələrin bərpası üçün Ermənistana təkliflər verdi. Ankara İrəvanı Türkiyə və Azərbaycana yaxınlaşmağa çağırdı. Söhbət sərhədlərin və nəqliyyat dəhlizlərinin açılmasından, Azərbaycanla sülh müqaviləsinin imzalanmasından, ərazi iddialarından imtina edilməsindən gedir. Ermənistan bir qədər çəkingən davransa da, indi görünən budur ki, gedişat yoluna düşməyə başlayıb. Türkiyənin iqtisadi, turizm, ticarət, logistika və digər üstünlüklərinə baxanda Ermənistan bu ölkə ilə münasibətlərini normallaşdırmaq istəyir. Bunun da yolu Azərbaycanla sülh müqaviləsinin bağlanmasından keçir.

Sülh müqaviləsi nə qədər tez bağlansa, Türkiyə-Ermənistan əlaqələrinin bərpası da o qədər tez baş verəcək. Bu, Ermənistandan asılıdır. Prezident Ərdoğan hər dəfə çıxışında bildirir ki, hər şey sülh müqaviləsinin imzalanmasına bağlıdır. Sülh müqaviləsini imzalamaması çətin durumda olan Ermənistanın vəziyyətini bir qədər də ağırlaşdıracaq. Zatən, ölkədə vəziyyət getdikcə daha da çətinləşir. Artıq Ermənistan daxilində Paşinyan və komandasına qarşı narazılıq artır. İqtisadi-siyasi durum pisləşdikcə Ermənistan rəhbərliyi çıxış yolu axtarmağa məcbur qalır. Çıxış yolu da böyük bazarlarda özünə yer etməkdir. Məsələn, Türkiyə Ermənistan üçün böyük bazar ola bilər. Buna görə də, Ermənistan münasibətlərin normallaşmasını tezləşdirmək istəyir. Əks halda, gedişat həm Ermənistan, həm də onun rəhbərliyi üçün mənfi nəticələrə səbəb olacaq.

- Bəs sülh müqaviləsindən gözləntiniz necədir? Hansı müddətdə imzalana bilər? Bakı və İrəvandan verilən son mesajlar kifayət qədər müsbətdir.

- Dediyim kimi, Ermənistanın başqa çıxış yolu yoxdur, imzalamalıdır. Vəziyyətdən çıxmaq üçün bölgə ölkələri ilə əlaqələr normallaşdırılmalıdır. Ermənistan buna görə artıq təkcə sülh müqaviləsinə yox, Zəngəzur dəhlizinin açılmasına da razılıq verib. Paşinyanın son çıxışlarından gəlinən qənaət budur ki, Ermənistan sülh müqaviləsinə doğru gedir. Müqavilə ilə bağlı Bakı və İrəvan arasında mübadilə var, amma Paşinyan ləngiyir. Çünki yenə eyforiyadadır ki, Qərbdən yardım olacaq. Bu, mümkün deyil. Ermənistan çox yaxında sülh müqaviləsinin bəndlərini qəbul etməlidir ki, sonradan ona zərər verəcək yanlış addımlar atmasın. Amma dediyim kimi, Paşinyan Avropa Birliyi və ABŞ-dan bir dəstək, Azərbaycan, Türkiyə və Rusiyaya qarşı bir həmlə gözləyir. Amma Ukrayna, Gürcüstan, Moldova və digərlərinin timsalında gördük ki, Qərbin verdiyi vədlər elə vəd olaraq qalır. Qərb Ermənistanın da arxasında durmayacaq. Qərbə güvənib sülhdən uzaqlaşmaq Ermənistanın böyük yanlışı olardı. Yəqin ki, Ermənistan yaxın zamanda müqaviləni imzalamaq üçün gələcək.

- ABŞ-ın Cənubi Qafqazda hansı maraqları var?

- ABŞ Cənubi Qafqazda güclənmək istəyir, o, artıq Gürcüstan vasitəsilə bölgədədir. İndi Amerika bölgənin digər ölkəsi – Ermənistanda da özünə yer etməyə çalışır. ABŞ bunu Gürcüstanda olduğu kimi, Ermənistan da onun zəifliyindən, iqtisadi durumunun pis olmasından yararlanaraq həyata keçirmək istəyir. Ermənistan rəhbərliyinin anti-Rusiya mövqeyi də ABŞ-ın işinə yarayır. Amerika illərdir Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq siyasətinin üzərində işləyir. Artıq Ermənistan Qərbə və ya ABŞ-a yaxınlaşmağa başlayıb.

Hazırda ABŞ üçün ən böyük məsələ Azərbaycana girməkdir. Amerika hələlik bunu bacara bilmir, ilk həmlələri uğursuz oldu. Son hadisələr göstərdi jki, bu, baş tutmadı. Azərbaycan açıq formada ABŞ-a bildirdi ki, sənin maraqların naminə başqalarına qarşı alət olmayacam. ABŞ Ermənistan və Gürcüstanda olduğu kimi, Azərbaycanı da Rusiya ilə üz-üzə qoymaq istəyir. Amma bu siyasəti alınmadı, Azərbaycan imkan vermədi. Çünki Rusiya bizim qonşumuzdur, Amerika isə okeanın o tayındadır.

- Həmlələr Rusiyaya qarşıdırsa, bəs ABŞ öz müttəfiqi Türkiyə ilə niyə Cənubi Qafqazda əməkdaşlığa getmədi?

- ABŞ-ın Türkiyə ilə bağlı siyasəti problemlərlə doludur. Amerika Türkiyəyə F-16 satmadı, S-400 məsələsini problemə çevirdi, PKK/YPG-ə dəstək verir, dövlət çevrilişinə cəhd edən FETÖ-yə ev sahibliyi edir və sair. Bütün bunlar ABŞ-ın Türkiyəyə münasibətindən xəbər verir. İndi Amerika belə bir münasibət bəslədiyi bir ölkənin Cənubi Qafqazda güclənməsində maraqlı olarmı? Türkiyə haradadırsa, ABŞ orada ona quyu qazmaqla məşğuldur. Yaxın Şərqdə də, Cənubi Qafqazda da, Afrikada da belədir. Əksinə, ABŞ Rusiya ilə yanaşı, Türkiyəni də Cənubi Qafqazdan uzaqlaşdırmağa çalışır, bunun üçün üçün qardaş ölkəni Azərbaycandan aralamaq cəhdləri edir. 44 günlük müharibənin gedişində ABŞ Türkiyəni şantaj etmişdi ki, Azərbaycana dəstəyi dayandır, F-16 al. Türkiyə buna getmədi. Türkiyə qürurlu və əldalətli ölkədir.

ABŞ-ın səylərinə baxmayaraq, Türkiyə və Azərbaycanın bir-birindən uzaqlaşması mümkün deyil. Türkiyə və Azərbaycan liderləri siyasətlərini elə qurublar ki, kənar güclərin regiona girməsi mümkünsüzdür. Amerikanın nə istəməsindən asılı olmayaraq, Türkiyə Cənubi Qafqazdadır və olacaq.
Ardını oxu...
Roman Svitan: “Krım körpüsü Ukrayna üçün strateji hərbi obyektdir, məhvi strateji məqsəddir”

Xarici ekapertlər hesab edirlər ki, Ukraynanın müharibədə Rusiyaya qalib gəlməsi üçün əsas komponentlərdən biri Krım körpüsünün məhv edilməsidir. Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Roman Svitan UNIAN-a müsahibəsində Krım körpüsünü dağıtmağın Ukrayna üçün niyə strateji əhəmiyyət kəsb etdiyini və hansı vasitələrdən istifadə edərək körpünü dağıtmağın mümkün olduğunu izah edib. AYNA müsahibəni istinadla təqdim edir:

- Cənab Svitan, rus işğalçıları Qara dənizdə son vaxtlar fırtına nəticəsində qeyri-qanuni inşa etdikləri Kerç (Krım) körpüsünə dəyən ziyanı iki həftə ərzində təmir etməyi planlaşdırır. Ruslar Ukrayna ordusunun bu vəziyyətdən istifadə edəcəyindən qorxurlar. Ukrayna vəziyyətdən necə istifadə edə bilər və bunun üçün hansı vasitələr lazımdır?

- Bu sualın cavabı məxfi saxlanılır. Mən buna şərh vermək istəməzadim. Mexanizmlər var, amma onları deməmək daha yaxşıdır.

Bəzi maneələr məhv edilir, bəzi hərəkət, yaxınlıq və idarəetmə sensorları sıradan çıxarılır. Yəni körpünü dağıtmaq üçün mexanizmlər var. Amma bu mexanizmlər hansılardır, bunu söyləmək lazım deyil. Bu mexanizmlərin sayı çoxdur.

- ABŞ-ın Avropadakı Quru Qoşunlarının keçmiş komandanı Ben Hodges bildirib ki, Ukrayna hərbçiləri ordunun Taktik Raket Sistemi (ATACMS) və Alman “Taurus” raketləri kimi kifayət qədər idarə olunan raketlərə malik olmaqla Krım körpüsünü məhv edə bilərlər. Elədirmi?

- Əlbəttə. “Taurus” 500 kiloqramlıq döyüş başlığına malikdir. Bir qoşma nöqtəsində və ya yaxınlıqda yerləşən təxminən on “Taurus” körpünü tamam məhv edə bilər. ATACMS-ə gəldikdə, bu, fərqlidir. Ruslar bilsələr ki, ATACMS-dan istifadə ediləcək, sadəcə olaraq körpüdən keçidi dayandıracaqlar, özləri onu bağlayacaqlar.

- Bəs “Neptun” raketləri haqqında nə demək olar? Onlardan Krım körpüsünü vurmaq üçün səmərəli istifadə etmək olarmı?

- “Neptun”la da körpünü vurmaq olar. Yalnız müəyyən bir məsafədən. Yəni diapazonun tənzimlənməsi üçün mexanizmlər var. Amma fakt budur ki, "Neptun"un döyüş başlığı 150 kiloqramdır ki, bu, körpünü dağıtmaq üçün kifayət deyil.

Bununla yanaşı, "Neptun" prinsipcə, tutula bilən səssiz qanadlı raketdir. Rusiya zenit-raket kompleksi onu bir deyil, iki raket əleyhinə sistemlə tuta bilər. Buna görə də, "Neptun" ilə bağlı suallar var. Ancaq “Taurus” və ya ATACMS daha yaxşıdır. ATACMS çətin vurulan ballistik raketdir.

- Bəs “Neptun” raketləri nə üçün lazımdır?

- 150 kiloqramlıq döyüş başlığı ilə sıradan çıxarıla bilən hər hansı bir yer, hədəf üçün lazımdır.

- Hodges həmçinin bəyan edib ki, Krım körpüsünün dağıdılması Ukraynanın təkcə Krımda deyil, bütövlükdə müharibədə də qələbəsinin açarı ola bilər. Doğrudan belədir?

- Unutmayaq ki, rusların hərbi sursatının 30 faizi təkcə Krıma deyil, Krımdan Xerson istiqamətinə, Sol sahilə, Zaporojyeyə - Tokmaya gedən körpüdən keçir. Yəni ümumilikdə, bu logistikanı dayandırmaq ruslar üçün ən azı iki cəbhə döyüşməyi mümkünsüz edəcək. Təbii ki, o zaman Ukrayna ordusu Krıma girə, Krımı azad edə və bundan sonra Donbassın azadlığı üçün rahat döyüşə bilər.

Körpü elə bir "ağrı" nöqtəsidir ki, sonrakı addımlar üçün tətik kimi istifadə olunur.

- Raketlərdən əlavə, hazırda körpünü dağıtmaq üçün hər hansı başqa vasitə varmı?

- Yenə deyirəm, bir çox vasitə var, amma amma bunları dilə gətirmək olmaz.

Sadəcə onu deyə bilərəm ki, fürsət tapan kimi Krım körpüsünü dağıtmalıyıq. Hər gün minlərlə sursat körpüdən keçir, onlarla insanımız həlak olur.

- Bəlkə əks-hücum başlamazdan əvvəl körpü dağıdılmalı idi?

- Razıyam. Ümumiyyətlə, körpü tikintisinin lap əvvəlində məhv edilməli idi. Çünki körpü Tamandan Krıma qədər yeganə logistika zənciridir. Yəni Krım körpüsü bu müharibədə sadəcə simvol deyil, strateji əhəmiyyətli obyektdir. Bu, Krım, Xerson və Zaporojye cəbhəsinin bir hissəsini birləşdirən yeganə dəmir yolu xəttidir. Əlbəttə ki, bu, Ukrayna üçün strateji hərbi obyektdir, məhvi strateji məqsəddir. Hətta Ukraynanın əks-hücumu Krım körpüsünün məhvi ilə başlamalı idi.

Müəllif: Ayna.az
 
 
 
Ardını oxu...
Dekabrın 7-də Azərbaycan və Ermənistan rəsmiləri arasında əldə olunmuş razılaşma ətrafında müzakirələr davam etməkdədir. Əksəriyyət ilk dəfə reallaşan vasitəçisiz razılaşmanın ümumi sülh prosesinə müsbət təsir göstərəcəyini, təkanverici addım olacağını düşünürlər. İrəvan hökumətinin qeyri-müəyyən siyasətini nəzərə alanlar isə Ermənistanın hələ sülhdən çox uzaq olduğunu hesab edirlər. Xatırladaq ki, 7 dekabr anlaşmasına əsasən, əsirlərin dəyişdirilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) ilə bağlı qarşılıqlı güzəştlərin tətbiq edilməsi razılaşdırılıb. Onu da diqqətə çatdıraq ki, İrəvanla yanaşı ABŞ-nin mövqeyində də dəyişiklik müşahidə olunmaqdadır. Vaşinqton yenidən görüş təşəbbüsləri ilə çıxış etməkdədir. Bu da Bakının təklif və prinsiplərinin qəbul edilməsi deməkdir. Çünki Azərbaycana qarşı atdığı addımlarla bölgədəki maraqlarına zərbə vuran ABŞ çətin duruma düşmüşdü. Görünür, Ağ Ev İrəvana təlimat verir ki, prosesə "praqmatik" yanaşsın. Ekspertlərə görə, proseslər belə davam edərsə, gələn ilin ortalarına doğru sülh müqaviləsi bağlana bilər.
Sülh danışıqları ilə bağlı "Sherg.az"ın suallarını cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov diqqəti 7 dekabr razılaşmasının ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Azərbaycana səfərindən sonra əldə olunmasına yönəldib. Sabiq XİN başçısı vurğulayıb ki, Azərbaycan və Ermənistan rəsmiləri arasında əldə olunmuş razılaşma sənədinə lazımi şəkildə qiymət verilməlidir...

- Tofiq müəllim, tərəflər arasında vasitəçisiz razılaşmanın əldə olunmasını, bir sıra qarşılıqlı güzəştləri necə dəyərləndirirsiniz?

- Anlaşma sənədi birgə bəyanat adlandırılır. Daha çox niyyət protokolu kimi bir bəyanatdır. Orada göstərilir ki, tərəflər birbaşa danışıqlarla sülh prosesinə sadiqdirlər və mövcud problemləri siyasi yolla həll etməyə hazırdırlar. Yəni əsas məsələ tərəflərin ümumi sülh prosesinə sadiqliyinin nümayiş olunmasıdır. Ona görə də qarşılıqlı güzəştlərin edilməsinə, əsirlərin dəyişdirilməsinə razılıq veriblər. Mübahisəli məsələlərin isə qarşıdakı dönəmlərdə danışıqlar yolu ilə, müzakirələrlə həlli gözlənilir. Danışıqlarda format məsələsi önəmlidir. Azərbaycan balanslı olmayan Avropa Birliyinin danışıqlar formatından demək olar ki, imtina edib. Yaxud müvvəqqəti AB platformasından uzaqlaşıb. Çünki Avropa Birliyinin Azərbaycan-Ermənistan sülh prosesinə yanaşması özünü Qranadada da açıq şəkildə büruzə verdi. Fransa AB adından Ermənistan Baş naziri Nikol Paşinyanın təklif etdiyi mövqeyi dəstəkləyib. Məhz buna görə cənab Prezidentin reaksiyası sərt oldu. Əgər balanslı mövqe, obyektiv yanaşma yoxdursa, vasitəçilik də qeyri-mümkündür. Nə qədər nüfuzlu dövlət, ya da təşkilat olsa belə, biz bunu qəbul etmirik. Ermənistanın istəkləri bizə diktə oluna bilməz.

- Bəs ABŞ-nin yenidən obyektiv vasitəçiliyi mümkündürmü? Rəsmi Bakı buna razılıq verəcəkmi?

- ABŞ dövlət katibinin köməkçisi Ceysm Obraynın Konqresdə Azərbaycan əleyhinə açıqlamaları, rəsmilərin ittihamları, 907-ci düzəlişin qüvvədə saxlanması faktiki olaraq Vaşinqtonun da obyektiv və balanslaşdırılmış vasitəçilik iddialarını heçə endirdi. Böyük ehtimal, Ceyms Obrayn Bakıda olarkən onun diqqətinə bu məqamlar çatdırılıb. Yəqin Obrayn da deyib ki, Dövlət Departamenti balanslı mövqedədir, amma Senat fərqli mövqedən çıxış edib və s. Yəni hər zamanki bəhanələr səsləndirilib. Amma bizim üçün bunların fərqi yoxdur. Rəsmi Bakı istənilən dövlətin birmənalı mövqeyinin nədən ibarət olduğunu düzgün qiymətləndirməyə qadirdir. Vasitəçilərə etibar olmadığına görə birbaşa danışıqlar formatı gündəmə gətirilib. Yəni vasitəçisiz təmasların intensivləşməsinə qərar verilib. Həm də 7 dekabr razılaşması göstərdi ki, vasitəçisiz, heç kimin müdaxiləsi olmadan anlaşma mümkündür. Fikir verdinizsə, C.Obrayn Konqresdəki çıxışından sonra məcburən bəyan etdi ki, birbaşa danışıqlar ABŞ tərəfindən dəstəklənir. Bu da onu göstərdi ki, Azərbaycan öz mövqeyində qalıb və vasitəçisiz təmaslara üstünlük verib. Düzdür, bu və ya digər paytaxtlarda Ermənistan rəsmiləri ilə görüş mümkündür. Amma görüş məkanı təqdim edən hər hansı ölkənin prosesə müdaxiləsi, tərəflərə təzyiqi yolverilməzdir. Həm də beynəlxalq ictimaiyyətə ismarıc vermişik ki, rəsmi Bakı danışıqların və qarşılıqlı maraqları təmin edən sülh sazişinin əldə olunmasının birmənalı tərəfdarıdır. Əlbəttə, bu, o demək deyil ki, bütün problemli məsələlər həllini tapıb. Qarşıda sülh sazişi ilə bağlı ciddi müzakirələr durur.

- Qərbdən təlimat aldığı deyilən İrəvan hökuməti həqiqətənmi Bakı ilə vasitəçisiz, müdaxiləsiz görüşlərə hazırdır?

- Əvvəlki dönəmlərdə Ermənistanın arxasında Rusiya var idi. Amma indi Moskva İrəvanın qarşısındadır. Ermənistan son dönəmlərdə özünə yeni himayədar axtarışına çıxmışdı. ABŞ-ni, Fransanı özünə arxa-dayaq bilirdi. İrəvan hökuməti çalışırdı ki, hansısa kənar güc onları müdafiə etsin, ermənilərin yerinə danışsın və s. Bir növ Ermənistan yanında "əmi" gəzdirir ki, həmin "əmi" Azərbaycanı hədələsin, təzyiq göstərsin. Ancaq Azərbaycan tərəfi qətiyyətlə vurğuladı ki, Ermənistan birbaşa Azərbaycanla danışıqlar aparmalıdır. Nəzərə alaq ki, eyni aqibəti Paşinyan Moskvada, Avropa İttifaqı da yaşayıb.

- Ermənistanın Təhlükəsizlik Şurasının baş katibi A.Qriqoryan sülh sənədinin 70 faizinin hazır olduğunu deyib. 30 faizin qısa zamanda həlli mümkün olacaqmı?

- Başa düşməliyik ki, Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi sadəcə çərçivə sənədi olacaq. Çərçivə sənədinin daxilində digər məqamların, detalların həlli nəzərdə tutulmur. Bu, daha çox deklorasiya formasında olan bir sənəddir. Cənab Prezident də söylədi ki, söhbət 5-7 səhifəlik sənəddən gedir. Ancaq tərəflər arasında sərhədlərin müəyyənləşməsi, kommunikasiyalar məsələsi, humanitar mövzular, təzminat söhbəti, milli azlıqların öz yerlərinə qayıdış və s. görün, nə qədər məsələlər var. Çərçivə sənədində bunlarla bağlı əsas prinsiplər öz əksini tapmalıdır və həmin prinsiplərə uyğun olaraq gələcəkdə müxtəlif istiqamətlərdə danışıqlar davam etməlidir. Sərhədlərlə bağlı artıq komissiyalar var və bir neçə dəfə görüşüblər. Hələ birinci mərhələdəyik. Sərhədlərin delimitasiya və demarkasiyası çox uzun prosesdir. Qonşu Gürcüstanla 30 ildir bu proses gedir və ortada nəticə yoxdur. Kommunikasiyalarla bağlı da müzakirə qabaqdadır. Eyni zamanda təzminat məsələsi və digər humanitar proseslər illərlə çəkə bilər. Tərəflərin bir çox məsələyə baxışı bir-birindən fərqlənir. Dünyada təcrübə var və biz təzə nəsə icad etmirik. O ki qaldı Qriqoryanın sözlərinə, 70 faiz söhbəti siyasi spekulyasiyadır və reallıqdan uzaqdır.
 
Ardını oxu...
Son zamanlar Azərbaycanla Ermənistan arasında sülhün bəqərar olunmasına və münasibətlərin normallaşmasına doğru aparan proseslərin baş verməsinə şahidi oluruq.

Azərbaycan və Ermənistanın dövlət qurumlarının birgə bəyanatı, iki ölkənin rəsmiləri arasında ikitərəfli görüşlərin keçirilməsi, xüsusilə Ermənistan hakimiyyətinin sülhə meyilli olduğunu göstərən davranışları və reallıqları etiraf etməsi artıq rəsmi Bakı və İrəvanın sülh müqaviləsinin imzalanmasına yaxınlaşdığını göstərir.

Bununla yanaşı, yaxın zamanda ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanla Ermənistan XİN rəhbərləri arasında görüşün keçiriləcəyi gözlənilir.

Politoloq Rəşad Bayramov “Cebhe.info” -ya müsahibəsində Cənubi Qafqazda baş verən son proseslərlə bağlı fikirlərini bölüşüb.

Həmin müsahibəni təqdim edirik:

- Rəşad müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuata son açıqlamasında deyib ki, Qarabağ münaqişəsi səbəbindən Ermənistanda normal dövlət qurulmayıb və ölkənin bütün resursları Qarabağdakı qondorma quruma yönəlib. Paşinyan, həmçinin eyham vurub ki, Rusiya Qarabağ problemini yaratmaqla Ermənistanı inkişafdan xeyli geri salıb.

- Ümumiyyətlə, Qarabağ münaqişəsi Ermənistana və onun xalqına nə dərəcədə ağır zərbə vurub, nə kimi fəlakətə düçar edib?

- Nikol Paşinyanın etirafları tamamilə anlaşılandır. Paşinyan otuz il ərzində Ermənistanda normal dövlət qurulmayıb deyəndə, o, Ermənistanın müstəqil ölkə olmadığını nəzərdə tutub. Həqiqətən, son otuz il ərzində Ermənistan faktiki olaraq regionda Rusiyanın marioneti kimi fəaliyyət göstərib. Ölkənin inkişafı üçün lazım olan siyasi, iqtisadi və hərbi imkanlar Qarabağdakı separatçı rejimin təbliğinə, maliyyələşməsinə və formalaşmasına sərf olunub. İkincisi isə, Ermənistan otuz il ərzində bütün regional layihələrdən təcrid olunub.

Regional layihələrdə iştirak edən Gürcüstanı Ermənistanla müqayisə etsək, görürək ki, hər hansı təbii ehtiyatlara malik olmayan Gürcüstan tranzit layihələrdə iştirak etməklə kifayət qədər iqtisadi sahədə uğurlar əldə edib. Həmin regional layihələrdən irəli gələn uğurlar Gürcüstanın inkişafına yol açıb.

Otuz il ərzində Ermənistanın regional layihələrdən kənar qalması ölkənin böyük iqtisadi itkilərlə üzləşməsinə və iqtisadi müstəqilliyinin itməsinə gətirib çıxarıb. Bilirik ki, Ermənistanın iqtisadiyyatı Rusiyadan asılıdır, hətta ölkənin nəqliyyat və enerji infrastrukturları Rusiyanın tabeliyinə verilib. Bu mənada Paşinyanın ifadələri tam olaraq həqiqəti əks etdirir. Məhz Qarabağ münaqişəsi səbəbindən Ermənistan inkişaf edə bilməyib. Paşinyanın bu etirafları ictimai rəyə hesablanıb. Yəni, Azərbaycanla sülh sazişinin imzalanmasından əvvəl Paşinyan erməni ictimaiyyətini sülhə və barışığa hazırlamağa çalışır.

- Erməni xalqı yoxsul, səfil və acınacaqlı vəziyyətə düşdüyünü bilə-bilə qonşuları – Azərbaycan və Türkiyəyə düşmənçilik etməkdən əl çəkmək istəmir. Onlar hesab edirlər ki, əgər sülh bərqərar olunarsa, münasibətlər normallaşarsa, Ermənistan məhv olacaq və onların ölkəsi türklərin əlinə keçəcək. Erməni xalqı bu fobiya ilə özlərini hara apardıqlarını başa düşmürlər. Sizcə, bu, nədən irəli gəlir?

- Erməni toplumunda azyaşlı uşaqlar ailə, bağça və məktəblərdə türkə qarşı nifrətlə böyüdülür. Onlar çox yaxşı bilirlər ki, qonşu ölkələrə kin, nifrət və ədavət bəsləməklə ölkələrini siyasi və iqtisadi cəhətdən inkişaf etməsinə əngəl yaradırlar.

Toplum xəstəliyi deyilən bir anlam var. Yəni, kütlə körpəlikdən və uşaqlıqdan nifrət hisləri ilə tərbiyə olunduğundan onların 5 və ya 10 il ərzində bundan xilas olması mümkün deyil. Yüz il ərzində erməni cəmiyyətində türklərə qarşı düşmənçilik siyasəti təbliğ olunur.

Bəli, Ermənistan ictimaiyyətində siyasətçilər, hətta adi adamlar arasında düşmənçiliyə qarşı çıxan insanlar olub. Lakin bu insanlar kütlə tərəfindən təhdid olunduğuna görə, ya bir müddət bu istiqamətdə fəaliyyətini dayandırıblar, ya da ölkəni tərk etməyə məcbur olublar. Bir cəmiyyətdə ki, normal və sağlam fikirlər təbliğ olunmur, o cəmiyyətin düzgün yola gəlməsi çox çətin olur. Bu, erməni xalqının, eləcə də dünya ermənilərinin bir bədbəxtliyidir.

Digər tərəfdən isə ermənilər daima ayrı-ayrı güc mərkəzlərinin təsiri altında olduqlarına görə, faktiki olaraq özlərinin konkret mövqeyinə və maraqlarına xidmət eləyən fəaliyyətləri olmayıb. Məsələn, son otuz il ərzində Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı danışıqları Ermənistanla deyil, məhz ATƏT-nin Minsk qrupunun həmsədr ölkələri – Rusiya, Fransa və ABŞ ilə aparıb.

Bu ölkələrin hər birinin öz maraqları vardı. Həmin ölkələr münaqişənin davam etməsində maraqlı idilər və bu məsələdə Ermənistandan siyasi alət kimi istifadə edirdilər.

- Rəsmi Bakı ilə İrəvan arasında sülh danışıqlarının davam etdiyi təqdirdə sülh sazişində ermənilərin Azərbaycana və 1988-ci ildən Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların Ermənistana qayıtması, habelə hər iki etnik xalqın yaşayacaqları ölkələrdə hüquqlarının təmin olunması ilə bağlı məsələlər əks oluna bilər?

- Əslində bu məsələdə bərabər imkanların yaradılması ilə bağlı problem yoxdur. Azərbaycanın dövlət rəhbərliyi dəfələrlə bəyan edib ki, o, ölkəni tərk etmiş ermənilərin geri qayıtmasını və onların təhlükəsizliyini təmin etməyə hazırdır. Təbii ki, bu hüquq Azərbaycan əleyhinə fəaliyyət göstərmiş, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etmiş və işğal dövründə ərazilərimizdə məskunlaşmış ermənilərə şamil olunmayacaq. Amma bu məsələ sülh sazişində hansı dərəcədə əks olunacaq bunu indidən demək çətindir.

Burada bir məsələni də qeyd edim. Ermənistanın dövlət rəsmiləri son açıqlamalarında deyirlər ki, Qarabağ ermənilərinin Azərbaycana qayıtması ilə bərabər vaxtilə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıdıb işləməsi mümkündür. Onların sözündən belə çıxır ki, azərbaycanlılar Ermənistana yaşamaq yox, işləmək adı ilə qayıda bilərlər.

Bu da təbii ki, tərəfizmidən qəbuledilməzdir. Rəsmi Bakı ilə İrəvan arasında imzalanacaq sülh müqaviləsində Qarabağ ermənilərinin Azərbaycana qayıtması ilə paralel Azərbaycanlı sakinlərin də Ermənistana qayıtmaq məsələsi də öz əksini tapmalıdır.

Amma Paşinyanın dünənki açıqlamasında belə bir fikir səsləndirib ki, sülh sazişinin mətninə Qarabağ ermənilərinin qayıtmaq hüquqları ilə bağlı məsələ daxil olunmayacaq. Bu o deməkdir ki, sülh sazişində bu məsələ ilə bağlı müddəa qeyd olunmayacaq. Çox böyük ehtimalla, sülh sazişinin mətnində qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası kimi məsələlərə əsas yer veriləcək.

- Bildiyimiz kimi, bu yaxınlarda Azərbaycan Respublikası Prezident Administrasiyası ilə Ermənistan Respublikasının Baş nazir Aparatı birgə bəyanat yaydılar. Bu bəyanatda qeyd olunan məsələlər, yəni qarşılıqlı razılaşmalar sülhə doğru aparan mühüm addımlar hesab olunur. Əgər Azərbaycan və Ermənistanın dövlət rəsmiləri arasından vasitəçili və ya ikitərəflı qaydada danışıqların aparıldığı təqdirdə iki ölkə arasında sülh sazişinin imzalanması mümkün olacaq?

İki ölkə arasında sülh sazişinin imzalanması əslində mümkündür. Buna bu ilin sonunda və ya gəlin ilin əvvəlində şahidi ola bilərik. Hesab edirəm ki, Azərbaycanda prezident seçkilərinin keçirilməsinə qədər bu məsələ öz həllini tapacaq.

Çünki Ermənistan hakimiyyətinin özü bu məsələdə tələsir. Əlbəttə, bir müddət əvvəl müəyyən beynəlxalq güclər Ermənistana bu məsələdə tələskənliyə yol verməməyə vadar edirlər. Əsas məqsəd də maksimum şəkildə bu məsələdən istifadə edərək özlərinin regionda mövqeyini möhkəmləndirməyə çalışırdılar. Azərbaycanın dirənişi və geri addım atmaması nəticəsində müəyyən güc mərkəzləri öz planlarını dəyişdirməyə məcbur oldular və hər iki ölkə arasında sülh sazişinin imzalanmasını tezləşdirməklə Rusiyanın regionda təsir imkanlarını məhdudlardırmaq niyyəti güdürlər.

Sülh sazişinin imzalanmasına nail olduqdan sonra ABŞ və digər Qərb ölkələri Ermənistan-Türkiyə sərhədlərinin açılması və münasibətlərin normallaşması, o cümlədən Ermənistanın Rusiyanın rəhbərlik etdiyi təşkilatlar – Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından uzaqlaşıb Qərbə inteqrasiya olunması ilə bağlı məsələləri gündəmə gətirəcəklər. Bu baxımdan tezliklə rəsmi Bakı və İrəvanın sülh sazişinə imza atmasına şahidi olacağıq.

- Sülh sazişi çərçivə sazişi olacaq, yoxsa yekun müqavilə?

- Hesab edirəm ki, bu, yekun sülh müqaviləsi olacaq. Ona görə ki, ortada ciddi problem qalmayıb. Azərbaycanın sülh müqaviləsi ilə bağlı beş təklifi Ermənistan tərəfindən qəbul edilib, sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyalar öz fəaliyyətini intensivləşdirib. Ən əsası da ölkəmizin Qarabağ üzərində yurisdiksiyası bərqərar olunub. Buna görə də sülh sazişinin yekun müqavilə olması ehtimalı kifayət qədər yüksəkdir.

Müəllif: Yunis Abdullayev
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda noyabrın sonlarında keçirilən SPECA sammiti çərçivəsində “Euronews” telekanalına müsahibə veriblər.

Video formatında müsahibə bu gün yayımlanıb.

“Euronews”un müxbiri Qalina Polonskaya Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıb, liderlərə regional iqtisadi strategiyalar və qonşularla münasibətlərlə bağlı suallar verib.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatındakı artımı aparılan islahatlar, yoxsulluğun azaldılması və xarici borcun səriştəli idarə olunması ilə əlaqələndirib.

Qazaxıstan lideri bildirib ki, ölkəsi beş faiz iqtisadi artıma nail olmağa çalışır. K.Tokayev diqqəti beynəlxalq əməkdaşlığa, investisiyalara və 2029-cu ilə qədər iqtisadi potensialı ikiqat artırmaq istəyinə yönəldib.
Müsahibədə enerji məsələlərinə xüsusi diqqət yetirilib. Azərbaycan lideri Avropaya qaz ixracı, daha geniş desək, respublikanın qitənin enerji təhlükəsizliyinə verdiyi töhfələr və yaşıl enerji sektoruna sərmayələr barədə ətraflı danışıb. Qazaxıstan prezidenti həmçinin ölkənin enerji sektorunun əhəmiyyətini və potensialını qeyd edərək, onun 2060-cı ilə qədər tullantıları sıfıra endirməyi hədəflədiyini bildirib.

Prezident Tokayev Rusiyanın Qazaxıstanın strateji tərəfdaşı olduğunu xatırladıb və bu qonşuluğun regionda əhəmiyyətini dərk etdiyini bildirib. O əlavə edib ki, beynəlxalq arenada müəyyən təlatümlərə baxmayaraq, Qazaxıstan və Rusiya əməkdaşlığı davam etdirəcək.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanla sülh sazişinin əsasını təşkil etməli olan beş əsas prinsipi qeyd edib. Bu prinsiplərə ərazi bütövlüyünün qarşılıqlı tanınması, həmçinin gücdən istifadə etməmək, bir-birinə qarşı ərazi iddialarının olmaması da daxildir.

Mənbə: euronews.com
 
Ardını oxu...
"Ermənistanda bloqçu Natali Aleksanyan kimi yeni reallıqları dərk edənlərin sayı, təəssüf ki, hələ çox deyil. Amma nəzərə alsaq ki, bu ölkədə Vətən müharibəsinədək belə insanların sayı yox səviyyəsində idi, o zaman indiki durumu az da olsa, qənaətbəxş hesab edə bilərik. Azərbaycan seqmentində olan jurnalistlərin, mütəxəssislərin, ekspertlərin, deputat və siyasi xadimlərin apardığı məqsədyönlü fəaliyyətlər Ermənistanda ictimai fikrin qismən də olsa, dəyişməsinə gətirib çıxarıb və son aylar ərzində biz əks tərəfdən daha çox Azərbaycanla birbaşa danışıqlar tərəfdarı olan ziyalılarına rast gəlirik".

Bu günlərdə erməni bloqçu Natali Aleksanyanla maraqlı debatı baş tutmuş hərbi ekspert Ədalət Verdiyev Moderator.az-a açıqlamasında belə deyib.

"Son illər ərzində Ermənistanın hərbi ekspertləri və ya politoloqlarıyla da əlaqə quraraq oxşar debatlara çıxmağa cəhd etməmisiniz ki?" sualını isə həmsöhbətimiz belə cavablandırıb:

"Mən dəfələrlə efirlərdə və müsahibələrimdə istənilən şəxslə, o cümlədən Ermənistandan olan siyasətçi və politoloqlarla, xüsusilə də hərbi ekspertlərlə müzakirələrə daim açıq olduğumu bəyan etmişəm. Ermənistan televiziyalarına, saytlarına da açıqlama və müsahibələr verməyə, debatlara çıxmağa da hazıram. Mən bundan heç bir zaman imtina etməmişəm. Hesab edirəm ki, baş verən hadisə və proseslərin gerçəkliyini Ermənistan ictimaiyyətinə çatdırmaq bizim vəzifələrimizdən biridir. Erməni ictimaiyyətindən də mənim statuslarıma rəy yazanlar var... Odur ki, müxtəlif formatlarda bu cür ictimai müzakirələrin təşkili bizim üçün bəlkə də prioritetlərdən biri olmalıdır..."
 
Ardını oxu...
2024-ci ilin fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Dünən, 7 dekabrda Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Bu xəbər ölkə gündəmində, xüsusi ilə siyasi camedə canlanmaya, ciddi müzakirələrə səbəb oldu. Nəzərə alsaq ki, növbəti prezident seçkiləri 2025-ci ilin aprel ayında keçirilməli idi, ona görə də seçkinin vaxtının dəyişdirilməsi də bir çox sualları açıq saxladı, fikir ayrılıqları da yaratdı. Bəzi şəxslər hazırkı Prezident İlham Əliyevin namizədliyini dəstəkləyərkən, bəzi şəxslər isə ona seçkidə kim rəqib ola bilər deyə müzakirələrə başladı.

Bəs, Azərbaycanda növbədənkənar seçkiləri hansı amillər zəruri etdi? Bir ildə 3 seçki (Prezident və bələdiyyə-red.) keçirilməsi mümkündürmü?

Qaynarinfo bu və digər sualları hüquqşünas, sabiq partiya sədri və keçmiş deputat Qulamhüseyn Əlibəyli ilə müzakirə edib.

- Qulamhüseyn bəy, bir hüquqşünas, siyasətçi kimi necə düşünürsünüz, növbədənkənar seçki qərarı niyə verildi? Hüquqi baxımdan bu qərarı necə dəyərləndirsiniz?

- Bunu müxtəlif versiyalarla izah eləmək olar. Bu qərarın indi verilməsinin əsl səbəbini isə ən dəqiq dövlət başçısı özü bilir. Növbəti prezident seçkisi 2025-ci ilin aprel ayında, təxminən 1 il 4 ay sonra keçirilməli idi. Lakin Prezidentin Konstitusiya ilə hüququ, ixtiyarı var ki, bu tarixi dəyişsin. 2018-ci ildə Konstitusiyaya edilən dəyişikliklərdə belə bir imkan nəzərdə tutulub. Prezident bu hüququndan istifadə etdi. Hesab edirəm ki, siyasi situasiya nəzərə alınıb və bu qərar verilib. Yəni, qərar ciddi təhlildən sonra qəbul edilib, spontan deyil.

- Prezident siyasi situasiyanı nəzərə alıb dedikdə nəyi nəzərdə tutursunuz?

- 44 günlük savaş və ondan sonra cərəyan edən hadisələr göstərdi ki, Prezidentin reytinqi həddindən artıq yüksəkdir, Azərbaycanın bütün ərazisində suverenliyi bərpa olunub. Təbii ki, hər bir siyasətçi özünün reytinqinin ən yüksək olduğu dövrdə yenidən seçilmək, hakimiyyət səlahiyyətlərini yenidən almaq, xalqın etimadını yenidən qazanmaq istəyir. Bu baxımdan, hesab edirəm ki, növbədənkənar seçki qərarının başlıca səbəbi budur. Lakin müxtəlif fikirlər də irəli sürülür. Məsələn, Rusiyada və ABŞ-da növbəti il prezident seçkiləri keçirilir. Bu seçkiləri ona da bağlayanlar da oldu. Ola bilsin ki, bu amillər də nəzərə alınıb. Ümumiyyətlə, seçki keçirilən ölkələrdə situasiya dəyişəndə, Prezident xalqdan yeni etimad qazanmaq istəyir. Ona görə də hesab edirəm ki, növbədənkənar seçkilər Prezidentə münasibəti, etimadı məüyyənləşdirmək üçün ən mümkün, ən əlverişli üsullardan biri idi. Dövlət başçısı bunu düzgün dəyərləndirdi və düzgün addım atdı.

- Gələn il bələdiyyə seçkiləri də keçirilməlidir. Həmçinin parlament seçkilərinin keçirilməsi ilə bağlı da fikirlər səsləndirlir. Bir ildə 3 seçki mümkündürmü?

- Mümkündür. Sadəcə, qanun seçkilərin eyni gündə keçirilməsini qadağan edir. Parlament seçkiləri noyabr ayında, bələdiyyə seçkiləri isə dekabr ayında keçiriləcək. Konstitusiya imkan verir ki, hətta parlament seçkiləri də bir qədər əvvələ çəkilsin, növbədənkənar seçkilər keçirilsin. Amma hesab edirəm ki, növbədənkənar parlament seçkiləri keçirilməsinə ehtiyac yoxdur, bir ay fərqlə parlament və bələdiyyə seçkiləri keçirilə bilər.

- Növbədənkənar prezident seçkiləri ilk seçki olacaq ki, 30 ildən sonra bütün Azərbaycan ərazisində keçiriləcək. Seçkinin elan edilməsində bu amilin təsiri varmı?

- Bəli, hesab edirəm ki, bu amil də böyük rol oynadı. Ərazilərimizin xeyli hissəsi bizim yuridiksiyamızdan kənarda idi, indi isə yuridiksiyamıza daxil oldu. Hakimiyyətin suverenliyinin şamil olunduğu bütün ərazidə yeni seçkilərin keçirilməsi, xüsusi ilə dövlət başçısının seçilməsi əhəmiyyətli hadisə kimi tarixdə qalmalıdır. Biz bu il həmin ərazilərimizdə tam şəkildə suverenleyimizi bərpa etmişik, şübhəsiz ki, növbədənkənar seçkilərin keçirilməsində bu amilin rolu az deyil.

- İşğaldan azad edilmiş ərazilərimizdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları seçkiyə cəlb ediləcəkmi? Bu proses necə aparılacaq?

- Həmin ərazilərdə seçki məntəqələri yaradılacaq. Bizim həmin ərazilərdə dövlət qurumlarımız, hərbi hissələrimiz, Daxili İşlər Nazirliyinin işçiləri, Fövqəladə Hallar Nazirliyinin və digər orqanların nümayəndələri yaşayır. Onlar üçün də seçki məntəqələri təşkil ediləcək. Amma həmin ərazilərdə yaşayan erməni əsilli şəxslər Azərbaycan vətəndaşıdırsa, vətəndaşlığımızı qəbul edirsə, onların da seçkilərdə iştirakı üçün şərait yaradılmalıdır və əminəm ki, yaradılacaq.

- Müharibədə qalib gələn İlham Əliyevə bu seçkidə hansısa güclü rəqiblər ola bilərmi?

- Siyasi cəhətdən aktiv olan namizədlər var, amma hesab edirəm ki, İlham Əliyev onu da hesablayıb ki, indi reytinqinin ən yüksək vaxtıdır. Yəqin ki, elə bu amil də seçkilərin vaxtından əvvəl keçirilməsinə səbəblərdən biridir. İlham Əliyev seçkilərdə xalqdan mandat almaq istəyir və bu baxımdan seçkidə kiminsə iştirak edəcəyi onun üçün təhlükə yaratmır. Azərbaycanın siyasi politrası göz qabağındadır, kimlər namizəd ola bilər, kimlər ola bilməz bəllidir. Ona görə də indi gözə görünməyən bəzi adamlar da namizədliyini irəli sürə bilər. Bu, heç nəyi dəyişməyəcək. Reallıq ondan ibarətdir ki, bu gün mümkün potensial rəqiblərin də şansını təhlil etsək, yenə də İlham Əliyevin qalib gəlmək şansı daha yüksəkdir.

- 1998-ci ildə müxalifətin bir hissəsi seçkiləri boykot etmişdi. Heydər Əliyev aparıcı liderlərə müraciət edib, onları seçkiyə dəvət etdi. Heydər Əliyev gücünə arxayın idi və istəyirdi ki, seçkidə güclü rəqibləri məğlub etsin. Bu dəfə də belə gedişat mümkündürmü?

- Seçki prosesində hansısa güclü namizəd marafona qatılacaq. Azərbaycan siyasətçiləri arasında prezident olmaq istəyən adamlar var. Onlar əgər meydana çıxasaqsa, deməli yarış getməlidir. Düşünürəm ki, əvvəlki seçkilərdə olan neqativ hallar bu seçkilərdə təkrar olmayacaq. İlham Əliyev siyasi karyerasının elə dönəmini yaşayır ki, onu seçkidə məğlub etmək imkansız görünür. Bunu bəzilərinin "daha güclü namizəd” kimi səciyyələndirdiyi siyasətçilər də dərk edir və odur ki, marafona qoşulmağa tərəddüd edirlər.

- Bəlkə bir qədər də konkret danışaq. Fikrinizcə, kimlər namizədliyini irəli sürəcək?

- İndidən bu suala cavab vermək mümkün deyil. Bir neçə gün gözləyək. Namizədliyini vermək istəyənlərin adları məlum olacaq. Hər halda alternativlər olacaq və sizin dediyiniz kimi real alternativlər siyasi iddia ilə çıxış edəcəklər.

- Seçkinin qış mövsümündə keçirilməsi təbliğata mane olacaqmı?

- Düşünmürəm. Keçən il parlament seçkiləri fevralda, qış ayında keçirildi. Həmin vaxt qış daha da sərt idi. Ümumiyyətlə seçkinin qışda keçirilməsi təbliğat-təşviqat kampaniyasına mane olmamlıdır. Çünki bu kampaniya açıq havada yox, daha çox qapalı yerlərdə keçirilir. Müəyyən görüş yerləri müəyyən edilir. Ona görə də havın soyuq olması, qar, yağış yağması seçki təbliğatını qurmağa mane olmur.

- Seçkidən sonra ölkədə daxili və xarici siyasətdə hansısa bir dəyişikliklər gözləyirsinizmi?

- Hesab edirəm ki, müəyyən dəyişiklik olacaq. Xarici siyasət xəttimizi hələki normal hesab edirəm. Orada da kəskin dönüş olacağını gözləmirəm. Daxili siyasətdə müəyyən dəyişiklik ola bilər. Keçən seçkidən sonra müəyyən addımlar atıldı, amma mənə elə gəlir ki, siyasi islahatlar tam şəkildə başa çatmayıb. Siyasi islahatları davam etdirmək, yeni siyasi konfriqurasiya formalaşdırmaq istiqamətində addımların atılacağını düşünürəm. Hesab edirəm ki, bu istiqamətdə dəyişiklik getməlidir. Qanunvericilik hakimiyyətinin möhkəmləndirilməsi, daha çox nəzarət səlahiyyətlərinin artırlması istiqamətində müəyyən dəyişiklik olmalıdır. Hesab edirəm ki, sadaladıqlarımın hamısı olmasa da, müəyyən hissəsi reallaşacaq.

- Belə fikirlər səslənir ki, prezident seçkilərə qədər nazir postunda olan bir çox şəxsləri, xüsusi ilə də sosial narazılığa səbəb olan nazirləri postlarından uzaqlaşdıracaq. Siz necə düşünürsünüz, prezident seçkiyə yeni komanda ilə gedə bilər, yoxsa bu prosesi seçkilərdən sonraya saxlayacaq?

- İndiki zamanda komandanı birdən-birə radikal şəkildə dəyişmək mümkün deyil. Yeni komanda üzvləri arasında öz işlərini bilən, bacaran xeyli adamlar var. Bəli, köhnədən qalma oliqarx xarakterli üzvlər də var. Onlar əsasən yerli icra hakimiyyətində daha çoxdurlar, mərkəzi icra hakimiyyətlərində isə azalıblar. Lakin hesab edirəm ki, dəyişikliklər seçkidən sonra olacaq. Çünki bütün sərt dəyişikliklər seçkidən sonra olmalıdır. Seçkiyə qədər komandanı qorumaq siyasi liderin maraqlarına cavab verən amildir.

Dünyapress TV

Xəbər lenti