"Bilmək olmaz, hələ bəlkə o dayanacaq Pir də oldu..." - Natiq Cəfərli
Teref.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli İsmayıllıda qurulmuş smart dayanacaqla bağlı fikrini bildirib. Natiq Cəfərlinin replikasını təqdim edirik:
"İsmayıllıda camaatı narahat edən ən vacib məsələ .... yox-yox, işsizlik deyil, yox əşşşi, pulsuzluq da deyil, ala dayan da, məmurların torpaqları zəbt etməsi xırda şeydi, tapmaduz, maldarlıqla məşğul olanların yemi baha alması da boş şeydi - ən vacib və çatışmayan məsələ smart dayanacaq idi! Özü də cəmi bir dənə! İndi bütün rayon növbə ilə gəlib o dayanacağa baxacaq, avtobus 1 saata gəlsə də, rahat oturub gözləyəcəklər.
Bilmək olmaz, hələ bəlkə o dayanacaq Pir də oldu..."

Teref.az

Dünyapress TV

Xəbər lenti