Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır” (VİDEO)
Əvəz Zeynallının təqdimatında “Əyri oturaq, düz danışaq!” layihəsinin qonağı yazıları ilə oxucuların sevgi hörmətini qazanan, müstəqil jurnalist Aydın Caniyevdir.

Aydın Caniyev indiyədək səsləndirilməsi qadağan olan bir çox faktları açıqlayır. O deyir ki,”Rusiyada bizə illərlə məlumat veridiyi kimi 4 milyon azərbaycanlı deyil, cəmi 2 min azərbaycanlı yaşayır.” Politoloq Jirinovskinin, “Rusiya topdan və pərakəndə satılır, amma satılıb, qurtarmır.” Ifadəsini xatırladan qonağımız bir vacib məqama da toxundu: “Moskva qaralıb. Azərbaycanlılardan fərqli olaraq başqa millətlər – erməni, özbək, qırğız, tatar xüsusi icazə olmadan orada iş fəaliyyəti apara bilirlər. Amma azərbaycanlılar 3 aydan artıq olmayaraq Rusiyada yaşaya bilərlər. Hətta o icazəni belə çətinliklə verirlər. Yəni bizə təlqin edildiyi kimi Rusiya Azərbaycan münasibətləri heç də yaxşı deyil…”

“Rusiyada nə var, nə yox?”, sualını cavablandıran və “deyirlər ki, Rusiya parçalanır? Yəni Rusiya daha dəhşətli uçurumun kəndarındadır…”, iddialarına eyni cavabı verdi: “Rusiya kişisi arvad-uşağından keçər, amma torpağından, hətta işğal etdiyi torpaqlardan keçməz…” Diaspora məsələsinə toxunan A.Caniyev o fikirdə deyil ki, Rusiyada diaspora heç bir fəaliyyətlə məşğul deyil. O hesab edir ki, istərsə Azərbaycan Xarici İşlər Nazirliyi, istərsə də Azərbaycan hakimiyyətinin Rusiya ilə bağlı heç bir siyasi doktrinası yoxdur. Əgər bu gün kimsə Rusiyada Azərbaycan diasporasını təmsil edirsə, ona minnətdar olmaq, onlara heykəl qoymaq lazımdır”. “Bu gün Rusiya xarici işlər nazirinə bir sual verəcək jurnalist qalmayıb. Sual verən jurnalist dərhal işindən azad olunur. Biz bu gücdəyik. Rusiyanın qarşısında tir-tir əsirik. Rusiyada Azərbaycan adına kimsə çalışırsa, o adamı qınamalı deyil. ”

Ağadadaş Kərimov, Kərim Kərimov kimi məsul və tanınmış azərbaycanlılar niyə Rusiyada qızlarını ermənilərə ərə verib, öləndən sonra da bütün nüfuzları, var-dövlətləri ermənilərə keçib?

Milyonerlər İttifaqının Azərbaycana nə kimi faydası var?

Rusiyada Azərbaycan diasporasının fəaliyyəti niyə zəifdir? Onları vaxtilə kimlər aldadıb?

Araz Ağalarov və İsgəndər Xəlilov kimi nəhəng iş adamları daxilən azərbaycanlıdırlar.

Azərbaycanda 80 min adamı Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır.

Dünyapress TV

Xəbər lenti