Ardını oxu...
Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqin baş tutmaması nə deməkdir? Rusiya hərbi kontingentinin bir neçə gün əvvəl məmurlarımızla görüş zamanı verdiyi vədi yerinə yetirməyəcəyi gözlənilən idi. Rusiya hərbi kontingenti Moskvanın təlimatıyla hərəkət edir. Qarabağdakı kontingentə əmr belə olub ki, monitorinq ərazisinə daxil olan azərbaycanlı məmurların normal fəaliyyəti üçün şərait yaradılmasın, prosesi kənardan müşahidə etsinlər. Hadisə yerində toqquşma baş verə bilərdi. Çünki monitorinq yerinə gələnlər separatçılarla üz-üzə qalıblar, onlar yolu kəsiblər və aralarında mübahisə olub. Görünür, Rusiya hərbi kontingenti gərginlikdə maraqlı olub. Halbuki, Kreml istəsəydi Qarabağdakı hərbi kontingentinin komandanlığına əmr verərdi ki, monitorinqin aparılmasına şərait yaradılsın və bu barədə separatçıların rəhbərliyi xəbərdar edilsin. Rusiyadan asılı vəziyyətdə olan separatçıların onların icazəsi olmadan yolu kəsməz və azərbaycanlı məmurların fəaliyyətə mane olmazdılar. Separatçılar alətdir.
Kreml yataqların monitorinqinə ona görə şərait yaratmayıb ki, bunun ardının gələcəyini anlayıb. Bəli, biz monitorinqlə kifayətlənməyəcəkdik, bunun ardınca başqa tədbirlər planı da var. Rusiya birinci addımımızı əngəlləməklə bizə belə bir mesaj göndərib ki, o biri addımlarımıza da şərait yaratmayacaq. Ancaq bizim əlimizdə elə alətlər var ki, onları yerində reallaşdırmaq üçün Rusiya hərbi kontingenti ilə məsləhətləşməyə ehtiyac yoxdur. Məsələn keçmiş Laçın dəhlizi nəzarətimizə keçdikdən sonra vaxtilə Ermənistandan Qarabağa çəkilən qanunsuz kommunikasiya xətləri – elektrik, qaz boru və internet xətləri nəzarətimizə keçib. Ekoloji vəziyyətin monitorinqini aparmaq üçün şərait yaratmırlarsa, kommunikasiya xətlərində problemlərin yaradılacağı barədə real addımlar atılmasının zamanı yetişib...
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıya növbəti səfərindən sonra əvvəlcə Ankaraya, sonra isə İrəvana yola düşüb.
Bundan öncə isə Klaar öz twitter hesabında Türkiyənin Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesində birbaşa iştirakını dəstəkləyən bəyanatla çıxış edib.
Teref.az yazır ki, bunu politoloq Yeganə Hacıyeva deyir.Fikirlərini şərh edən xanım politoloq daha sonra deyir:
İstanbulda keçirilən “TRT World Forum 2022” çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra Toivo Klaar öz Twitter səhifəsində bunları yazıb:
“Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində real yardım göstərə bilər.
İnanın, bu ölkənin Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli nizamlanması məsələsində təklif edəcəyi çox şey var”.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu bəyanatı rəsmi Brüsselin Türkiyənin regionda mövqelərinin güclənməsini tanıdığını təsdiqləməsidir.
Aİ rəsmilərinin daha öncə kuluarlarda səsləndirdiyi fikirləri açıq etiraf etmək məcburiyyətində qalıblar.
Aİ-nin təhlükəsizliyi Türkiyəsiz , ən əsası güclü Türkiyəsiz mümkün deyil
Teref.az
 
 
 
Ardını oxu...
Paşinyan Putinlə görüşdə “Azərbaycanın bu yaxınlarda Laçın dəhlizini bağladığı” iddiasını irəl sürüb və belə demək mümkünsə, Bakını şikayət edib.
Putin qapalı görüşdən öncə Rusiya-Ermənistan ticarət əlaqələrindən bəhs etdi. Məntiqlə erməni baş nazir də buna adekvat sözlər deməli idi, lakin o, qapalı görüşdə müzakirə edə biləcəyinə rəğmən, ictimaiyyətin önündə “Laçın dəhlizi” məsələsini gündəmə gətirir. Və bununla sülh sazişində təşəbbüsü ələ almağa çalışan Rusiyaya “siz əvvəlcə məsuliyyət zonanızda baş verənləri həll edin” deyir.
Erməni baş nazir Bakıya da “məsələni Puitinlə müzakirə edirəm” mesajı verir.
Onun “Laçın dəhlizi bağlanıb” iddiası isə Azərbaycanın öz suveren ərazisində ekoloji monitorinq keçirməsidir və istisna deyil ki, Putinin bölgədə baş verənlərdən məlumatı var.
Asif Nərimanlı
 
 
 
Ardını oxu...
Çin lideri Si Sinpinin Səudiyyə Ərənistanına səfəri başlayıb. Si Sinpin Səudiyyə Ərəbistanına bundan əvvəl 6 il əvvəl səfər edib. Si Sinpin Səudiyyə Ərəbistanına səfəri zamanı həm bu ölkə ilə əməkdaşlığı müzakirə edəcək, həm də Çin - ərəb ölkələri sammitində iştirak edəcək. Bu Si Sinpinin Çində pandemiya başladıqdan sonra 3-cü xarici səfəridir. Bundan əvvəl Çin lideri Qazaxıstan və Özbəkistana səfər etmişdi. Bu iki ölkə də Pekin üçün vacib tərəfdaşlardır.
Pekinin Yaxın Şərq ölkələrinə marağı artıb. Yaxın Şərq ölkələri də Çinlə iqtisadi əməkdaşlığı genişləndirmək istəyirlər. Çünki uzun onilliklərdir ərəb ölkələrinin əsas siyasi və iqtisadi tərəfdaşı Amerika Birləşmiş Ştatları idi. Çin bu bölgədə Amerikanı sıxışdırmağa başlayıb. Çin son 5 ildə Səudiyyə Ərəbistanın əsas ticarət tərəfdaşına çevrilib. İki ölkə arasında 2021-ci ildə ticarət dövriyyəsinin həcmi təxminən 82 milyard dollar həcmində olub. Səudiyyə Ərəbistanı Çinə maliyyə yatırımına görə 12-cı siradadır. Çinin də Səudiyyə Ərəbistanına böyük yatırımları var və bölgəyə yatırımlarının 20 faizini təşkil edir. Çinin neftə olan tələbatının 17 fazini Səudiyyə Ərəbistanı təmi edir.
İki ölkə əməkdaşlıqda daha irəli getmək istəyirlər. Si Sinpinin Ər-Riyadda görüşləri zamanı müxtəlif sahələrdə 34 müqavilə imzalanıb. İmzalanan anlaşmaların dəyəri 30 milyard dollara yaxındır. Bundan başqa iki ölkə arasında strateji tərəfdaşlıq barədə saziş imzalanıb. Səudiyyə Ərəbistanı Çinin “bir kəmər, bir yol” layihəsində də iştirak etmək istəyir.
Çin Səudiyyə Ərəbistanı ilə yanaşı digər ərəb ölkələri ilə də əlaqələri genişləndirməyə çalışır. Si Sinpin bu ölkələrin hər birinə ayrılıqda səfər etmək əvəzin ərəb dövlətlərin liderləriylə ilə Səudiyyə Ərəbistanında görüşməyə qərar verib. Si Sinpin Ər-Riyadda 30 dövlətin başçısıyla görüşəcək. Çin ərəb ölkələriylə yanaşı İran və Suriya ilə əməkdaşlıqdan da imtina etmir. Halbuki, ərəb ölkələrinin Suriya və İrana münasibətləri mənfidir.
Bu gedişat Vaşinqtonu ciddi narahat edir. Siyasi ekspertlər ABŞ prezidenti Co Baydenin iyul ayında Səudiyyə Ərəbistanına səfərinin nəticələrini uğursuz adlandırıblar. Ərəb ölkələri son illər Vaşinqtonun siyasətindən narazı qaldıqlarını gizlətmirlər. Buna görə də ərəb ölkələri Çinlə əməkdaşlığa maraq göstərməklə Vaşinqtonun bölgədə daha fəal siyasət yürütməyə təşviq etməyə çalışırlar. Səudiyyə Ərəbistanı və müttəfiqləri Çinlə iqtisadi əməkdaşlıqlarını genişləndirməyə çalışsalar da, hərbi və təhlükəsizlik baxımından Amerikadan asılıdırlar. Əslində Pekin artan istisadi əlaqələr vasitəsilə ərəb ölkələri ilə hərbi əməkdaşlığı da inkişaf etdirmək istəyir. Ancaq ərəb ölkələri bu məsələdə ehtiyatlı mövqe tutacaqlar.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 
 
 

Ardını oxu...
XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və
qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu
gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan
xalqıdır. Xalqımızın dahi şəxsiyəti, bütün türk dünyasının fəxri Heydər
Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutmuşdur.
Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi, bütün
dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng
şəxsiyyətdir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu,
zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti minillik tariximizin ən nühüm,
şərəfli və böyük bir mərhələsini təşkil edir. Heydər Əliyevin tarixin ən çətin,
məsuliyyətli anlarında xilaskarlıq simvoluna çevrilərək Azərbaycan xalqınıın
ruhuna bir nəfəs kimi qayıdan, onu canı-qanı qədər sevərək hifz edən, milli
mövcudluğunu yaşatmaq kimi ağır yükün altına çiyinlərini heç nədən
çəkinmədən mərdliklə verən xarqüladə şəxsiyyət olduğu aşkar görünür.
Azərbaycanın müasir siyasi tarixinin bir çox səhifələri ulu öndər Heydər
Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti ilə
bağlı olmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə
götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın
müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın
köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas
etmişdir.
Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin
ayrılmaz bir hissəsidir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev
dühasının bir zərrəsi vardır. Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin
bəxş etdiyi misilsiz bir şəxsiyyətdir və hamı onun nə dərəcədə əlçatmaz
olduğunu çox gözəl bilirdi.
Heydər Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz
əməli fəaliyyəti ilə, özü də planlı və məqsədyönlü şəkildə mübarizə və
mücadilə aparırdı. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin –
müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və
birbaşa başçılığı ilə qoyulmuşdur.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam” kəlamı da dünyanın ən böyük azərbaycanlısı, ulu öndər
Heydər Əliyevə məxsusdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi
bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər milli lider olduğunu
nümayiş etdirmişdir. Xalqımızın tarix boyu qərarlaşmış, milli dəyərlərinin
bərpa edilməsi Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, əxlaq
normalarımızın, dinimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli
ruhda tərbiyə edilməsi Heydər Əliyevin liderlik qayəsini müəyyən edən
cəhətlərdən idi.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mük
Ardını oxu...
Bir anlıq düşünək, Rusiya sülhməramlılarının 5 illik fəaliyyət müddəti bitir və hazırkı şərtlər daxilində ərazidən çıxır. Xaos, qarşıdurma, talelərinin necə olacağını bilməyən insanlar. Azərbaycan tərəfinin indiki mərhələdə atdığı addımlar bu baxımdan da çox əhəmiyyətlidir. Həm də gələcəyə yönəlik, Rusiya sülhməramlılarının çıxacağı zaman necə davranacağının təməlləridir.

Azərbaycan tərəfi, xüsusilə Soçi görüşündən dərhal sonra sülhməramlıların fəaliyyətini kəskin tənqid etməyə başladı. Bu tənqidlərdə telekanalların canfəşanlıq etməsi bölgəni tanıyanlara “rəsmi Bakının mövqeyi budur” mesajını verirdi. Rusiya, bəlkə də, Ukraynada bataqlığa batmasaydı, geri addım atmaz, qarşıdurmaya gedərdi. Ancaq ruslar da zaman qazanmaq, açıq qarşıdurmadan yayınmaq üçün güzəştə getməyə məcbur oldu. Düzü, rəsmi Bakının arzuladığı da bu idi. Belə ki, ruslar geri addım atmasa, tək çıxış yolu olaraq sərt güc tətbiqi qalırdı. Nəzərə alsaq ki, Azərbaycan ordusu istər sərhəddə, istərsə də Qarabağda bütün strateji yüksəklikləri əlinə keçirib, bundan sonra atacağı ilk addım da yaşayış məntəqələrini ələ keçirmək olacaqdı. Buna isə beynəlxalq aləmdən gələcək reaksiyaları təxmin etmək çətin deyil. Hazırkı vəziyyət həm Moskva, həm də Azərbaycan üçün ən optimal çıxış yoludur.

Azərbaycan bu günə qədər qeyri-rəsmi formada Qarabağda yaşayan ermənilərlə danışıqlar aparıb. Ancaq əraziyə hansısa adla daxil olmaq vacib idi. Ekologiya ilə bağlı əraziyə daxil olmaq gözlənilməz olmaqla yanaşı, həm də son dərəcə ağıllı addım sayılmalıdır.

Dirənişin nəticəsi olaraq gömrük postlarının qurulması barədə ilkin açıqlama artıq verilib. Üçtərəfli bəyanatda Rusiya gömrüyü ilə bağlı bir cümlənin belə keçməməsi onu deməyə əsas verir ki, ərazidəki gömrük postlarına Azərbaycan gömrükçüləri yerləşə, Rusiya sülhməramlıları isə onların mühafizəsini təşkil edə bilər. Əslində, bunun olması bəyanata zidd deyil. Çünki bəyanatda “maneəsiz” sözü Ermənistandan keçən nəqliyyat yolu barədə yazılıb, Laçın dəhlizi ilə bağlı isə belə bir ifadə yoxdur.

Gömrük postlarının qurulması ilə Azərbaycan giriş və çıxışlarda bütün yükləri yoxlaya biləcək. Bununla arzu edilməyən heç nə Laçın dəhlizi vasitəsi ilə əraziyə keçə bilməyəcək.

Gömrük xidməti müəyyən mənada həm də pasport nəzarəti deməkdir. Hər halda, yük yoxlanarkən o yükün kimə məxsus olması da məlum olmalıdır. Bu o anlama gəlir ki, gömrük xidməti adı altında Azərbaycan sərhəd xidmətini də həyata keçirmiş olacaq. Kor nə istərdi?

Hesab edirəm ki, Azərbaycan tərəfi tutduğu mövqedən qətiyyən geri addım atmamalı, prosesləri sürətləndirmək üçün təzyiqlərini artırmalıdır.

Burada başqa bir məqama da toxunmaq olar. Zamanı gələndə Rusiya tərəfi Azərbaycana deyə bilər ki, arzuladıqlarını həyata keçirdim, sən də müddətin artırılması üçün “hə” de. Azərbaycan tərəfinin 2025-ci ilin may ayına qədər vaxtı var. Bu müddət ərzində bir çox məsələlər həll edilməlidir. Əsas məsələlərdən biri rəsmi Bakının Qarabağdakı erməni əhalini öz tərəfinə çəkməsidir. Azərbaycan, Bakı və Azərbaycan pasportu erməni əhalisinin gözünü qamaşdırmalı, cazibədar olmalıdır.

Bakının cazibədarlığı hündür binaları, bahalı daş üzlüklü divarları, ağacsız, daş döşəməli parkları deyil. Ermənistan tərəfinin, elə rusların da Qarabağdakı ermənilərə ən çox təbliğ etdiyi şeylərdən biri Azərbaycandakı insan haqları, məhkəmə sistemi, ifadə, mətbuat azadlığının vəziyyətidir. Bakı bu məsələdə də özünü cazibədar hala gətirməlidir. İrad və istehzalı suallar olacaq ki, ermənilərə görəmi dəyişəcəyik? Bəli! Suverenliyin təmini üçün hər şeyi etmək lazımdır.

Bundan əlavə, Qarabağa qayıdış sürətlənməli, erməni əhali ilə azərbaycanlılar arasında təmaslar artmalıdır. Azərbaycan vəziyyəti elə bir həddə gətirməlidir ki, nə Ermənistanın, nə də Rusiyanın nəsə deməsinə gərək qalsın.

Bunun üçün güzəştlər, imtiyazlar, güzəştli kredit təklifləri, ən müxtəlif cəlbedici vasitələrdən istifadə etmək olar. Rəsmi Bakı Qarabağ və oradakı erməni əhalisi ilə bağlı məsələdə öz göbəyini özü kəsməlidir. Əgər proses bu şəkildə davam edərsə, güzəşt edəcək, güzəşt etməyə məcbur olacaq tərəf Rusiya yox, Azərbaycan ola bilər.

Azərbaycan hazırda təməlləri atır, toxumları səpir, qalır, bundan sonra onu böyütmək, şaxələndirmək.

Səxavət Məmməd
 
 
 
Ardını oxu...
Laçın dəhlizinin girəcəyində mini gömrük-keçid məntəqəsi quraşdırılacaq. Bu barədə Qarabağdakı Rusiya hərbi kontingentinin komandanı, general Volkov açıqlama verib. O, Azərbaycan tərəfi ilə müvafiq razılığa gəldiklərini” deyib, əlavə edib ki, bu vaxta qədər “texniki vasitələri olmadığı üçün” dəhlizə keçiddə yükləri daha diqqətli yoxlamaq imkanları olmayıb.

Xəbərin Azərbaycan cəmiyyətində birmənalı reaksiya doğurmamasının bir neçə səbəbi var. Ortaya xeyli sual çıxır və həmin suallarında çoxunun cavabı elə öz içərisindədir.

Birincisi, “biz razılığa gəlimişik ki, …quraşdıraq” cümləsindəki quraşdırmaq missiyası kimə aiddir? Rusiya hərbçiləri öz postlarında yalnız özlərinin nəzarət edəcəyi keçid məntəqəsi quraşdırırlar? Yoxsa Azərbaycan dövlətinin ərazisinə keçidi təmin edən qanuni gömrük-keçid məntəqəsindən söhbət gedir? Volkov “biz” deyəndə yalnız özlərini, yoxsa Azərbaycan və Rusiya təmsilçilərini birgə nəzərdə tutur?

İkincisi, 44 günlük müharibənin bitməsindən və Rusiya hərbi kontingentinin əraziyə gəlməsindən iki il keçir. Doğrudanmı biz inanmalıyıq ki, bu iki ildə Rusiya keçiddə belə bir post quraşdırmaq istəyib, lakin buna texniki imkanı olmayıb? Axı Rusiyaya lazım olsaydı, oraya bir skaner gətirib qoymaq nə çətin iş idi ki? Belə çıxmırmı ki, bu “razılaşma” daha çox Azərbaycan tərəfinin istəyi ilə təmin olunub? Onu da nəzərə almaq lazımdır ki, müharibədən sonrakı dövr ərzində dəhliz vasitəsilə Qarabağa silah-sursat, Volkovun dediyi kimi, “qadağan olunmuş yüklər” keçirilməsinə, bəzi Ermənistan və digər ölkə rəsmilərinin istədikləri vaxt gəlib-getməsinə rəsmi Bakının etirazları olub. Sonuncu belə fakt keçən ay ərazidən 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların tapılaraq, Rusiya hərbçilərinə təqdim edilməsi idi. Görünür, bu və digər bənzər faktlar, nəhayət, Rusiya hərbçilərinə ərazidə ən azından yeganə söz sahibi olmadıqlarını anlatmaq üçün bəs edib.

Üçüncüsü, Volkovun bu açıqlamasının İrandan Xankəndiyə gələn 14 diversant barədə mediada yayılan məlumatlardan dərhal sonraya təsadüf etməsi də diqqət çəkir. Həmin hadisənin Bakı və Moskva arasındakı diplomatik təmaslarda necə müzakirə olunduğu, ümumiyyətlə, müzakirə olunub-olunmadığı barədə bilgi yoxdur.

İndi isə xronikaya nəzər salaq:

– Noyabrın 24-də diversantlar əraziyə keçib;

– Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti ilə telefonla danışıb;

– Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə gedib, həmkarı Sergey Lavrovla görüşüb və iki ölkə arasında məsləhətləşmələrə dair anlaşma sənədi imzalanıb (sənədin mahiyyəti ayrıca təhlilin mövzudur);

– Dekabrın 5-də Prezident İlham Əliyev Rusiya Prezidentinin köməkçisi İqor Levitini qəbul edib (söhbət məhz Ermənistanla münasibətlərdən, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasından və Zəngəzur dəhlizindən gedib, yəni predmet üzrə);

– Dekabrın 6-da Prezident İlham Əliyev Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.

On gün ərazində bu qədər intensiv təmaslar olub və bu təmaslarda Qarabağ, Laçın dəhlizi, ərazidəki erməni silahlı birləşmələri barədə danışılmaması absurd olardı. Volkovun anons etdiyi “mini gömrük məntəqəsi” həmin təmasların nəticəsidir, böyük ehtimalla. Bütün hallarda, Laçın dəhlizinin girişində belə bir postun olmasının hətta müzakirəsi maraqlı situasiya yaradır. Bu post ya özü, ya da onun haqqında açılmış müzakirələr tələyə çevrilə bilər. Ayıq olsaq, ora başqaları düşəcək.

Bəli, praktik olaraq Azərbaycanın bu imkandan necə istifadə edə biləcəyini zaman göstərəcək. Amma fakt budur ki, Rusiya iki ildir bölgədəki sərhədsiz hərəkət protokoluna yenidən baxmalı olub. İndi lap formal da olsa, gəlib-gedənləri yoxlamalı olacaqlar və nəticəyə görə cavabdehlik rəsmiləşir. Razıyam ki, sevinmək tezdir. Amma bunu gözləmək bizim haqqımızdır və ümid edək ki, zamanla gerçək olacaq.

Doğrudur, ölkəmizdə belə gömrük məntəqələri çox yerdə var, illərdir ordan nələrin keçirildiyi barədə çoxlarımızın, bəzən hətta dövlətin belə xəbəri olmayıb. Amma axı bir gün, onillər sonra olsa da, “məşhər günü” yetişəndə yaxasından yapışmağa, günahlandırmağa, izahat tələb etməyə cavabdeh qurumlar və adamlar tapılır! Dəstəylə həbs edib, mühakimə edirlər. Heç biri də etiraz edə bilmir. İndi Laçın dəhlizinə qoyulacaq skanerdən də nələrin keçirildiyini bəlkə də bir müddət bilməyəcəyik, amma bir gün Şuşa yolunda, Qarabağın başqa bir ərazisində Volkovun “qanunsuz yük” adlandırdığı hansısa dəlil tapılanda bunun artıq “ermənilərin özfəaliyyəti” olmadığı, skanerə nəzarət edənlərin fəaliyyəti olduğu üzə çıxacaq. Yapışmaq gücümüz olsa, yaxanı tanıyacağıq. Lap gücümüz olmasa belə, hüququmuz həmişə olacaq…

Ümumiyyətlə, müharibədən sonrakı dövrdə Azərbaycanın Laçın dəhlizi ilə bağlı strategiyasında gömrük-keçid formatının nəzərdə tutulduğu barədə vaxtaşırı məlumatlar yayılırdı. İranla imzalanan niyyət protokolunda “üçüncü dəhliz” məsələsi ortaya çıxanda bu məsələ daha da aktuallaşmışdı. Belə görünür ki, Laçın dəhlizinin girişində quraşdırılacaq post həmin strategiya üçün vacib başlanğıc rolu oynaya bilər.
Qabil Abbasoğlu
pressklub
 
Ardını oxu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı tez-tez Alma-Ata bəyannaməsinə istinad edilməsi barədə danışsa da, Rusiyanın özü bu bəyanata riayət etməyib, 2008-ci ildə Gürcüstanın, 2014-cü və 2022-ci ildə Ukraynanın ərazi bütövlüyünü pozub, torpaqları işğal edib.
TEREF.AZ yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Politoloq fikrini şərh edərək davam edir:
Halbuki, Rusiya Alma-Ata bəyannaməsinə sadiq qalsaydı qonşu dövlətlərin ərazilərini işğal etməməli idi.
Ermənistan da torpaqlarımızı işğal etdiyi 27 ildə Alma-Ata bəyannaməsini xatırlamırdı, baş nazir Nikol Paşinyan yalnız İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra bu barədə danışmağa başladı.

Ardını oxu...
Bu yaxınlarda Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini, polis general-mayoru Həsən Şirinov mətbuatda Bakının tıxac problemi ilə bağlı “Bitməyən tıxac dərdimiz” adlı yazı ilə çıxış etmişdi.
Bakupost.az -ın dərc etdiyi həmin yazıda o, tıxac probleminin körpülərin düz salınmaması, yol qovşaqlarında hərəkətin düzgün nizamlanmaması və bəzi tikililərlə bağlı olduğundan bəhs edirdi. Mövzu aktual olduğundan yazı geniş müzakirələrə səbəb oldu. Ancaq Həsən müəllim bu müzakirələrin gedişində bir sıra məqamlardan narazı qalıb. Cənab general xüsusən də problemləri müzakirə etmək əvəzinə, dövlətdə böyük xidməti olmuş insanları üz-üzə qoymaq cəhdini yanlış hesab edir.
Bakupost.az bununla bağlı onun qələmə aldığı yeni yazını təqdim edir:
Ümumxalq məsələlərin həllində, bilə-bilə problemlərdən yayınıb şəxsi mövqe sərgiləmək yolverilməzdir. Məncə, bu məsələdə, ictimaiyyəti narahat edən, yol hərəkət iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməyən yol qovşaqlarındakı mövcud nöqsanlara bir daha aydınlıq gətirmək, tıxacların yaranma səbəblərini qeyd etmək, onların aradan qaldırılması yollarını göstərmək, tənqid yox, əksinə, aidiyyatı təşkilatlara kömək, xalqa xidmətdir. Bu, alqışlanmalıdır! Burada hər kəs öz fikrini deyə bilər. Amma, gərək şəxsi düşüncəyə yox, ümumxalq rəyinə, həqiqətə, Qanuna söykənəsən.
Allahın, "Qurani-Kərim"də bəşərə, insanlığa aid etdiyi ümumi dəyərlər, haqq, ədalət, dürüstlük, imanlılıq mütləqdir! O, haqq yoludur! Baxış bucağı fərqli olsa da, hədəf bir olmalıdır. O hədəfə gedən yol, insanlıq ölçü vahididir! Kim nə qədər o hədəfə yaxınlaşa bilirsə, bir o qədər də insanlığını nümayiş etdirmiş olur. Ən böyük vəzifə insanlıqdır! Ehtiyac içində yaşayanlar üçün həmişə vicdanlı olmaq çətin olsa da, vicdanlı olmaqdan gözəl peşə, ədaləti qorumaqdan böyük vəzifə yoxdur.
Həqiqətdən kənar hər şey öz dəyərini itirir, “hamı kimi olmaq”, “fərqlənməmək” tələbi, bəzən, qaçılmaz olsa da, baxmayaraq ki, dəli çox olan yerdə, ağıllı dəli hesab olunur, mən həmişə haqqın tərəfində duran azın yanında olmuşam. Çünki Allahın razılığı olaraq, bir kimsəsiz məsumu sevindirməkdən aldığım ləzzəti heç nədən almıram.
Ayrı-ayrı əsrlərdə yaşasalar da, insanları bir-birinə sevdirən, onların fikirlərinin üst-üstə düşməsi, həyata baxışı, düşüncələrinin eyni olmasıdır. Ona görə də çox sevdiyim və öz adını dünya tarixinə qızıl hərflərlə yazdıran Benjamin Franklinin bir tövsiyəsini oxuculara xatırlatmaq istəyirəm:
“...qəzet naşiri kimi mən, həmişə calışmışam ki, şəxsiyyətə qarşı yönəlmiş böhtan və iftiralara yer verməyim. Naşirlərin əksəriyyəti heç bir vicdan əzabı çəkmədən, aramızda olan ləyaqətli insanlara qarşı şər-böhtan yazıları sifariş edənlərin xidmətində dururlar. Bunları yada salmaqla, gənc naşirləri xəbərdar etmək istəyirəm ki, dövri mətbuatlarını zəhərləməsinlər və öz sənətlərini mənfur hərəkətlərlə hörmətdən salmasınlar”.
“Qızıl Qələm” mükafatı laureatı, general
Həsən Şirinov
 //Bakupost.az//

Ardını oxu...
İran yenə də Azərbaycanı hədələyir. Bu dəfə açıq şantaja keçiblər. Yəni "susun, susmasanız filan şeylər olacaq" kimi...
Əslində burda susmalı olan tərəf İrandır... elə olacaqlardan qorxmalı olan tərəf də İrandır...
Çünki hazırda baş verənlər də tədsdirləyir ki, müşahidə olunanlar sıradan bir proses deyil və İranın şəklinin dəyişdirilməsi hadisəsinin işartılarıdır...
Azərbaycan da bir dövlət olaraq Güney Azərbaycan torpaqlarına və bu torpaqlarda yaşayn 40 milyonluq millətdaşlarına sahiblənmə təşəbbüsü ilə yola çıxıb. Azərbaycanın bu məsələdə susması, bir köşəyə çəkilməsi absurd olardı və ən azından xəyanət kimi anlaşılardı... MİLLİ XƏYANƏT kimi...
Lakin gördüyümüz odur ki, İrandakı fars-molla rejimi susmalı olduğu halda susmur. 44 günlük savaşın nəticələrini həzm etmədiyini aşkar şəkildə ifadə etdiyi kimi indi də Qarabağa burun soxur. Təbii ki Rusiyanın ortaqlığı ilə... Hər halda Qarabağın qapılarını əmanət etdiyimiz ruslardan xəbərsiz hansısa fars gədəsinin Xankəndidə görükməsi imkansızdır...
Beləcə rusun da iştrakı ilə Qarabağda ürəyimizi bulandırmağa çalışan molla rejimi anlamalıdır ki, bunun betər cavabı olacaq...
Düzdür, İran İslam Respublikası adı altında çətirlənən fars-molla rejimi Allaha inanmır... Amma Allahın yaradacağı bir gözəl fürsətin bizi gözlədiyinə inansın... O günü Allah bizə qismət edəcək...
BAX, biz bu yoldayıq... NİYƏ SUSAQ Kİ?
O gün MÜTLƏQ GƏLƏCƏK... İlham Əliyev həqiqətən də 50 milyonluq Azərbaycanın Prezidenti kimi "Təbriz, sən azadsan" deyib "tvit" atacaq, milləti müjdələyəcək... Yəni bu qədər yaxın...

Məhəmməd ƏRSOY
DİA.AZ-ın Baş redaktoru

Dünyapress TV

Xəbər lenti