"Yaralıyam, dərədəyəm, düşməni eşidir, görürəm" -
Vətən müharibə iştirakçısı, 1992-ci il təvəllüdlü İbrahimov Təbriz İsmayıl oğlundan artıq 150 gündən çoxdur ki, heç bir xəbər yoxdur. Ailəsi tərəfindən Yeniavaz.com-a verilən məlumata görə, sonuncu dəfə Təbriz sentyabrın 28-i xalası oğlu ilə əlaqə saxlayıb: "Mina partlayışı nəticəsində ayağından yaralandığını və Ağdağ adlanan postdan aşağı dərənin dibinə düşdüyünü dedi. Dedi ki, "bura neytral zonadır və yaxınlıqda erməni postu var, düşməni asanlıqla həm görürəm, həm də eşidirəm". O, dərədə tək olmadığını, həmin yerdə şəhid və yaralıların olduğunu dedi. Çox qan itirdiyinə görə halsızlaşdığını və neytral zonadan çıxmaq ümidinin olmadığını söylədi, halallaşdı və qəfil əlaqə kəsildi". Yaxınları daha sonra onunla əlaqə qurmağa çalışsa da zənglərə cavab verməyib. Salyan rayonu Çadırlı kənd sakini İbrahimov Təbriz müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçudur və Murovdağ istiqamətində döyüşlərdə iştirak edib. Təbrizlə birgə döyüşən, onu sonuncu dəfə görənlərdən, hər hansı bir məlumatı olanların ailəsi ilə əlaqə saxlaması xahiş olunur.
1614487139_1.jpg
1614487195_3.jpg
1614487205_2.jpg
 
 

Dünyapress TV

Xəbər lenti