ABŞ İran sərhədinə F-16 qırıcıları yollayıb - Tramp qapıları çırpmaq qərarına gəlib?
Amerika Birləşmiş Ştatları (ABŞ) Silahlı Qüvvələri Mərkəzi komandanlığı (CENTCOM - məsuliyyət zonasına Yaxın Şərq daxildir) Almaniyadan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) F-16 qırıcıları eskadrilyasınının yerləşdirildiyini elan edib - elan olunan məqsəd komandanlığın məsuliyyət zonasında təcavüzün qarşısının alınmasından, təhlükəsizlik və sabitliyin təmin olunmasından ibarətdir. Bu barədə noyabrın 23-də «İsrael Defense» portalı yazıb.

«Təcavüzün» mənbəyi açıqlanmasa da, əminliklə söyləmək olar ki, söhbət İrandan gedir.

Pentaqonun rəsmi bəyanatına görə, 480-ci qırıcı eskadrilyası döyüş fəaliyyətinə hazırlıqla məşğul olacaq, istənilən anda dünyanın istənilən nöqtəsində ABŞ ordusunun qısa zamanda yerləşdirilməsini məşq edəcək.

480-ci eskadrilya Almaniyadakı «Şpanqdalem» aviabazasındakı 52-ci qırıcı avipolkunun tərkibinə daxildir. ABŞ HHQ qırıcı-bombardmançıları oradan yerüstü xtidmət personalı ilə birlikdə BƏƏ-ə göndərilib.

Nəşr F-16-ların yeni dislokasiya yerini göstərmir. Böyük ehtimalla, bu, Fars körfəzindəki ərəb monarxiyasının «Əl-Dəfrə» aviabazasıdır.

AzPolitika.info

Dünyapress TV

Xəbər lenti