Ermənistan daha iki çağırışçı əsgərin öldüyünü açıqladı
Tavuşda ölən iki əsgər ön cəbhədə olmayıb.

Bu barədə məlumatı “Sputnik Ermənistan” ilə söhbətində Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan təsdiqləyib.

Bundan əvvəl Müdafiə Nazirliyinin nümayəndələri döyüş bölgəsində çağırışçıların olmadığını bildirmişdi.

Bununla yanaşı Ovannisyan qeyd edib ki, hazırda sərhəddə hərbi əməliyyatlar gedir, buna görə nəinki ön cəbhə, bütün bölmələr döyüş şəraitindədir.

Beləliklə, aktiv hərbi əməliyyatların artması zamanı ölən erməni əsgərlərinin sayı 8 nəfərə çatıb.

Dünyapress TV

Xəbər lenti