Ardını oxu...
Böyük Britaniya Ukraynaya 600 "Brimstone" raketi göndərməyi planlaşdırır.

"Reuters" xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Estoniyadakı Tapa hərbi bazasında deyib.

“Əməliyyatlar meydanına daha 600 "Brimstone" raketi göndərəcəyik ki, bu da Ukraynanın döyüş meydanında üstünlük təşkil etməsinə kömək üçün əhəmiyyətli olacaq”, - Uolles bildirib.
 
Ardını oxu...
Almaniyanın silah istehsalçısı olan “Rheinmetall” şirkəti Ukraynaya “Leopard 1”, “Leopard 2” döyüş tanklarını, eləcə də Britaniya modeli olan “Challenger 1” döyüş tanklarını verməyə hazırdır.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “Handelsblatt” məlumat yayıb.

“Rheinmetall” Omanda çoxlu sayda Britaniya tankı alıb onları təkmilləşdirə, daha sonra isə onları Ukraynaya ötürə bilər.

“Challenger”dən başqa, “Rheinmetall” Bundesverin standart silahları olan “Leopard 1” və “Leopard 2”ni də tədarük etməyi təklif edir. Köhnə “Leopard 1” modelindən 20 əsas döyüş tankının bu il, 20 ay ərzində isə daha 80 tankın təkmilləşdirilərək satıla biləcəyi bildirilir.
 
 
 
Ardını oxu...
İrlandiya hökuməti ordunun xüsusi təyinatlılarını Kiyevə göndərməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin “The Irish Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, xüsusi təyinatlılar 2022-ci ilin avqustunda yenidən açılan İrlandiya səfirliyinin təhlükəsizliyini və səfir Tereza Hilinin şəxsi mühafizəsini təmin edəcək.

Qeyd olunur ki, mühafizəçilərin göndərilməsi məsələsi 2022-ci ildə gündəmə gətirilib.
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri Rusiyanın ən müasir tanklarından birini məhv edib.

Bu barədə görüntüləri Ukrayna Silahlı Qüvvələrinin Telegram kanalında yayıb.

Belə ki, Svatovski istiqamətində, Kuzenovka ərazisində 1 ədəd T-90 “Prorıv” tankı məhv edilib.

Bildirilib ki, bir tansk isə zədələnib.

//musavat.com
 
Ardını oxu...
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ölkəsinin Ukrayna ordusuna bu günə qədər ən əhəmiyyətli hərbi yardım paketini təhvil verəcəyini açıqlayıb.

Onun sözlərinə görə, yeni paketə zirehli evakuasiya və təmir maşınları ilə birlikdə “Challenger 2” tanklarından ibarət eskadrilya, 8 ədəd AS90 silahı da daxil olacaq.

Bundan əlavə, siyahıya 100 min artilleriya mərmisi,100 qabaqcıl raket, onlarla PUA, 100 zirehli texnika, o cümlədən “Bulldog” zirehli daşıyıcısı, Ukrayna tanklarını və zirehli maşınlarını dəstəkləmək üçün ehtiyat hissələri daxildir.

Nazir bildirib ki, Böyük Britaniya Rusiya hərbçilərinin növbəti hücumunu gözləyir. Ona görə də Ukraynanın müttəfiqləri Rusiyaya iqtisadi və hərbi təzyiq göstərmək üçün kollektiv səylərini artırmalıdırlar.

Qeyd edək ki, Böyük Britaniya ukraynalıları əsas döyüş tankları ilə təmin edən ilk Qərb ölkəsidir.
 
 
 
Ardını oxu...
“Azərbaycan ordusu 44 günlük müharibə zamanı hədəflərin 75%-ni “Bayraktar-TB2” pilotsuz uçuş aparatları ilə məhv edib”.

Bu barədə “HaberTürk” telekanalına müsahibəsində “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.

O qeyd edib ki, Türkiyə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana yaralıları təxliyyə etmək üçün helikopter verə bilməyən ölkədən, ən müasir pilotsuz uçuş aparatları verən Türkiyəyə çevrilib.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimləri Belarusda keçiriləcək.

Bu barədə Belarus Təhlükəsizlik Şurası katibinin birinci müavini Pavel Muraveyko STV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, 4 təlimdən 3-ü Belarusda baş tutacaq.

Bunlar Çevik Hərəkat Kollektiv Qüvvələrinin “Qarşılıqlı fəaliyyət”, kəşfiyyat bölmələrinin “Axtarış” və arxa cəbhənin “Eşelon” adlı təlimləridir.
Ardını oxu...
Rusiya Müdafiə Nazirliyi “Vaqner” özəl hərbi şirkətinin ardınca məhbusları səfərbər etməyə başlayıb. Bu, Ukraynada əsir düşən və 20 ilini Rusiya həbsxanalarında keçirən Leonid Obrazkovun sözlərindən məlum olub.

Onunla müsahibəni ukraynalı videobloqçu Vladimir Zolkin dərc edib.

41 yaşlı Obrazkov ilk məhkumluğunu hələ azyaşlı ikən aldığını, sonra isə oğurluq, avtomobil qaçırtması və yandırma kimi müxtəlif maddələrlə, demək olar ki, fasiləsiz həbsxanada qaldığını bildirib.

Onun sözlərinə görə, Ukraynada müharibəyə cəlbetmə koloniyanın rəis müavini vasitəsilə həyata keçirilib və o, məhkumları çağıraraq Müdafiə Nazirliyinin tələbi ilə onları “təxliyə qrupu”na qoşulmağa dəvət edib.

“Bizi “iki yüzləri” (ölü – red.), “üç yüzləri” (yaralı – red.) çıxarmaq üçün cəlb etmişdilər… Biz hamımız “Vaqner” haqqında bilirdik ki, ora getməmək daha yaxşıdır – orada hər şey sərtdir. Lakin Müdafiə Nazirliyində hər şeyin başqa olduğunu düşünürdük… Orada həqiqətən evakuasiya olduğuna daha çox inam var idi”, - deyə bildirən L. Obrazkov onlara pul vəd edildiyini də əlavə edib.

Lakin sonda səfərbər edilən məhbuslar cəbhə xəttində səngərlərdə qalıblar. Harada olduğuna dair dəqiq məlumat verilmir.

“Sizinkilər (Ukrayna hərbçiləri – red.) səngərə çıxanda gördülər ki, bizdə silah yoxdur, ümumiyyətlə heç nə. Silahların hamısı qılılmış idi. Heç qumbaralarımız da yox idi. Biz səngərdən çıxanda soruşdular: “Vaqner”? Biz: “Yox, Müdafiə Nazirliyi”. Özləri də təəccübləndilər”, - Obrazkov bildirib.

Cebhe.info
 
Ardını oxu...
Rusiyanın Belqorod vilayətində hərbi hissədə partlayış olub, ölənlər və yaralananlar var. "Report" xəbər verir ki, bu barədə Rusiyanın “112” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, yanvarın 14-də tağım komandiri, baş çavuş hərbi hissədə RQD-5 qumbarasını partladıb.
Partlayışdan sonra yanğın baş verib, alov 450 kvadratmetr ərazini əhatə edib.

İlkin məlumata görə, insident nəticəsində 3 hərbçi həlak olub, 16-sı yaralanıb, daha 8 əsgər isə itkin düşüb.

Partlayış və yanğınla bağlı cinayət işi açılıb.
 
Ardını oxu...
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Soledarda şəhər döyüşlərinin getdiyini və oraya heç kimin nəzarət etmədiyini açıqlayıb.

Bu barədə o, “Latinyna TV”nin yayımında bildirib.

“Döyüşlər gedir, çox ağır və qanlı və heç kəs onu tutmayıb, heç kəs ona nəzarət etmir. Təəssüf ki, ona həm də Ukrayna da tam şəkildə nəzarət etmir. Orada təmas döyüşləri gedir. Orada mahiyyət etibarilə şəhər qalmayıb”, – M. Podolyak vurğulayıb.

Xatırladaq ki, daha öncə Prezident Ofisinin rəhbəri Andriy Yermak Soledara heç kimin nəzarət etmədiyini bildirib. Rusiya isə şəhəri tam ələ keçirdiyini açıqlasa da, Ukrayna Ordusu bunu təkzib edib.

Dünyapress TV

Xəbər lenti