Ardını oxu...
Çin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacaq.
Teref.az “Report”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən illik silahlanmaya nəzarət konfransında deyib.
“Uzunmüddətli perspektivdə biz öz yanaşmamızı yenidən düşünməli və daha təhlükəli və rəqabətli dünyaya uyğunlaşdırmalıyıq. Bura 2035-ci ilə qədər 1500 döyüş başlığına sahib olacağı gözlənilən Çinlə əlaqə də daxildir”, - Stoltenberq bildirib.
O qeyd edib ki, Çin Xalq Respublikası qlobal güc olmaqla qlobal məsuliyyət daşıyır və o, silahlara nəzarət sazişlərində şəffaflığın və təhlükəsizliyin artırılmasından faydalanır.
 
Ardını oxu...
Ukraynada 2023-cü ilin aprelinə olan məlumata görə, 7 minə yaxın hərbçi itkin düşmüş hesab olunur.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko bildirib.

"Həqiqətən belə bir rəqəm var, yeddi mindən bir qədər çoxdur. Biz itkin düşmüş kimi axtardığımız insanların hələ də əsir qalmasına inanırıq", - Kotenko deyib.

O, dəqiqləşdirib ki, itkin düşənlərin təxminən 60-65%-i, statistikaya görə, sağdır və əsirlikdədir.
Ardını oxu...
“Vaqner” özəl hərbi şirkətinin Rusiya adına Ukraynada törətdiyi hərbi cinayətlərin və vəhşiliklərin bir qismi artıq həmin şirkətin muzdluları tərəfindən etiraf olunmağa başlayıb.

“AzPolitika.info” xəbər verir ki, Ukraynada döyüşmüş, hazırda isə Rusiyada yaşayan keçmiş “Vaqnerçi” və Putinin əfv etdiyi keçmiş məhbus Azamat Uldarov Rusiyanın Gulagu.net hüquq müdafiə təşkilatına dəhşətli faktlar açıqlayıb. Onun etirafları ilə bağlı video qısa müddətdə böyük ajiotaj yaradıb.

Uldarov həmin videoda etiraf edir ki, “vaqnerçilər” şəxsən Yevgeni Priqojinin əmri ilə Soledar və Baxmut şəhərlərində mülki əhalini – uşaq, qadın, qoca bilmədən qətlə yetiriblər: “Bizə əmr verildi ki, şəhər təmizlənməli və hamı məhv edilməlidir. Biz hamını öldürürdük. Orada qadınlar, kişilər, qocalar, uşaqlar vardı. O, sızıldayırdı. O, balaca uşaq idi, başa düşürsən? Onun 5-6 yaşı vardı, mən atəş açdım, başa düşürsən? Mən heç kimi buraxmalı deyildim, heç kimi. Əmr verilmişdi”.

“Vaqnerçi” bunları deyərkən ağlayıb.

Uldarov deyib ki, hamının həqiqəti bilməsini istəyir: “İstəyirəm ki, Rusiya və bütün dövlətlər həqiqəti bilsinlər. Mən müharibə, qan tökülməsini istəmirəm. Mən bu əllərimlə əmr yerinə yetirmişəm – uşaq öldürmüşəm”.

Keçmiş məhbus deyib ki, Ukraynada ölən “vaqnerçilər”-in çoxunun kimliyini bəlli etmək olmur və onları harada gəldi basdırırlar: “Bunlar Putinin göstərişidir. Biz Putinin zibillərini təmizləyirik. “Vaqner” qeyri-rəsmi qatillərdir, muzdlulardır. Biz əclafıq, biz heyvanıq...”

Uldarov etiraf edib ki. Basxmutda təkcə bir binanın zirzəmisində 400 nəfəri qətlə yetiriblər.

Artıq Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak “vaqnerçi”nin etiraflarına rəsmi münasibət bildirib: “Rusiya terrorçuları Baxmutda və Soledarda uşaqları öldürdüklərini etiraf edirlər. İndi söhbət “Vaqner”-dən gedir, amma bu, Rusiya ordusunun ümumilikdə Ukraynada törətdiyi cinayətlərə işıq salır. Onlar bizim uşaqlarımızı oğurlayır və qətl edirlər. Bu vəhşilər və qatillər milləti dünyanın bioloji zibilidir. Etiraf azdır, cəza lazımdır, qəddar və ədalətli! Dünya Rusiyanın sifətini görməlidir...”
Ardını oxu...
Rusiyanın muzdlu “Vaqner” qruplaşmasının rəhbəri, Prezident Vladimir Putinin aşpazı və dostu Evqeniy Priqojin Ukraynada müharibənin dayandırılmasıyla bağlı geniş yazı yayımlayıb.

Uzun müddətdir, Rusiya Müdafiə Nazirliyi ilə qarşıdurmada olan Priqojin fikrini belə əsaslandırıb: “Rusiya Donbasın böyük hissəsini ələ keçirib, Ukrayna parçalanıb, xeyli itki verib, Azov dənizinə çıxış nəzarətə götürülüb, Krıma quru yolumuz var, bəsimizdir, olanı qorumaq lazımdır”.

Politoloq Elxan Şahinoğlu bildirir ki, işğalçı müharibə başlayandan bu yana Priqojinin açıqlamalarını və müxtəlif məsələlərə reaksiyasını izləyir.

“Gəldiyim qənaət budur ki, bu şəxsin başkəsənlərin lideri kimi Ukrayna torpaqlarının işğalında və qətliamlarda rolu olsa da, zaman-zaman mövcud durumu bəzəmədən deyənlərdən biridir. Məsələn, Kremlin ruporları televiziya kanallarında müharibədə “uğurlardan” danışarkən, Ukrayna ordusunu aşağılarayarkən Priqojin “qarşı tərəf zəif deyil, müqaviməti güclüdür” deyirdi. İndi isə Priqojin deyir ki, müharibəni dayandırmaq lazımdır”, - ekspert əlavə edib.

Təhlilçi vurğulayır ki, Priqojin bəlkə də savaşda iştirak edən rusiyalı generalların açıq deyə bilmədiyini səsləndirib.

“Priqojin və onunla həmfikir olan generallar anlayırlar ki, müharibənin davamı Rusiyanın itkilərini artıracaq, ortada isə real nəticə olmayacaq”, - bildirib.

Elxan Şahinoğlu daha sonra deyib: “Priqojin onu da anlayır ki, Rusiya müharibənin dayandırıldığını elan etsə belə, Ukrayna dayanmayacaq. Çünki Kiyev müharibənin dayandırılmasını deyil, Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsini istəyir. Priqojinin təkliflərində isə işğal ərazilərini tərk etmək cümləsi yoxdur.

Priqojin Ukraynanın Rusiyanın təklifinə razılaşmayacağı halda hadisələrin iki variantda inkişaf edəcəyini proqnozlaşdırıb: “Ya Ukrayna ordusu əks-hücuma keçərək hansısa ərazilərin azad etdikdən sonra müqavimət gücü zəifləyəcək, ya da onların əks-hücumu nəticə verməyərək, biz onları Polşa sərhədinə qədər qovmağa başlayacağıq”.

Ancaq Priqojin yazısında muzdluların və Rusiya ordusunun Ukrayna ordusunu Polşa sərhədinə qədər qovacaq enerjisinin və potensilanın qalmadağına da işarə edib”.

Priqojinin yazısından hansı nəticə çıxarmaq mümkündür?

Təhliçi bir neçə variant səsləndirib: “Birincisi, “Vaqner” muzdluları və Rusiya ordusu irəliyə bilmir və itkiləri artır;

İkincisi, Priqojin Ukrayna ordusunun böyük əks-hücum əməliyyatına başlayacağına və bunun Rusiya üçün ağır nəticələri olacağına eyham vurub;

Üçüncüsü, Priqojinin təklifi bölgəyə sülh gətirməsə də, Rusiya siyasi elitasında və cəmiyyətində “müharibəni daha nə qədər davam etdirə bilərik” diskussiyalarını genişləndirəcək”.
 
Ardını oxu...
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ötən ilin martında danışıqlar üçün Belarusa gedən Ukrayna nümayəndə heyətinin tərkibində keçirdiyi günü həyatının ən pis günü adlandırıb.
Modern.az xəbər verir ki, Reznikov İspaniyanın “La Razon” nəşrinə müsahibəsində deyib.

"Prezident məndən soruşanda ona "hə" demək çox çətin idi, çünki mənim Rusiyaya qarşı dərin nifrətim var idi. Və bir danışıqlar aparan şəxs kimi bilirəm ki, bu, işləməyən bir emosiyadır. 4 görüş oldu, üçü Belarusda, biri Türkiyədə. Sizə deyim ki, ilk üçündə biz özümüzü heç təhlükəsiz hiss etmədik və hətta evə dönəcəyimizə də şübhə etdik”, - nazir bildirib.

Onun sözlərinə görə, prezident Volodimir Zelenskinin istəyi ilə müdafiə naziri olub və müharibə başa çatdıqdan sonra istefa vermək niyyətindədir.

"Qələbədən dərhal sonra təqaüdə çıxmaq və həyat yoldaşımla şəxsi evimdə yaşamağa davam etmək istəyirəm", - Reznikov əlavə edib.
 

Aprelin 15-də İranda hökumətin təşkil etdiyi "Qüds günü" aksiyaıarında Azərbaycan Respublikasına qarşı plakatlar qaldırılıb.

Bu barədə İran mediası və Azərbaycanda axtarışda olan İrana sığınmış şəxslərin sosial media kanallarında foto və videolar yayılıb.

Azərbaycan prezidenti əleyhinə yazılan şüarlarla yanaşı "Qüdsə gedən yol Bakıdan keçir" məzmunlu plakatlar qaldırılıb.

Bu, Xomeyni İranda hakimiyyətə gələndən sonra dediyi "Qüdsün yolu Kərbəladan keçir" şüarının yeni formasıdır.

Xomeyni İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə İraqın Kərbəla şəhərini almağın vacibliyini bildirirdi.

Qeyd edək ki, İran hökumətinin təşkil etdiyi "Qüds günü" aksiyaları sönük keçib. Aksiyalara SEPAH və ona bağlı yarım hərbi “Bəsic” qüvvələri, onların ailə üzvəri və azyaşlı uşaqları cəlb olunub.
Ardını oxu...
Dumanda azaraq Ermənistana keçən və ermənilər tərəfindən işgəncələrə məruz qalan əsgər Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının mühafizəsinin qətlində ittiham olunur.

Teref.az axar.az-a istinadən xəbər verir ki, ermənilər iddia edirlər ki, qətlə yetirilən mühafizəçi Hayrapet Meliksetyanın telefonu azərbaycanlı əsgərin cibində tapılıb, daha sonra əsgərimizə qətli törətdiyi “etiraf” etdirilir.

“Aravot” nəşri isə bu iddianı təkzib edən məlumat yayıb. Nəşr yazır ki, qətlə yetirilən mühafizəçinin telefonu iş yerindən uzaqda – Xotanan qəsəbəsində, magistral yolun yaxınlığında tapılıb. Nəşrin bu məlumatı əsgərimizlə bağlı iddiaya uyğun gəlmədiyi üçün dərhal digər erməni media resursları tərəfindən “feyk nyus” olaraq tirajlanıb. Lakin bu informasiya azərbaycanlı əsgərin “qətl törətdiyi” iddiasının erməni mənbəsi tərəfindən təkzibi deməkdir.

Ermənistanın məqsədi əsgər Hüseyn Axundovu qətl ittihamı ilə həbs etmək, müharibədən sonra Qarabağda saxlanılan və Bakıda həbsdə olan ermənilərlə dəyişdirməkdir.
Ardını oxu...
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.

Bu barədə APA-ya Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Ətraflı

Qeyd edilib ki, əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Ardını oxu...
Avropa Birliyi Rusiyanın “Vaqner” hərbi təşkilatı və RİA beynəlxalq xəbər agentliyini sanksiya siyahısına daxil edib.

KONKRET.az xəbər verir ki, bu barədə AB-nin rəsmi jurnalında deyilir.
 
Ardını oxu...
BMT İnsan Haqları Ali Komissarlığı bildirir ki, Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi başlanandan bəri Ukraynada 8500-dək mülki həlak olub.

Komissarlıq bildirir ki, real ölüm rəqəmi daha yüksək ola bilər.

Aprelin 11-də açıqlanmış hesabatda deyilir ki, hərbi əməliyyatlar başlanandan aprelin 9-dək 8490 mülki həlak olub və daha 14 min 244 nəfər xəsarət alıb:

“İnsan Haqları Ali Komissarlığı inanır ki, həqiqi rəqəmlər bundan xeyli yüksəkdir, çünki intensiv hərbi əməliyyatların getdiyi yerlərdən məlumatlar gecikir və bəzi məlumatlar hələ də dəqiqləşdirilir”.

Mariupol və başqa yerlər
Hesabatda qeyd olunur ki, söhbət, dinc əhali arasında çoxsaylı itkilərə dair iddialar olan, məsələn Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasna və Severodonetsk (Luhansk vilayəti) və başqa yerlərdən gedir.

Açıqlamada deyilir ki, Ukrayna hökumətinin nəzarətində və Rusiya qüvvələrinin atəşi altında olan ərazilərdə 18 min 280 ölən və yaralanan (ölü sayı 6596) olub.

Bundan başqa Rusiyanın işğalı altında olan Ukrayna ərazilərində 1894 nəfər həlak olub və 2560 nəfər xəsarət alıb.

BMT bildirir ki, 7011 mülki şəxs bilavasitə artilleriya və aviasiya bombardmanlarında ölüb. Bu hücumlar zamanı xəsarət alanların sayı isə 13 min 495 nəfərdir.

Hesabatda deyilir ki, real rəqəmlər daha yüksək olmalıdır.

Hərbi cinayətlər
Rusiya qoşunları müharibənin ilk günlərindən indiyədək Ukraynanın nəzarəti altında olan şəhər və kəndləri, yaşayış məskənlərini, habelə mülki enerji infrastrukturunu atəşə tutmaqda ittiham edilir.

Rusiya bu barədə çoxsaylı sübutların olmasına rəğmən mülki obyektlərə zərbələr endirdiyinə dair ittihamları rədd edir.

Bu ayın əvvəlində BMT-nin İnsan Haqları Şurası əksəriyyətin səs çoxluğu ilə müdaxilə zamanı törədilmiş hərbi cinayətləri araşdıran qurumun mandatının uzadılması barədə qərar qəbul edib.
Ardını oxu...
Ermənistan tərəfinin təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin adları açıqlanıb.

Bunlar Artur Avetisi Saakyan (1999-cu il təvəllüdlü), Mkrtiç Armeni Arutyunyan (1989-cu il təvəllüdlü), Henrik Vaçaqani Koçaryan (1997-ci il təvəllüdlü) və Narek Qagiki Sarkisyandır (1994-cü il təvəllüdlü).

Qeyd edək ki, təxribat nəticəsində daha 6 erməni hərbçi yaralanıb.

Dünyapress TV

Xəbər lenti