1617789147_1617781399_0001.jpg

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Təvəkkül Qadıyevin yaxınları onun işgəncəyə məruz qaldığını deyirlər. Onların sözlərinə görə, müəssisənin rəis müavini Eldəniz Həziyev Təvəkkül Qadıyevi kabinetinə çağıraraq rüşvət istəyib, o, etiraz edəndə isə döyüb.

Bu barədə məhbusun anası Əfruz Abdullayeva Meydan TV-yə danışıb.

Əfruz Abdullayeva bildirib ki, martın 28-də Cəzaçəkmə Müəssisəsinin rəis müavini Eldəniz Həziyev oğlunu kabinetinə çağırıb və ondan pul istəyib:

“Səbəb kimi də göstərib ki, kamera yoldaşının yanına gələnlərlə bir yerdə oturub çörək yemisən. Məgər çörək yeməyə görə rüşvət verərlər? Oğlum da and-anam edib ki, onun yanına görüşə gəlməyiblər, elə bunu söyləyib və ondan sonra Eldəniz Həziyev uşağı döyüb. Uşağımın vəziyyəti çox ağır olub, burnunun qanını kəsmək olmurmuş. Eldəniz Həziyev illərdi uşağa zülm edir”.

Əfruz Abdullayeva baş verən hadisə haqqında dövlət başçısı İlham Əliyevə, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət etdiyini deyib:

“Təəssüf ki, Gəncə şəhər prokuroruna məktub göndərsəm də, heç bir reaksiya yoxdur”.

Əfruz Abdullayeva oğlunun həbsini də qanunsuz sayır:

“Oğlumu quldurluq maddəsilə ittiham edərək həbs etdilər. İstintaq və məhkəmə prosesi zamanı rüşvət istədilər ki, cəzası yüngül olsun, amma kreditim olduğundan alınmadı”.

O, pandemiya səbəbindən oğluyla 2 il əvvəl görüşdüyünü bildirib.

28 yaşlı Təvəkkül Qadıyev 2014-cü ildə həbs olunub. O, Cinayət Məsəlləsinin 181.1 maddəsilə ilə (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın- əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ittiham olunaraq 9.6 il azadlıqdan məhrum edilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-yə bildirib ki, Əfruz Abdullayevanın qurumun rəisi Ceyhun Həsənova müraciəti ətraflı araşdırılacaq:

“Ona görə indidən nəsə söyləmək doğru olmazdı”.

Bölmənin digər xəbərləri

12 Aprel 2021 “Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?
12 Aprel 2021 "Maaşlarımız verilmir, prezidentin ayırdığı vəsaiti İlham mənimsəyir" - Şirvan Xəstəxanasından Etiraz
12 Aprel 2021 Cəlilabadda qazılan qanunsuz göl QALMAQALA SƏBƏB OLDU…
12 Aprel 2021 Sən məni tutdura bilmərsən, Vaqif Həsənov..." - Şəhid övladı ÜSYAN ETDİ
12 Aprel 2021 Bərdədə ekoloji terror – Qanunsuz tikilən körpü bir kəndi su altında qoya bilər
12 Aprel 2021 mişli prokurorluğundan və polisindən prezidentə ŞİKAYƏT
12 Aprel 2021 Qəbiristanlıqda kartof əkən şəxs bu dəfə qanunsuz göl yaratdı-CƏLİLABADDA QALMAQAL…
12 Aprel 2021 Kərəm Həsənova maraqlı sual: daydayın “meydan tv” ilə nə əlaqəsi?-ŞOK
12 Aprel 2021 14 il əvvəl ləğv olunan qurum 1,1 milyon manatlıq tender keçirib? – FOTOFAKT
11 Aprel 2021 MƏDƏNIYYƏT İDARƏSININ RƏISI QARŞIDURMA YARATDI-ŞOK OLAY
11 Aprel 2021 NAZIRLIYIN BEŞ AYDA AYIRDIĞI IKI MILYON YUXARI ŞIRVAN KANALINDA BELƏ “YUYULUR”
11 Aprel 2021 Fuad Mayılov "fenomeni", YPX-dən günlük tələblər - BDYP-də nə baş verir?
11 Aprel 2021 Nərimanov rayon prokuroru və müavini yol hərəkəti qaydalarını kobud surətdə pozdular - VİDEO
10 Aprel 2021 Ağdamda dövlətin 2 milyonu "YOXA ÇIXDI" - Məmurların büdcə"OYUNU"....
10 Aprel 2021 Gigiyena və Epidemiologiya Mərkəzində NƏ BAŞ VERİR? - İDDİA
10 Aprel 2021 "BAXIN, SÜBUT EDİRƏM İCRA BAŞÇISI İNSANLARI NECƏ ALDADIB" - Jurnalist Cəmil Məmmədlinin məhkəməsindən
10 Aprel 2021 Şəmkir rayon M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbin direktoru ancaq öz qanunları ilə işləyir.. - İDDİA
10 Aprel 2021 Rafil Hüseynov Şəhid Ailəsinə qarşı... - NARAZILIQ!
10 Aprel 2021 “ATU-nun həkimi «New med”lə əlbir olub, xəstələri soyur” – 350 manatlıq biopsiya…
10 Aprel 2021 Suraxanıda COVİD-19-la bağlı dəhşət saçan qalmaqal- Abşeronun icra başçısı İradə Gülməmmədovanın bacısı, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın 500 COVİD vaksini ilə bağlı bağışlanmaz cinayəti

Dünyapress TV

Xəbər lenti