İsmət Abbasov da HƏBS OLUNACAQMI? - İDDİA
Uzun illər müxtəlif şərab zavodlarında, tütün kombinatlarında rəhbər vəzifələrdə çalışan İsmət Abbasov 1997-2004-cü illərdə Kənd Təsərrüfatı nazirinin 1-ci müavini, 2004-cü ildən 2013-cü ilə kimi isə Kənd Təsərrüfatı naziri olmuşdur. Onun qədər Azərbaycan tarixində aqrar sahəyə ziyan vuran, hətta məhv edən ikinci vəzifəli şəxs olmamışdır.
Dəfələrlə Prezident İlham Əliyev cənabları qeyri-neft sektorunun inkişafının çox vacib olduğunu, aqrar sahənin inkişafının önəmli olduğunu dönə-dönə vurğulayıb və büdcədən aqrar sahənin inkişafı üçün külli miqdarda vəsait ayırıb.
Ancaq təəssüf ki, İsmət Abbasov kimi nazirlər bu pulları mənimsəyiblər. Təksə fermerlərə, sahibkarlara ayrılan 100 milyonlarla subsidiyanın böyük hissəsini İsmət Abbasov və yaxın ətrafı oğurlayıb.
Bu gün həmin pullar Londonda sabiq nazirin oğlu Yunus Abbasovun şirkətlərinin hesabındadır. 1985 təvəllüdlü bu cavan oğlan görəsən bu 100 milyonları necə qazanıb, Londondakı ən bahalı mülkləri hansı pulla alıb ?
Bu gün Avropanın bir çox şəhərlərində İsmət Abbasovun dövlətdən oğurladığı pulların dövr etdiyi biznes qurumları var.
Təkcə birini qeyd edək. Təsəvvür edirsiniz İsmət Abbasov əvvəllər Afrikadan briliyant gətirirdi. Sonra bəzi generallar ilə sövdələşib Afrikada briliyant biznesi qurdu. Və bugün də həmin biznes davam edir.

İsmət Abbasovla bağlı daha bir rüsvayçı detal.

Deməli, İsmət Abbasov onun yanına iş üçün gələnlərə telefonda “parol” deyirmiş: Saat neçədə gələ bilərsən..? Bizim vaxtla olmasın ha...
İsmət Abbasov bizim vaxtla, yəni manatla rüşvət almırdı, ancaq ABŞ vaxtı ilə, yəni dollarla rüşvət alırdı.
Bax bu rüsvayçı nazir sonuncu müsahibəsində nə desə yaxşıdır:
Koronavirus pandemiyası Allahın insanlara imtahanıdır:
Hazirda namaz qılıram, ibadət edirəm.Özüm həmçinin Həcc ziyarətində də olmuşam. Allaha inanmaq lazımdır. Görürsünüz bu gün dünyanı koronavirus bürüyüb. O qədər əyri-əskik işlər oldu ki, bunlar onun nəticəsidir. Bu gün varlı da, kasıb da evə sığınıb.Varlıların pulu da onların köməyinə çatmır. Elə imkanlı şəxslər, nazirlər var ki, imkanları olduğu halda xaricə gedib, özlərini müalicə etdirə bilmirlər.
Buna deyən yoxdur ki, Allah sənin kimilərin namazını, duasını qəbul etmir. Sizlər dövlətin milyonlarını talamısınız.
Aqrolizinq adı ilə neçə yüz milyon talamısan, cənab Abbasov ?
Prezident o pulları ayırmışdı ki, sahibkarlara texnika alınsın, aqrar sahə inkişaf etdirilsin, yeni iş yerləri açılsın və s. Amma sən neylədin ? O pullar indi hansı radikal dini sektaya xərclənir?
Deyirsən, Həcc ziyarətində olmuşam. İndi sənin 1 saylı Şərab zavodunu necə ələ keçirməyini yazaqmı, Həci İsmət Abbasov..?
Həci hara, Şərab zavodu hara ?
Bəlkə bir neçə il əvvəl Ermənistandan necə məzar köçürməyini yazaq ?
İsmət Abbasovla bağlı araşdırmamız davam edir. //gundelik-baku.com//

Bölmənin digər xəbərləri

12 Aprel 2021 “Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?
12 Aprel 2021 "Maaşlarımız verilmir, prezidentin ayırdığı vəsaiti İlham mənimsəyir" - Şirvan Xəstəxanasından Etiraz
12 Aprel 2021 Cəlilabadda qazılan qanunsuz göl QALMAQALA SƏBƏB OLDU…
12 Aprel 2021 Sən məni tutdura bilmərsən, Vaqif Həsənov..." - Şəhid övladı ÜSYAN ETDİ
12 Aprel 2021 Bərdədə ekoloji terror – Qanunsuz tikilən körpü bir kəndi su altında qoya bilər
12 Aprel 2021 mişli prokurorluğundan və polisindən prezidentə ŞİKAYƏT
12 Aprel 2021 Qəbiristanlıqda kartof əkən şəxs bu dəfə qanunsuz göl yaratdı-CƏLİLABADDA QALMAQAL…
12 Aprel 2021 Kərəm Həsənova maraqlı sual: daydayın “meydan tv” ilə nə əlaqəsi?-ŞOK
12 Aprel 2021 14 il əvvəl ləğv olunan qurum 1,1 milyon manatlıq tender keçirib? – FOTOFAKT
11 Aprel 2021 MƏDƏNIYYƏT İDARƏSININ RƏISI QARŞIDURMA YARATDI-ŞOK OLAY
11 Aprel 2021 NAZIRLIYIN BEŞ AYDA AYIRDIĞI IKI MILYON YUXARI ŞIRVAN KANALINDA BELƏ “YUYULUR”
11 Aprel 2021 Fuad Mayılov "fenomeni", YPX-dən günlük tələblər - BDYP-də nə baş verir?
11 Aprel 2021 Nərimanov rayon prokuroru və müavini yol hərəkəti qaydalarını kobud surətdə pozdular - VİDEO
10 Aprel 2021 Ağdamda dövlətin 2 milyonu "YOXA ÇIXDI" - Məmurların büdcə"OYUNU"....
10 Aprel 2021 Gigiyena və Epidemiologiya Mərkəzində NƏ BAŞ VERİR? - İDDİA
10 Aprel 2021 "BAXIN, SÜBUT EDİRƏM İCRA BAŞÇISI İNSANLARI NECƏ ALDADIB" - Jurnalist Cəmil Məmmədlinin məhkəməsindən
10 Aprel 2021 Şəmkir rayon M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbin direktoru ancaq öz qanunları ilə işləyir.. - İDDİA
10 Aprel 2021 Rafil Hüseynov Şəhid Ailəsinə qarşı... - NARAZILIQ!
10 Aprel 2021 “ATU-nun həkimi «New med”lə əlbir olub, xəstələri soyur” – 350 manatlıq biopsiya…
10 Aprel 2021 Suraxanıda COVİD-19-la bağlı dəhşət saçan qalmaqal- Abşeronun icra başçısı İradə Gülməmmədovanın bacısı, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın 500 COVİD vaksini ilə bağlı bağışlanmaz cinayəti

Dünyapress TV

Xəbər lenti