1613979811_1613976767_0001.jpgDoğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə ittiham olunan Nürəngiz Bəşirova Beyləqan rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib...

Beyləqandan PİA.Az-a daxil olan məlumata görə ötən gün rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edilib. Yeni baş həkimin adı isə rayon sakinlərini şoka salıb. Belə ki, TƏBİB tərəfindən Beyləqan rayon Mərkəzi xəstəxanansının baş həkimi vəzifəsinə adı daim mətbuatın gündəmindən düşməyən qalmaqallı Nürəngiz Bəşirova təyin edilib.

Qeyd edək ki, Nürəngiz Bəşirova yol verdiyi ciddi nöqsanlara görə 2 dəfə Xocavənd rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib. Hətta Nürəngiz Bəşirovaya ilk dəfə 2005-ci ildə Ağcabədi Rayon Prokurorluğunda xəstəxanının bir neçə əməkdaşı ilə bərabər cinayət işi açılıb. Cinayət məcəlləsinin 179.2.3 və 313 maddələri ilə təqsirləndirilən Nürəngiz Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə ittiham edilirdi.

4 il öncə isə yol verdiyi ciddi nöqsanlara görə ikinci dəfə Xocavənd rayon xəstəxanasının baş həkimi vəzifəsindən çıxarılan Nürəngiz Bəşirova 2 ildən sonra yenidən işinə qaytarılıb. Yol verdiyi ciddi nöqsanlara görə haqqında cinayət işi açılan və iki dəfə işdən çıxarılan Nürəngiz Bəşirovanın təkrar baş həkim vəzifəsinə təyinat almasında isə Xocavənd rayon icra başçısı Eyvaz Hüseynovun rolunun danılmaz olduğu deyilir.

PİA.AZ-a verilən məlumatda qeyd edilir ki, 4 aydan çoxdur ki, Xocavənd rayon sakinlərindən ibarət çoxsaylı şikayətçilər Nürəngiz Bəşirova ilə bağlı Prezident Adminstrasiyasına, Səhiyyə Nazirliyinə, TƏBİB-ə və digər qurumlara müraciətlər edərək xanım baş həkimin rayon mərkəzi xəstaxanasında yaratdığı özbaşınalıqla bağlı məlumatlar verirdilər. Məhz xanım baş həkim ondan edilən çoxsaylı şikayətlərdən sonra hakimiyyətin yuxarı dairələrinin qəzəbindən qurtulmaq üçün iş yerini dəyişərək Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyinat alıb.

PİA.az-a məlumat verən mənbə iddia edib ki, Nürəngiz Bəşirova Beyləqan Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilməsi üçün külli miqdarda xərc çəkib.

TƏBİB-in bu qalmaqallı təyinatı necə şərh edəcəyi isə maraq doğurur. Çünki hər bir beyləqanlı bu gün sual edir: Beyləqanda normal bir mütəxəssis yox idi ki, Ramil Bayramlı adı onlarla qalmaqalda, korrupsiyada keçən bir şəxsi Xocavənddən gətirib Beyləqana baş həkim təyin etdi?..

 

Bölmənin digər xəbərləri

28 Fevral 2021 Son dəqiqə: İmişli sakinləri prezidentə və baş prokurora müraciət etdilər-Video 27 Fevral 2021 Admin
28 Fevral 2021 FIZULIDƏ SAXTA DIPLOMLULARIN SAXTA ƏMƏLLƏRI FOTO
28 Fevral 2021 Qədim Qubanın müasir günü - I hissə... (kadr siyasəti...) VİDEO
28 Fevral 2021 "Baku Medical Plaza"da ölüm hadisəsi - Həkim səhvinin qurbanı, yoxsa?...
27 Fevral 2021 İcra başçısı müavininə nəzarət edə bilmir? - Prezidentə müraciət olundu
27 Fevral 2021 Ukrayna səfirliyimizdən BİABIRÇI TƏNBƏLLİK... - Özlərinə əziyyət vermək istəməyiblər...
27 Fevral 2021 Şeyxin adı rüşvət qalmaqalında – QMİ məscidi qeydiyyata almaq üçün 2 min manat istəyib?
27 Fevral 2021 Gömrük Komitəsi generalının qardaşı oğlu olmaq imtiyazdır? - İDDİA
27 Fevral 2021 Xalq Prezidentin İradə Gülməmmədovanı cəzalandırmasını gözləyir - Hər rayonun öz "BABƏK"i var
27 Fevral 2021 Şəmkir bələdiyyə sədri arxiv sənədlərini niyə saxta adlandırıb?
26 Fevral 2021 "Hər dəfə deyirdilər ki, başçı yerində yoxdur..." - GİLEY
26 Fevral 2021 Vətən müharibəsinin işdirakçısından “Poleks MMC” tikinti şirkətinə etiraz: - Benzin töküb hərbi biletimi yandıracam
26 Fevral 2021 Gündüz Mürsəlovun Masallı təyinatı və himayədarları
26 Fevral 2021 Əhəd Abıyev “çamadan əhlal-ruhiyyəsində”dir… - Cənab icra başçısı “veş-vüş”lərini qablaşdırır
26 Fevral 2021 "İdrak" cavab verdi, valideyin iddiaları "yalan" adlandırdı
26 Fevral 2021 Vətəndaşları cərimələyən polislər bu dəfə özləri qaydanı pozdu – VİDEO
25 Fevral 2021 Şimal və Cənubu birləşdirən 45 km-lik SAHİL TAĞIYEV yolunda mənimsənilən MİLYONLAR....
25 Fevral 2021 Gülməmmədovanın çəmbəri daralır: bacıoğlunu da qurban verən başçıdan şok - Faktlar
25 Fevral 2021 "Zakir Fərəcovun "İdrak" liseyində nə baş verir?" - Valideyn yazır
25 Fevral 2021 Heybət İmanovun adı QALMAQALDA... - Keçmiş müdirini bıçaqlatdırmaq üçün “kömək istəyib”

Dünyapress TV

Xəbər lenti