Cavid Qurbanovun “sağ əli”ndən dövlətə meydan oxuyan TƏMTƏRAQ: -
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun əsas adamlarından biri sayılan Qalib Məmmədov ölkə prezidentinin xəbərdarlığına məhəl qoymur.

Yenicag.az xəbər verir ki, “KDY Logistics” şirkətinin Azərbaycan qrupunun Direktorlar Şurasının sədri Qalib Məmmədov erməni işğalından azad edilmiş Qubadlıda qurduğu məclislə özünü diqqət mərkəzinə gətirib.

Qubadlıda zəngin süfrə qurduran və əsgərlərimizin qabağında hazır dayandığı Məmmədov bölgənin işğaldan azad olunmasını özünün və patronunun yeni biznes planlarının dəyərləndirilməsi fonunda “qeyd edib”.

“KDY Logistics” rəhbərinin bu təmtərağı prezident İlham Əliyevin azad edilmiş Şuşaya səfəri zamanı sərgilədiyi təvazökarlığı bir daha göz önünə gəririr. Dövlət başçısının Şuşada bəzi məkanlara baş çəkdikdən sonra Cıdır düzündə əyləşdiyi sadə çay süfrəsini hər kəs xatırlayır.

Yəni prezident belə müzəffər Ali Baş Komandan olaraq, Şuşada ehtiyac görmədiyi təmtərağı Cavid Qurbanovun “sağ əli” sayılan Qalib Məmmədov Qubadlıda özünə rəva görür. Bununla da dövlətə meydan oxumaqdan çəkinmir.

Prezident İlham Əliyevin Şuşada “şöbə açmaq istəyən” bir sıra nazirlərə məlum iradı hələ də müzakirə olunmaqdadır. Lakin buna baxmayaraq, Qalib Məmmədov kimi məmurlar dövlət başçısının xəbərdarlığına məhəl qoymayaraq, azad edilmiş bölgələrimizdəki füsunkar yerləri özlərinin “eyş-işrət zonaları”na çevirmək haqda düşünürlər.

Ancaq bu kateqoriyaya aid məmurlar və onların kölgəsində daldalanan iş adamları hər bir hərəkətlərinin ictimai nəzarət altında olduğunu və bu meydan oxuyan davranışlara görə cavab verəcəkləri saatın yetişəcəyini unutmasınlar!

Bölmənin digər xəbərləri

28 Fevral 2021 Son dəqiqə: İmişli sakinləri prezidentə və baş prokurora müraciət etdilər-Video 27 Fevral 2021 Admin
28 Fevral 2021 FIZULIDƏ SAXTA DIPLOMLULARIN SAXTA ƏMƏLLƏRI FOTO
28 Fevral 2021 Qədim Qubanın müasir günü - I hissə... (kadr siyasəti...) VİDEO
28 Fevral 2021 "Baku Medical Plaza"da ölüm hadisəsi - Həkim səhvinin qurbanı, yoxsa?...
27 Fevral 2021 İcra başçısı müavininə nəzarət edə bilmir? - Prezidentə müraciət olundu
27 Fevral 2021 Ukrayna səfirliyimizdən BİABIRÇI TƏNBƏLLİK... - Özlərinə əziyyət vermək istəməyiblər...
27 Fevral 2021 Şeyxin adı rüşvət qalmaqalında – QMİ məscidi qeydiyyata almaq üçün 2 min manat istəyib?
27 Fevral 2021 Gömrük Komitəsi generalının qardaşı oğlu olmaq imtiyazdır? - İDDİA
27 Fevral 2021 Xalq Prezidentin İradə Gülməmmədovanı cəzalandırmasını gözləyir - Hər rayonun öz "BABƏK"i var
27 Fevral 2021 Şəmkir bələdiyyə sədri arxiv sənədlərini niyə saxta adlandırıb?
26 Fevral 2021 "Hər dəfə deyirdilər ki, başçı yerində yoxdur..." - GİLEY
26 Fevral 2021 Vətən müharibəsinin işdirakçısından “Poleks MMC” tikinti şirkətinə etiraz: - Benzin töküb hərbi biletimi yandıracam
26 Fevral 2021 Gündüz Mürsəlovun Masallı təyinatı və himayədarları
26 Fevral 2021 Əhəd Abıyev “çamadan əhlal-ruhiyyəsində”dir… - Cənab icra başçısı “veş-vüş”lərini qablaşdırır
26 Fevral 2021 "İdrak" cavab verdi, valideyin iddiaları "yalan" adlandırdı
26 Fevral 2021 Vətəndaşları cərimələyən polislər bu dəfə özləri qaydanı pozdu – VİDEO
25 Fevral 2021 Şimal və Cənubu birləşdirən 45 km-lik SAHİL TAĞIYEV yolunda mənimsənilən MİLYONLAR....
25 Fevral 2021 Gülməmmədovanın çəmbəri daralır: bacıoğlunu da qurban verən başçıdan şok - Faktlar
25 Fevral 2021 "Zakir Fərəcovun "İdrak" liseyində nə baş verir?" - Valideyn yazır
25 Fevral 2021 Heybət İmanovun adı QALMAQALDA... - Keçmiş müdirini bıçaqlatdırmaq üçün “kömək istəyib”

Dünyapress TV

Xəbər lenti