FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsi Cəbrayıl Xanlarovun oğlunun göz qamaşdıran sərvəti- SİYAHI/ FOTOFAKT
İngiltərədə nəşr olunan rusdilli "Англия" qəzeti onu öz oxucularına "gənc biznesmen" kimi tanıdıb: "Valideynlərim məni 15 yaşımda İngiltərəyə göndərdilər".
Teref.az xəbər verir ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkələrdə yazıb.
Daha sonra Cavanşir Həsənli yazır, 15 yaşlı Nazim Londondakı illik təhsil haqqı 15 funt-sterlinq və ya 33 min manat olan Mander Portman Woodward yatılı kollecində 2 il oxuyub. Daha sonra o, Londondakı Regents Universitetində təhsil alıb. Burada illik təhsil haqqı (bura yaşam və digər xərclər aid deyil) 21 min funt sterlinq, yaxud 47 min manat təşkil edir.
1613828735_1.jpg
Təbii ki, Londonda təkcə təhsil haqları ümumilikdə 250 min manata çatan tələbə sıradan biri deyil və qəzetin onun atasının kimliyi barədə məlumatsız olan oxucuları üçün Nazimin "uğur tarixçəsi" qibtə doğura bilər.
Nazimin atası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsi Cəbrayıl Xanlarovdur.
Cəbrayıl Xanlarovun babasının adını daşıyan Nazim 20 yaşında tələbə ikən Londondakı digər məmur balalarından geri qalmırdı və şirkətləri vardı.
2014-cü ilin aprelində o, Slovakiyadan olan tələbə dostu David SKIRKANIC-i özünə ortaq seçərək SHARK&SHARK LTD-ni təsis edib.
Elə həmin ilin dekabrında Nazim Azərbaycandan olan digər dostu Javlonbek YULDASHEV ilə birlikdə FRIENDS AND BROTHERS LIMITED-i qeydiyyatdan keçirib. Şirkət Londonun zəngin məhəllələrindən olan Somali Road 34b ünvanındakı təmtəraqlı villada hüququ qeydiyyatdadır.
2015-ci ilin əvvəlində Nazım Əli adlı dostu və Britaniya vətəndaşı Zorab Əfəndi ilə birlikdə Britaniyada üçüncü şirkətini qeydiyyatdan keçirir. O bu dəfə özünü xalça ticarətində sınayır. ALNAZO LİMİTED ortaqların adlarının (ALiNAzimZOrab) birləşməsini ifadə edir.
1613828783_12.jpg
1613828730_13.jpg
Nazimin Londondakı 4-cü şirkəti - SYNTAXIS GROUP LIMITED 2016-cı ildə təsis olunub. Bu şirkət meyvə şirələrinin, mineral suların və sərinləşdirici içkilərin topdan satışı ilə məşğul olub, FHN şefi Kəmaləddin Heydərova aid "Jalə" biznesinin Londondakı bir qoludur.
ALNAZO LİMİTED-in qeydiyyatda olduğu
London, Spenlow Apartments 24, Wenlock Road ünvanı Britaniya mənbələrində Nazim Xanlarovun qeydiyyat ünvanı kimi də göstərilir. Bu mənzil 2014-cü ildə 642 funt-sterlinqə alınıb, 2017-ci ildə kirayəyə verilib, ötən ilin iyulundan 825 min funt-sterlinqə yenidən satışa çıxarılıb.
Əlbəttə, Londonda kolluğa baş vurmaq hər oğulun işi deyil, Nazim atasının tikintidə təhlükəsizliyə görə cavabdehlik daşıdığı vəzifəsinin hesabına Britaniyada qurduğu şirkətlərlə tezliklə vidalaşmalı oldu.
1613828741_14.jpg
1613828718_15.jpg
Cəbrayıl Xanlarov vaxtilə Gömrük Komitəsinin “Azərterminlakompleksdə” işləyib. Gömrük Xidməti mayoru olduğu bildirilir. FHN yaranandan sonra, 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib.
2015-ci ildə dövlət başçısının göstərişi ilə Cəbrayıl Xanlarovun Bilgəhdəki 3 mərtəbəli nəhəng villası sökülmüşdü. Amma agentlik rəhbəri həyat yoldaşının adına olan imarəti (564 kv.metr) sonradan yenidən tikdirdi.
Qəbələnin Bum kəndində 1 hektarlıq ərazidə sahəsinə görə sökülən imarətindən geri qalmayan daha bir villa (541.22 kv.m.) Nazimin adına ucaldıldı.
Nazim Xanlarovun 18 yaşında Bakıda qurduğu animasiya şirkəti - PROSPER CARTON STUDİO (https://www.prosper.az/) isə İngiltərə, Hollandiya və Belçikaya kimi fəaliyyətini genişləndirib. Ən maraqlısı reklam və multiplikasiya biznesində Nazimin şirkətinin 3 milyon funt-sterlinqlik (!) büdcəyə sahib olmasıdır.
1613828743_21.jpg
1613828748_22.jpg
Cəbrayıl Xanlarov sürtgü yağlarının, filtrlərin və soyuducu mayelərin Azərbaycana əsas idxalçılarından biridir, ölkədə onun övladlarına məxsus biznesin əsas özəyini servis və yağlama mərkəzləri təşkil edir.
Bakıdakı MAYSON CAR CLUB avto-servis şəbəkəsi Cəbrayıl Xanlarovun oğluna məxsusdur, avtoklubun Bakı şəhərində 4 servis mərkəzi var.
1613828719_3.jpg
1613828751_4.jpg
1613828715_5.jpg
1613828724_6.jpg
1613828719_7.jpg
1613828751_8.jpg
1613828732_9.jpg

Bölmənin digər xəbərləri

28 Fevral 2021 Son dəqiqə: İmişli sakinləri prezidentə və baş prokurora müraciət etdilər-Video 27 Fevral 2021 Admin
28 Fevral 2021 FIZULIDƏ SAXTA DIPLOMLULARIN SAXTA ƏMƏLLƏRI FOTO
28 Fevral 2021 Qədim Qubanın müasir günü - I hissə... (kadr siyasəti...) VİDEO
28 Fevral 2021 "Baku Medical Plaza"da ölüm hadisəsi - Həkim səhvinin qurbanı, yoxsa?...
27 Fevral 2021 İcra başçısı müavininə nəzarət edə bilmir? - Prezidentə müraciət olundu
27 Fevral 2021 Ukrayna səfirliyimizdən BİABIRÇI TƏNBƏLLİK... - Özlərinə əziyyət vermək istəməyiblər...
27 Fevral 2021 Şeyxin adı rüşvət qalmaqalında – QMİ məscidi qeydiyyata almaq üçün 2 min manat istəyib?
27 Fevral 2021 Gömrük Komitəsi generalının qardaşı oğlu olmaq imtiyazdır? - İDDİA
27 Fevral 2021 Xalq Prezidentin İradə Gülməmmədovanı cəzalandırmasını gözləyir - Hər rayonun öz "BABƏK"i var
27 Fevral 2021 Şəmkir bələdiyyə sədri arxiv sənədlərini niyə saxta adlandırıb?
26 Fevral 2021 "Hər dəfə deyirdilər ki, başçı yerində yoxdur..." - GİLEY
26 Fevral 2021 Vətən müharibəsinin işdirakçısından “Poleks MMC” tikinti şirkətinə etiraz: - Benzin töküb hərbi biletimi yandıracam
26 Fevral 2021 Gündüz Mürsəlovun Masallı təyinatı və himayədarları
26 Fevral 2021 Əhəd Abıyev “çamadan əhlal-ruhiyyəsində”dir… - Cənab icra başçısı “veş-vüş”lərini qablaşdırır
26 Fevral 2021 "İdrak" cavab verdi, valideyin iddiaları "yalan" adlandırdı
26 Fevral 2021 Vətəndaşları cərimələyən polislər bu dəfə özləri qaydanı pozdu – VİDEO
25 Fevral 2021 Şimal və Cənubu birləşdirən 45 km-lik SAHİL TAĞIYEV yolunda mənimsənilən MİLYONLAR....
25 Fevral 2021 Gülməmmədovanın çəmbəri daralır: bacıoğlunu da qurban verən başçıdan şok - Faktlar
25 Fevral 2021 "Zakir Fərəcovun "İdrak" liseyində nə baş verir?" - Valideyn yazır
25 Fevral 2021 Heybət İmanovun adı QALMAQALDA... - Keçmiş müdirini bıçaqlatdırmaq üçün “kömək istəyib”

Dünyapress TV

Xəbər lenti