20 milyonluq villa tikən Zakir Həsənov şəhidləri bataqlığa gömüb: ailələri üsyan edir - Video
Həyatın dəhşətli ironiyasına bax: müdafiə naziri Zakir Həsənov Bakının Yasamal ərazisində 20 milyonluq villa tikdirib.
Amma Yasamaldan və digər yerlərdən olan şəhidlərimiz bu ərazidə yox, Qaradağın çöllüklərində, bataqlığında, urvatsız şəkildə dəfn olunub.
Anaxeber.info-nu buna yazmağa məcbur edən fakt ötən axşam Qaradağdakı bataqlıqda basdırılan Vətən müharibəsi şəhidlərinin qəbirlərini su basması, bu səbəbdən ailələrinin etiraza qalxması, gecə saatlarına qədər gərginliyin davam etməsidir.
Ağılasığmaz, hiddət doğuran mənzərəydi və bütün sosial şəbəkə bu hadisədən danışırdı, məzarlıqdan canlı yayım verilirdi.
Şəhid ailələrinin bir tələbi vardı - məzarlar bu bataqlıqdan köçürülsün, Qarabağ savaşının qəhrəmanları II Fəxri Xiyabanda adlarına layiq dəfn olunsunlar.
Z.Həsənovun özünə villa tikməyə layiq bilmədiyi həmin çöllük-biyabanlığı şəhidləri rəva görməsi qəzəb doğurmaya bilməzdi.
Ona görə də gecə saatlarına qədər vətən üçün canından keçənlərin yaxınları qəbiristanlıqdan çıxmır, üsyan edir, məmurları lənətləyir, harın və milyonçu balalarına alov püskürür, onlara öz aqibətlərini arzulayırdılar.
Bütün bu qandonduran münasibəti və reaksiyaları ifadə etmək son dərəcə ağırdır, video kadrları baxmaq kifayət edir ki, şəhid ailələrinin nə hiss etdiklərini anlayasan.

Ancaq nə məsul şəxslər, nə Müdafiə Nazirliyinin rəsmiləri özlərində bir güc tapıb bu rüsvayçılığa cavab verirlər. Hal bu ki, onlar elə gecəylə şəhidlərin uyuduğu məzarlığa gəlməli, izahat verməliydilər.
Görüntülərdən aydın olur ki, qəbirləri su basıb, biabırçı vəziyyət yaranıb, qəbir daşlarını qaldıranda gölməçə ilə qarşılaşırsan.
Bu da səbəbsiz deyil, o qəhrəmanları elə bir bataqlığa, kimsəsiz yerə gömüblər, heç düşmən bəlkə belə etməz. Bununla da şəhid ailələrinin yarasının üstünə sanki duz basıblar.
Hərgah onlar dövlətdən diqqət, ehtiram gözləyir, məhz bu igidlərin sayəsində işğala son qoyulduğu üçün ölkənin ən mötəbər yerində dəfn olunmalarını istədikləri halda şəhidləri zibillikdə dəfn ediblər.
Ən utandırıcı hal odur ki, şəhid ailələri müdafiə nazirinin əraziyə gəlməyini gözlədiyi halda Zakir Həsənov isti kabinetindən çıxmadı.
Şəhid ailələrinin sözlərinə görə, onlara ayrı-ayrı elçilərin diliylə müzakirə getdiyi, müşavirə olduğu xəbər verilib. Amma hələ ki köçürülmə prosesi barədə hər hansı rəsmi qərar yoxdur.
Anaxeber.info bildirir ki, şəhid ailələrinin üsyanı Azərbaycan adına başucalığı gətirmir. Ordusu qalib ölkənin şəhid ailələrinin, qazilərin problemlərinin günbəgün artması, narazılıqların, şikayətlərin çoxalması heç də hakimiyyətə divident qazandırmır.
Əksinə, müharibədəki zəfərdən yığılan xalları xərcləməkdə olan siyasi hakimiyyət tezliklə bu boşluqları aradan qaldırmalıdır.
Gah hərbçilərin maaşları azaldılır, gah şəhid ailələri, qazilər narazı salınır, gah da şəhidlərin plakatları sökülür.
İndi də məlum olur ki, bu azmış kimi şəhidləri Qaradağın künc-bucağında, hansısa palçığın, bataqlığın içində basdırıblar. Z.Həsənov bu faktdan sonra istefa verməliydi!
Ümumiyyətlə, bu “ideya” kimin ağlının məhsuludur? Hansı məntiqlə, şüurla qərara gəlinib ki, şəhidləri belə yerdə dəfn etsinlər?!
Ən dəhşətlisi budur ki, ermənilər Xocavənddə faşist Qaregin Njdeyə abidə ucaldıblar, bizimkilər isə şəhidləri harada torpağa tapşırıblar.
Bu, biveclikdir. Bu, özbaşınalıqdır. Bu, saymazlıq, təhqir, şəhid ailələrini dövlətin və onun rəhbərliyinin üstünə qaldırmaqdır, təxribatdır.
Ölkənin müdafiə naziri Zakir Həsənov həmin ailələri qəbul etmir, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov villasında dincəlir, şəhid ataları, anaları isə gecənin soyuğunda qəbiristanlığı tərk etmirlər, balalarının məzarlarını su basmasına görə hesabat tələb edirlər.
Onlar xüsusi imtiyaz, ev və ya sərvətdən pay istəmir. Onlar övladlarının əbədi olaraq rahat uyumaları üçün normal bir məkan istəyirlər.
Bu, onların ən doğal haqqıdır. Torpaq üçün ölən oğullar bu torpaqda ən gözəl yerdə uyumalıdırlar, yad edilməlidirlər, qarşısında baş əyməliyik, gələcək nəsillərə nümunə göstərməliyik. Ancaq bataqlığa dəfn edilməklə şəhidə indidən hörmət qoyulmursa...Söz bu yerdə susur!
Anaxeber.info-
Turan
 
 

Bölmənin digər xəbərləri

01 Mart 2021 Xəzər rayonunda şəhid atasından 5000 manat rüşvət istəyirlər - VİDEO
01 Mart 2021 Rövşən Rzayev "Göygöl Milli Parkı"nda 200 hektarlıq meşə təsərrüfatına günəbaxan əkdirir? - ŞOK İDDİA
01 Mart 2021 GDU rektoru ilə bağlı ŞOK İDDİALAR... - qardaşı Maliyyə Nazirliyinin Aparat rəhbəridir...
01 Mart 2021 İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? - İDDİA
01 Mart 2021 “Rüşvəti Lalə Eyyubovaya vermişik” – başçı müavini dindiriləcək
01 Mart 2021 FHN-in modil tipli xəstəxanasından şikayət: həkimlər 8 saat işlədilir, 1260 manat əvəzinə 600 manat alırlar
01 Mart 2021 “Qubada həkimlər əlillərlə qeyri-insani davranır”
28 Fevral 2021 Son dəqiqə: İmişli sakinləri prezidentə və baş prokurora müraciət etdilər-Video 27 Fevral 2021 Admin
28 Fevral 2021 FIZULIDƏ SAXTA DIPLOMLULARIN SAXTA ƏMƏLLƏRI FOTO
28 Fevral 2021 Qədim Qubanın müasir günü - I hissə... (kadr siyasəti...) VİDEO
28 Fevral 2021 "Baku Medical Plaza"da ölüm hadisəsi - Həkim səhvinin qurbanı, yoxsa?...
27 Fevral 2021 İcra başçısı müavininə nəzarət edə bilmir? - Prezidentə müraciət olundu
27 Fevral 2021 Ukrayna səfirliyimizdən BİABIRÇI TƏNBƏLLİK... - Özlərinə əziyyət vermək istəməyiblər...
27 Fevral 2021 Şeyxin adı rüşvət qalmaqalında – QMİ məscidi qeydiyyata almaq üçün 2 min manat istəyib?
27 Fevral 2021 Gömrük Komitəsi generalının qardaşı oğlu olmaq imtiyazdır? - İDDİA
27 Fevral 2021 Xalq Prezidentin İradə Gülməmmədovanı cəzalandırmasını gözləyir - Hər rayonun öz "BABƏK"i var
27 Fevral 2021 Şəmkir bələdiyyə sədri arxiv sənədlərini niyə saxta adlandırıb?
26 Fevral 2021 "Hər dəfə deyirdilər ki, başçı yerində yoxdur..." - GİLEY
26 Fevral 2021 Vətən müharibəsinin işdirakçısından “Poleks MMC” tikinti şirkətinə etiraz: - Benzin töküb hərbi biletimi yandıracam
26 Fevral 2021 Gündüz Mürsəlovun Masallı təyinatı və himayədarları

Dünyapress TV

Xəbər lenti