Pandemiya dönəmində həyat alveri – Zığdakı modul xəstəxanada nələr olur?


Son zamanlar ən çox şikayət olunan qurumlardan biri , haqqında ən çox yazılan səhiyyə obyektlərinin birincisi isə şübhəsiz ki, Fövqəladə Halların Nazirliyinin Zığda fəaliyyət göstərən məşhur modul xəstəxanasıdır.

Qeyd edək ki, Zığdakı modul xəstəxana ilə bağlı son bir-iki ayda həm şikayətlər, həm də şayiələr artıb. Şayilərdən ən qlobal miqyaslısı ötən ay bu xəstəxananın oksigen stansasiyasında baş verən qəza ilə bağlıdır. İnternet resurslarda hətta bu qəza zamanı onlarla insanın həlak olması ilə ən müxtəlif məlumatlar dolaşsa da, bu xəstəxananın bütün məsuliyyətini daşıyan FHN modul xəstəxanada qəza baş verməsini və insanların həlak olmasını təkzib etdi. Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva qafqazinfo-ya verdiyi açıqlamada yayılan məlumatların əsassız olduğunu vurğulayaraq “Xəstəxanada heç bir qəza baş verməyib”, demişdi. Daha sonra isə FHN-dən verilən rəsmi açıqlamada yayılan məlumatları əsassız adlandırmışdı.

Bu qəzadan əvvəl də modul xəstəxanada müxtəlif qəzaların baş verməsi ilə bağlı məlumatlar yayılmışdı, lakin bu şayiələrin miqyası son qəza ilə müqayisədə kiçik idi.

FHN-in COVİD-19 xəstələrinin müalicəsi üçün yaradılan modul xəstəxanasından gələn şikayətlər isə əsasən bu tibb ocağında “həyat alveri”nin ən üst səviyəyə çıxması ilə əlaqəlidir. Dünən pia.az-a müraciət edən şikayətçi isə çox ağır vəziyyətdə olan yaxının həyatının xilas edilməsi üçün həkimlərin onlardan bir iynənin vurulmasına görə 1000 manat istədiklərini və xəstəyə üç iynənin vurulması gərəkdiyini bildirib. Xəstə yaxını 3 min manatlarının olmadığını, lakin yaxınlarını ölümə tərk edə bilmədiklərini dilə gətirərək, haradan olsa, tələb olunan məbləği tapmağa çalışdıqlarını qeyd edib.

Böyük ehtimalla söhbət “Actemra” dərmanından gedir. Qeyd edək ki, bu dərmanı ağır korona xəstələrinə vururlar və dərman kritik durumda olan xəstələrin ciyərlərinin ventilyasiya olunması problemindən qurtarır və mormal nəfəs almasını təmin edir.

Əgər bu az tapılan dərman Azərbaycanda varsa, onda həmin dərmanın bir çoxlarının əlində, o cümlədən koronalı xəstələri müalicə edən həkimlərin əlində olmasını, dərmanın bir flakonunun 1000 manata satılmasını FHN necə izah edə bilər? Təbii ki, bu qurum qəza zamanı olduğu kimi belə bir şeyin olmadığını, iddianın əsassız olduğunu bildirəcək, lakin bu təkzib həyatları alver predmetinə çevrilən onlarla, bəlkə də yüzlərlə xəstənin taleyində heç nəyi dəyişməyəcək.

Xatırladaq ki, “Actemra” dərmanı qara bazarda əvvəllər 600-700 manata satılırdı. Görünür ki, dərmana olan ehtiyac qiymətin də artmasına səbəb olub. Ya da midul xəstəxanada çalışan həkimlər fürsətçi davranırlar.

Başqa bir şikayətçi isə pia.az-a bildirib ki, xəstəsini VİP palatada yerləşdirilməsi üçün ondan 11 min manat alıblar və iki gündən sonra xəstə həyatını itirib. Həmin şəxs deyir ki, sonradan öyrəndiyinə görə adətən VİP palatalarda xəstələrin yerləşdirilməsi üçün 3-4 min arası alsalar da, onu aldadaraq 11 min alıblar. Xəstəsini itirdikdən sonra şikayətçi modül xəstəxananın qapısı ağzında səs-küy salıb pulunu geri istəsə də, onu ərazidən uzaqlaşdırıblar.

Qeyd edək ki, Zığda yerləşən modül xəstəxana Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadənin kurasiyası altındadır. Modul xəstəxananın baş həkimi isə nazir müavinin yaxın qohumu olduğu bildirilir.

Bölmənin digər xəbərləri

25 Yanvar 2021 İcra başçısının otağından 50 min pul oğurlandı: Yevlaxda görünməmiş olay-VİDEO
25 Yanvar 2021 TƏCİLİ! İcra başçılarının tas qoyduğu və dövlət dərmanlarının pul ilə SATILDIĞI XƏSTƏXANALAR HANSILARDIR?
25 Yanvar 2021 Anar Cəbrayıllı ona zəng edən jurnalisti təhqir etdi: “Ay sənin kişiliyinə tüpürüm..." - ŞOK SƏS YAZISI
25 Yanvar 2021 Vüsal Kərimlinin pulyığanları "qan uddurur" : BNA-nın Prezidentə yalanları
25 Yanvar 2021 Ucarda sakinlər etiraz etdilər: ”Torpaqlarımız pul gücünə mənimsənilib” VİDEO
24 Yanvar 2021 Əli Həsənovun qudası 28 ildir milyonları belə dövr etdirir - ARAŞDIRMA
23 Yanvar 2021 Şirvan Diaqnostika Mərkəzinin baş həkimi deputatın görüşünə tibbi maskasız gəldi - FOTO
23 Yanvar 2021 "Astara rayon Baş həkimi dərmanları öz aptekində satır..." - hamı ayaq üstə dərman gözləyir...
23 Yanvar 2021 Əhmədzadənin ərköyünü "DOST" agentliyini də aldatdı? - İTTİHAM
23 Yanvar 2021 Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasında xəstələr CAN HAYINDA, Tibbi personal isə…
23 Yanvar 2021 ATU-nun əməkdaşı dövlt rəhbərliyinə müraciət etdi: "Akif Süleymanovun rektorluğu dönəmində kollektiv darmadağın edilib,"
23 Yanvar 2021 Tərtərdə nə baş verir: Müstəqim çökdürüb, müavini Cavadov Abbasda çapıb talayır - İDDİA
23 Yanvar 2021 Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
22 Yanvar 2021 Goranboy hərbi komissarlığı xəstəni hərbiyə yollamaq istəyir? - GİLEY
22 Yanvar 2021 SƏBAİLİN POLİS RƏİSİ CAVİD MURADOVUN TORPAQ QALMAQALI-FOTOLAR-YENİLƏNDİ
22 Yanvar 2021 SON DƏQİQƏ!Mingəçevirdə etiraz aksiyası – Yüzlərlə insan küçələrə axışdı + VİDEO
22 Yanvar 2021 Cəlilabad RTŞ-də bitməyən rüşvət ŞƏBƏKƏSİ: Qərənfil Əhmədova müşavirədə necə rəzil oldu
22 Yanvar 2021 Vidadi İsayevə görə Prezidentə çağırış – Bərdə sakinləri icra başçısının zülmündən cana doyub - foto
22 Yanvar 2021 SUMQAYIT SƏHIYYƏSININ MÜDIRI MÜHARIBƏ IŞTIRAKÇISINDAN 6 MIN RÜŞVƏT TƏLƏB EDƏN HƏKIMI MÜDAFIƏ EDIB-VİDEO/FAKT
21 Yanvar 2021 Neftçalanın İcra başçısı təzə olsada, dərdləri elə köhnədir... VİDEO

Dünyapress TV

Xəbər lenti