Ağcabədi icra başçısı Şuşa şəhidinin qapısını döyməyib – Foto
 
 

Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Ağcabədinin Şahmallar kənd sakini Şükürov Vüsal Zahir oğludur.

Reportyor.info xəbər verir ki, evin tək oğlu olan V.Şükürov doğma yurdunda torpağa tapşırılıb və dəfnində rayon rəhbərliyi də iştirak edib.
Gələn xəbərə görə, amma dəfn mərasimindən sonra Ağcabədi rayon İcra Hakimiyyəti şəhidin ailəsi ilə maraqlanmayıb, dərdli ata-anaya ürək-dirək olmayıb, onların hər hansı problemlərinin olub-olmadığını soruşmayıb.
Şəhidin ailəsi ilə bir dəfə Ağcabədidən deputat olan Aqil Abbas görüşüb, dərd-sərini dinləyib, problemlərini müvafiq ünvana çatdırıb.
Amma rayon icra başçısı Rafil Hüseynov indiyə qədər şəhid qapısını açmayıb, gözü yolda, intizarda olan, dünyası başına yıxılan ailə ilə görüşməyib.

Aman-güman tək övladlarını Vətən üçün fəda edən Şükürovlar ailəsi ilə maraqlanmaq, problemlərini həll etmək, onların qayğısına qalmaq Ağcabədi icra başçısının həm vəzifə, həm mənəvi borcudur.
Ümidvarıq ki, bu iradlardan sonra RİH-dən adekvat münasibət göstəriləcək, şəhid ailəsinin qapısı döyüləcək, lazımi köməkliklər olunacaq.
Ağcabədi icra başçısı Şuşa şəhidinin qapısını döyməyib – Foto
1606456234_mg_20201127_094952.jpg
1606456234_mg_20201127_094937.jpg

XalqXeber.Az

Bölmənin digər xəbərləri

20 Yanvar 2021 Mikayıl İsmayılovdan XƏBƏR VAR – Bahalı maşınlar, milyonluq tenderlər,ofşar hesablar və 12 milyonun aqibəti – ARAŞDIRMA
20 Yanvar 2021 Azərbaycanda nazirin adından sui-istifadə edən Məmmədov Böyükağa kimdir? (Video)
20 Yanvar 2021 Azərbaycan Texnologiya Universitetində müqavilə "torbası"- Rektorun qərəzli kadr siyasəti ..... İTTİHAM
20 Yanvar 2021 Londonda oğluna 1 milyona ev alan məmur… / FOTO
19 Yanvar 2021 Cəlilabadda nələr baş verir? - İTTİHAM
19 Yanvar 2021 BINƏQƏDI POLISI MASKA ADIYLA VƏTƏNDAŞLARA NECƏ TƏLƏ QURURLAR
19 Yanvar 2021 Xızının İcra Hakimiyyətinə sərt tənqid: - “Şəhid ailələrinə müqavimət bağışlanmazdır”
19 Yanvar 2021  Göyçay səhiyyəsində acınacaqlı mənzərə - GİLEY
19 Yanvar 2021 "Mehman Rəcəbov Şəki şəhər İcra Hakimiyyətindəki havadarları sayəsində üçünçü dəfədir..."- Prezidentə ŞİKAYƏT
19 Yanvar 2021 Bakı Atatürk Liseyi dövlətin adından imtahan keçirib? - İDDİA
19 Yanvar 2021 Hövsan sakini: "Məşğulluq Mərkəzi ilə DOST MMC qızımı özündən xəbərsiz “işə düzəldib"”
19 Yanvar 2021 Kürdəxanıda bələdiyyə aktı ilə vətəndaşa verilən torpaq sahəsi qanunsuz zəbt olundu - Video
18 Yanvar 2021 İsgəndər Şirəli necə OLİQARX OLDU? – SOCAR-ın FETÖ-çu trest müdiri dövlətə meydan oxuyur
18 Yanvar 2021 İmişlidə 3-dəfə göz əməliyyatı keçirən 7 yaşlı uşağa həkim müayinəsi üçün göndəriş verilmir - "Baş həkimi tapa bilmədim.." (FOTO)
18 Yanvar 2021 Ağsu Meşələri Məhv Edilir Muxtar Babayev Isə Buna Göz Yumur- VİDEO
18 Yanvar 2021 KƏLBƏCƏR 2 saylı MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI DAVAM EDİR –SƏS YAZISI — VİDEO
18 Yanvar 2021 Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi xəstəxananın işçisinə əxlaqsız təklif edib-Səs yazısı
18 Yanvar 2021 İmişlidə Səfərbərlik "sərgüzəştləri" - Savaş dönəmində nələr olub
17 Yanvar 2021 OĞUZDA YOL POLISI RƏISININ "KOLXOZ BAZARI"-YENİLƏNİR
17 Yanvar 2021 Bu icra başçısının 3 milyon dəyərində şəxsi baxçası və inanılmaz əmlakı üzə çıxdı – SİYAHI+VİDEO

Dünyapress TV

Xəbər lenti