Əskərin meyitini 50 manat aldıqdan sonra valideyninə veriblər-SABUNÇUDA
 
 

Sentyabrın 27-də cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verərək Qarabağ uğrunda başladığımız haqq savaşında rəşadətli Azərbaycan Ordusu qısa bir zamanda tarixi Qələbə qazandı.

44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız düşmənə sarsıdıcı zərbələrə endirərək, onları 27 ildir işğal etdikləri torpaqlarımızdan əbədi qovdular. Bu gün Qələbə sevincini bizlərə yaşadan qazilərimiz izdihamla qarşılanaraq doğulduqları el-obaya qayıdırlar.

Amma vətən yolunda canını fəda edən igidlərimiz də çoxdur. Hətta səhhətində problemi olan əskərlər də olub ki, birbaşa cəbhə bölgəsinə yollanıblar.

Kaim.az bildirir ki, həmin əskərlərdən bir də 1993-cü il təvəllüdlü Əliyev İlkin Yaşar oğludur. Müharibə başlayandan 3 gün sonra könüllü olaraq ordu sıralarına yazılıb və cəbhəyə gedib.

Postda olanda yaxınlıqda düşən mərmidən və partlayışdan sonra şəkəri yüksəlib. Anası Nərminə Əliyeva deyir ki, yalnız halı pisləşəndən sonra zabitləri bilib ki, İlkin şəkərli diabet xəstəsidir.

Koma vəziyyətində onu Gəncəyə, sonra Kür qəsəbəsinə gətirirlər.

Sonra müalicəsi “Neftçilər” xətəxanasında davam etdirilir. Komadan çıxır. Hərbi hospitala gətirilir və bir daha cəbhəyə can atsa da “yararsız” diaqnozu qoyulur.

İlkin bundan bərk əsəb keçirir. Ayağa qalxan kimi cəbhəyə gedəcəyini deyir.

Lakin səhhəti imkan vermir. Son dəfə halı pisləşəndə onu Sabunçudakı 3 saylı xəstəxanaya aparırlar.

Nərminə xanım da, İlkinin atası Yaşar Əliyev də narazılıq edirlər ki. Burada həkimlər xəstə qazi ilə maraqlanmırlar. Yaxşı baxmırlar:”Soyundurub uzatmışdılar, soyaqdan uşaq göyərmişdi.”

Həkimə 5 telefon nömrəsi verirlər ki, komendant saatına görə evə gedirlər. İlkinin halında dəyişiklik olsa xəbər versinlər.

21 noyabrda səhər tezdən Nərminə Əliyeva xəstəxanaya gedəndə ona deyirlər ki, İlkin keçinib.

Qazinin meyitini 50 manat aldıqdan sonra valideyninə verirlər.

Hazırda Şixlinski küşəsi 13, mənzil 95-də yaşayan ailə həm həkimlərin cəzalanmasını istəyir. Həm də İlkinin şəhidlik startusu ilə bağlı narahat olduqlarını deyirlər.

P.S. Qarşı tərəfi dinləyə biləik.

Kaim.az

XalqXeber.Az

Bölmənin digər xəbərləri

20 Yanvar 2021 Mikayıl İsmayılovdan XƏBƏR VAR – Bahalı maşınlar, milyonluq tenderlər,ofşar hesablar və 12 milyonun aqibəti – ARAŞDIRMA
20 Yanvar 2021 Azərbaycanda nazirin adından sui-istifadə edən Məmmədov Böyükağa kimdir? (Video)
20 Yanvar 2021 Azərbaycan Texnologiya Universitetində müqavilə "torbası"- Rektorun qərəzli kadr siyasəti ..... İTTİHAM
20 Yanvar 2021 Londonda oğluna 1 milyona ev alan məmur… / FOTO
19 Yanvar 2021 Cəlilabadda nələr baş verir? - İTTİHAM
19 Yanvar 2021 BINƏQƏDI POLISI MASKA ADIYLA VƏTƏNDAŞLARA NECƏ TƏLƏ QURURLAR
19 Yanvar 2021 Xızının İcra Hakimiyyətinə sərt tənqid: - “Şəhid ailələrinə müqavimət bağışlanmazdır”
19 Yanvar 2021  Göyçay səhiyyəsində acınacaqlı mənzərə - GİLEY
19 Yanvar 2021 "Mehman Rəcəbov Şəki şəhər İcra Hakimiyyətindəki havadarları sayəsində üçünçü dəfədir..."- Prezidentə ŞİKAYƏT
19 Yanvar 2021 Bakı Atatürk Liseyi dövlətin adından imtahan keçirib? - İDDİA
19 Yanvar 2021 Hövsan sakini: "Məşğulluq Mərkəzi ilə DOST MMC qızımı özündən xəbərsiz “işə düzəldib"”
19 Yanvar 2021 Kürdəxanıda bələdiyyə aktı ilə vətəndaşa verilən torpaq sahəsi qanunsuz zəbt olundu - Video
18 Yanvar 2021 İsgəndər Şirəli necə OLİQARX OLDU? – SOCAR-ın FETÖ-çu trest müdiri dövlətə meydan oxuyur
18 Yanvar 2021 İmişlidə 3-dəfə göz əməliyyatı keçirən 7 yaşlı uşağa həkim müayinəsi üçün göndəriş verilmir - "Baş həkimi tapa bilmədim.." (FOTO)
18 Yanvar 2021 Ağsu Meşələri Məhv Edilir Muxtar Babayev Isə Buna Göz Yumur- VİDEO
18 Yanvar 2021 KƏLBƏCƏR 2 saylı MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI DAVAM EDİR –SƏS YAZISI — VİDEO
18 Yanvar 2021 Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi xəstəxananın işçisinə əxlaqsız təklif edib-Səs yazısı
18 Yanvar 2021 İmişlidə Səfərbərlik "sərgüzəştləri" - Savaş dönəmində nələr olub
17 Yanvar 2021 OĞUZDA YOL POLISI RƏISININ "KOLXOZ BAZARI"-YENİLƏNİR
17 Yanvar 2021 Bu icra başçısının 3 milyon dəyərində şəxsi baxçası və inanılmaz əmlakı üzə çıxdı – SİYAHI+VİDEO

Dünyapress TV

Xəbər lenti