Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
Saytımıza gecə saat 04:00 radələrində daxil olan məlumata əsasən Cəlilabad rayon sakini ailəsinin halı pisləşdiyindən tez onu xəstəxanaya qaldırmışdır.Beləki covid-19 virusunun geniş bir vüsət tapdığı dövürdə Mərkəzi xəstəxana yalnız bu virusa yoluxanlar üçün ayrıldığından Diaqnostika mərkəzinə getmişdir. Qarşılaşdığı mənzərə isə onu mat qoymuşdur. Hansı ki,axşam saatlarında xəstəxanada baş həkim olmadığından növbətçi həkimi tapmaq qərarına gəlib və onları qarşılayan tibb bacısından bunu tələb edib.O isə cavabında,-Bilmirəm hardadır,xəbərmiz yoxdur, deyə Marif bəyə səslənmişdir. Bəs bu durumda mən nə edim deyən xəstə sahibinə isə , -Qızma ölçənimiz sınıb,istəsəniz “su” köçürə bilərik”,deyə cavab veriblər.
Qeyd edək ki,mərkəzdə iki tibb bacısı olub ki,onları da hay-həşirlə yuxudan oyadıblar.

Bu qədər savadsızlığın fövqündə ancaq məsuliyyətsiz işə götürən vəzifə başçıları görmək olar məncə. Axı insan həyatı ilə məşğul olurlar,heyvan deyil.Hərçənd heyvan da canlıdır.

Çarəsiz qaldığını görə xəstə sahibi özləri aptekdən “simens” iynəsi alaraq xəstəyə vurublar. Ardınca səhiyyə nazirliyinə zəng olunub,ordan isə “Bir az gözləyin,gələcəklər” deyilib. Bir qədər sonra yenidən zəng vurulub .Eyni fikirlər təkrar səslənib. Başa düşmək olur axı nə baş verir? Başa düşmək olmur sakinlər vəzifəli şəxslə danışıblar ya fırıldaqçı ilə ki,onları yalan sözlərlə aldadırlar.

İddiaçının sözlərinə görə baytarlar elə heyvan həyatına bu qədər məsuliyyətsiz yanaşmırlar.

Xalqımızın bu günki ağır durumunda əl-ələ verib ayaqda qalmaq əvəzinə bir-birimizə qənim kəsilməsi ən azı vicdanlı bir insanın ürəyi inlətməlidir.Bu kimi məsuliyyətsiz həkimlər olduğu müddətdə əlbəttə virusa yoluxub ölənlərin sayı artar,sağalanların sayı isə çöküş yaşayar. Əgər xəstələrə baxmayacaqlarsa,niyə dövlətdən maaş alırlar? Həmin maaş cəbhədəki əsgərlərin azuqəsinə xərclənər də.

Diaqnostikanın direktoru Eldar Hacıyevə məlumat verilib o da eynən digərləri kimi hadisəni görməzdən gəlib.Sanki gətirilən xəstə ermənidir.Qəbul şöbəsinin qarşısan bir pişik qıvrılıb dayanmışdı.Üzündən “İş vaxtım bitib,gəlin,növbəni dəyişək” ifadəsi aydın sezilirdi.

Son olaraq Səhiyyə nazirliyindən tələbimiz Cəlilabad rayon Diaqnostika mərkəzi həkimləri haqqında ciddi tədbir görməyidir. Buna da məsuliyyətsiz yanaşılsa,İlham Əliyevə ,Mehriban xanıma,Ombusmana şikayətlərimizi bildirəcəyik deyə xəstə sahibi bildirib. \\TARtv.az

Bölmənin digər xəbərləri

20 Yanvar 2021 Mikayıl İsmayılovdan XƏBƏR VAR – Bahalı maşınlar, milyonluq tenderlər,ofşar hesablar və 12 milyonun aqibəti – ARAŞDIRMA
20 Yanvar 2021 Azərbaycanda nazirin adından sui-istifadə edən Məmmədov Böyükağa kimdir? (Video)
20 Yanvar 2021 Azərbaycan Texnologiya Universitetində müqavilə "torbası"- Rektorun qərəzli kadr siyasəti ..... İTTİHAM
20 Yanvar 2021 Londonda oğluna 1 milyona ev alan məmur… / FOTO
19 Yanvar 2021 Cəlilabadda nələr baş verir? - İTTİHAM
19 Yanvar 2021 BINƏQƏDI POLISI MASKA ADIYLA VƏTƏNDAŞLARA NECƏ TƏLƏ QURURLAR
19 Yanvar 2021 Xızının İcra Hakimiyyətinə sərt tənqid: - “Şəhid ailələrinə müqavimət bağışlanmazdır”
19 Yanvar 2021  Göyçay səhiyyəsində acınacaqlı mənzərə - GİLEY
19 Yanvar 2021 "Mehman Rəcəbov Şəki şəhər İcra Hakimiyyətindəki havadarları sayəsində üçünçü dəfədir..."- Prezidentə ŞİKAYƏT
19 Yanvar 2021 Bakı Atatürk Liseyi dövlətin adından imtahan keçirib? - İDDİA
19 Yanvar 2021 Hövsan sakini: "Məşğulluq Mərkəzi ilə DOST MMC qızımı özündən xəbərsiz “işə düzəldib"”
19 Yanvar 2021 Kürdəxanıda bələdiyyə aktı ilə vətəndaşa verilən torpaq sahəsi qanunsuz zəbt olundu - Video
18 Yanvar 2021 İsgəndər Şirəli necə OLİQARX OLDU? – SOCAR-ın FETÖ-çu trest müdiri dövlətə meydan oxuyur
18 Yanvar 2021 İmişlidə 3-dəfə göz əməliyyatı keçirən 7 yaşlı uşağa həkim müayinəsi üçün göndəriş verilmir - "Baş həkimi tapa bilmədim.." (FOTO)
18 Yanvar 2021 Ağsu Meşələri Məhv Edilir Muxtar Babayev Isə Buna Göz Yumur- VİDEO
18 Yanvar 2021 KƏLBƏCƏR 2 saylı MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI DAVAM EDİR –SƏS YAZISI — VİDEO
18 Yanvar 2021 Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi xəstəxananın işçisinə əxlaqsız təklif edib-Səs yazısı
18 Yanvar 2021 İmişlidə Səfərbərlik "sərgüzəştləri" - Savaş dönəmində nələr olub
17 Yanvar 2021 OĞUZDA YOL POLISI RƏISININ "KOLXOZ BAZARI"-YENİLƏNİR
17 Yanvar 2021 Bu icra başçısının 3 milyon dəyərində şəxsi baxçası və inanılmaz əmlakı üzə çıxdı – SİYAHI+VİDEO

Dünyapress TV

Xəbər lenti