Dövlət müəssisəsində baş vermiş qanuna zidd əmələ nə üçün münasibət bildirilmədi?-FOTO


Azərbaycan ordusu qəsbkar,terrorist və vandallıqları ilə dünyada "məşhur" olan erməni ordusuna elə bir dərs verdi ki,bugün də təsirindən ayıla bilmirlər.

Danılmazdır ki,xalq adına layiq olmayan erməni "ulaq" yığınını idarə edən bir sıra dövlətlər var ki,insanlıq əlehinə olan bir təşkilatı maliyyələşdirməklə yanaşı himayə də edirlər. Bütün bunlara baxmayaraq Azərbaycan dövlətinin Ali Baş Komandanı,müdrik siyasətçi və yenilməz sərkərdə cənab İlham Əliyev beynəlxalq hüquq normalarına əsasən siyasi,diplomatik və hərbi yolla əldə etdiyi şanlı zəfərə imza atmışdır. Təbii ki,bu qələbə həm ölkəmizdə,həm də dünyanın bir çox dövlətlərində böyük coşqu və sevinclə qeyd olunmuşdur. Bəli, açıq etiraf edirik ki,dövlətimizin əldə etdiyi uğur və nəaliyyətlərə hamı kimi biz də çox sevinirik.

Dövlət müəssisəsində baş vermiş qanuna zidd əmələ nə üçün münasibət bildirilmədi?-FOTO


Amma çox əfsuslar olsun ki,bəzi dövlət qurumları var ki,şəxsi mənafeyi naminə bəzi qanunsuz işləri çəkinmədən həyata keçirirlər. Belə olduğu təqdirdə isə, əldə olunan nəaliyyətlərə müxtəlif formada xələl gətirilir. Əlbəttə ki,belə qurumlar zaman-zaman ifşa olunub və qanun qarşısında hesab veriblər. Dəyərli “DogruXeber.az” informasiya agentliyinin izləyiciləri, bu gün diqqətinizə çatdıracağımız mühim bir məsələ var ki,bizi çox narahat edir və bunun üçün də belə bir qərara gəldik ki,sizlərlə bölüşək. Belə ki,bir neçə gün öncə redaksiyamıza Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsindən maraqlı bir videomaterial daxil olmuşdur. Məlumatın ciddiliyi bizi özünə çox cəlb etdi və kütləvi informasiya haqqında qanunun 8-ci maddəsini rəhbər tutaraq,sözügedən müəssisəyə 28.10.2020-ci il tarixdə rəsmi sorğu göndərdi.

Üzərindən bir neçə gün keçdikdən sonra Sumqayıt Şəhər Prokurorluğundan əlaqə nömrəmizə zəng gəldi. Dəstəyi qaldırdıqda özünü Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi kimi təqdim edən Elviz adlı şəxs,Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə ünvanladığımız müraciətlə bağlı Sumqayıt Prokurorluğuna gəlməyimiz və izahat verməyimizi bildirdi. Doğrusu, bu məsələ bizə çox təəccüblü gəldiyi üçün,rəsmi bildirişə ehtiyac duymadan getməyi qərara aldıq. Ertəsi gün səhər saatlarında Elviz müəllimin yanında olduq və məsələ ilə bağlı müəyyən qədər söhbət etdikdən sonra,izahat yazıb qurumu tərk etdik.

Bir məsələni də diqqətinizə çatdıraq ki,28.10.2020-ci il tarixindən Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə bildirişli ünvanladığımız sorğunun 12.11.2020-cil il tarixində cavabını deyil,sadəcə bildirişini almışıq. Bu günə qədər sözügedən qurum məsələ ilə bağlı müraciətimizə cavab verməyib. Məsələnin maraqlı olan tərəfi burasıdır ki, Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə ünvanladığımız müraciəti Sumqayıt Prokurorluğuna göndərməkdə məqsədləri,şöbədə qeydə alınmış kadrın kim tərəfindən həyata keçirilməsi olmuşdur. Bu isə gülüş doğuran bir məsələdir. Təəccüblüsü budur ki,dövlət müəssəsində qanuna zidd əməllərlə məşğul olan dövlət görəvçiləri onların çirkin əməllərini qeydə alanları axtarır. Atalar yaxşı demiş “öz gözündə tiri görməyən özgə gözündə tük axtarır” Nəzərinizə çatdıraq ki,tərəfimizdən bütün aidiyyatı qurumlara rəsmi sorğular hazırlamışıq. Və qısa müddət ərzində mərhələli şəkildə ünvanlara göndərilməsi təmin ediləcəkdir.
Redaksiya hər bir halda qarşı tərəfin söz haqqını tanıyır./“DogruXeber.az”/
 
 
 

Bölmənin digər xəbərləri

27 Noyabr 2020 Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - Gəncədə ÖZBAŞINALIQ!
27 Noyabr 2020 Ağcabədi icra başçısı Şuşa şəhidinin qapısını döyməyib – Foto
27 Noyabr 2020 Əskərin meyitini 50 manat aldıqdan sonra valideyninə veriblər-SABUNÇUDA
27 Noyabr 2020 Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
27 Noyabr 2020 Baxımsız halda olan Suraxanı - VİDEO
27 Noyabr 2020 Səhiyyə Nazirliyinin “Covid 19” planı…
26 Noyabr 2020 Beyləqanda kimsənin bata bilmədiyi məmur...
26 Noyabr 2020 Ağcabədi səhiyyəsi iflic durumda... - İTTİHAM
26 Noyabr 2020 İCRA BAŞÇISINDAKI FƏRASƏTƏ BİR BAX! — BAYRAM SƏFƏROV YENƏ DƏ HAMINI ALDATDI:
26 Noyabr 2020 Oliqarxa çevrilmiş başçı Sevindik Hətəmovun böyük sərvəti...
25 Noyabr 2020 ATU rektoru yenə ara qarışdırır - Zamdekan üsyan edir
25 Noyabr 2020 Bərdədə bayraq rəzaləti – İcra başçısı Azərbaycan və Türkiyə bayraqlarını sökərək zibilliyə atıb -VIDEO
25 Noyabr 2020 Göyçayda Vətən müharibəsində iştirak edənlərin ailəsindən rüşvət tələb edilir – İDDİA
25 Noyabr 2020 Məktəb direktoru əsgərimizə görün nə arzu etdi – “ƏCƏLİ TEZ GƏLSİN, AY ALLAH!!!”
25 Noyabr 2020 ƏƏSMN düzəlmir ki, düzəlmir cənab Babayev - Şikayətlər ard arda....
25 Noyabr 2020 Qolunu itirmiş qazimizə rəsmi biganəlik... - "Sumqayıtın İcra Başçısı, Hacı Zeynalabdin qəsəbə icra nümayəndəsi..."
25 Noyabr 2020 BAKIDA “LİFT SABOTAJI” - Görünür, Bakının lift-xidmət təsərrüfatı düzələsi deyil - Azəbaycanın baş kəndində gerçək bir lift-xidmət nihilizmi hökm sürür, heç kimin də vecinə deyil. Sanki belə də olmalı imiş. Müşahidələr göstərir ki, Qüdrət Şükürov dönəmi
25 Noyabr 2020 MN: Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olublar
25 Noyabr 2020 “Torqovaya”da “bespredel” - “Nərgiz” TM-nin üstündə tikinti aparmağa kim icazə verib?..
24 Noyabr 2020 Qarabağda canını, qanını vermiş övladlarımıza biganə baş həkim – icra başçısına güvənən Bəşirova KİMDİR?

Dünyapress TV

Xəbər lenti