“Qaçqınkom” məcburi köçkünlərin sayını azaltmaqla “status dəyirmanı”na “su tökür”
Məcburi köçkün Qarabağ qazisinin “məcburi köçkün” statuslu oğluna vəsiqə verilməsindən imtina edilir

Torpaqlarımızı yaxın və uzaq xaricdəki havadarlarının hərbi-siyasi dəstəyi ilə işğal edən erməni faşistlərinin son 26 ildə dədə-baba yurdlarımızda yaxın -uzaq xaricdən insanabənzər “haydaşlar”ını yerləşdirmələri artıq bütün dünyaya bəllidir. İşğalçılıq siyasəti nəticəsində Azərbaycan Respublikasının bir milyona yaxın qaçqın, məcburi köçkün “qazanması” da gizlin deyil. Di gəl, işğalçı erməni faşistlərinin “qaçqınkomu” Azərbaycan torpaqlarına Livandan, Suriyadan, Amerikadan və digər yerlərdən erməniləri “məcburi” yerləşdirib, işğalçı “vətən”daş(nak)ları”nın sayını artırıb, yerli Azərbaycan “Qaçqınkom”u isə məcburi köçkünlərin sayını süni surətdə azaltmaqla məşğuldur. Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi məcburi köçkünlük illərində doğulan uşaqlara “məcburi köçkün” statusunu verməkdən imtina edir! (?)

2-ci dərəcəli Qarabağ əlili Elçin Əfqan oğlu İbrahimov bu günlərdə doğma Qarabağdakı viran qalmış yurduna qayıtmaq üçün ,necə deyərlər, “çamadan ovqatı”ndadır. İki oğul atası Qarabağ qazisi 16 yaşlı atasının adını qoyduğu Əfqanı “qarabağlı” edə bilməyəcəyindən nigarandır. Doğulandan atasının doğulduğu kəndə pasport qeydiyyatına alınan, “məcburi köçkün” statusu daşıyan qazi oğlu İbrahimov Əfqan Elçin oğluna “Qaçqınkom” “məcburi köçkün” vəsiqəsini verməkdən imtina edir . Komitənin Tariyel adlı əməkdaşı Qarabağ köçkünü, qazinin ali dövlət hakimiyyəti orqanlarından daxil olan şikayətlərinin də faydasız olduğunu bildirərək məhkəməyə müraciət etməyi məsləhət görür. Məcburi köçkün Qarabağ qazisi də çaşıb qalıb : məhkəməyə status verilməsindən imtina edildikdə müraciət oluna bilər, onun oğlu isə 16 ildir “məcburi köçkün” statusuna malikdir! Belə çıxır, vəsiqənin verilməsinin təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmalıdır? Bu tələbi isə inzibati qaydada da təmin etmək hüquq – mühafizə orqanlarının görəvidir. Artıq Qarabağ qazisi bununla bağlı Daxili İşlər Nazirliyinə , Baş prokurorluğa müraciət edib. Ümumiyyətlə, statusu olan şəxsə müvafiq vəsiqənin verilməsindən imtina edilməsi ciddi qanun pozuntusudur və özbaşınalıqdan özgə bir şey deyil.

Görəsən, köçkünlərin sayını azaltmaqla “Qaçqınkom” nəyə nail olmaq istəyir? Yoxsa, işğalçıların “status” havadarlarının “dəyirman”ı susuzluqdan “soyqırım üyüdə” bilmir?

Məğrur Bədəlsoy

P.S. Bu gün – 20 noyabr 2020-ci ildə Ağdam da, Seyidli kəndi də işğalçılardan qurtuldu. Gözümüz aydın! Qarabağda görüşərik !
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az

Bölmənin digər xəbərləri

27 Noyabr 2020 Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - Gəncədə ÖZBAŞINALIQ!
27 Noyabr 2020 Ağcabədi icra başçısı Şuşa şəhidinin qapısını döyməyib – Foto
27 Noyabr 2020 Əskərin meyitini 50 manat aldıqdan sonra valideyninə veriblər-SABUNÇUDA
27 Noyabr 2020 Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
27 Noyabr 2020 Baxımsız halda olan Suraxanı - VİDEO
27 Noyabr 2020 Səhiyyə Nazirliyinin “Covid 19” planı…
26 Noyabr 2020 Beyləqanda kimsənin bata bilmədiyi məmur...
26 Noyabr 2020 Ağcabədi səhiyyəsi iflic durumda... - İTTİHAM
26 Noyabr 2020 İCRA BAŞÇISINDAKI FƏRASƏTƏ BİR BAX! — BAYRAM SƏFƏROV YENƏ DƏ HAMINI ALDATDI:
26 Noyabr 2020 Oliqarxa çevrilmiş başçı Sevindik Hətəmovun böyük sərvəti...
25 Noyabr 2020 ATU rektoru yenə ara qarışdırır - Zamdekan üsyan edir
25 Noyabr 2020 Bərdədə bayraq rəzaləti – İcra başçısı Azərbaycan və Türkiyə bayraqlarını sökərək zibilliyə atıb -VIDEO
25 Noyabr 2020 Göyçayda Vətən müharibəsində iştirak edənlərin ailəsindən rüşvət tələb edilir – İDDİA
25 Noyabr 2020 Məktəb direktoru əsgərimizə görün nə arzu etdi – “ƏCƏLİ TEZ GƏLSİN, AY ALLAH!!!”
25 Noyabr 2020 ƏƏSMN düzəlmir ki, düzəlmir cənab Babayev - Şikayətlər ard arda....
25 Noyabr 2020 Qolunu itirmiş qazimizə rəsmi biganəlik... - "Sumqayıtın İcra Başçısı, Hacı Zeynalabdin qəsəbə icra nümayəndəsi..."
25 Noyabr 2020 BAKIDA “LİFT SABOTAJI” - Görünür, Bakının lift-xidmət təsərrüfatı düzələsi deyil - Azəbaycanın baş kəndində gerçək bir lift-xidmət nihilizmi hökm sürür, heç kimin də vecinə deyil. Sanki belə də olmalı imiş. Müşahidələr göstərir ki, Qüdrət Şükürov dönəmi
25 Noyabr 2020 MN: Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olublar
25 Noyabr 2020 “Torqovaya”da “bespredel” - “Nərgiz” TM-nin üstündə tikinti aparmağa kim icazə verib?..
24 Noyabr 2020 Qarabağda canını, qanını vermiş övladlarımıza biganə baş həkim – icra başçısına güvənən Bəşirova KİMDİR?

Dünyapress TV

Xəbər lenti