Niyə belə bir iddia ailə başçısı Heydər Lətifov sağ ikən qaldırılmırdı?"
 
image here
...Şamaxı rayon sakini Lətifova Hicran Əlmusdağa qızı şikayət ərizəsi ilə “Təzadlar”a şikayət məktubu gönudərib.

O, şikayətində yazır ki, çox yaxın qohumu, vaxtilə Sabunçu RİH-də, son vaxtlar isə Nərimanov RİH-də məsul vəzifədə işləmiş Abdullayev Rəfail Hüseynqulu oğlu ilə Şamaxının Avaxıl kəndində birgə kommersiya fəaliyyəti göstərmişlər. 2005-ci ildən “Çənlibel” istirahət mərkəzi adlandırılan istirahət mərkəzində hər şey yaxşı gedib. Lakin sonradan qohumlar arasında ciddi narazılıq yaranıb, münasibətlər pozulub. İstirahət Mərkəzindəki kabinetlər Rəfail Abdullayevə məxsus olub, qazancı birbaşa o götürüb.

Bununla belə, həmin kabinetlərdə xoşagəlməz olaylar baş verdiyindən istirahət mərkəzinin əsl sahibi olan ( torpaq sahəsi kənd bələdiyyəsinin sədri, hazırda şikayətçi olan xanımın həyat yoldaşı Heydər Lətifova məxsus olub) Lətifovlar Rəfail Abdullayevə qəti etirazlarını bildirirlər. Belə ki, 2014-2015-ci ildə DİN -nin İnsan Alverinə qarşı Mübarizə İdarəsi burada şikayət əsasında yoxlama apararaq ciddi faktlar üzə çıxardır. Daha doğrusu, əxlaqsızlıq yuvası aşkarlanır. İki nəfər saxlanılır. Rəfail Abdullayev öz adamını buraxdırır, şəriki, kənd bələdiyyə sədri və qohumu Heydər Lətifovun işçisi isə 1il həbsdə qalır. Bundan sonra tərəflər bir müddət burada istədikləri kimi fəaliyyət göstərə bilmir.

Nəhayət, 2019-cu ildə H.Lətifov dünyasını dəyişəndən sonra Rəfail Abdullayev yaxın qohumu olan ailəyə qarşı 480 min dollarlıq iddia irəli sürür. Nəhayət, işə Şamaxı rayon Prokurorluğu qarışır, iddiaçı R.Abdullayevə başa salırlar ki, o, dövlət qulluqçusudur və kommersiya fəaliyyəti yolverilməzdir.

Abdin Fərzəliyevin işdən qovduğu idarə rəisi indi də Şamaxıda qalmaqal yaradıb

Beləliklə, qarşı tərəf R.Abdullayevə 2 ha torpaq sahəsini bağışlayır, bununla da münaqişə yatırılır. Lakin bu yaxınlarda isə nə baş verirsə R.Abdullayev yenidən məhkəməyə müraciət edir, 480 min dollarlıq iddia irəli sürür, ailənin oğlanlarını hədələyir, təhqir və təhdid edir və s.

Sual: niyə belə bir iddia ailə başçısı Heydər Lətifov sağ ikən qaldırılmırdı? Yaxud, dövlət qulluqçusu olan R.Abdullayev kommersiya fəaliyyəti ilə məşğul ola bilərdimi? Çünki o, Şamaxı rayon Məhkəməsinə göndərdiyi iddia ərizəsində etiraf edir ki, o, “Çənlibel”də kommersiya fəaliyyəti ilə məşğul olub və s.

Şikayətçi əməkdaşlarımıza geniş video-müsahibə verib. Orada ciddi ittihamlar səsləndirir və Prezident İlham Əliyevdən acizanə kömək istəyir. Video-müsahibə tezliklə təqdim ediləcək.

Məsələyə aydınlıq gətirilməsi üçün bizə təqdim edilmiş iki mobil telefonla əlaqə saxladıq, məlum oldu ki, R.Abdullayevin vəkilidir. O, bizimlə söhbətində isə əgər belə bir yazı dərc ediləcəksə, bunu məhkəməyə təzyiq kimi qiymətləndirəcəklərini bildirdi. İzah etdik ki, məqsədimiz iddiaçının məsələyə dair mövqeyini öyrənməkdir, yaxud da sizin. Necə ola bilər ki, iddiaçı cavabdehə təzyiq edə bilir, heç bunu demirsiniz?! Qısası, vəkil özünü təqdim etmədən mövqeyini bildirmədi, nə də iddiaçı R.Abdullayevin telefonunu bizə təqdim etmədi...

Abdin Fərzəliyevin işdən qovduğu idarə rəisi indi də Şamaxıda qalmaqal yaradıb

Kiçik bir araşdırma apardıq ki, görək, ümumiyyətlə, Rəfail Abdullayev kimdir? Unikal.org yazır ki, ötən il - 2019-da Nərimanov rayon İH başçısı A.Fərzəliyevin əmri ilə Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Abdullayev Rəfail Hüseynqulu oğlu vəzifəsindən azad edilib. Buna səbəb R.Abdullayevin vətəndaşları incitməsi və rayon ərazisində tikilən hündürmərtəbəli binaların sahiblərinə qarşı dələduzluq etməsi olub.

Bundan başqa, sabiq şöbə müdiri “RR” MTK-nın sahibi olan qardaşı Nadir Abdullayevin şəriklərinin də pullarını mənimsədiyi bildirilir. Belə ki, Rəfail Abdullayev məsuliyyətdən yayınmaq üçün ölkəni tərk edərək Ukraynaya qaçıb. Məsələ ilə bağlı sabiq şöbə müdirinin qardaşı, “RR” MTK-nın sahibi Nadir Abdullayev bildirib ki, qardaşı bir neçə aydır ki, işdən çıxıb: “Onun işdən çıxması və ölkədən qaçması ilə bağlı başqa heç nə deyə bilmərəm. Biz doğrudan da bina tikintisi ilə məşğuluq. Qardaşımın səhhətində ciddi problem var”

***

Bu arada bildirək ki, digər saytlar isə yazır ki, bir müddət əvvəl isə Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyev və icra hakimiyyətində hüquq şöbəsinin məsləhətçisi işləyən Abdullayev Rəfail Hüseynqulu oğlunun adı son vaxtlar mətbuatın gündəmindən düşmək bilmir ki, bilmir. Xatırladaq ki, bir müddət əvvəl Sabunçu rayonu ərazisində qanunsuz torpaq satışı və tikinti işləri üçün dövlət rüsumundan əlavə məbləğin tələb edilməsi ilə bağlı yuxarılara çoxsaylı şikayət məktubları ünvanlanmış və nəticədə bəzi tədbirlər həyata keçirilmişdi. Həmin tədbirlər çərçivəsində Adil Vəliyevin ən yaxın dostu, biznes ortağı və müavini Şakir Alıyev tutduğu vəzifədən xaric edildi. Onunla yanaşı, bir vaxtlar Sabunçu rayonunda tikinti sektorunu nəzarətdə saxlayan Şövqü Xəlilov də işdən kənarlaşdırıldı. Lakin bir sıra xoşagəlməz olaylarda adı çəkilən Rəfail Abdullayev vəzifəsini qorumağı bacardı. Daha dəqiq desək, Adil Vəliyev onun işlərini lazımi səviyyədə icra edən hüquq şöbəsinin məsləhətçisini işində saxladı. Cəzasız qalan Rəfail Abdullayev isə bu gün Sabunçu rayonunda özünü icra başçısı kimi aparır və camaata qanuni formada iş görməyə imkan vermir.

Rəfail Abdullayevin diplomu saxtadır?

Qeyd edək ki, bu yaxınlarda vəkil Aslan İsmayılov ona fiziki təzyiq göstərən Rəfail Abdullayevlə bağlı araşdırma aparıb, bu şəxsin ali təhsil diplomunun saxta olduğunu üzə çıxarıb. “Bəli, Azərbaycan universitetlərinin hüquq fakültələrini bitirmiş minlərlə gənc işsiz olduqları halda, SAXTA DİPLOMUNU Adil Vəliyevə yaxınlığı ilə seçilən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində rəsmiləşdirən, bu gün də İcra Hakimiyyətində hüquqşünas işləyən, Adil Vəliyevin adı ilə rayonda qoluzorluluq edən Rəfail Abdullayev olmuşdur. Onun saxta diplomunu Apellyasiya Məhkəməsinin hakimi, prinsipiallığı ilə seçilən Elmira Nağıyeva sənədlərlə ifşa etmiş və 2 saylı Bakı İİM-nin qanunsuz qərarını ləğv etmişdir. Adil Vəliyevin özünə layiq “müdafiəçilər”i “yalandır” deməsinlər deyə bu saxtakarlığı ətraflı, sənədlərdən çıxarışlarla işıqlandırıram. Rəfail Abdullayev 23.11.2012-ci il tarixdə Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İİM-ə müraciət edir. İddia ərizəsində RF Dağıstan Dövlət Universitetinin DİS 0039928 saylı 26.06.2006 tarixli diplomunun tanınması Təhsil Nazirliyindən tələb edilir, çünki onun bu xahişini, diplomun saxta olması səbəbindən Təhsil Nazirliyi 05.10.2012 tarixli məktubla rədd etmişdir. Məhkəmə iclasının protokollarından görünür ki, iddiaçı R.Abdullayev hakim Rüstəm Kərimlinin sədrliyi ilə keçirilən proseslərdə iştirak edir və hər dəfə iddia edir ki, həqiqətən də 2000-2006-cı illərdə RF Dağıstan Dövlət Universitetinin ƏYANİ bölməsində təhsil alıb. 2 saylı Bakı İİM-nin 11.02.2013 tarixli qərarına əsasən, iddiaçı R.Abdullayevin diplomunun tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsi Təhsil Nazirliyinin üzərinə qoyulur. 2 saylı Bakı İİM-nin yuxarıda qeyd edilən qərarından (2in(82)-642/2013 nömrəli) 14.05.2013 tarixində təhsil naziri Mikayıl Cabbarovun verdiyi etibarnamə əsasında apelyasiya şikayəti verilir. Təhsil Nazirliyinin RF Dağıstan Dövlət Universitetinə ünvanlanmış sorğusuna universitetin prorektoru U.Maqomedbekovun imzası ilə verilmiş cavab məktubunda iddiaçının Dağıstan Dövlət Universitetində əyani yox, qiyabi təhsil aldığı deyilir. Belə olan halda, məhkəmə kollegiyası bu ziddiyyətli məqamı aydınlaşdırmaq məqsədlə iddiaçını rəsmi qaydada məhkəməyə dəvət etmiş, lakin tərəf bundan boyun qaçırmışdır. Ancaq məhkəmə iclasında R.Abdullayevin nümayəndəsi həmin məsələni iddiaçı ilə dəqiqləşdirdiyini və onun Mahaçqala şəhərində, Dağıstan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində 2000-2006-cı illər arasında ƏYANİ təhsil aldığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi məsələni dəqiqləşdirmək üçün R.Abdullayevin təhsil aldığı dövr ərzində Azərbaycan Respublikası ərazisindən çıxması və daxil olmasına dair 09.07.2013 tarixdə DSX-ya sorğu göndərir. Sorğuya cavab olaraq 23.07.2013 tarixdə bildirirlər ki, Azərbaycan Respublikası vətəndaşı Abdullayev Rəfail qeyd edilən 6 il ərzində ölkə ərazisini 7 dəfə tərk etmişdir - İran İslam Respublikası, 2 dəfə Gürcüstan və 4 dəfə Birləşmiş Ərəb Əmirlikləri istiqamətində. Bu illər ərzində R.Abdullayev bir dəfə də olsun Rusiya (Dağıstan) ərazisində olmamışdır. Bu halları nəzərə alaraq cavabdeh Təhsil Nazirliyinin Apelyasiya şikayəti təmin edilir. 2 saylı Bakı İİM-nin qərarı ləğv edilir. İddiaçı Rəfail Abdullayevin DİPLOMUN TANINMASI və bu barədə şəhadətnamənin verilməsinə dair iddia tələbi rədd edilir!

Gördüyümüz kimi, R.Abdullayev bütün sənədlərdə iddia edir ki, o, 6 il, yəni 2000-2006-cı illərdə RF Dağıstan Dövlət Universitetinin hüquq fakültəsində əyani təhsil almışdır. Təqdim etdiyimiz sənədlərdən başqa araşdırmalarımız təsdiq edir ki, R.Abdullayev 2000-2004-cü illərdə Sabunçu rayonunun Bakıxanov qəsəbə nümayəndəliyində, 2004-cü ildən bu günə qədər isə Sabunçu Rayon İcra Hakimiyyətində çalışır və heç vaxt Dağıstan Dövlət Universitetinə ayaq basmamışdır. Tək bu yazıda göstərilən hallar Rəfail Abdullayev və Sabunçu Rayon İcra Hakimiyyətinin məsul işçiləri barəsində cinayət işi qaldırılması üçün əsasdır. Bu barədə əlavə olaraq Azərbaycan Respublikası Prokurorluğuna da müraciət ediləcək. Qısa müddət apardığım araşdırmalar göstərir ki, həqiqətən Sabunçu rayonunda baş verənlərə İtaliya mafiyası da həsəd apara bilər”, deyə Aslan İsmayılov bildirib. Maraqlıdır ki, qarşı tərəf bu faktlarla bağlı mətbuata heç bir açıqlama verməyib. Aslan İsmayılovun araşdırmasından aydın şəkildə hiss edilə bilər ki, Adil Vəliyevin sağ əli kimi tanınan Rəfail Abdullayevin diplomunun saxta olmasına dair əsaslı şübhələr var. Əgər Rəfail Abdullayev diplomunun saxta olmamasını sübut etmək istəyirsə, ortaya fakt qoysun, Aslan İsmayılov kimi. Görünür, Adil Vəliyev icra başçısı vəzifəsinə təyin olunandan sonra bəzi işçilərin keçmişi və təhsili ilə maraqlanmayıb. Məhz bu səbəbdəndir ki, hüquq şöbəsinin məsləhətçisi hazırda Sabunçu rayonunda ürəyi istədiyi kimi hərəkət edir və bahalı maşında gəzərək yerli sakinlərin haqqını tapdalayır.

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu
 

Bölmənin digər xəbərləri

27 Noyabr 2020 Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - Gəncədə ÖZBAŞINALIQ!
27 Noyabr 2020 Ağcabədi icra başçısı Şuşa şəhidinin qapısını döyməyib – Foto
27 Noyabr 2020 Əskərin meyitini 50 manat aldıqdan sonra valideyninə veriblər-SABUNÇUDA
27 Noyabr 2020 Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
27 Noyabr 2020 Baxımsız halda olan Suraxanı - VİDEO
27 Noyabr 2020 Səhiyyə Nazirliyinin “Covid 19” planı…
26 Noyabr 2020 Beyləqanda kimsənin bata bilmədiyi məmur...
26 Noyabr 2020 Ağcabədi səhiyyəsi iflic durumda... - İTTİHAM
26 Noyabr 2020 İCRA BAŞÇISINDAKI FƏRASƏTƏ BİR BAX! — BAYRAM SƏFƏROV YENƏ DƏ HAMINI ALDATDI:
26 Noyabr 2020 Oliqarxa çevrilmiş başçı Sevindik Hətəmovun böyük sərvəti...
25 Noyabr 2020 ATU rektoru yenə ara qarışdırır - Zamdekan üsyan edir
25 Noyabr 2020 Bərdədə bayraq rəzaləti – İcra başçısı Azərbaycan və Türkiyə bayraqlarını sökərək zibilliyə atıb -VIDEO
25 Noyabr 2020 Göyçayda Vətən müharibəsində iştirak edənlərin ailəsindən rüşvət tələb edilir – İDDİA
25 Noyabr 2020 Məktəb direktoru əsgərimizə görün nə arzu etdi – “ƏCƏLİ TEZ GƏLSİN, AY ALLAH!!!”
25 Noyabr 2020 ƏƏSMN düzəlmir ki, düzəlmir cənab Babayev - Şikayətlər ard arda....
25 Noyabr 2020 Qolunu itirmiş qazimizə rəsmi biganəlik... - "Sumqayıtın İcra Başçısı, Hacı Zeynalabdin qəsəbə icra nümayəndəsi..."
25 Noyabr 2020 BAKIDA “LİFT SABOTAJI” - Görünür, Bakının lift-xidmət təsərrüfatı düzələsi deyil - Azəbaycanın baş kəndində gerçək bir lift-xidmət nihilizmi hökm sürür, heç kimin də vecinə deyil. Sanki belə də olmalı imiş. Müşahidələr göstərir ki, Qüdrət Şükürov dönəmi
25 Noyabr 2020 MN: Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olublar
25 Noyabr 2020 “Torqovaya”da “bespredel” - “Nərgiz” TM-nin üstündə tikinti aparmağa kim icazə verib?..
24 Noyabr 2020 Qarabağda canını, qanını vermiş övladlarımıza biganə baş həkim – icra başçısına güvənən Bəşirova KİMDİR?

Dünyapress TV

Xəbər lenti