Meriyadan milyonlar talayan məmur
Məlumdur ki, Eldar Əzizov meriyaya gələndən sonra Bakı Şəhər İcra Hakimiyyətində Hacıbala Abutalıbov dövründə baş vermiş qanunsuzluqlar xüsusi komissiya tərəfindən araşdırılıb və adı korrupsiyada hallanan xeyli kadr işdən çıxarılıb. Bunlardan biri də Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini olmuş Vidadi Əliyevdir.
Məlumatda vurğulanır ki, V.Əliyev sabiq paytaxt merinin ən yaxın adamlarından biri olub. Mənbəmiz bildirir ki, o qədər də böyük vəzifəsi olmayan Vidadi Əliyev sabiq merin köməkliyi ilə bir çox “yağlı” idarələrə öz yaxın ətrafını yerləşdirə bilibmiş. Belə idarələrdən biri Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsidir (ona “Parkomat idarəsi” də deyirdilər). Bu idarənin müdiri Vidadi Əliyevin oğlu Coşqun Əliyev imiş. Bundan əvvəl isə həmin idarənin rəisi V.Əliyevin “sağ əli” sayılan Təyyar Abdullayev adlı şəxs olub. Vidadi Əliyevin oğlu həmin idarəyə rəis təyin olunandan sonra isə Təyyar Abdullayev Bakı şəhər İH-nin İşıqlandırma İdarəsinin rəisi vəzifəsinə keçirilibmiş. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Kommunal Xidmətlər Müəssisəsi” MMC-nin rəhbəri İlqar Hüseynov isə Vidadi Əliyevin doğma xalası oğluymuş.
Rəsmi əməkhaqqı min manatdan yuxarı olmayan Vidadi Əliyev bu gün paytaxtda və müxtəlif rayonlarda yerləşən onlarla bahalı obyekt və daşınmaz əmlaklara sahibdir. Onun varidatının ümumi dəyəri təxmini bazar qiymətləri ilə hesablansa on milyonlarla dollar məbləğində dəyərləndirilir. Gundelik-baku.com-a danışan mənbəmiz bildirir ki, daşınmaz əmlakdan əlavə, Vidadi Əliyevin ortaq biznes şəbəkəsinə yanacaqdoldurma məntəqələri də daxildir (məlumata görə, “Sədərək” Ticarət Mərkəzinə gedən yolun üstündəki “Lukoil” yanacaqdoldurma məntəqəsi də ona məxsusdur). Bundan başqa “qəhrəman”ımızın Bərdə şəhərində və İsmayıllı rayonunda onlarla obyekti, yanacaqdoldurma məntəqələri və mal-qara təsərrüfatları, torpaq sahələri mövcuddur. Həmçinin, Vidadi Əliyevin biznes şəbəkəsinin ən gəlirli sahələrindən biri də Bakının Zirə kəndindəki nəhəng istixanadır. V.Əliyev istixana biznesindən yaxşı gəlir əldə etdiyi üçün bu sahəni daha da genişləndirmək “eşq”inə düşüb. Bunun üçün də Bərdə rayonunda aldığı hektarlarla torpaq sahəsində daha böyük və qiyməti milyonlarla manat dəyərində olan, xarici avadanlıqla təchiz olunmuş müasir tipli istixanalar inşa etdirib. Son olaraq bir faktı da xatırladaq ki, bu qədər var-dövlətin və vəzifələrin sahibi olanVidadi Qəşəm oğlu Əliyev 2003-cü ildə qəsdən adam öldürməyə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilibmiş və bunu onu vəzifəyə təyin edənlər də bilirmiş. Ümidvarıq ki, bu yazımızdan sonra əlaqədar orqanlar lazımi ölçü götürəcək və yeni təyin olunacaq Baş Prokurorumuz Vidadi Əliyevin taladığı milyonları dövlət büdcəsinə qaytaracaqdır.

Bölmənin digər xəbərləri

27 Noyabr 2020 Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - Gəncədə ÖZBAŞINALIQ!
27 Noyabr 2020 Ağcabədi icra başçısı Şuşa şəhidinin qapısını döyməyib – Foto
27 Noyabr 2020 Əskərin meyitini 50 manat aldıqdan sonra valideyninə veriblər-SABUNÇUDA
27 Noyabr 2020 Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
27 Noyabr 2020 Baxımsız halda olan Suraxanı - VİDEO
27 Noyabr 2020 Səhiyyə Nazirliyinin “Covid 19” planı…
26 Noyabr 2020 Beyləqanda kimsənin bata bilmədiyi məmur...
26 Noyabr 2020 Ağcabədi səhiyyəsi iflic durumda... - İTTİHAM
26 Noyabr 2020 İCRA BAŞÇISINDAKI FƏRASƏTƏ BİR BAX! — BAYRAM SƏFƏROV YENƏ DƏ HAMINI ALDATDI:
26 Noyabr 2020 Oliqarxa çevrilmiş başçı Sevindik Hətəmovun böyük sərvəti...
25 Noyabr 2020 ATU rektoru yenə ara qarışdırır - Zamdekan üsyan edir
25 Noyabr 2020 Bərdədə bayraq rəzaləti – İcra başçısı Azərbaycan və Türkiyə bayraqlarını sökərək zibilliyə atıb -VIDEO
25 Noyabr 2020 Göyçayda Vətən müharibəsində iştirak edənlərin ailəsindən rüşvət tələb edilir – İDDİA
25 Noyabr 2020 Məktəb direktoru əsgərimizə görün nə arzu etdi – “ƏCƏLİ TEZ GƏLSİN, AY ALLAH!!!”
25 Noyabr 2020 ƏƏSMN düzəlmir ki, düzəlmir cənab Babayev - Şikayətlər ard arda....
25 Noyabr 2020 Qolunu itirmiş qazimizə rəsmi biganəlik... - "Sumqayıtın İcra Başçısı, Hacı Zeynalabdin qəsəbə icra nümayəndəsi..."
25 Noyabr 2020 BAKIDA “LİFT SABOTAJI” - Görünür, Bakının lift-xidmət təsərrüfatı düzələsi deyil - Azəbaycanın baş kəndində gerçək bir lift-xidmət nihilizmi hökm sürür, heç kimin də vecinə deyil. Sanki belə də olmalı imiş. Müşahidələr göstərir ki, Qüdrət Şükürov dönəmi
25 Noyabr 2020 MN: Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olublar
25 Noyabr 2020 “Torqovaya”da “bespredel” - “Nərgiz” TM-nin üstündə tikinti aparmağa kim icazə verib?..
24 Noyabr 2020 Qarabağda canını, qanını vermiş övladlarımıza biganə baş həkim – icra başçısına güvənən Bəşirova KİMDİR?

Dünyapress TV

Xəbər lenti