Məmur özbaşınalığından zara gələn Zərdab- İTTİHAM
Zərdab rayonunun Dəli Quşçu kənd sakini Rahib Bayramov vəzifəli qohumu Vidadi Bayramovdan şikayətçidir. O, bildirib ki, Kənd Təsərrüfatı İdarəsinin rəisi olan Vidadi Bayramov vəzifə səlahiyyətindən sui-istifadə edərək onun atasından qalan həyətyanı torpağındakı hasarı sökdürmək istəyir:

“Torpaq sahəmizin yaxınlığından beton su kanalı keçir. Həmin kanal dövlət tərəfindən Dəkkəoba və Dəli Quşçu kəndlərinin pay torpaqlarının suvarılması məqsədilə inşa olunub. Vidadi Bayramov həmin kanaldan su çəkdirmək üçün ərazidə qazıntı işləri aparıb. Hadisə ötən ilin yayında baş verib. Nəticədə qardaşıma məxsus üçotaqlı evə ciddi ziyan dəyib. Evin divarlarında dərin çatlar əmələ gəlib, qəzalı vəziyyət yaranıb. Onu da deyim ki, qazıntı zamanı həyətimizdə olan meyvə ağacları da qırılıb. Qazıntı kanalın üzərində yerləşən kollektorun yaxınlığına kimi aparılıb. Harada görünüb ki, kanaldan öz həyətinə arx çəkəsən? Həmin ərazidə mənim hasarım yerləşir, bu adam oranı sökdürmək istəyir”.

1605684612_1.jpg

DİA.AZ xəbər verir ki, Rahib Bayramov məsələ ilə bağlı Zərdab Rayon Məhkəməsinə, daha sonra isə Şəki Apelyasiya Məhkəməsinə şikayət edib. Hər iki məhkəmənin qərarı qarşı tərəfin xeyrinə olub: “Vidadi Bayramov rayonda tanınan şəxs olduğu üçün hamı onun sözünü deyir. Saxta sənəd düzəldiblər ki, həmin ərazi bələdiyyə torpağıdır. Apelyasiya şikayəti zamanı tələb etdik ki, bələdiyyə sədri Allahverdi Qəhrəmanov ərazinin xəritəsini gətirsin, lakin o, bunu etmədi. Çünki xəritə gətirilsəydi, bələdiyyə torpağını zəbt etmədiyim bəlli olacaqdı. Vəkilim Suvarma Sistemləri İdarəsinə müraciət etdi ki, məhkəməyə həyətyanı torpaqlara aid suvarma kanalları sxemi ilə bağlı arayış təqdim olunsun. Onlardan da cavab gəlmədi. Çünki Vidadi Bayramovun rayonda havadarları çoxdur. Ona görə də müraciət etdiyim qurumlar məsələyə qeyri-obyektiv yanaşır. Vidadi Bayramovun əlində torpağın bələdiyyəyə aid olmasına dair heç bir sənəd-sübut yoxdur”.

Rahib Bayramov Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Noyabrın 18-də məhkəmə prosesi olacaq. Şikayətçi iddia edir ki, bələdiyyə sədri Allahverdi Qəhrəmanov Dəli Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elman Ağayevlə əlbir olaraq saxta akt tərtib ediblər: “Həmin aktda Dəli Quşçu kəndinin sakini Vidadi Bayramovun qardaşı Namizəd Bayramov həyətyanı sahəsinə gələn su arxının mənim tərəfimdən zəbt edildiyini deyir. Namizəd su kanalının üzərində tikinti işlərinin aparılmasından narazılıq edir. İcra Hakimiyyətinin nümayəndələri də əraziyə baxış keçirəndə, məlum olub ki, guya mən orada tikinti işi aparmışam. Tərtib edilən aktda mənə tikilini sökmək tövsiyə edilib. Məsələ ilə bağlı icra başçısı Mərdan Camalzadənin qəbulunda olmuşuq. Başçı özü bizim kənddə gələndə həmin adamlarla da danışıb. Bildirib ki, bu çəkişməyə son qoyulsun. Lakin yenə də “köhnə hamam, köhnə tas”, heç bir faydası yoxdur. Tək ümidimiz Ali Məhkəmənin çıxaracağı ədalətli qərardır”.

1605684643_2.jpg

Kənd Təsərrüfatı İdarəsinin rəisi Vidadi Bayramov bildirib ki, həmin ərazidəki 1 hektar 78 sot yer bələdiyyə torpağıdır və Rahib Bayramov tərəfindən qanunsuz olaraq hasarlanıb: “Qanuna görə, hətta pay torpağında belə su bərəsinin hasarlanması qadağandır. Bələdiyyə torpağı qanunsuz zəbt olunaraq, hasarlanıb. Həmin ərazidə mənim qardaşım yaşayır. Biz həmin ərazidə heç bir qazıntı işi aparmamışıq. Hər iki məhkəmənin qərarı da ədalətlidir”.

Bələdiyyə sədri Allahverdi Qəhrəmanov torpağın bələdiyyənin balansında olduğunu bildirib: “Əvvəllər həmin ərazi Kürdəmir Rayon Su-Kanal İdarəsinin balansında idi. Sonradan bələdiyyəyə verildi. Rahib Bayramov kanalın üzərini köndələn hasarla kəsib. Bununla da ərazidə gediş-gəliş yolu bağlanıb. Akt icra hakimiyyətinin işçiləri, region torpaq şöbələrinin nümayəndələri tərəfindən tərtib olunub”.

Dəli Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elman Ağayev isə deyir ki, torpağın Rahib Bayramova, yaxud da bələdiyyəyə aid olması ilə bağlı sənəd yoxdur: “Çünki həmin ərazidə əsaslı şəkildə ölçü aparılmayıb. Kassasiya məhkəməsinin yekunundan sonra həmin ərazi ölçüləcək. Bundan sonra həmin ərazidə torpaq sahəsinin zəbt olunub-olunmadığı ortaya çıxacaq. Həmin ərazidə üç-dörd ailəyə gedən su yolunun bağlanması isə faktdır”.

Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev də deyir ki, hər iki məhkəmənin çıxardığı qərara əsasən, torpaq bələdiyyəyə aiddir.

Bölmənin digər xəbərləri

27 Noyabr 2020 Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - Gəncədə ÖZBAŞINALIQ!
27 Noyabr 2020 Ağcabədi icra başçısı Şuşa şəhidinin qapısını döyməyib – Foto
27 Noyabr 2020 Əskərin meyitini 50 manat aldıqdan sonra valideyninə veriblər-SABUNÇUDA
27 Noyabr 2020 Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
27 Noyabr 2020 Baxımsız halda olan Suraxanı - VİDEO
27 Noyabr 2020 Səhiyyə Nazirliyinin “Covid 19” planı…
26 Noyabr 2020 Beyləqanda kimsənin bata bilmədiyi məmur...
26 Noyabr 2020 Ağcabədi səhiyyəsi iflic durumda... - İTTİHAM
26 Noyabr 2020 İCRA BAŞÇISINDAKI FƏRASƏTƏ BİR BAX! — BAYRAM SƏFƏROV YENƏ DƏ HAMINI ALDATDI:
26 Noyabr 2020 Oliqarxa çevrilmiş başçı Sevindik Hətəmovun böyük sərvəti...
25 Noyabr 2020 ATU rektoru yenə ara qarışdırır - Zamdekan üsyan edir
25 Noyabr 2020 Bərdədə bayraq rəzaləti – İcra başçısı Azərbaycan və Türkiyə bayraqlarını sökərək zibilliyə atıb -VIDEO
25 Noyabr 2020 Göyçayda Vətən müharibəsində iştirak edənlərin ailəsindən rüşvət tələb edilir – İDDİA
25 Noyabr 2020 Məktəb direktoru əsgərimizə görün nə arzu etdi – “ƏCƏLİ TEZ GƏLSİN, AY ALLAH!!!”
25 Noyabr 2020 ƏƏSMN düzəlmir ki, düzəlmir cənab Babayev - Şikayətlər ard arda....
25 Noyabr 2020 Qolunu itirmiş qazimizə rəsmi biganəlik... - "Sumqayıtın İcra Başçısı, Hacı Zeynalabdin qəsəbə icra nümayəndəsi..."
25 Noyabr 2020 BAKIDA “LİFT SABOTAJI” - Görünür, Bakının lift-xidmət təsərrüfatı düzələsi deyil - Azəbaycanın baş kəndində gerçək bir lift-xidmət nihilizmi hökm sürür, heç kimin də vecinə deyil. Sanki belə də olmalı imiş. Müşahidələr göstərir ki, Qüdrət Şükürov dönəmi
25 Noyabr 2020 MN: Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olublar
25 Noyabr 2020 “Torqovaya”da “bespredel” - “Nərgiz” TM-nin üstündə tikinti aparmağa kim icazə verib?..
24 Noyabr 2020 Qarabağda canını, qanını vermiş övladlarımıza biganə baş həkim – icra başçısına güvənən Bəşirova KİMDİR?

Dünyapress TV

Xəbər lenti