Xətai RİH-də şübhəli tender oyunu: 150 min manatlıq qaloş, əlcək… (ARAŞDIRMA)
 
 

Xətai rayon İcra Hakimiyyətinin Mənzil Komunal Təsərrüfatı Birliyi noyabrın 16-da 3 tender keçirib.

Qaynarinfo-nun araşdırması nəticəsində məlum olub ki, 712 min 868 manat məbləğində olan hər 3 tenderin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC olub.

Belə ki, Mənzil Komunal Təsərrüfatı Birliyi dəftərxana və təsərrüfat mallarının satınalınması 287 608.72, yumşaq inventar və xüsusi geyimlərin satın alınması 149 812.8, avadanlıqların satın alınması üçün 275 447.4 manat xərcləyəcək.

El arasında JEK kimi tanınan qurum dəftərxana və təsərrüfat mallarının satınalınması adı altında drel, laqonda, elektrod, araba təkəri, drel akkumlatoru, motoplia, qaynaq aparatı, motorlu əl dəryazı, nasos və s. tikinti və təsərrüfat malları alacaq.

Yumşaq inventar və xüsusi geyimlərin satın alınması üçün keçirilən tenderə görə MKTB işçilərini yeni geyimlər (müstəlif növlu), qaloş, çəkmə və əlçəklə təhciz edəcək.

Avadanlıqların satın alınması üzrə keçirilən tenderə əsasən uşaqlar üçün yelləncəklər, karusel, idman qurğuları, park və həyətlər üçün oturacaqlar, zibil qabıları alınmalıdır.

Adından və qalib olduğu tenderlərdən göründüyü kimi bütün profillərdə fəaliyyət göstərən “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin nizamnamə kapitalı 2050 manatdır. Şirkət 2015-ci ilin mart ayının 18-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı General Səmədbəy Mehmandarov, ev 98, mənzil 47, qanuni təmsilçisinin isə Əbilov Elçin İslam oğlu göstərilib.

İnternet resursları adı çəkilən şirkətlə bağlı apardığımız araşdırmalardan məlum oldu ki, cari ilin iyul ayının 8-də Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən avadanlıqların, parkların saxlanması üçün avadanlıqların, ehtiyat hissələrinin, yumşaq inventar və xüsusi geyimlərin alınması, dəftərxana və təsərrüfat xərcləri üzrə keçirilmiş müsabiqənin də qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti olub və ümumi dəyəri 799 021 manat dəyərində dövlət sifarişi alıb.

Habelə QSC 2019-cu ilin aprelində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən mal-materiallar və elektirik avadanlıqlarının satınalmaları üzrə 12 milyon manatdan çox dövlət sifarışi alıb. Həmçinin, bu ilin may ayında Bakı şəhər İcra Hakimiyyətinin başçısı yanında “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət müəssisələrinə subsidiyaların verilməsinin satın alınması üzrə keçirilmiş 5 milyon manat civarında tenderin qalibi olub.

Məlumatlardan da görsəndiyi kimi “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC hərtərəfli işlər görməsinə baxmayaraq, müasir dövrümüzün bir çox şirkətlərindən fərqli olaraq göstərdiyi xidmətlər barədə məlumatları geniş ictimaiyyətə təqdim etməyinə luzum görmür. Belə ki, internet resuslarında şirkətin saytını, habelə sosial şəbəkələrdə hər hansı bir səhifəsini tapa bilmədik.

XalqXeber.Az

Bölmənin digər xəbərləri

27 Noyabr 2020 Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - Gəncədə ÖZBAŞINALIQ!
27 Noyabr 2020 Ağcabədi icra başçısı Şuşa şəhidinin qapısını döyməyib – Foto
27 Noyabr 2020 Əskərin meyitini 50 manat aldıqdan sonra valideyninə veriblər-SABUNÇUDA
27 Noyabr 2020 Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
27 Noyabr 2020 Baxımsız halda olan Suraxanı - VİDEO
27 Noyabr 2020 Səhiyyə Nazirliyinin “Covid 19” planı…
26 Noyabr 2020 Beyləqanda kimsənin bata bilmədiyi məmur...
26 Noyabr 2020 Ağcabədi səhiyyəsi iflic durumda... - İTTİHAM
26 Noyabr 2020 İCRA BAŞÇISINDAKI FƏRASƏTƏ BİR BAX! — BAYRAM SƏFƏROV YENƏ DƏ HAMINI ALDATDI:
26 Noyabr 2020 Oliqarxa çevrilmiş başçı Sevindik Hətəmovun böyük sərvəti...
25 Noyabr 2020 ATU rektoru yenə ara qarışdırır - Zamdekan üsyan edir
25 Noyabr 2020 Bərdədə bayraq rəzaləti – İcra başçısı Azərbaycan və Türkiyə bayraqlarını sökərək zibilliyə atıb -VIDEO
25 Noyabr 2020 Göyçayda Vətən müharibəsində iştirak edənlərin ailəsindən rüşvət tələb edilir – İDDİA
25 Noyabr 2020 Məktəb direktoru əsgərimizə görün nə arzu etdi – “ƏCƏLİ TEZ GƏLSİN, AY ALLAH!!!”
25 Noyabr 2020 ƏƏSMN düzəlmir ki, düzəlmir cənab Babayev - Şikayətlər ard arda....
25 Noyabr 2020 Qolunu itirmiş qazimizə rəsmi biganəlik... - "Sumqayıtın İcra Başçısı, Hacı Zeynalabdin qəsəbə icra nümayəndəsi..."
25 Noyabr 2020 BAKIDA “LİFT SABOTAJI” - Görünür, Bakının lift-xidmət təsərrüfatı düzələsi deyil - Azəbaycanın baş kəndində gerçək bir lift-xidmət nihilizmi hökm sürür, heç kimin də vecinə deyil. Sanki belə də olmalı imiş. Müşahidələr göstərir ki, Qüdrət Şükürov dönəmi
25 Noyabr 2020 MN: Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olublar
25 Noyabr 2020 “Torqovaya”da “bespredel” - “Nərgiz” TM-nin üstündə tikinti aparmağa kim icazə verib?..
24 Noyabr 2020 Qarabağda canını, qanını vermiş övladlarımıza biganə baş həkim – icra başçısına güvənən Bəşirova KİMDİR?

Dünyapress TV

Xəbər lenti