Sakinlər şikayətçidir: Penitensiar xidmətin rəisi dənizi işğal edib, yolu da bağlayıb - Video
 
 

Görəsən, bəzi məmurlar Ulu Öndərin və cənab Prezident İlham Əliyevin tövsiyələrini, imzaladığı rəsmi sənədləri qulaq ardına vurmaq cəsarətini haradan alırlar?..

Aşağıdakı videoda gördüyünüz, dənizin içinə qədər girən möhtəşəm qəsrin Ədliyyə nazirlinin müavini, Penitensiar xidmətinnin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənova məxsus olduğu iddia edilir. Qəsr Pirşağıda, 173 nömrəli marşrut avtobusunun sonuncu dayanacağında, “Delfin” restoranının yaxınlığında yerləşir və burada yaşayan sakinlərin kabusuna çevrilib.

PİA.az-a müraciət edən bir qrup sakin bildirir ki, Ceyhun Həsənov bu ərazidə dənizə girməyi qadağan etdiyi kimi, sahilə düşən yola şlaqbaum qoyaraq evinin yaxınlığındakı çimərliyə girişi də bağlayıb. İcra hakimiyyəti və bələdiyyə orqanları isə sakinklərin şikayətlərini sadəcə qulaq ardına vururlar.

Maraq doğuran məsələlərdən biri də odur ki, onlarla metr dənizə girən hasarlamanı səlahiyyətli qurumlar görmürlər. Ya da görməməzlikdən gəlirlər. Bəs görəsən dəniz sahəsini “işğal” edən Ceyhun Həsənov bu “işğalını” necə sənədləşdirib? Yəni dəniz sahəsinin ona aid olması ilə bağlı əlində sənəd varmı? Bu suala təbii ki, Sabunçu rayon İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti açıqlıq gətirməlidir.

Sakinlər qeyd edirlər ki, Ceyhun Həsənov özü üçün bu möhtəşəm qəsri inşa edəndən sonra yaxın qohumu üçün də ərazidə yer ayırıb və ona da dəbdəbəli malikanə inşa edib.

Qeyd edək ki, hələ 1990-cı illərdə mərhum prezident Heydər Əliyev məmurlara dəniz sahilində tikinti aparmağı qadağan etmişdi və tikilən məmur villalarının sökülməsini tapşırmışdı. Ondan sonra da Prezident İlham Əliyev dəfələrlə bu barədə məmurlara xəbərdarlıq edib.

Hər iki dövlət başçısının bu qadağaları əks etdirən sərəncamları da mövcuddur. Buna baxmayaraq məmurların dəniz “fəthləri” dayanmadan davam edib və etməkdədir.

Görəsən, bu məmurlar Ulu Öndərin və cənab Prezident İlham Əliyevin tövsiyələrini qulaq ardına vurmaq cəsarətini haradan alırlar? Hətta dövlət başçısının imzaladığı rəsmi sənədləri qarşı çıxmağa belə, cəsarət edirlər.

P. S. Burda bir haşiyə çıxaraq qeyd etmək istərdik ki, dünən Milli Məclisin deputatı Erkin Qədirli müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq 5 aylıq deptatlıq müddəti üçün öz gəlir və xərclərini açıqlayıb. Görəsən, yüksək çinli dövlət məmuru olan Ceyhun Həsənov da öz gəlir və xərclərini açıqlaya bilərmi? Ən azından bu möhtəşəm qəsr hansı gəlirlə inşa edilib və hazırda saxlanma xərcləri nə qədərdir? Dənizin işğalını isə soruşmuruq...

Sakinlər şikayətçidir: Penitensiar xidmətin rəisi dənizi işğal edib, yolu da bağlayıb - Video
1596272722_cey-159626718713-02-44-.jpg
1596272710_cey1-319253437413-03-01-.jpg
1596272690_cey2-478880156113-03-03-.jpg
1596272701_cey4-159626720513-03-07-.jpg
1596272672_cey5-319253441013-03-10-.jpg
1596272671_cey8-159626723813-03-14-.jpg
1596272747_cy-478880171713-03-18-.jpg

XalqXeber.A

Bölmənin digər xəbərləri

08 Avqust 2020 Göyçay Dövlət İdarəetmə Kollecində özbaşınalıq - Yeni nazir də seyrçi qalmaqdadır...
08 Avqust 2020 Ağcabədinin sabiq icra başçısının​ əmisioğlu rayonda “at oynadır”
08 Avqust 2020 İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər
08 Avqust 2020 ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə...
08 Avqust 2020 Lerik meşələrinin qara bəxti - VİDEO+FOTOLAR
08 Avqust 2020 Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi həbslədən nəticə çıxarmayıb - Görünəni budur...
08 Avqust 2020 "CASPIAN INTERNATIONAL HOSPİTAL" -da müştəriləri belə aldadırlar - FOTO/İTTİHAM
08 Avqust 2020 Camaləddin Quliyev “Caspian Fish”i çökdürür? - DİREKTORA QARŞI KORRUPSİYA İTTİHAMLARI
07 Avqust 2020 MİDA-nın sevimlisi olan Göygöl “Qranit Beton” MMC... – vergidən necə yayındırılır?
07 Avqust 2020 Zakir Quliyevin İmişlidə yaratdığı NARAHATÇILIQ... - GİLEY
07 Avqust 2020 Başçı Şəhidlər kompleksini dağıdıb, 1 ha ərazini mənimsədi - Video
07 Avqust 2020 MASALLININ BAŞ HƏKIMININ PSIXATRIYA HƏKIMINƏ EHTIYACI VAR
07 Avqust 2020 Cəlilabad sakini özünün də xəbəri olmadan işə götürülüb
07 Avqust 2020 12 saylı Peşə Təhsil Mərkəzinin direktoru qanunu pozur? - GİLEY
07 Avqust 2020 Zibil pulu yığıb, zibili yığmayan Masazır Bələdiyyəsi - FOTOLAR
07 Avqust 2020 AZAL niyə dövlətə mənfəət gəlir vermir? - AZAL şefi Cahangir Əskərovun Azərbaycanda və xaricdə çoxmilyonluq mülkləri aşkar olundu - FOTOFAKTLAR
07 Avqust 2020 Saxtakarlığın “muxtar” variantı – Paxırın üstünü müharibə veteranları açdılar -VİDEO
06 Avqust 2020 Gədəbəydə rüşvət qırğını- Məmur - vətəndaş qarşıdurması - VİDEO
06 Avqust 2020 245 saylı məktəbin direktoru valideynlərə niyə problem yaradır? - GİLEY
06 Avqust 2020 “Müstəntiq deyir ki, mənə Binəqədi rayonunun prokuroru Nazim İmanov belə göstəriş verib...”

Dünyapress TV

Xəbər lenti