Quba-Xaçmaz bölgəsində ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək....?VİDEO+FOTOLAR




Ötən yazılarımızın birində Lerik meşələri ilə bağlı təzadlarla dolu yazılar verəndə xüsusi olaraq vurğulamışdıq ki ölkə boyu meşələrin məqsədli şəkildə məhv edilməsi, ağacların kəsilmısi tendesiya halına çevrilmişdir. Azinfo.tv olaraq bizə daxil olan müraciətlərə, video faktlara əsaslanaraq həyəcan təbilin çalmaq məcburiyyətində qalmışıq. Etibar edilib vəzifəyə təyin olunmuş məmurlar çox keçmir ki öz tutduqları vəzifəyə biznes mənbəyi kimi baxırlar. Sanki kimlərinsə qarşısında öhdəlik götürmüş kimi görünürlər. Hansısa maraqlardan çıxış edərək özləri lazım olan əlverişli şəraiti təşkil edirlər.

Artıq xeyli vaxtdır Quba-Xaçmaz bölgələri üzrə ekologiya ilı bağlı zidiyyətli xəbərlər gəlməkdədir.Videodan göründüyü kimi artıq faktlar göz qabağındadır.

Şimal bölgəsinin meşələri, təbiəti talan edilir və ekoloji nəzarət yox dərəcəsindədir. Məsul şəxslərin səhlənkarlığından, bəlkədə hansısa maraqlarından irəli gələn səbəblərdən meşələrin talan edilməsi məqsədli şəkildə aparılır.

Təqdim etdiyimiz videodan göründüyü kimi Quba şəhərinin Bakı istiqamətindən Ağcaçayın körpüsüni keçən kimi kütləvi şəkildə bar verən qoz ağacları kəsilərək məhv edilmişdir. Böyük kötüklərə malik olan bu ağaclar hansısa təbiət qatilinin cəlladının qəzəbinə tuş gəlmişdir. Görəsən aidiyyatı qurumlar, bu məsələlərə cavabdeh məsul şəxslər hara baxırlar? Quba regional meşə təsərrüfatı idarəsinin rəisi Vüqar Sultanov bu faktların qarşısında hansı arqumentləri gətirəcək.?



Son vaxtlar anoloji hadisələr Quba, Qusar, Xaçmaz və şimal bölgəsının digər ərazilərində tez -tez baş verir. Aldığımız məlumatlara görə bu ərazilərin meşələrə yaxın yerlərində və digər sahələrində onlarla yeşik (qutu-tara)sexləri fəaliyyət göstərir. Qarşılıqlı anlaşma şəraitində bu sexlər məhz məsul meşə işçiləri tərəfindən mütəmadi olaraq tələb olunan lazımi məhsullarla təmin olunurlar. Bu gün şimal bölgəsının ərazilərində fəalıyyət göstərən karxanalar, sexlər ekologiyaya cavabdeh olan məsul rəhbər şəxslərin gəlir mənbəyinə çevrilmişdir. Bu bölgələrdə çay massivlərindən qum-çınqıl və digər zəruri inşaat əhəmiyyətli malların qanunsuz daşınması sonda təbii fəlakətlərə gətirib çıxarır. Qanunsuz qazma işləri çayların bəzən məcarasını dəyişməsinə, daşmasına və sel şəklində bəzi təbii fəlakətlər törətməsinə gətirib çıxarır.

Nəticədə bunun ağır fəsadlarını dövlətimiz və xalq görür. Bütün bunlar məmurların harınlığından, özbaşınalığından və qara niyyətləri səbəbindən baş verir.

Apardığımız araşdırma zamanı məlum oldu ki, Quba rayonu Möhüc kəndində kütləvi şəkildə kömür yandırılması halları intensiv olaraq baş verir.

Bizə təqdim olunan müraciətlərdə yenə Qubanın Vladimirovka, 1-ci Nügədi, 2-ci Nügədi və digər kəndlərində bu karxanaların, yeşik sexlərinin hansısa maraqlar müqabilində əvvəlcədən razılaşdırılmış sövdələşməyə əsasən fəalliyyət göstərdikləri xususi olaraq vurğulanır. Bu çür neqativ hallarla mübarizə aparmaq əvəzinə cənab Vüqar Sultanovun yəqinki başı bundan da vacib məsələlərə qarışıb. Əlbəttə bizim üçün çox maraqlıdır ki, əslən Qubanın 2-ci Nügədi kəndindən olan Vüqar müəllim burnunun ucunda baş verən qanunsuzluqları görmürmi?....Yəqin ki görür. Məsələnin daha da böyüməsindən ehtiyat edərək hərdən bir cərimələr təqdim etməklə və ya öz işçilərini intizam məsuliyyətinə cəlb etməklə əsil mahiyyətdən yayınmış olur.

Təbi Sərvətlər və Ekologıya nazirliyinin 5-saylı ərazi üzrə idarəsi baş verən olaylarla bağlı nədənsə susqunluq göstərir. Bakıya transfer olunan Vaqif müəllimdən sonra bu posta gətirilən cənab Nəsirşah Qafianova bu vəzifənin məsuliyyətini dərk etmək yəqinki yetərincə başa salınıb və məlumatlandırılıb. Çox təəssüflər olsun ki bu idarənin fəaliyyəti nəzərə çarpacaq dərəcədə hiss olunmur. Baş verən neqativ hallara qarşı cənab Nəsirşah Qafianovun adekvat cavabını görmürik. Hər iki qurumun istər 5-saylı ərazi üzrə Təbii Sərvətlər və Ekologıya nazirliyinin idarəsi,istərsədə Vüqar Sultanovun rəhbərlik etdiyi regional meşə idarəsinin fəaliyyəti çox paradoks görünür.



Əldə etdiyimiz bilgilırə görə meşələrdən qanuni şəkildə çıxarılmasına və satılmasına icazə verilən meşə məhsullarının normadanda artıq satılması üçün sanki bu məmurların əlinə əlverişli şərait düşmüşdür. Vəziyyətdən öz çirkin məqsədləri üçün istifadə etmək fürsətini əldən verməyərək lazımınca yararlanırlar. Əldə etdiyimiz məlumatlara görə regional meşə idarəsinin mühəndisi cənab Elvin Baxışov baş verən bu qanunsuzluqlara çox laqeyid yanaşır. O məsul şəxs kimi öz vəzifə borcunu yetərincə yerinə yetirmir. Sanki O iri ranqlı məmurların qanunsuz tapşırıqlarını icra etməklə məşğuldur.
Son olaraq araşdırmalarımızı davam etdirərək bu bölgədə baş verən olayları daim diqqət mərkəzində saxlayaraq mövzuya qayıdacaqıq.
Azinfo.tv olaraq qarşı tərəfində mövqeyini öyrənməyə, dinləməyə və dərc etməyə hazırıq.


Quba-Xaçmaz bölgəsində ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək....?VİDEO+FOTOLAR
Quba-Xaçmaz bölgəsində ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək....?VİDEO+FOTOLAR
Quba-Xaçmaz bölgəsində ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək....?VİDEO+FOTOLAR
Quba-Xaçmaz bölgəsində ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək....?VİDEO+FOTOLAR
Quba-Xaçmaz bölgəsində ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək....?VİDEO+FOTOLAR
Quba-Xaçmaz bölgəsində ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək....?VİDEO+FOTOLAR
Quba-Xaçmaz bölgəsində ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək....?VİDEO+FOTOLAR
Quba-Xaçmaz bölgəsində ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək....?VİDEO+FOTOLAR
Quba-Xaçmaz bölgəsində ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək....?VİDEO+FOTOLAR
Quba-Xaçmaz bölgəsində ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək....?VİDEO+FOTOLAR
 

Bölmənin digər xəbərləri

08 Avqust 2020 Göyçay Dövlət İdarəetmə Kollecində özbaşınalıq - Yeni nazir də seyrçi qalmaqdadır...
08 Avqust 2020 Ağcabədinin sabiq icra başçısının​ əmisioğlu rayonda “at oynadır”
08 Avqust 2020 İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər
08 Avqust 2020 ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə...
08 Avqust 2020 Lerik meşələrinin qara bəxti - VİDEO+FOTOLAR
08 Avqust 2020 Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi həbslədən nəticə çıxarmayıb - Görünəni budur...
08 Avqust 2020 "CASPIAN INTERNATIONAL HOSPİTAL" -da müştəriləri belə aldadırlar - FOTO/İTTİHAM
08 Avqust 2020 Camaləddin Quliyev “Caspian Fish”i çökdürür? - DİREKTORA QARŞI KORRUPSİYA İTTİHAMLARI
07 Avqust 2020 MİDA-nın sevimlisi olan Göygöl “Qranit Beton” MMC... – vergidən necə yayındırılır?
07 Avqust 2020 Zakir Quliyevin İmişlidə yaratdığı NARAHATÇILIQ... - GİLEY
07 Avqust 2020 Başçı Şəhidlər kompleksini dağıdıb, 1 ha ərazini mənimsədi - Video
07 Avqust 2020 MASALLININ BAŞ HƏKIMININ PSIXATRIYA HƏKIMINƏ EHTIYACI VAR
07 Avqust 2020 Cəlilabad sakini özünün də xəbəri olmadan işə götürülüb
07 Avqust 2020 12 saylı Peşə Təhsil Mərkəzinin direktoru qanunu pozur? - GİLEY
07 Avqust 2020 Zibil pulu yığıb, zibili yığmayan Masazır Bələdiyyəsi - FOTOLAR
07 Avqust 2020 AZAL niyə dövlətə mənfəət gəlir vermir? - AZAL şefi Cahangir Əskərovun Azərbaycanda və xaricdə çoxmilyonluq mülkləri aşkar olundu - FOTOFAKTLAR
07 Avqust 2020 Saxtakarlığın “muxtar” variantı – Paxırın üstünü müharibə veteranları açdılar -VİDEO
06 Avqust 2020 Gədəbəydə rüşvət qırğını- Məmur - vətəndaş qarşıdurması - VİDEO
06 Avqust 2020 245 saylı məktəbin direktoru valideynlərə niyə problem yaradır? - GİLEY
06 Avqust 2020 “Müstəntiq deyir ki, mənə Binəqədi rayonunun prokuroru Nazim İmanov belə göstəriş verib...”

Dünyapress TV

Xəbər lenti