Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi karantin rejmin pozdu nişan və toy mərasimi keçrib - FOTO
 

Sozcu.info-ya isitnadən Mart ayının 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejim tətbiq etdi. Xüsusi rejimin tələblərinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri müəyyən etdi. Həmin tədbirlərin sırasında dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi, bütün toy məclislərinin keçirilməsi qadağan edilməsi də vardı. Xüsusi rejim dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunması tələbi edilirdi.

Nazirlər Kabineti yanında Operativ Qərargahının bu qərarından təxminən bir ay sonra Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilməsi haqqında sərəncam verməsi haqqında məlumat yayıldı. Bu məlumat prezident İlham Əliyevin xüsusi karantin rejimin tələblərinə nə qədər önəm verməsini göstərirdi.

Ağdam rayonundan "Yeni Sözçü"qəzetinin redaksiyasına daxil olan bir məlumata görə, məmurlar xüsusi rejim qaydalarını pozmaqdan çəkinmirlər. Məlumata görə Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova iyul ayının 9-da qapalı yerdə çoxsaylı insanların iştirakı ilə nişan mərasimi keçirib. Bundan əvvəl isə Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova bacısı oğlunun da toy mərasimi olub.
Mərasimindən çəkilmiş şəkildə də qapalı məkanlarda bütün toy məclislərinin keçirilməsinin qadağan olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci tarixli qərarının tələblərinin kobud şəkildə pozulduğu aydın görünür.

Məlumata görə, bu şadlıq mərasimləri haqqında Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovu əvvəlcədən məlumatlandırıb və onun razılığı alınıb. Buna görə hüquq-mühafizə orqanları nişan mərasiminin qarşısını almaq üçün heç bir tədbir görməyiblər.

Məlumatda belə halların bundan əvvəl də baş verdiyi qeyd olunur. Faktla bağlı Prezident Adminstarsiyasının və Təhsil Nazirliyinin hansı tədbir görəcəyini izləməyə çalışacağıq.

Azerbaycanrealligi.com
Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi karantin rejmin pozdu nişan və toy mərasimi keçrib - FOTO

XalqXeber.Az

Bölmənin digər xəbərləri

08 Avqust 2020 Göyçay Dövlət İdarəetmə Kollecində özbaşınalıq - Yeni nazir də seyrçi qalmaqdadır...
08 Avqust 2020 Ağcabədinin sabiq icra başçısının​ əmisioğlu rayonda “at oynadır”
08 Avqust 2020 İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər
08 Avqust 2020 ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə...
08 Avqust 2020 Lerik meşələrinin qara bəxti - VİDEO+FOTOLAR
08 Avqust 2020 Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi həbslədən nəticə çıxarmayıb - Görünəni budur...
08 Avqust 2020 "CASPIAN INTERNATIONAL HOSPİTAL" -da müştəriləri belə aldadırlar - FOTO/İTTİHAM
08 Avqust 2020 Camaləddin Quliyev “Caspian Fish”i çökdürür? - DİREKTORA QARŞI KORRUPSİYA İTTİHAMLARI
07 Avqust 2020 MİDA-nın sevimlisi olan Göygöl “Qranit Beton” MMC... – vergidən necə yayındırılır?
07 Avqust 2020 Zakir Quliyevin İmişlidə yaratdığı NARAHATÇILIQ... - GİLEY
07 Avqust 2020 Başçı Şəhidlər kompleksini dağıdıb, 1 ha ərazini mənimsədi - Video
07 Avqust 2020 MASALLININ BAŞ HƏKIMININ PSIXATRIYA HƏKIMINƏ EHTIYACI VAR
07 Avqust 2020 Cəlilabad sakini özünün də xəbəri olmadan işə götürülüb
07 Avqust 2020 12 saylı Peşə Təhsil Mərkəzinin direktoru qanunu pozur? - GİLEY
07 Avqust 2020 Zibil pulu yığıb, zibili yığmayan Masazır Bələdiyyəsi - FOTOLAR
07 Avqust 2020 AZAL niyə dövlətə mənfəət gəlir vermir? - AZAL şefi Cahangir Əskərovun Azərbaycanda və xaricdə çoxmilyonluq mülkləri aşkar olundu - FOTOFAKTLAR
07 Avqust 2020 Saxtakarlığın “muxtar” variantı – Paxırın üstünü müharibə veteranları açdılar -VİDEO
06 Avqust 2020 Gədəbəydə rüşvət qırğını- Məmur - vətəndaş qarşıdurması - VİDEO
06 Avqust 2020 245 saylı məktəbin direktoru valideynlərə niyə problem yaradır? - GİLEY
06 Avqust 2020 “Müstəntiq deyir ki, mənə Binəqədi rayonunun prokuroru Nazim İmanov belə göstəriş verib...”

Dünyapress TV

Xəbər lenti