Daşkəsəndə NƏ BAŞ VERİR?
Daşkəsən Rayon Polis şöbəsinin əməkdaşı-polis serjantı Şahin Rzayevin məcburi köçkünləri aldadaraq onlara məxsus 103 baş qoyun-quzunu aparıb və pulunu verməyib.

Kanal32.az xəbər verir ki,”Region” İnformasiya Agentliyinin redaksiyasına müraciət edən Daşkəsən rayonuunun Çovdar kəndində məskunlaşan və təsərrüfatla məşğul olan kəlbəcərli məcburi köçkünlər iddia edirlər ki, böyük bir cinayətin qurbanına çevriliblər. Yerli qurumlar səviyyəsində etdikləri müraciətlər isə nəticəsizdir.Bir sözlə, səslərini eşidən yoxdur. Ona görə də onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət edərək təcili kömək istəyirlər.

Daşkəsəndə NƏ BAŞ VERİR?

Problemin mahiyyətinə gəldikdə isə…Qanunsuzluğun və özbaşınalığın şahidi oluruq.Məcburi köçkünlərin sözlərinə görə, Daşkəsəndə at oynadan və heç kimlə hesablaşmayan Rzayevlər ailəsi onlara məxsus 103 baş qoyun-quzunu aldadaraq onların əllindən alıb.

Cinayətlə üzləşən məcburi köçüknlər deyir ki,28 uyun 2020-ci il tarixdə Daşkəsən Rayon Polis şöbəsinin əməkdaşı-polis serjantı Rzayev Şahin Akif oğlu Polis şöbəsinin xidməti avtomobili ilə atası Akif Rzayev, qardaşları-Seymur və Ceyhun Razyevlə birlikdə Çovdar kəndində bizim həyətə gəliblər. Bizim təsərrüfatdakı satlıq qoyun-quzunu almaq istədiklərini bildiriblər. Sövdələşmədən sonra 103 baş heyvanın onlar tərəfindən alınması ilə bağlı razılığa gəldik.Ancaq bildirdilər ki,pulunu 3 gündən sonra verəcəklər.Biz də Akif Rzayevin oğlunun polis olduğunu və bizi aldatmayacaqlarını nəzərə alaraq razılaşdıq. Onlar eyni zamanda Çovdar kəndində yaşayan Əfqan Mustafayevdən və Yelmar Kərimovdan da qoyunlar alaraq sürü şəklində yığaraq apradılar.

Daşkəsəndə NƏ BAŞ VERİR?

Elə əsas problem də bundan sonra başlayıb.Belə ki, bu günə kimi qoyun-quzularını satmış məcburi köçkünlər halal pullarını Rzayevlərdən ala bilmirlər. Şikayətçilər deyir ki, Polis serjantı Şahin Rzayev onları nalayiq söyüşlərlə təhqir edir və tutdurmaqla hədələyir.Özünün Daşkəsənin yiyəsi hesab edən Akif Rzayevin oğlu isə “sizi güllələyərəm” deyib, bizi ölümlə təhdid edir.

Daşkəsəndə NƏ BAŞ VERİR?

Şikayətçilər adından danışan Allahverdiyev Alqayıt Vahid oğlu deyir ki, üzləşdikləri qanun pozuntuları və özbaşınalıqlarla bağlı Daşkəsən Rayon Polis Şöbəsinə və Daşkəsən Rayon Prokurorluğuna da müraciət ediblər. Polis nəfəri Şahin Rzayevin onları aldadaraq 103 baş qoyun-quzunu yığıb aparması barədə məlumat veriblər.

Məcburi köçkünlər redaksiyamız vasitəsi ilə bütün müvafiq qurumlardan kömək istəyirlər.Hüquqalrı kobud şəkildə pozulan şikayətçilər tələb edirlər ki,onların etibarından sui istifadə edərək onlara qarşı dələzduzluq etmiş və onları ölümlə təhdid edən Akif Rzayev və Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşı Şahin Rzayev barəsində ciddi tədbirlər görülsün.



Məlumat üçün onu da qeyd edək ki,iddialara görə Akif Rzayev uzun müddət məhbəs həyatı yaşayıb.Hətta,onun oğlanlarından birinin də əvvəllər həbs olunduğu bildirilir. Bu zaman sual yaranır.Ailə üzvləri həbsdə olmuş şəxs,yəni Şahin Rzayev polis sıralarına necə qəbul olunub???

Redaksiya olaraq yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Bölmənin digər xəbərləri

08 Avqust 2020 Göyçay Dövlət İdarəetmə Kollecində özbaşınalıq - Yeni nazir də seyrçi qalmaqdadır...
08 Avqust 2020 Ağcabədinin sabiq icra başçısının​ əmisioğlu rayonda “at oynadır”
08 Avqust 2020 İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər
08 Avqust 2020 ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə...
08 Avqust 2020 Lerik meşələrinin qara bəxti - VİDEO+FOTOLAR
08 Avqust 2020 Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi həbslədən nəticə çıxarmayıb - Görünəni budur...
08 Avqust 2020 "CASPIAN INTERNATIONAL HOSPİTAL" -da müştəriləri belə aldadırlar - FOTO/İTTİHAM
08 Avqust 2020 Camaləddin Quliyev “Caspian Fish”i çökdürür? - DİREKTORA QARŞI KORRUPSİYA İTTİHAMLARI
07 Avqust 2020 MİDA-nın sevimlisi olan Göygöl “Qranit Beton” MMC... – vergidən necə yayındırılır?
07 Avqust 2020 Zakir Quliyevin İmişlidə yaratdığı NARAHATÇILIQ... - GİLEY
07 Avqust 2020 Başçı Şəhidlər kompleksini dağıdıb, 1 ha ərazini mənimsədi - Video
07 Avqust 2020 MASALLININ BAŞ HƏKIMININ PSIXATRIYA HƏKIMINƏ EHTIYACI VAR
07 Avqust 2020 Cəlilabad sakini özünün də xəbəri olmadan işə götürülüb
07 Avqust 2020 12 saylı Peşə Təhsil Mərkəzinin direktoru qanunu pozur? - GİLEY
07 Avqust 2020 Zibil pulu yığıb, zibili yığmayan Masazır Bələdiyyəsi - FOTOLAR
07 Avqust 2020 AZAL niyə dövlətə mənfəət gəlir vermir? - AZAL şefi Cahangir Əskərovun Azərbaycanda və xaricdə çoxmilyonluq mülkləri aşkar olundu - FOTOFAKTLAR
07 Avqust 2020 Saxtakarlığın “muxtar” variantı – Paxırın üstünü müharibə veteranları açdılar -VİDEO
06 Avqust 2020 Gədəbəydə rüşvət qırğını- Məmur - vətəndaş qarşıdurması - VİDEO
06 Avqust 2020 245 saylı məktəbin direktoru valideynlərə niyə problem yaradır? - GİLEY
06 Avqust 2020 “Müstəntiq deyir ki, mənə Binəqədi rayonunun prokuroru Nazim İmanov belə göstəriş verib...”

Dünyapress TV

Xəbər lenti