Saleh Məmmədovun Bərdədəki adamının göz qamaşdıran sərvəti -  İLHAM ƏZIMOVUN BIZNES SIYAHISI
Bərdədə 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov milyarder həyatı yaşayırmış.

«Deryaz.az» mətbuatda yayılan xəbərlərə istinadən bildirir ki, İ.Əzimov idarənin texnikasını, maşınlarını icarəyə verib, qazanır.

Onun hektarlarla torpaq sahələri, maşın kolleksiyası, ferması, yeni tikdirdiyi malikanəsi olduğu deyilir.

Bərdə yol idarəsi təkcə özü varlanmayıb, rayonda icra nümayəndəsi olan qudasına da geniş imkanlar yaradıb.

Həmçinin, İ.Əzimovun kürəkəninə avtoyuma məntəqələri açdığı, “Range Rover” markalı maşın aldığı iddiaları səslənir.

Bu pulların idarənin hesabına köçürülən vəsaitlərdən mənimsənilərək əldə olunduğu, biznesə yatırıldığı bildirilir.

Əks halda yol idarəsi rəisi oliqarx olmazdı. İ.Əzimov dövlətin rayonun daxili yollarının təmiri üçün ayırdığı vəsaitləri mənimsəyir.

Onun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovla yaxşı əlaqələri olduğu, onun tərəfindən himayə edildiyi deyilir. Bu səbəbdən İlham Əzimovun Bərdədəki maxinasiyaları, biznesi necə əldə etməsi araşdırılmır.

Gundemsok yazmışdı ki, idarə müdirinin tək gördüyü iş yay aylarında yollarda əmələ gəlmiş çalalara torpaqlı çınqıl tökməkdən ibarətdir. Bərdədə idarə müdirinə el arasında “orden” verilib.

Ona “əməkdaş yol pulu yeyən” deyilir. Son illər ölkədə yeni yolların çəkilməsi və daxili yolların yenidən qurulması istiqamətində xeyli işlər görülür.

Hər il dövlət büdcəsindən milyonlarla manat vəsaitin ayrılmasına baxmayaraq, görülən işlərin bir çoxu keyfiyyətsiz olur.

Belə vəziyyətlərdən biri də Bərdə rayonunda yaşanır. Bərdədə əksəriyyət onu “asfaltyeyən” kimi tanıyır.

Bunun da səbəbi odur ki, Əzimovun çəkdiyi yolların ömrü ən yaxşı halda bir neçə aydan o yana keçmir. Bir maşın asfaltın da qiyməti işçi pulu qarışıq 1000 manata gəlib çıxır. Bu da İlham Əzimovun işinə yarayır.

Bərdənin küçələrinin asfaltlaşdırılması məqsədilə büdcədən ayrılan 450 min manata yaxın pul Bərdə rayonuna heç bir aidiyyatı olmayan, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 108, mənzil 89-da yerləşən və Teyyub Qasımov adlı şəxsin rəhbərlik etdiyi «Rels-İnşaat” MMC-nin hesabına keçib.

Bundan əlavə onun digər qazanc yeri isə idarənin balansında olan maşınları şəxsi məqsədlər üçün istifadə etməsidir.

Bəzi iddialara görə, idarəyə məxsus yük maşınlarının bir çoxu qeyri-qanuni olsa da ayrı-ayrı adamlara icarəyə verilib.

Bundan başqa, idarənin balansında olan və istifadə üçün nəzərdə tutulmuş xüsusi rənglər də İlham Əzizov tərəfindən satdırılır.

Mövzuya qayıdacağıq.

Bölmənin digər xəbərləri

30 May 2020 Bakı Baş Gömrük İdarəsində nə baş verir? - KƏNAN MƏMMƏDOV SAHİBKARLARI MÜFLİS EDİR
30 May 2020 Ağcabədi Xəstəxanasında biabırçılıq - VİDEO
30 May 2020 Qubanın başçısı Ziyəddin Əliyev piyada səkisini zəbt edərək YDM tikdirib VİDEO
29 May 2020 Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR - "3 min manat istədilər"
29 May 2020 Meşə qatillərini himayə edən Seyfi kimdi-FOTOLAR
29 May 2020 Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM
28 May 2020 DAŞKƏSƏNLİ ÇOBANLAR: "CƏNAB PREZİDENT, BİZİ ƏHƏD ABİYEVİN RÜŞVƏTİNDƏN QURTARIN!"-ŞOK VİDEO
28 May 2020 Göyçay sakini: Baş həkim məni DTX-da işləyən kürəkəni ilə hədələyib FOTO
28 May 2020 Muxtar Babayev üçün “Ağ Göl” sınağı: nazir Qüdrət İbrahimovla əlbirdir?
28 May 2020 Cavid Qurbanov Tənqidi Yazıların Silinməsinə 20 Min Manat Pul Verib?-Şok Gəlişmə
28 May 2020 DSX-da tender əməliyyatları... Maddi-Texniki Təminat Baş İdarəsində nələr baş verib?
28 May 2020 Özü şantajçı hacı, oğlu isə narkotik alverçisi, digər oğlu da dövlət qulluqçusu - GƏLİŞMƏ
27 May 2020 Bakının altında talanan milyonlar - müdhiş gizlinlər
27 May 2020 Cəlilabadın başçısı ilə bağlı iddialar... - O da inhisarçı imiş...
27 May 2020 LDU-da tələbələr etiraza qalxıb... - ". ..bu güzəştləri istəyirik"
26 May 2020 Zaur Hüseynovun metro əməliyyatları - İTTİHAM
26 May 2020 Ağ Gölün qara günləri: Novruz Məmmədovun adamları Muxtar Babayevi necə aldadıb?
26 May 2020 Sərdar Həmidova məxsus mülkiyyəti oğlunun əlindən kim alır? - IDDIA
26 May 2020 Tərtər məhvərindən qopur: icra başçısına ağır ittihamlar – qara maskalı təcili gəlməsə…
26 May 2020 Ekologiya Nazirliyi susur, Bandotdel bunları həbs etməsə Şimalda ağac qalmayacaq-VİDEO

Dünyapress TV

Xəbər lenti