Lerik rayonu icra başçısından Prezidentə şikayət

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLIYEV CƏNABLARINA
SURƏTİ : AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORU CƏNAB
KAMRAN ƏLIYEVƏ
SURƏTİ : AZƏRBAYCAN RESPUBLİKASI DAXILI İŞLƏR NAZİRİ CƏNAB
VİLAYƏT EYVAZOVA

CƏNAB PREZİDENT!

"Xeberfakt.info" informasiya portalının poçtuna daxil olan şikayətlərin əsasında iş adamı Quliyev Nadir Nuruş oğlu redaksiyaya dəvət olunmuş və ətraflı dinlənilmişdir.Bundan əlavə,Quliyev Nadir Nuruş oğlu ilə birlikdə Lerik rayonunun Boykəndil kənd 180 şagird yerlik orta məktəbinin tikintisində çalışmış xeyli mühəndis-texniki personal ,həm redaksiyaya gələrək, həm də səsli və görüntülü əlaqələr yaratmaqla bizimlə birbaşa təmas edərək,Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovun qanunsuz hərəkətlərindən şikayət etmiş və şikayətlərinin yuxarı rəhbərliyə çardıtılmaqla araşdırılmasını xahiş etmişlər.
Redaksiyaya bildirilmişdir ki, Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 2014-ci ildə "Klassik 2" şirkəti ilə sifarişçi qismində müqavilə bağlayaraq,həmin rayonun Boykəndil kəndində yeni 180 şagird yerlik məktəb binası tikilməsi üçün razılığa gəlmişdir.Tikintinin smeta dəyəri 1650000 manat təşkil etmişdir. Rövşən Bağırov Quliyev Nadir Nuruş oğlunu içracı şirkətin, məktəbin tikintisinə məsul şəxsi kimi rəsmi şəkildə təyin edilməsinə nail olmuş və Nadir rəsmi şəkildə tikintinin bütün davamı müddətində ona rəhbərlik etmişdir. 2014-2015-ci illər ərzində iş görmək ,materiallar almaq üçün məktəbin tikintisinə dövlət tərəfindən ayrılmış vəsaitin bir hissəsi Nadirə əllə verilmiş, həmin vəsait əllə ona verilərkən üstündən 20 faizi götürülərək başçı Rövşən Bağırovun qardaşı Hacı vasitəsi ilə başçıya ödənilmişdir.Yalnız qalan əksik pulla məktəbin inşasını davam etdirmək zorunda qalmışdır.Bütün görülən faktiki işlər Quliyev Nadir tərəfindən hazırlanaraq,adı rəsmiyyətdə keçən və faktiki olaraq məktəbdə heç bir iş görməyən,yalnız Rövşən Bağırova nəğdləşdirmə xidməti göstərən "Klassik 2"şirkətinin rəhbərliyinin möhürü ilə təsdiqlənmişdir.Yoxlama səlahiyyətli orqanlar tərəfindən "Klassik 2" şirkətində araşdırma aparılsa,həmin şirkətin "obnaliçka xidmətindən" başqa Boykəndil kənd məktəbinin tikintisinə heç bir aidiyyatı olmadığı asanlıqla ortaya çıxacaq.Yəni,Nadir Quliyev ona verilmiş qabaqcadan 20 faizi əksik nəğd pulla,həm başçı Rövşən Bağırovun rüşvət kimi aldığı pulu şirələməli,həm də tikinti qalan pulla davam etdirərək 2 saylı formanı tərtib etməli olmuşdur.
Daha sonra isə,dövlət tərəfindən tikintinin davamı üçün pul vəsaitini açılmaması barədə Rövşən Bağırov Nadiri məlumatlandırmış, eyni zamanda ona bildirmişdir ki,növbəti vəsait gələnə qədər işi dayandırmasın.Nadir də Cənab Prezident tərəfindən Lerik rayonuna birbaşa məsul şəxs kimi təyin olunmuş Rövşən Bağırovun sözünə aldanaraq,öz vəsaiti və nisyə yolu ilə 80 min manatlıq inşaat materiallarını Boykəndil kəndi ərazisinə gətirməklə məktəb ətrafında ambarlara yığmış və gözətçi təyin etmişdir.Bundan əlavə, məktəbin tikintisinə cəlb olunmuş mühəndus-texniki heyəti də, Rövşən Bağırovun vədi altında işlətməyə davam etmiş və onlara, təbii ki,əmək haqqı borcları qalmışdır.Yekunda, 2015-ci ildən bəri,işçi heyətinə xeyli miqdarda borclar ödənilməmiş. Nadirin ambarlara yığdığı malların yarıya qədəri,yəni boya kimi tezkorlanan mallar sıradan çıxmışdır.
Ötən 5 il müddətində Nadir Quliyev, saysız dəfələrlə Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırova telefon açmış, o isə Nadiri müavini Cəlil müəllimin və memar Əflatun müəllimin üstünə yönəltmişdir.Həmin şəxslər tərəfindən Nadir inandırılmışdır ki,vəsait açılan kimi, həm işçilərin borcları ödənər,həm də işləri davam edər.
Təəssüf ki, Nadir Quliyev bu yaxınlarda dəqiq məlumat almışdır ki, kimlərsə həmin məktəbin həyətinə gələrək, yeni materiallar boşaltmaqdadır .Bunu bilərək də, icra başçısı Rövşən Bağırova telefon açmış, lakin o telefona cavab verməmişdir. Müavini Cəlil müəllim də, memar Əflatun müəllim də Nadirin zənglərindən və vatsap yazılarından qaçmışlar.
Nadirin özü və redaksiya tərəfindən dəqiqləşdirilmişdir ki,başçı,yeni "şirnikləndirici" iş qurmuş və tikintinin davamını yeni -daha yaxşı otkat alacağı başqasına həvalə etməyi qərarlaşdırmışdır.Bu məqsədlə, o Prezidentin sərəncamı ilə təsdiq edilmiş bir vacib şəxsə yaraşmayan tələ quraraq, pullarını ala bilməyən yerli sakinləri Lerik rayon polis idarəsinin rəisinin yanına çağırtdırmış ,onların üzərində rəis tərəfindən "profilaktik tədbirlər "həyata keçirilmişdir.Nəticə də budur ki,Quliyev Nadir iş adamı kimi, çox təəssüf ki, hələki Prezidentin zəhmi altında "qorxulu"görünən bir şəxsin ucbatından 80 min manatlıq mal-material və işçi heyətinin ödənməmiş əmək haqqı borcları altında, sözün əsl mənasında boğulmağa məcbur olmuşdur.
Nadir Quliyev qeyd edir ki, "əgər Rövşən Bağırov 20 faiz rüşvət almasaydı, indi işçilərə bu qədər borc qalmazdı və tikinti də xeyli qabağa gedərdi".
Redaksiyamız tərəfindən məlum məktəbdə pəncərə və qapıları quraşdırmış Kərəm Quliyevin vatsap yolu ilə göndərdiyi görüntülü danışığı, iş icraçısı işləmiş Eldar Abdullayevin,diğər işçilər İman və İqbalın səs yazıları saxlanılır. Diğər işçilər də redaksiyanı obyektiv məlumatlandırmağa razılaşıblar. Qeyd olunan işçilərin heç biri Quliyev Nadir Nuruş oğluna qarşı iddialı deyillər, əksinə ondan razılıq edirlər.
Kütləvi informasiya vasitəsi kimi bunu da,bildirməyə bocluyuq ki,Rövşən Bağırovun büdcə vəsaitlərinin, istər məşğulluq xəttindən, istər abadlıq xəttindən,büdcə təşkilatlarına ayrılan ərzaq və dərman vasitələri xəttindən, yumşaq və bərk inventarlar xəttindən üzərinə "əl qoyması",şəxsi mənafe və nemət əldə etmə hədəfi ilə "kontrol"altına alması barədə əsaslı məlumatlar mövcuddur. Biablrçı vəziyyətdə ifşa edilən bir sıra rayonların icra hakimiyyəti başçılarının "əməl proqramları" Rövşən Bağırova da,eynisi ilə aiddir-- yetər ki,hörmətli Əli Nağıyev cənablarının rəhbərliyin altında bizim də qürur duyduğumuz Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Lerik rayonuna təşrif buyuralar.

"XEBERFAKT.İNFO " INFORMASIYA PORTALININ BAŞ REDAKTORU HAFIZ RÜSTƏMOV.
 

Bölmənin digər xəbərləri

31 May 2020 Bakı İcra Hakimiyyətinin şöbə müdirinin milyonluq obyekti – Sənəd
31 May 2020 CƏLILABADDA QƏBRISTANLIĞI ŞUMLATDIRIB YERINDƏ TAXIL ƏKDIRƏN KIMLƏRDIR?- VİDEO
31 May 2020 Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi rəisi Elman Məmmədovun "Mədəni korrupsiyası".....
31 May 2020 ADAU rektorunun daha bir villası tapıldı - Pullar hardandı?
31 May 2020 İcra başçısı “Şamaxıda kişi yoxdur” deyib? – ŞOK İDDİA
31 May 2020 Bakıda klinika və ticarət obyektləri tikdirənlər kimlərdi? – Tanış ADLAR
31 May 2020 Cavid Qurbanov hekayəsi:qumar, xəyanət, korrupsiya... VIDEO
31 May 2020 İLHAM ƏLİYEVİN HÜQUQ-MÜHAFİZƏ SİSTEMİNDƏ İSLAHATLAR MESAJI VƏ İLHAM RƏCƏBOV KİMİ KADRLARIN BƏDBİN PERSPEKTİVLƏRİ
30 May 2020 "CƏNAB PREZİDENT, BİZİ ƏHƏD ABİYEVİN RÜŞVƏTİNDƏN QURTARIN!"-ŞOK VİDEO
30 May 2020 11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA
30 May 2020 Beyləqanda PETrolçu hacının sərgüzəştləri: Atasının əməlləri məmur oğlunun karyerasını bitirə bilər
30 May 2020 Bakı Baş Gömrük İdarəsində nə baş verir? - KƏNAN MƏMMƏDOV SAHİBKARLARI MÜFLİS EDİR
30 May 2020 Ağcabədi Xəstəxanasında biabırçılıq - VİDEO
30 May 2020 Qubanın başçısı Ziyəddin Əliyev piyada səkisini zəbt edərək YDM tikdirib VİDEO
29 May 2020 Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR - "3 min manat istədilər"
29 May 2020 Meşə qatillərini himayə edən Seyfi kimdi-FOTOLAR
29 May 2020 Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM
28 May 2020 DAŞKƏSƏNLİ ÇOBANLAR: "CƏNAB PREZİDENT, BİZİ ƏHƏD ABİYEVİN RÜŞVƏTİNDƏN QURTARIN!"-ŞOK VİDEO
28 May 2020 Göyçay sakini: Baş həkim məni DTX-da işləyən kürəkəni ilə hədələyib FOTO
28 May 2020 Muxtar Babayev üçün “Ağ Göl” sınağı: nazir Qüdrət İbrahimovla əlbirdir?

Dünyapress TV

Xəbər lenti