Zakir Fərəcov, koronavirus və ...QARANQUŞ
Hazırda dünyada tüğyan edən KORONAVİRUS-a qarşı mübarizə məqsədilə Azərbaycanda preventiv tədbirlər həyata keçirilir.

Cənab Prezidentimiz İlham Əliyev mübarizə məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıb və özünün 1 illik maaşını Fonda köçürüb.

Bir çox dövlət qurumları, şirkətlər, özəl sektorun nümayəndələri, tanınmış, nüfuzlu elm xadimləri, sənət adamları öz maddi imkanlarına uyğun olaraq bu bəla ilə mübarizəyə maddi yardım edirlər, yüksək məbləğdə vəsait köçürürlər.

Hər gün müxtəlif vəzifəli şəxslərin, deputatlarımızın maddi və mənəvi dəstəyi barədə mediada xəbərlər yayılır.

Söhbət təkcə maddi dəstəkdən getmir. Cənab İlham Əliyev hər gün xalqı ruhlandırır və deyir ki, inşallah bu problemdən ən az itkilərlə çıxacağıq.

Hətta adi vətəndaşlarımız da azca da ola bu istiqamətdə dəstəyini əsirgəmir.

Bu yerdə yanğını söndürmək üçün dimdiyində su daşıyan qaranquş söhbəti yadıma düşür. Ona gülənlərə qaranquş deyir ki, gücüm buna çatlr. Bəli, söhbət təkcə puldan-paradan getmir. Bəli, bir millət olaraq hər birimiz çalışıb bu yanğını söndürməliyik.
Təəssüf ki, bu bəladan öz xeyri üçün istifadə edənlər var. Qoruyucu maskaları baha qiymətə satanlar, dərman preparatlarını bahalaşdıranlar, süni ajiotaj yaradanlar da var.

Redaksiyamıza daxil olan məlumata görə, koronavirusla mübarizə məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iş adamlarından, sahibkarlardan ibarət toplantı keçirib. Və onlara deyib ki, koronavirusla mübarizə üçün pul lazımdıır.

Bu xəbər yuxarılarda çox ciddi narazılığa səbəb olub.

Görəsən, o boyda şəhərin meri başa düşmür ki, ölkədə kütləvi tədbir, toplantı keçirmək olmaz.

İkincisi, Zakir Fərəcov nə üçün iş adamlarını məcbur edir. Bu yardımlar könüllü olmalıdır.

Üçüncüsü, Zakir Fərəcovun sərvəti yüz milyonlarla ölçülür, niyə o boyda sərvətdən Fonda yardım etmir?

Həm də Zakir Fərəcov neçə ildir sahibkarların, iş adamlarının, fəhlələrin milyonlarla halal pulunu vermir. Bu barədə bütün ölkə mediası yazır, dövlət qurumları məlumatlıdır. Zakir Fərəcov onların pulunu qaytarsın və həmin insanlar da koronovirusla mübarizəyə qoşulsunlar.

Əlbəttə elə məsələlər var ki, bizlik deyil. Qoy dövlət orqanları öz sözünü desin. Ancaq bizim Zakir müəllimə bir məsləhətimiz var. O balaca qaranquşda olan TƏPƏR-in yarısı da sizdə olsun.

Nuh.az

Bölmənin digər xəbərləri

10 Aprel 2020 Iş yoldaşlarını şantaj edən Pərvanə Tağıyeva kimdir-VİDEO
10 Aprel 2020 Ana ölümünə görə məhkum edilmiş həkim sərxoş halda növbəyə çıxır
10 Aprel 2020 Baş həkim onkoloji xəstədən rüşvət istəyir - GİLEY
10 Aprel 2020 "Binəqədi Rayon icra hakimiyyətinin vəzifəli şəxsləri bildirdilər ki, 4 min manat verərsən, biz də tikintini sənədləşdirərik"
10 Aprel 2020 Rüşvət virusu
09 Aprel 2020 Hövsan poliklinikasında xərçəng xəstəsi süründürülür - rüşvət virusu...
09 Aprel 2020 Abşeron “kraliçası” kornovirus üsyanı yaradır: insanlar DTX-dan kömək umur – VİDEO
09 Aprel 2020 "Maaşımızı kəsirlər", Sumqayıt Təcili Tibbi Yardımın tibbi heyəti mart ayında maaşlarından kəsilmədən şikayətlənirlər
08 Aprel 2020 ERMƏNİDƏN ALINAN BAŞKƏND TORPAQLARI GƏDƏBƏYİN “KİÇİK PADŞAHLARININ” GƏLİR MƏNBƏYİNƏ ÇEVRİLİB -VİDEO
08 Aprel 2020 BİZNESMEN ƏVƏZ ŞÜKÜROVUN OĞLU SAXLANILDI - Polis postunda sensasiyalı olay
08 Aprel 2020 “Elçin Bilalov xəstələrin dərmanlarını vermir, apteklərdə satdırıb, talançılıqla məşğul olur” - NARAZILIQ...
08 Aprel 2020 ƏƏSMN-nin “açıl susam, açıl” saytı: pullar necə verilir? - GƏLİŞMƏ
08 Aprel 2020 "Bu poliklinikada işini bilməyənlər meydan sulayırlar" - GİLEY
08 Aprel 2020 Göyçay RMŞ-də "koronovirus" -dan istifadə edənlər - UZİ 35 manat İDDİA
08 Aprel 2020 "VIP Style Estetik Tibb Mərkəzi” klinikasında nə baş verir? - Qadınlar aldadılır və məhkəməyə verilir...
07 Aprel 2020 ASTARA RTŞ SƏDRİ, ƏMƏKDAŞIMIZLA POLEMİKAYA GİRİB BİABIR OLDU - FOTO
07 Aprel 2020 Get kimə istəyirsən de...
07 Aprel 2020 Ağstafada Dövlət Məşğulluq Xidmətinin rəisi Meydanəlı Mansurov rayonda böyük narazılıq yaradır - İTTİHAM
06 Aprel 2020 "Göyçay rayon Mərkəzi xəstəxanası dərmanlarımı vermir..." - GİLEY
06 Aprel 2020 Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun oğlunun məcara dolu dünyası - FOTOLAR

Dünyapress TV

Xəbər lenti