Əlilin bələdiyyə mülkiyyətindəki torpağı satılıb...
DİA.AZ: - "Ağsu RİH , Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsinin Qarabağ əlilinin istifadəsində olan torpaq sahəsini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək alver predmetinə çevirmələrinə hələ də hüquqi qiymət verilməyib. Ağsu RİH -in keçmiş başçısı kəndin yeganə zabit Qarabağ əlilinin 22 ildir istifadəsində olan torpaq sahəsini özünə uşaq bağçası tikməyə ayırmağı Pirhəsənli kənd icra nümayəndəliyinə və bələdiyyəsinə tapşırıb". Bu barədə DİA.AZ-a daxil olan məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bələdiyyələrə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin isə Göyçay Regional Ədliyyə İdarəsinin rəis əvəzi Elnur Əsədova “vətəndaşa cavab verməyi ” tapşırması şablona dönüb. Sözügedən idarənin sözügedən rəis əvəzi öncə torpaqayırma qərarının qanunsuz olduğunu bildirib və ləğv edilməsini təklif edib.

Sonradan “donos”u əsas tutub ki, həmin sahə ümumi istifadədə olan torpaq sahəsi olduğundan heç kimə verilə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001 tarixli 160-llQ saylı Azərbaycan Respublikası Qanununun 11-ci, 16-cı maddələrini diqqətə çatdıranda isə idarə rəisi “3 dəfə “dedığım dedığdır” “əsası” ilə cavab verməkdən imtina edib.

Maraqlıdır ki, Ağsu RİH-in torpaq qanunvericiliyinin tələblərinə zidd cavabı ilə Göyçay Regional Ədliyyə İdarəsinin cavabı üst-üstə düşür! Elə həmin icra hakimiyyətindən göndərilən həmin torpaq sahəsinin Qarabağ əlilinin istifadəsində olması haqqında çoxsaylı məktublardan ikisini diqqətə çatdıranda isə elə bil qurbağa gölünə daş atılıb. Hələ ki, susqunluq və tikinti işləri davam edir".

Dia.az olaraq bütün tərəfləri dinləməyə hazırıq...

Bölmənin digər xəbərləri

10 Aprel 2020 Iş yoldaşlarını şantaj edən Pərvanə Tağıyeva kimdir-VİDEO
10 Aprel 2020 Ana ölümünə görə məhkum edilmiş həkim sərxoş halda növbəyə çıxır
10 Aprel 2020 Baş həkim onkoloji xəstədən rüşvət istəyir - GİLEY
10 Aprel 2020 "Binəqədi Rayon icra hakimiyyətinin vəzifəli şəxsləri bildirdilər ki, 4 min manat verərsən, biz də tikintini sənədləşdirərik"
10 Aprel 2020 Rüşvət virusu
09 Aprel 2020 Hövsan poliklinikasında xərçəng xəstəsi süründürülür - rüşvət virusu...
09 Aprel 2020 Abşeron “kraliçası” kornovirus üsyanı yaradır: insanlar DTX-dan kömək umur – VİDEO
09 Aprel 2020 "Maaşımızı kəsirlər", Sumqayıt Təcili Tibbi Yardımın tibbi heyəti mart ayında maaşlarından kəsilmədən şikayətlənirlər
08 Aprel 2020 ERMƏNİDƏN ALINAN BAŞKƏND TORPAQLARI GƏDƏBƏYİN “KİÇİK PADŞAHLARININ” GƏLİR MƏNBƏYİNƏ ÇEVRİLİB -VİDEO
08 Aprel 2020 BİZNESMEN ƏVƏZ ŞÜKÜROVUN OĞLU SAXLANILDI - Polis postunda sensasiyalı olay
08 Aprel 2020 “Elçin Bilalov xəstələrin dərmanlarını vermir, apteklərdə satdırıb, talançılıqla məşğul olur” - NARAZILIQ...
08 Aprel 2020 ƏƏSMN-nin “açıl susam, açıl” saytı: pullar necə verilir? - GƏLİŞMƏ
08 Aprel 2020 "Bu poliklinikada işini bilməyənlər meydan sulayırlar" - GİLEY
08 Aprel 2020 Göyçay RMŞ-də "koronovirus" -dan istifadə edənlər - UZİ 35 manat İDDİA
08 Aprel 2020 "VIP Style Estetik Tibb Mərkəzi” klinikasında nə baş verir? - Qadınlar aldadılır və məhkəməyə verilir...
07 Aprel 2020 ASTARA RTŞ SƏDRİ, ƏMƏKDAŞIMIZLA POLEMİKAYA GİRİB BİABIR OLDU - FOTO
07 Aprel 2020 Get kimə istəyirsən de...
07 Aprel 2020 Ağstafada Dövlət Məşğulluq Xidmətinin rəisi Meydanəlı Mansurov rayonda böyük narazılıq yaradır - İTTİHAM
06 Aprel 2020 "Göyçay rayon Mərkəzi xəstəxanası dərmanlarımı vermir..." - GİLEY
06 Aprel 2020 Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun oğlunun məcara dolu dünyası - FOTOLAR

Dünyapress TV

Xəbər lenti