İcra başçısı nömrəsini gənc qıza verib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayondakı karantin xəstəxanasına baş çəkib, vəziyyətlə maraqlanıb.

Sfera.az xəbər verir ki, bu barədə karantində olan jurnalist Nigar Mübariz məlumat verib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayondakı karantin xəstəxanasına baş çəkib, vəziyyətlə maraqlanıb.

Dosye.org xəbər verir ki, bu barədə karantində olan jurnalist Nigar Mübariz məlumat verib.

N.Mübariz deyib ki, icra başçısı karantində olan onu və digər tələbələri dinləyib:

“Danışığımız boyu məni videoya çəkirdilər. Sonra yanlarındakı polis də çəkməyə başladı. Həm məni, həm danışan uşaqları. Bildirdim ki, mən onsuz özüm könüllü karantində qalacaqdım, amma gigiyena qaydalarına riayət edilən yerdə. İcra başçısına dedim ki, Prezident koronavirusa görə 1 milyard manat ayırıb. Amma insanlar karantin üçün xəstəxanadakı vəziyyətdən şikayət edirlər. Üstəlik, xəstəxananın baş həkimi Elnur Azadxanovun mənə “nervozsan” dediyini söylədim. İcra başçısı öz nömrəsini verdi və nə problem olsa, onunla əlaqə saxlamağımı söylədi.

“Çəkiliş etməyin, qanuna ziddir” deyəndə ona çəkiliş hüququmun olduğunu söylədim. Artıq buraya gələndə barəmdə informasiya toplamışdı. Eyni zamanda məni niyə çəkdiklərini soruşdum. Elnur Azadxanov icra başçısı gedəndən sonra tələbələrlə birgə otaqlara baxdı, problemləri həll edəcəyini, normal yeməklər olacağını söylədi. Dedi ki: “Problem olsa, mənə de. Amma çəkmə. Prezident yeni laborotoriyaların hərəsinə 5 milyon manat ayırır. Biz Almaniyadan da yaxşı işləyirik. Yaxşı olacaq hər şey. Özüm 9 gündür buraya baş həkim təyin olunmuşam”.

Sonra tələbə “Hamamda tarakan var” deyəndə “Əvvəl yox idi, nə əcəb? Təmizləyərik” dedi. Mən sona qədər çəkiliş hüququmun olduğunu söylədim. Düzəlməsə, yenə çəkəcəm. Hələki təmizlik işləri həyata keçirilir, bizimlə nəzakətli danışırlar. İcra başçısı sonradan bir tələbəyə zəng edib deyib ki, Nigar mənimlə əlaqə saxlasın…” (oxu24.com)

Bölmənin digər xəbərləri

10 Aprel 2020 Iş yoldaşlarını şantaj edən Pərvanə Tağıyeva kimdir-VİDEO
10 Aprel 2020 Ana ölümünə görə məhkum edilmiş həkim sərxoş halda növbəyə çıxır
10 Aprel 2020 Baş həkim onkoloji xəstədən rüşvət istəyir - GİLEY
10 Aprel 2020 "Binəqədi Rayon icra hakimiyyətinin vəzifəli şəxsləri bildirdilər ki, 4 min manat verərsən, biz də tikintini sənədləşdirərik"
10 Aprel 2020 Rüşvət virusu
09 Aprel 2020 Hövsan poliklinikasında xərçəng xəstəsi süründürülür - rüşvət virusu...
09 Aprel 2020 Abşeron “kraliçası” kornovirus üsyanı yaradır: insanlar DTX-dan kömək umur – VİDEO
09 Aprel 2020 "Maaşımızı kəsirlər", Sumqayıt Təcili Tibbi Yardımın tibbi heyəti mart ayında maaşlarından kəsilmədən şikayətlənirlər
08 Aprel 2020 ERMƏNİDƏN ALINAN BAŞKƏND TORPAQLARI GƏDƏBƏYİN “KİÇİK PADŞAHLARININ” GƏLİR MƏNBƏYİNƏ ÇEVRİLİB -VİDEO
08 Aprel 2020 BİZNESMEN ƏVƏZ ŞÜKÜROVUN OĞLU SAXLANILDI - Polis postunda sensasiyalı olay
08 Aprel 2020 “Elçin Bilalov xəstələrin dərmanlarını vermir, apteklərdə satdırıb, talançılıqla məşğul olur” - NARAZILIQ...
08 Aprel 2020 ƏƏSMN-nin “açıl susam, açıl” saytı: pullar necə verilir? - GƏLİŞMƏ
08 Aprel 2020 "Bu poliklinikada işini bilməyənlər meydan sulayırlar" - GİLEY
08 Aprel 2020 Göyçay RMŞ-də "koronovirus" -dan istifadə edənlər - UZİ 35 manat İDDİA
08 Aprel 2020 "VIP Style Estetik Tibb Mərkəzi” klinikasında nə baş verir? - Qadınlar aldadılır və məhkəməyə verilir...
07 Aprel 2020 ASTARA RTŞ SƏDRİ, ƏMƏKDAŞIMIZLA POLEMİKAYA GİRİB BİABIR OLDU - FOTO
07 Aprel 2020 Get kimə istəyirsən de...
07 Aprel 2020 Ağstafada Dövlət Məşğulluq Xidmətinin rəisi Meydanəlı Mansurov rayonda böyük narazılıq yaradır - İTTİHAM
06 Aprel 2020 "Göyçay rayon Mərkəzi xəstəxanası dərmanlarımı vermir..." - GİLEY
06 Aprel 2020 Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun oğlunun məcara dolu dünyası - FOTOLAR

Dünyapress TV

Xəbər lenti