Boks Federasiyasında qalmaqal – Olimpiada lisenziyalı yarışa niyə Ümid yox, Tayfur aparıldı?+VİDEO
Azərbaycan Boks Federasiyasında ciddi qalmaqal yaşanır. Məlumatlı şəxslərin Azinforum.az-a verdikləri xəbərə görə, buna səbəb 57 kiloqram çəki dərəcəsində Respublikanın bir nömrəli boksçusu sayılan – Rüstəmov Ümid Səttar oğlunun heç bir ciddi səbəb olmadan Londonda keçirilən Olimpiada üçün lisenziya xarakterli turnirdən kənar saxlanılması olub. Mənbənin sözlərinə görə, bu xəbər Ümidə Londona getməzdən iki gün əvvəl verilib və onun əvəzinə həmin yarışa Əliyev Tayfur Nəriman oğlu aparılıb:

“Rüstəmov Ümid Səttar oğlu 1996-cı ildə anadan olub. 9 yaşından boksla məşğul olur. Yeniyetmələr arasında Avropa cempionatının, böyüklər arasında isə Dünya Kubokunun qalibi olub. “Dinamo” idman cəmiyyətini təmsil edir. Məşqçisi Yadigar Məmmədovdur. 4 ildir ki, Azərbaycanın yığma komandasında təmsil olunub. Son Respublika çempionatında 57 kiloqramda hazırda onun əvəzinə lisenziya xarakterli turnirə aparılan Əliyev Tayfur Nəriman oğlunu böyük üstünlüklə udub. Bu da o anlama gəlir ki, həmin çəkidə Respublikanın bir nömrəsi Tayfur yox, Ümid olub”.

Bildirilir ki, Ümid Rüstəmovun Londona aparılmamsının səbəbini Federasiya maraqlı və əsası olmayan detalla izah etməyə çalışıb:

“Yarışa iki gün qalmış, son tibbi müayinələr zamanı Ümidə bildirilib ki, güya onun ürəyində problem var. İdmançı bununla razılaşmayıb və başqa bir klinikada təkrar müayinədən keçib. Ona bildiriblər ki, səhətində yarışdan kənarlaşdırılmaq üçün heç bir ciddi səbəb yoxdur. Ürəyi bütün aktiv idmanla məşğul olanlara xas tərzdə bir az tez-tez döyünür. Hətta Londonda bütün bronlar da Ümid Mirzəyevin adına edilmişdi. Yarışa gedən idmançılar oteldəki otağın belə Ümid Mirzəyevin adına sifariş edildiyinin şahidi olublar. Bunun bir adı var, haqsızlıq”.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, yarışa aparılan Tayfur Əliyevin atası boks məşqçisidir: ” Onun Federasiyada əsas söz sahibi olan Qardağın icra başçısı Süleyman Mikayılovla yaxın münasibətləri mövcuddur. Çox güman ki, Ümidə qarşı edilən haqsızlıqda bu amilin də xüsusi rolu olub”.

Azinforum.az son Respublika birinciliyində Ümid Mirzəyevlə – Tayfur Əliyev arasında keçirilən final döyüşünün videosunu təqdim edir. Göy geyimdə döyüşən Ümid Rüstəmovdur. Qoy izləyicilərimizin özləri hansı idmançının Londondakı yarışda təmsil olunmağa haqq etdiyinə qiymət versinlər.

Qeyri iş günü olduğu üçün, Boks Federasiyası və Süleyman Mikayılovun yaranmış vəziyyətlə ilə bağlı münasibətini öyrənə bilmədik. Mövzuya qayıdacayıq…

Bölmənin digər xəbərləri

03 Aprel 2020 "Kim borcunu ödəmirsə işığını kəsib-tökün" - ŞOK SƏS YAZISI
03 Aprel 2020 Yazımıza Oqtaysayağı reaksiya: Xəstəni danladılar -VİDEO
03 Aprel 2020 Bir-birini yumruqlayan qohumlar - Abıyevlərin sərgüzəstləri
03 Aprel 2020 Rektor koronavirus qadağalarına əməl etmir - Müəllimləri məcburi işə çağırır...
03 Aprel 2020 Kəndin örüş torpaqları alınıb kəndlilərə qaytarılsın... - GİLEY
03 Aprel 2020 Bakıda qoçular avtomobili əhatəyə alıb sürücünü təhqir etdi — VİDEO
03 Aprel 2020 Xanım İcra başçısının maşını "protiv" getdi: Yol polisi görüb "çest" verdi - VİDEO
02 Aprel 2020 Bərdədə səfalət içində yaşayan ailənin Prezidentə müraciəti
02 Aprel 2020 Şirvanda nə baş verir! İlqar Abbasovun ETİBARı SABİTliyi pozdu
01 Aprel 2020 Lənkəran məmurları: keçmiş qatil, cinayətkar oğulun "dayağı" və "humanitar diktator"
31 Mart 2020 Tikinti şirkətinin Xırdalanda “yaşıl soyqırımı” – Fotolar
31 Mart 2020 Xaçmazda abadlığın arxasında gizlənən fəlakət: VİRUS və EPİDEMİYA MƏNBƏYİ - VİDEO
31 Mart 2020 Binəqədi icra başçısı vətəndaşların evini darmadağın etdi
31 Mart 2020 Əhəd Abıyevin Avropadakı mülkləri- kiçik rayondakı böyük korrupsiya layihələri
30 Mart 2020 “Polis “iş günü deyil” deyib, cinayəti araşdırmır”
30 Mart 2020 Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO
29 Mart 2020 Kəlbəcər təhsilində nələr baş verir?
29 Mart 2020 Qazax Dövlət Sosial-İqtisadi Kollecində özbaşınalıqlar... - Prezidentə müraciət olundu
28 Mart 2020 Nərimanov rayonunda karantin rejimindən istifadə edib ağacları kəsdilər - FOTOLAR
27 Mart 2020 “TƏHSİLARAŞDIRMALAR MƏRKƏZİ”NİN ASTARA ŞƏHƏR 6 SAYLI MƏKTƏBLƏ BAĞLI HESABATI BARƏDƏ AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti