Sürücü yol polisinin maşınında öldü
Beyləqanda sürücü yol polisinin avtomobilində həyatını itirib. Criminal.az-a daxil olan məlumata görə, martın 19-da saat 18 radələrində Daşburun yolunda Ələhim adlı yol polisi əməkdaşı Fizuli rayonundan məcburi köçkün olan Ziyafət Novruz oğlu Novruzovun idarə etdiyi avtomobili saxlayıb. 
Hadisə şahidlərinin bildirdiyinə görə, polislər onu zorla xidməti avtomobilə mindirirlər. Yolda Z.Novruzov ürək tutmasından dünyasını dəyişir. Onun polis zorakılığı nəticəsində öldüyü iddia olunur. 
Beyləqan rayon yol polis bölməsinin rəisi Azad Məmmədov Criminal.az-a hadisə barədə danışmaq istəmədi. O, ancaq hadisənin polis zorakılığından baş vermədiyini bildirdi. Bölmə rəisi hadisə barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat almağı tövsiyyə etdi. 
Daxili İşlər Nazirliyindən Criminal.az-a bildirildi ki, hadisə iddia olunan kimi olmayıb. Yol polisi Z.Novruzovun idarə etdiyi 22-66 AQD dövlət nömrə nişanlı Niva markalı avtomobili saxlayıb. Məlum olub ki, Z.Novruzov köhnə dövlət nömrə nişanlı avtomobil idarə etməklə yanaşı, sürücülük vəsiqəsi də olmayıb. Yol polisi avtomobili müvəqqəti duracağa aparıb. Bu zaman Z.Novruzov duracağın həyətində yıxılaraq dünyasını dəyişib. Hadisə vaxtı sürücünün qohumu da yanında olub. 
Məlum olub ki, Z.Novruzovun səhhətində əvvəl də problem olub, o, iki dəfə infakt keçiribmiş.

Bölmənin digər xəbərləri

03 Aprel 2020 "Kim borcunu ödəmirsə işığını kəsib-tökün" - ŞOK SƏS YAZISI
03 Aprel 2020 Yazımıza Oqtaysayağı reaksiya: Xəstəni danladılar -VİDEO
03 Aprel 2020 Bir-birini yumruqlayan qohumlar - Abıyevlərin sərgüzəstləri
03 Aprel 2020 Rektor koronavirus qadağalarına əməl etmir - Müəllimləri məcburi işə çağırır...
03 Aprel 2020 Kəndin örüş torpaqları alınıb kəndlilərə qaytarılsın... - GİLEY
03 Aprel 2020 Bakıda qoçular avtomobili əhatəyə alıb sürücünü təhqir etdi — VİDEO
03 Aprel 2020 Xanım İcra başçısının maşını "protiv" getdi: Yol polisi görüb "çest" verdi - VİDEO
02 Aprel 2020 Bərdədə səfalət içində yaşayan ailənin Prezidentə müraciəti
02 Aprel 2020 Şirvanda nə baş verir! İlqar Abbasovun ETİBARı SABİTliyi pozdu
01 Aprel 2020 Lənkəran məmurları: keçmiş qatil, cinayətkar oğulun "dayağı" və "humanitar diktator"
31 Mart 2020 Tikinti şirkətinin Xırdalanda “yaşıl soyqırımı” – Fotolar
31 Mart 2020 Xaçmazda abadlığın arxasında gizlənən fəlakət: VİRUS və EPİDEMİYA MƏNBƏYİ - VİDEO
31 Mart 2020 Binəqədi icra başçısı vətəndaşların evini darmadağın etdi
31 Mart 2020 Əhəd Abıyevin Avropadakı mülkləri- kiçik rayondakı böyük korrupsiya layihələri
30 Mart 2020 “Polis “iş günü deyil” deyib, cinayəti araşdırmır”
30 Mart 2020 Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO
29 Mart 2020 Kəlbəcər təhsilində nələr baş verir?
29 Mart 2020 Qazax Dövlət Sosial-İqtisadi Kollecində özbaşınalıqlar... - Prezidentə müraciət olundu
28 Mart 2020 Nərimanov rayonunda karantin rejimindən istifadə edib ağacları kəsdilər - FOTOLAR
27 Mart 2020 “TƏHSİLARAŞDIRMALAR MƏRKƏZİ”NİN ASTARA ŞƏHƏR 6 SAYLI MƏKTƏBLƏ BAĞLI HESABATI BARƏDƏ AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti