Zakir Fərəcovun yalanları...
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı tək bircə gündə ölkə mediasında yazılanları bir yerə toplasaq “Min bir gecə nağılları”, lap “Dekameron” alınar.

Yazılanların məzmunu hamıya məlumdur. Yüzlərlə vətəndaş, iş adamı, sahibkar, usta, fəhlə Zakir Fərəcovdan gördüyü işin halal haqqını tələb edir. Amma Zakir Fərəcov hər dəfə bir yalanla şikayətçiləri aldadır. Gah deyir gedirəm xaricə beynimə qan vurmağa qayıdım gəlim pullarınızı ödəyəcəm, gah deyir indi pulum yoxdur, bir aydan sonar verəcəm, gah da deyir ki….

Bir sözlə, bu adamın yalanları bitib tükənmir.

Bunlar hamısı cəmiyyətə bəlli olduğu üçün təkrar etməyə ehtiyac görmürük.

Zakir Fərəcov təkcə iş adamlarını, sahibkarları aldatmır.

Bu adamın yalanları dünyaca məşhur VİKİPEDİYA-da, RƏSMİ DÖVLƏT SAYT-larında da əks olunub. İnanmırsınız ?

İndi sizə həmin yalanların FOTO-sunu təqdim edəcəyik.

VİKİPEDİYA-da

Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur.

1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır.

Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.

1971-ci ilin YANVAR ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.

SUMQAYIT şəhər icra hakimiyyətinin saytında

Fərəcov Zakir Fərəc oğlu

Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir.

• Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.
• 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.


• 1971-ci ilin YANVAR ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.

1584724688_bezymyannyy.jpg

Görəsən, 1961-1971-ci dərs ilində ( yəni 1971-ci ilin may-iyun ayında) orta məktəbi bitirən Zakir Fərəcov 1971-ci ilin YANVAR ayında

Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə necə başlamışdır ?

1971-ci ilin yanvarında Laçının Qazıdərə kəndində X sinifdə oxuyan Zakir Fərəcov Sumqayıt şəhərində, özü də Kommunxozda texnik işinə necə düzəlib, necə əmək fəaliyyətinə başlayıb ?

Qoy, Zakir Fərəcov buna aydınlıq gətirsin. Əlbəttə gətirə bilməz.

Zakir Fərəcov kimi məmurların bütün həyatı belə yalanların üstündə qurulub.

Görəsən, Zakir Fərəcovun “DELO”-su Prezident Aparatına gedəndə buna baxan olmayıb ?

Soruşmayıblar ki, ay Zakir, sən neçə yaşında orta məktəbi bitirmisən, nə vaxt işə düzəlmisən ?

Bəli, Zakir kimi məmurların bütün həyatı belə yalan, saxta işlərlə doludur. Ona görə də, Zakir Fərəcov haqqında hansısa yazını sosial şəbəkədə paylaşan kimi…SÖYÜŞ, TƏHQİR, NİFRƏT..yağışı başlayır.

Əlbəttə, biz söyüşün, təhqirin əleyhinəyik. Amma nə edək ki, bunu Zakir Fərəcov kimi məmurlar özləri qazanıb.

Bəli, bu günlərdə cənab Prezident İlham Əliyev dedi ki, əhalinin az təminatlı-işsiz üzvlərinə minimal dolanışıq üçün KART-lar verilmişdi, sonar bəlli oldu ki, həmin kartları icra başçıları ciblərinə qoyub pulları mənimsəyiblər. Prezident özü dedi ki, bu şərəfsizlikdir, alçaqlıqdır, vicdansızlıqdır, allahsızlıqdır…

Əhali də Prezident deyəni deyir. Sosial şəbəkələrdə hansısa məmur, konkret desək Zakir Fərəcov haqqında yazı paylaşan kimi, narazı insanlar Zakir Fərəcovun ünvanına nələr yazmır: moşşenik, yalançı, rüşvətxor, dələduz, fəhlələrin pulun yeyən, haramxor və…daha nələr, nələr..

Zakir Fərəcov ! Biz bu söyüş, təhqir dolu şərhləri silməkdən, pozmaqdan bezmişik ee…Amma sən pis əməllərindən bezmirsən.

Axırda bu insanlar sənin evinin qabağında yığışıb “Səni deyirlər, Zakir Fərəcov” oxumalı olacaqlar. Sən onda nəvələrindən utanmayacaqsan ? Nəvələrin deməyəcək ki, yaşının, başının bu vaxtında bu nə oyundur, bu nə LAMBADA-dır, ay BABA?
/xeberfakt.az/
Teref.az qarşı tərəfin fikirlərini dinləyib dərc etməyə hazırıdıq!
Teref.az

Bölmənin digər xəbərləri

03 Aprel 2020 "Kim borcunu ödəmirsə işığını kəsib-tökün" - ŞOK SƏS YAZISI
03 Aprel 2020 Yazımıza Oqtaysayağı reaksiya: Xəstəni danladılar -VİDEO
03 Aprel 2020 Bir-birini yumruqlayan qohumlar - Abıyevlərin sərgüzəstləri
03 Aprel 2020 Rektor koronavirus qadağalarına əməl etmir - Müəllimləri məcburi işə çağırır...
03 Aprel 2020 Kəndin örüş torpaqları alınıb kəndlilərə qaytarılsın... - GİLEY
03 Aprel 2020 Bakıda qoçular avtomobili əhatəyə alıb sürücünü təhqir etdi — VİDEO
03 Aprel 2020 Xanım İcra başçısının maşını "protiv" getdi: Yol polisi görüb "çest" verdi - VİDEO
02 Aprel 2020 Bərdədə səfalət içində yaşayan ailənin Prezidentə müraciəti
02 Aprel 2020 Şirvanda nə baş verir! İlqar Abbasovun ETİBARı SABİTliyi pozdu
01 Aprel 2020 Lənkəran məmurları: keçmiş qatil, cinayətkar oğulun "dayağı" və "humanitar diktator"
31 Mart 2020 Tikinti şirkətinin Xırdalanda “yaşıl soyqırımı” – Fotolar
31 Mart 2020 Xaçmazda abadlığın arxasında gizlənən fəlakət: VİRUS və EPİDEMİYA MƏNBƏYİ - VİDEO
31 Mart 2020 Binəqədi icra başçısı vətəndaşların evini darmadağın etdi
31 Mart 2020 Əhəd Abıyevin Avropadakı mülkləri- kiçik rayondakı böyük korrupsiya layihələri
30 Mart 2020 “Polis “iş günü deyil” deyib, cinayəti araşdırmır”
30 Mart 2020 Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO
29 Mart 2020 Kəlbəcər təhsilində nələr baş verir?
29 Mart 2020 Qazax Dövlət Sosial-İqtisadi Kollecində özbaşınalıqlar... - Prezidentə müraciət olundu
28 Mart 2020 Nərimanov rayonunda karantin rejimindən istifadə edib ağacları kəsdilər - FOTOLAR
27 Mart 2020 “TƏHSİLARAŞDIRMALAR MƏRKƏZİ”NİN ASTARA ŞƏHƏR 6 SAYLI MƏKTƏBLƏ BAĞLI HESABATI BARƏDƏ AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti