Sabirabadda başçı xalqa xəyanət etmək yolunu tutub-  FOTO-FAKT



Son bir–iki ildir ki, ölkəmizin bütün ərazilərində abadlıq, quruculuq, təmir-bərpa və yenidənqurma işləri sürətlə həyata keçirilməkdədir. Paytaxt Bakı şəhəri də daxil olmaqla, ətraf şəhər və rayonlarda, kənd və qəsəbələrdə, iri yaşayış məntəqələrində yollar asfaltlanır, işıqlandırma sistemi yenidən qurulur, yaşıllıq zolaqları bərpa olunur, mütəmadi olaraq iməcliklər təşkil olunur, ərazilər tullantılardan təmizlənir, ağaclar əkilir, yaşıllıqlara aqrotexniki qaydda qulluq göstərilir və s. kimi addımlar atılır. Yəni, mütəmadi olaraq ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması işləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritet məsələlərindən biri olduğu üçün, bu yöndə atılan addımlar da davamlı xarakter alır. O halda sual oluna bilər ki, görəsən cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən belə bir addımlar, hər bir şəhər və rayonda lazımınca yerinə yetirilirmi? Əsla yox! Çünki, Sabirabad rayonunun Eynulla Nadirov, Mikayıl Müşfiq və Asif Abdullayev küçələrindəki dəhşətli və dözülməz mənzərə, məhz bizi belə qənaətə gəlməyə sövq edir. Belə ki, bir-iki gün bundan öncə həmin küçələrdən birində yaşayan, amma adının çəkilməsini istəməyən rayon sakininin redaksiyamıza təqdim etdiyi çəkilişlərdən və çatdırdığı məlumatlardan görünür ki, aidiyyatı qurumlar bu küçələrdəki real vəziyyət haqda lazımınca məlumatlı olsalar da, onlar hələ də susmaqda davam edirlər.
Məsələnin düşündürücü tərəfi odur ki, Azərbaycan Respublikası Prezidentinin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Sabirabad rayon İcra Hakimiyyətinə başçı təyin olunan, həmçinin cənab Prezidentin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni və 14 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan, Yeni Azərbaycan Partiyasının üzvü olan Cabbarov Siraqəddin Nəcəf oğlu bu gün Sabirabad rayonuna rəhbərlik etsə də, real mənzərənin varlığı onu sübut edir ki, o vətənə xidmət etmək əvəzinə, vətənə xəyanət etmək yolunu tutub. Əgər bu belə olmasayda, o halda icra başçısı vəzifəsini daşıyan Siraqəddin Cabbarov rayonunun Eynulla Nadirov, Mikayıl Müşfiq və Asif Abdullayev küçələrində yaşayan sakinləri belə bir dəhşətli və dözülməz mənzərə ilə üz-üzə qoymazdı. Cənab Prezident hansı şəxsi rəhbər vəzifəyə təyin edirsə, həmin şəxsə lazımi tapşırığını verir və “Gedin sakinlərin problemləri ilə məşğul olun, onların qayğıları ilə maraqlanın” deyir. Deyəsən bu cür tapşırıqların verilməsinin, cənab Siraqəddin müəllimə heç bir aidiyyatı yoxdur. Əgər aidiyyatı olsaydı, o halda o, rayonun Eynulla Nadirov, Mikayıl Müşfiq və Asif Abdullayev küçələrində yaşayan sakinlərin qayğıları ilə maraqlanar və həmin küçələrdəki zibilliklərin təmizlənməsi yöndə, aidiyyatı üzrə lazımi tapşırığını da verərdi. Bəli, bu gün minbir xəstəliyin mənbəyinə çevrilən, ekoloji problemlərin əmələ gəlməsinə səbəb olan bu cür mənzərə, hələ ki, Siraqəddin Cabbarovu “qış yuxusu”ndan oyatmır ki, oyatmır. Belə bir halın varlığı da onu sübut edir ki, o, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə yox, əslində 1-ci dərəcəli “Vətənə xəyanətə görə” ordeni ilə təltif olunmalı olan vəzifə sahibidir. Çünki, uzun müddətdən bəri qeyd olunan küçə sakinlərinin haqq səsinə “səs verməyən” icra başçısına qarşı belə bir münasibətin bəslənməsi onu sübut edir ki, Siraqəddin Cabbarov daşıdığı vəzifəsinin imkanlarından öz maraqlarının təmin olunması üçün istifadə etməkdədir. Əgər bu belə olmasaydı, o halda icra başçısı Sabirabad rayonunun Eynulla Nadirov, Mikayıl Müşfiq və Asif Abdullayev küçələrində yaşayan sakinləri üz-üzə qaldıqları belə bir problemdən xilas etmək üçün, zamanında müəyyən addımlarını atardı.
Xeberfakt.az
Sabirabadda başçı xalqa xəyanət etmək yolunu tutub-  FOTO-FAKT
Sabirabadda başçı xalqa xəyanət etmək yolunu tutub-  FOTO-FAKT
Sabirabadda başçı xalqa xəyanət etmək yolunu tutub-  FOTO-FAKT
Sabirabadda başçı xalqa xəyanət etmək yolunu tutub-  FOTO-FAKT
 

Bölmənin digər xəbərləri

03 Aprel 2020 "Kim borcunu ödəmirsə işığını kəsib-tökün" - ŞOK SƏS YAZISI
03 Aprel 2020 Yazımıza Oqtaysayağı reaksiya: Xəstəni danladılar -VİDEO
03 Aprel 2020 Bir-birini yumruqlayan qohumlar - Abıyevlərin sərgüzəstləri
03 Aprel 2020 Rektor koronavirus qadağalarına əməl etmir - Müəllimləri məcburi işə çağırır...
03 Aprel 2020 Kəndin örüş torpaqları alınıb kəndlilərə qaytarılsın... - GİLEY
03 Aprel 2020 Bakıda qoçular avtomobili əhatəyə alıb sürücünü təhqir etdi — VİDEO
03 Aprel 2020 Xanım İcra başçısının maşını "protiv" getdi: Yol polisi görüb "çest" verdi - VİDEO
02 Aprel 2020 Bərdədə səfalət içində yaşayan ailənin Prezidentə müraciəti
02 Aprel 2020 Şirvanda nə baş verir! İlqar Abbasovun ETİBARı SABİTliyi pozdu
01 Aprel 2020 Lənkəran məmurları: keçmiş qatil, cinayətkar oğulun "dayağı" və "humanitar diktator"
31 Mart 2020 Tikinti şirkətinin Xırdalanda “yaşıl soyqırımı” – Fotolar
31 Mart 2020 Xaçmazda abadlığın arxasında gizlənən fəlakət: VİRUS və EPİDEMİYA MƏNBƏYİ - VİDEO
31 Mart 2020 Binəqədi icra başçısı vətəndaşların evini darmadağın etdi
31 Mart 2020 Əhəd Abıyevin Avropadakı mülkləri- kiçik rayondakı böyük korrupsiya layihələri
30 Mart 2020 “Polis “iş günü deyil” deyib, cinayəti araşdırmır”
30 Mart 2020 Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO
29 Mart 2020 Kəlbəcər təhsilində nələr baş verir?
29 Mart 2020 Qazax Dövlət Sosial-İqtisadi Kollecində özbaşınalıqlar... - Prezidentə müraciət olundu
28 Mart 2020 Nərimanov rayonunda karantin rejimindən istifadə edib ağacları kəsdilər - FOTOLAR
27 Mart 2020 “TƏHSİLARAŞDIRMALAR MƏRKƏZİ”NİN ASTARA ŞƏHƏR 6 SAYLI MƏKTƏBLƏ BAĞLI HESABATI BARƏDƏ AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti