"Bu vətəndən Astaranın icra başçısına nə?.." - GİLEY

Astara şəhər sakini Rövşən Qasımov deyir ki, Qarabağ ugurunda döyüşlərdə həlak olmuş qardaşı Şıxəli Qasımovun qəbrinin başdaşısı dağılıb. Onun sözlərinə görə, özünün də imkanı yoxdur ki, qəbirə yeni başdaşı qoydursun. DİA.AZ-ın məlumatına görə, R. Qasımov vurğulayır ki, bu məsələ ilə bağlı yerli məmurlara edilən müraciətlər də nəticəsiz qalıb: “Astara şəhər 4 saylı orta məktəb qardaşımın adını daşıyır. Qardaşım 1994-cü ildə Şişqaya uğrunda gedən döyüşlərdə həlak olub. Şəhərin Giləkəran qəbiristanlığında dəfn edilib. O vaxtları başdaşının keyfiyyətsiz olması ilə bağlı müəyyən orqanlara müraciət etdik. Amma başdaşı olduğu kimi qaldı. Bu illər ərzində keyfiyyətini itirib, dağıllb.”

O deyir ki, bu məsələ ilə bağlı döymədiyi qapı qalmayıb: “Astara Rayon İcra Hakimiyyətində dəfələrlə olmuşam. Onlar da gəlib vəziyyətlə tanış olublar. Dedilər həll edərik. Bir müddət keçəndən sonra dedilər ki, Astara şəhər bələdiyyəsi bu işi görəcək. Heç bir nəticə vermədi. Prezidentə müraciət etdim. Ötən il yanvarda aldım cavabı. Yazmışdılar ki, qəbirüstü işlər görüləcək. İki ilə yaxındır heç bir iş görülməyib. Belə də çox məbləğ lazım deyil, 900 manat pul istəyir. İnanın ki,imkanım yoxdur. Ailəmi çətinliklə saxlayıram. Yoxsa özüm işi görərədim. Başdaşını düzəldən usta da işləri güzəştlə görür.Bu qədər hörmətsizlik olmaz. Dövlət, vətən deyirlər, amma...Bunların yalançı sevgisi kimə lazımdır? Top kimi məni fırladırlar. Deyirlər ki,iş görüləcək, fakt odur ki,iş getmir.Nə qədər pullar sağa-sola gedir...”

Dia.az

Bölmənin digər xəbərləri

28 Mart 2020 Nərimanov rayonunda karantin rejimindən istifadə edib ağacları kəsdilər - FOTOLAR
27 Mart 2020 “TƏHSİLARAŞDIRMALAR MƏRKƏZİ”NİN ASTARA ŞƏHƏR 6 SAYLI MƏKTƏBLƏ BAĞLI HESABATI BARƏDƏ AÇIQLAMA
27 Mart 2020 Cəlilabadda dərman qırğını - VİDEO
26 Mart 2020 Goranboyda icra başçısı ilə müavinin rüşvət əməliyyatları: ayaqyolunadək…
26 Mart 2020 Əziz Əzizov koronovirusdan pul qazanır: Suraxanıda dezinfeksiya üçün obyektlərdən pul yığılır -VİDEO
26 Mart 2020 Ekologiya Nazirliyi Lerik, Yardımlı və Cəlilabad meşələrini məhv edir - Fotolar
26 Mart 2020 Şamaxı Astrofizika Rəsədxanasında NƏLƏR BAŞ VERİR? - İTTİHAM
26 Mart 2020 Tovuzda 7 milyondan çox pul ayrılan yolun axırı....- Sarıtala bələdiyyəsindəki 7 kəndin xəstəxanası və mədəniyyət evi bu gündədir FOTOFATLAR
26 Mart 2020 Tərtər sakinləri İlham Əliyevə müraciət etdilər: " Bizi bu zülmdən qurtarın.." VİDEO
26 Mart 2020 Oqtay Şirəliyevin tikinti maxinatoru, Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?
26 Mart 2020 Bələdiyyə sədrinin qatili Zakir Fərəcovun adamı olub
25 Mart 2020 Bizi Firdovsi​ Əliyevin​ zülmündən​ xilas​ edin – ŞOK GƏLIŞMƏ
25 Mart 2020 Adil Xudadatov Sumqayıtda niyə pul yığır? – Sahibkarlar şikayətçidir
24 Mart 2020 "Azərsu” üçün Hövsan sakinləri iri bir məmurun itindən-pişiyindən daha dəyərsizdir – FOTO-FAKT
24 Mart 2020 Şəmkir rayon Poliklinikasının baş həkimi rüşvət alır - ÖZÜ TƏSDİQ ETDİ (səs yazısı)
24 Mart 2020 Zakir Fərəcov, koronavirus və ...QARANQUŞ
24 Mart 2020 Sumqayıt Nəqliyyat Departamentinin biznes maraqları... - İDDİA/FOTO
23 Mart 2020 Əlilin bələdiyyə mülkiyyətindəki torpağı satılıb... - GİLEY
23 Mart 2020 İcra başçısı nömrəsini gənc qıza verib “mənə zəng edərsən” dedi
23 Mart 2020 Oqtay Şirəliyevin nəqliyyat biznesi: Ambulanslarla paytaxta sərnişin daşıyırlar – ŞOK VİDEO

Dünyapress TV

Xəbər lenti