Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı?- VİDEO
Məlum olduğu kimi, hazırda ölkə siyasi gündəminin əsas mövzusu 9 fevral parlament seçkilərinin nəticələridir. Ölkə rəhbərliyinin islahatlara yönəlik siyasi iradəsinə qarşı bəzi yerlərdə ciddi seçki pozuntularına və seçki saxtakarlıqlarına rast gəlindi. Artıq dörd dairə, onlarla məntəqənin nəticələri ləğv edilib, xeyli sayda dairə ilə bağlı şikayət isə araşdırılması üçün Dairə Seçki Komissiyasına göndərilib. Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, DSK-ya göndərilən dairələrdən biri də 45 saylı Abşeron seçki dairəsidir. Bu dairədən hakim komandanın namizədi buraxılmış parlamentin spikeri Oqtay Əsədov idi. Hələ seçkiyə qədər gedən proseslərdə məlum oldu ki, spiker bu dairədə nəinki hansısa nüfuza malikdir, hətta seçicilər onların deputatlarının kim olduğundan xəbərsizdir. Amma buna rəğmən O.Əsədov təbliğat-təşviqat prosesində bir dəfə də olsun seçicilərlə görüşmədi. Onun bu arxayınçılığı isə səbəbsiz deyilmiş. Proseslərin sonrakı gedişatı onu göstərdi ki, rayon ərazisində spikerin qalib elan edilməsi üçün bütün saxtakarlıq və qaun pozuntularına hazırlıq görülüb. Belə ki, Abşeron rayon ərazisindəki məktəb müəllimləri, bütövlükdə təhsil sistemi spiker üçün dəridən, qabıqdan çıxıblar. Abşeron rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədovanın rəhbərliyi ilə aparılan bu prosesdə ciddi qanun pozuntularına imza atılıb. Belə ki, cumhuriyyet.az olaraq aşağıda təqdim etdiyimiz videokadrlarda seçicilər onların şəxsiyyət vəsiqələrinin məktəblərdə məcburi şəkildə yığıldığını bildirir.



Seçki qurtardıqdan sonra isə bülletenlərə nəzarət edən bütün müşahidəçilər məcbur məntəqədən uzaqlaşdırılıb. Bundan başqa məntəqədə iki protokol yazılıb. Həmin protokolun biri dairəyə göndərilsə də, digəri ələ keçib. Həmin protokolun surəti də mətbuatda dərc olunub. Onu da bildirək ki, sözügedən dairədə məntəqə üzvlərinin və sədrlərin böyük əksəriyyətini təhsil işçiləri təşkil edir. Təxminən üç il öncə Abşeron təhsilinə rəhbər təyin olunan N.Məmmədovanın rəhbərliyi ilə həyata keçirilən seçki saxtakarlığı hazırda araşdırılmaqdadır. Bu araşdırmanın nəticəsi olaraq günahkarın fəaliyyət sahəsi ilə bağlı da bəzi detallara nəzər yetirilsə N.Məmmədovanın durumu heç də yaxşı olmayacaq. Çünki ötən müddət ərzində Abşeron təhsili ilə bağlı xeyli sayda rüşvət və müliyyə pozuntuları haqda məlumatlar mətbuatda yer alıb. Bu haqda isə cumhuriyyet.az olaraq növbəti yazımızda.

Bölmənin digər xəbərləri

28 Mart 2020 Nərimanov rayonunda karantin rejimindən istifadə edib ağacları kəsdilər - FOTOLAR
27 Mart 2020 “TƏHSİLARAŞDIRMALAR MƏRKƏZİ”NİN ASTARA ŞƏHƏR 6 SAYLI MƏKTƏBLƏ BAĞLI HESABATI BARƏDƏ AÇIQLAMA
27 Mart 2020 Cəlilabadda dərman qırğını - VİDEO
26 Mart 2020 Goranboyda icra başçısı ilə müavinin rüşvət əməliyyatları: ayaqyolunadək…
26 Mart 2020 Əziz Əzizov koronovirusdan pul qazanır: Suraxanıda dezinfeksiya üçün obyektlərdən pul yığılır -VİDEO
26 Mart 2020 Ekologiya Nazirliyi Lerik, Yardımlı və Cəlilabad meşələrini məhv edir - Fotolar
26 Mart 2020 Şamaxı Astrofizika Rəsədxanasında NƏLƏR BAŞ VERİR? - İTTİHAM
26 Mart 2020 Tovuzda 7 milyondan çox pul ayrılan yolun axırı....- Sarıtala bələdiyyəsindəki 7 kəndin xəstəxanası və mədəniyyət evi bu gündədir FOTOFATLAR
26 Mart 2020 Tərtər sakinləri İlham Əliyevə müraciət etdilər: " Bizi bu zülmdən qurtarın.." VİDEO
26 Mart 2020 Oqtay Şirəliyevin tikinti maxinatoru, Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?
26 Mart 2020 Bələdiyyə sədrinin qatili Zakir Fərəcovun adamı olub
25 Mart 2020 Bizi Firdovsi​ Əliyevin​ zülmündən​ xilas​ edin – ŞOK GƏLIŞMƏ
25 Mart 2020 Adil Xudadatov Sumqayıtda niyə pul yığır? – Sahibkarlar şikayətçidir
24 Mart 2020 "Azərsu” üçün Hövsan sakinləri iri bir məmurun itindən-pişiyindən daha dəyərsizdir – FOTO-FAKT
24 Mart 2020 Şəmkir rayon Poliklinikasının baş həkimi rüşvət alır - ÖZÜ TƏSDİQ ETDİ (səs yazısı)
24 Mart 2020 Zakir Fərəcov, koronavirus və ...QARANQUŞ
24 Mart 2020 Sumqayıt Nəqliyyat Departamentinin biznes maraqları... - İDDİA/FOTO
23 Mart 2020 Əlilin bələdiyyə mülkiyyətindəki torpağı satılıb... - GİLEY
23 Mart 2020 İcra başçısı nömrəsini gənc qıza verib “mənə zəng edərsən” dedi
23 Mart 2020 Oqtay Şirəliyevin nəqliyyat biznesi: Ambulanslarla paytaxta sərnişin daşıyırlar – ŞOK VİDEO

Dünyapress TV

Xəbər lenti